Sabiq MTN generallarını qoruyan və vuran əllər… - FAKTLAR
Tarix: 2-03-2017, 08:00 | Çap et
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) adı ən müxtəlif cinayətlərdə hallanan vəzifəli əməkdaşlarının həbs edilməməsi hələ də geniş müzakirə mövzusudur. Müzakirələrdə Eldar Mahmudovun istintaqdan kənar qalmasından tutmuş şantajla pul toplayan müstəntiqlərinə qədər hər biri haqda çox ciddi ittihamlar səsləndirilir. Bu ittihamları hər yerdə eşitmək olar, məhkəmədə də, avtobus və metroda da.
Nə baş verir? Niyə adları müxtəlif cinayətlərdə hallanan sabiq MTN-çilər azadlıqda gəzirlər? Onları qoruyan kimlərdir? Bu işdə böyük bir nazirliyin ləğvinə gətirib çıxaran, ancaq azadlıqda qalmağı bacaran Eldar Mahmudovun rolu varmı? “MTN işi” üzrə məhkəmə proseslərini izləyənlər zərərçəkənlərin onların milyonlarını əlindən almış MTN-çilərin həbsini tələb etdiklərini sezirlər. Amma “MTN çetesi” üzvlərini tutmurlar.
Məsələn, “MTN işi” üzrə zərərçəkən Hüseyn Səfərov Bakı Hərbi Məhkəməsində ləğv edilmiş MTN-in İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə prosesdə çox kəskin şəkildə istintaq idarəsinin rəisi Mövlam Şıxəliyevin həbsini tələb edib. Onun məhkəmədə dediklərindən sitat: “Mövlam Şıxəliyev niyə gizlənir? Bu adam general olsa da, dövlətə xəyanət edib. Akif Çovdarov bir az abırlıdır, heç olmasa, bir neçə epizodu etiraf edir, bunlar onu da eləmir”.
Zərərçəkənin söylədiyi bu fikirlərdən doğan suallar var.
Akif Çovdarov da, Mövlam Şıxəliyev də böyük idarələrin rəisləri olublar. Hər iki şəxs generaldır. Hər birinin əməlləri haqda kifayət qədər məlumatlar, ifadələr ortadadır. Bəs niyə Akif Çovdarov həbsdə, Mövlam Şıxəliyev azadlıqdadır?
Azadlıqda qalan digər bir şəxs isə Mövlam Şıxəliyevin işçisi Elşən Murtuzovdur. MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, hazırda həbsdə olan general Elçin Quliyevlə nazirliyin İstintaq Baş İdarəsinin mühüm işlər üzrə müstəntiqi Elşən Murtuzov arasında bir müddət əvvəl üzləşmə keçirilmişdi. Yayılan xəbərlərdən bəlli olurdu ki, rəislə müstəntiq 2014-cü ildə intihar edən MTN polkovniki Malik Mustafayevin və nazirlik tərəfindən saxta, qondarma ittihamlarla qanunsuz həbs olunan şəxslərin işi üzrə üzləşdirilib. Müstəntiq Elşən Murtuzov apardığı saxta cinayət işlərindən danışıb. Belə ki, qanunsuz həbslərlə bağlı qərəzli istintaqın birbaşa MTN generallarının tapşırığı ilə həyata keçirildiyini səmimi etiraf edib. O, üzləşmə prosesində general Elçin Quliyevin və MTN-in həbsdə olan digər yüksək vəzifəli şəxslərinin qanunsuz əmrlərini icra etdiyini açıqlayıb. E.Murtuzov hazırda həbsdə deyil, hətta əvvəlki vəzifəsini MTN-in bazasında yaradılan yeni qurumda davam etdirməsi haqda da bilgilər var. Amma E.Murtuzovun əməllərindən zərərçəkənlər də az deyil. Konkret olaraq, intihara vadar edilən MTN polkovniki Malik Mustafayevin qardaşı Mətləb Mustafayev hüquq-mühafizə orqanlarından vaxtilə onu qanunsuz həbsə almış Elşən Murtuzovun da həbsini tələb edir.
Elşən Murtuzovun həbsini tələb edən təkcə M.Mustafayev deyil. Müstəntiq medianın gündəminə MTN-dəki qəfil yoxlamalardan çox əvvəl gəlmişdi. Jurnalist Pərviz Həşimlinin işi üzrə müstəntiq də Elşən Murtuzov idi. MTN rəhbərliyinin məkrli planlarının həyata keçirilməsi məqsədilə həbs edilən Pərviz Həşimliyə qarşı saxta istintaqı da məhz Elşən Murtuzov aparmışdı. Bu gün P.Həşimli də E.Murtuzovun həbsini tələb edənlər sırasındadır.
Amma onu həbs etmirlər. “MTN işi” üzrə həbs edilən Vüsal Ələkbərovla Elşən Murtuzovun əməllərini bir tərəziyə qoysalar, elə də ciddi fərq yaranmaz.
Bugünlərdə “MTN çetesi” üzvlərinin işi üzrə keçirilən daha bir prosesdə əsas diqqətçəkən məqam polkovnik Təhsin Ağayevlə bağlı oldu. T.Ağayev MTN-in İstintaq Baş İdarəsində rəis müavini olub. Baş idarədə 1-ci idarənin rəisi olan Vüsal Ələkbərovun cinayət işində zərərçəkmiş kimi tanınan Müsənnif Salahov Təhsin Ağayevin də əleyhinə ifadə verib. M.Salahov istintaqa ifadəsində bildirib ki, Təhsin Ağayev və Vüsal Ələkbərov ona hədə-qorxu gələrək 600 min manatını alıblar. M.Salahov deyib ki, 2012-ci ildə bank rəhbəri Etibar Əliyev həbs olunduqdan sonra bir qrup MTN əməkdaşı onun çalışdığı filiala gəliblər. Növbəti gün onu Vüsal Ələkbərovun yanına, o isə öz növbəsində Təhsin Ağayevin otağına aparıb.
Otaqda baş verənləri zərərçəkən məhkəmədə belə anladıb.
Məhkəmədəki ifadəsindən sitat: “Təhsin Ağayev otağında məndən ”Etibar Əliyev bankı yeyib-talayıb, sən nə qədər pul verirdin ona?" deyə, soruşdu. Cavabımı gözləmədən “Haraya düşdüyünü bilirsən də, çıxmaq üçün 3 milyon manat verməlisən” dedi. Mən gülərək “nə özümdə, nə filialda indiyə kimi bu qədər pul görməmişəm” dedim. Pulla bağlı xeyli müzakirə etdikdən sonra Təhsin Ağayev “verməsən, Etibarın dalınca sən içəri girəcəksən” dedi. Vüsal isə “nə qədər səni həbs etməmişəm, get, pulu gətir” deyib hədələdi. Evə gələndən sonra 2 həftə ərzində Təhsinlə Vüsal tez-tez zəng edib pulu tələb etdilər. Psixoloji təzyiqlərə dözmədim, həm də həbs olunacağımdan qorxub bacanağımdan 150 min manat borc alıb, evdəki qızılları da 50 minə satdım. 200 min manatı sellofan torbaya qoyub nazirliyə getdim, orada Təhsin Ağayevə zəng edib məlumat verdim, məni onun otağına apardılar. Pulu Təhsinə verib başqa pulumun olmadığını dedim. Vüsal dərhal “min obyektin var, get, sat, pulu gətir, milyonlar qazanırsız, Misir hesablayıb” deyə, reaksiya verdi. Mən onlara yalvardım, Təhsin 600 min manat versəm, həbs edilməyəcəyimə razılıq verdi".
Zərərçəkən deyib ki, hədələrə tab gətirməyərək qohumlarından ondan tələb olunan məbləği toplayıb və aparıb tələb edən şəxslərə çatdırıb. Sitat: “Ümumi 500 min manatı may ayının əvvəllərində torbaya qoyub nazirliyə gəlib orada Təhsinin otağında onun özünə verdim. Qalan 100 min manat üçün də 1 həftə vaxt verdilər, bu dəfə də yeznəm İlhamdan və dayım oğlu Əyyubdan hərəsindən 50 min alıb gətirib Təhsin Ağayevə verdim”. Zərərçəkmiş deyib ki, bu epizod üzrə ittiham olunan şəxslərdən biri də Təhsin Ağayevdir. Lakin V.Ələkbərovun barəsində olan cinayət işinin ittiham aktında T.Ağayevin dindirilməsinin “səhhəti ilə bağlı mümkün olmadığı” qeyd edilib.
Vəkili isə deyib ki, müvəkkilinin dili tutulub, danışa bilmir.
Vəzifədə ikən xəstəliyinin işinə mane olmayan birinin işdən çıxarılandan dərhal sonra “ağır xəstələnməsi” və bu səbəbdən onun dindirilməsinin mümkünsüzlüyünün əsas gətirilməsinə kim inanar?
Heç “Məlikməmməd nağılı”nın belə süjet xətti yoxdur.
Bu günədək azadlıqda qalmağı bacaranlardan biri də sabiq nazir Eldar Mahmudovun müavini Hilal Əsədovdur. General Hilal Əsədovun keçmiş şefi Eldar Mahmudovun cinayətləri haqda, istintaqçıların dili ilə desək, “səmimi ifadə” verdiyinə görə azadlıqda qaldığı bildirilir. Eldar Mahmudov Hilal Əsədovu 2005-ci ildə özünə müavin təyin edib. Hilal Əsədov Eldar Mahmudovun şifahi tapşırığı ilə 2005-2009-cu illərdə nazirliyin Antiterror Mərkəzinə, 2011-ci ildən sonra həm də Əks-kəşfiyyat Baş İdarəsinin işlərinə nəzarət edib. O, nəzarətində olan idarə və mərkəzin fəaliyyəti çərçivəsində tədbirləri, məlumatları Eldar Mahmudova məruzə edib.
Hilal Əsədov “8-ci kilometr bazarı”nın sahiblərindən pul alınmasının birbaşa iştirakçısıdır. Və bunu gizlətmir də. Bir müddət əvvəl yayılan ifadəsində belə bir cümlə də vardı: “Eldar Mahmudov dedi ki, halallıqla bazarı alın”.
“Halallıq” deyilən məsələ bazarın sahibləri olan qardaşların MTN-ə aparılaraq döyülməsi, əmlaklarının əlindən alınması olub. Hilal Əsədov da azadlıqdadır. Baş Prokurorluğun yaydığı məlumatlardan belə aydın olur ki, bu gün həbsdə 20 MTN əməkdaşı var. Həbsdə olanlarla azadlıqda qalanların əməlləri arasındakı fərq isə demək olar ki, yoxdur. Bəs bu ayrı-seçkiliyin səbəbi nədir? \\musavat.com\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yeni plan işə düşür: ABŞ Qafqazı bu yolla “işğal” etməyə hazırlaşır? - NƏ BAŞ VERİR?
Bu gün, 14:40 |
|
|
|
• Ermənistan çaşqınlıq içində: Tramp yardımı dayandırdı
Bu gün, 14:39 |
|
|
|
• İnternetdən alış-veriş edərkən diqqətli olun! - "Üstü bəzək, altı təzək"
Bu gün, 14:37 |
|
|
|
• Yens Stoltenberq Norveçin yeni maliyyə naziri olub
Bu gün, 14:30 |
|
|
|
• "Paşinyanın yurisdiksiya məsələsini qabartması suallar doğurur" - deputat
Bu gün, 14:00 |
|
|
|
• Mövcud olmayan sensasiya - Ortada heç bir əsas yoxdur axı...
Bu gün, 13:58 |
|
|
|
• Qoruqları İdarəetmə Mərkəzinə yeni sözçü təyin edilib - BUNDAN SONRA...
Bu gün, 13:51 |
|
|
|
• Hikmət Hacıyevin sürpriz Tehran SƏFƏRİ - AKTUAL
Bu gün, 13:04 |
|
|
|
• Xankəndidə dəhşətli gecə: 200-dən çox erməni necə öldü? – Onun adı hallanır
Bu gün, 13:01 |
|
|
|
• Sərkisyana sui-qəsdlə bağlı iki versiya: - onu kim öldürüb?
Bu gün, 13:00 |
|
|
|
• AQC ilə “Meqa Sığorta” arasında əməkdaşlıq memorandumu - İMZALANIB
Bu gün, 12:54 |
|
|
|
• Azərbaycanda mal əti maya dəyərindən 3 dəfə baha satılır – Rəsmi statistika
Bu gün, 12:47 |
|
|
|
• Həbsdəki general 12 milyon 415 min ödəməsinin nəzərə alınmasını istəyir - GƏLİŞMƏ
Bu gün, 12:44 |
|
|
|
• 1 milyon mənimsəmədə ittiham olunan Raqif Abbasov hakim önündə: Azadlıqdadır... - TƏFƏRRÜAT
Bu gün, 12:43 |
|
|
|
• Dünyada taxılın bahalaşması Azərbaycana da təsir göstərəcək - NƏ ETMƏLİ?
Bu gün, 12:40 |
|
|
|
• Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?
Bu gün, 12:38 |
|
|
|
• Burda doğru danışana TƏZYİQ EDİRLƏR... - AXI NİYƏ?..
Bu gün, 12:36 |
|
|
|
• "Atam hələ xəstəxanadadır" - AÇIQLAMA
Bu gün, 12:26 |
|
|
|
• Əmlak Xidmətinin 5.5 milyonluq tenderinə “stop” qoyuldu
Bu gün, 12:24 |
|
|
|
• "Hazırda vəziyyətim çox pisdir, maddi imkanım acınacaqlıdır..." - GİLEY
Bu gün, 12:20 |
|
|
|
• Aİ ilə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırırıq - Ovannisyan
Bu gün, 12:16 |
|
|
|
• Bakıdan Pezeşkiana siqnal göndərildi – “Həmin qüvvələr…”
Bu gün, 12:11 |
|
|
|
• Bakıda “Rus Evi”nin yerləşdiyi binanın üzərində adın rus dilində yazılması ilə bağlı tədbirlər görüləcək - AÇIQLAMA
Bu gün, 12:08 |
|
|
|
• Ermənistanın salamat olmasını istəyiriksə, bunu etməliyik - Paşinyan
Bu gün, 12:06 |
|
|
|
• “Təhsil deyil, biznesdir” – Elvin məktəblərdən gileyləndi
Bu gün, 11:50 |
|
|
|
• Suriyanın yeni lideri Türkiyəyə arxa çevirir? - “Regnum”
Bu gün, 11:47 |
|
|
|
• Gömrük generallarının pensiya QALMAQALI – Büdcəyə vurulan zərər GERİ ÖDƏNİLƏCƏK?
Bu gün, 11:40 |
|
|
|
• İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması üçün səylər davam etdirilir - Ermənistan XİN
Bu gün, 11:37 |
|
|
|
• "Baku Network"un rəhbəri “Valday” klubunun Yaxın Şərq konfransında çıxış edəcək
Bu gün, 11:24 |
|
|
|
• “ABŞ Ermənistanda çevrilişin qarşısını aldı..." - “Armtimes”
Bu gün, 11:21 |
|
|
|
• "Mənim Ali Məhkəmənin sədri olduğum dövrdə ölüm cəzası qərarı verilməyib" - Tahir Kərimli
Bu gün, 11:15 |
|
|
|
• Aİ ölkələrinin hamısı Trampa qarşı çıxdı
Bu gün, 11:12 |
|
|
|
• Parlamentdə yeni TƏYİNAT - FOTO
Bu gün, 11:11 |
|
|
|
• İrəvandan açıqlama: - “Sülh sazişinin imzalanmasına çox yaxınıq”
Bu gün, 11:07 |
|
|
|
• "İmam Əli Mərkəzi" casus yuvasıdır - Nazir
Bu gün, 11:06 |
|
|
|
• Qızı vermədilər, oğurladılar - İmişlidəki olayın TƏFƏRRÜATLARI
Bu gün, 11:01 |
|
|
|
• Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
Bu gün, 10:58 |
|
|
|
• AZAL-ın təyyarəsinin qəzaya uğrama səbəbinin araşdırılması üzrə ilkin hesabat yaxın günlərdə açıqlanacaq - Nazir
Bu gün, 10:51 |
|
|
|
• "Avroviziya" təmsilçimiz onlardan biri olacaq? - FOTO
Bu gün, 10:50 |
|
|
|
• Çin ABŞ məhsullarına tarif tətbiq edib
Bu gün, 10:39 |
|
|
|
• Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Bu gün, 10:38 |
|
|
|
• Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
Bu gün, 10:25 |
|
|
|
• "Bu, bir təsadüf deyildi" - VİDEO
Bu gün, 10:10 |
|
|
|
• Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Bu gün, 10:02 |
|
|
|
• Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq - Paşinyan
Bu gün, 09:55 |
|
|
|
• Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir - İTTİHAM VAR...
Bu gün, 09:52 |
|
|
|
• Təhsildə nöqsanlar belə ört-basdır edilir... - MALƏSƏF...
Bu gün, 09:50 |
|
|
|
• Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb - VİDEO
Bu gün, 09:45 |
|
|
|
• Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? - ETİRAZ
Bu gün, 09:43 |
|
|
|
• "Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:40 |
|
|
|
|