Suriyanın yeni lideri Türkiyəyə arxa çevirir? .....                     Gömrük generallarının pensiya QALMAQALI .....                     İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması üçün səylər davam etdirilir .....                     "Baku Network"un rəhbəri “Valday” klubunun Yaxın Şərq konfransında çıxış edəcək .....                     “ABŞ Ermənistanda çevrilişin qarşısını aldı..." .....                     "Mənim Ali Məhkəmənin sədri olduğum dövrdə ölüm cəzası qərarı verilməyib" .....                     Aİ ölkələrinin hamısı Trampa qarşı çıxdı .....                     Parlamentdə yeni TƏYİNAT .....                     İrəvandan açıqlama: .....                     "İmam Əli Mərkəzi" casus yuvasıdır .....                     Qızı vermədilər, oğurladılar .....                     Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... .....                     AZAL-ın təyyarəsinin qəzaya uğrama səbəbinin araşdırılması üzrə ilkin hesabat yaxın günlərdə açıqlanacaq .....                     "Avroviziya" təmsilçimiz onlardan biri olacaq? .....                     Çin ABŞ məhsullarına tarif tətbiq edib .....                     Şəhid anası nazirdən GİLEY EDİR... .....                     Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... .....                     "Bu, bir təsadüf deyildi" .....                     Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb .....                     Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq .....                     Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir .....                     Təhsildə nöqsanlar belə ört-basdır edilir... .....                     Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb .....                     Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? .....                     "Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı .....                     “AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” .....                     Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... .....                     "Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" .....                     "44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" .....                     Paşinyanın sirli ABŞ səfəri .....                     Rusiyada yaşayan azərbaycanlılara hansı problemlər yaradacaq? .....                     İran Zəngəzur prosesindəki maneələri aradan qaldıracaq .....                     Köçəryanı qane edən Qarabağ təklifi .....                     Gürcüstandan Azərbaycana ZƏRBƏ .....                     Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib .....                     Paşinyanın ələ keçirmək istədiyi Azərbaycan ərazisi .....                     USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu... .....                     Nizami rayonunda meydan sulayan KİMDİR? .....                     "Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" .....                     ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib .....                 

Bakının «Lift xərçəngi" - «BakLift»in Qüdrət problemi
Tarix: 3-05-2017, 08:30 | Çap et
Bakının «Lift xərçəngi"
Rəhmətlik Səməd Vurğun vaxtilə yazmışdı: «Bakının dərdi var – Bakı xəstədir…» Çağdaş Bakı gerçəkdən «lift xərçəngi» mərəzindən əzab çəkir. «Xərçəng» metastaz verdikcə, şəhər sakinlərinin əzabları artır və buna tərs mütənasib olaraq, «BakLift» deyilən «hibrid idarə»nin rəisi Qüdrət Şükürovun «put çuvalı» günbəgün şişir. Hətta o qədər şişir ki, mətuatımızın «tros oğrusu» kimi təqdim etdiyi bu şəxs övladına 400 min dollarlıq toy edir və heç kim bu qədər canlı pulun mənbəyi barədə ondan heç nə sourşmur! Görünür, çox «dızıq» dayısı (oxu – şəriki var!)…

Mətbuatımızın yazdıqları, «AzPolitika.info»-nun ünvanına daxil olan müraciətlərin sayı və strukturu, o cümlədən, 2 gün əvvəl «20 yanvar metrostansiyası» yaxınlığındakı binanın liftində qəza göstərir ki, Bakının lift problemi çox «dərinə işləyib». Mövcud mənzərənin üzərinə işıq salmaq üçün redaksiyamıza daxil olmuş vətəndaş müraciətlərindən bir neçəsini dərc etmək yerinə düşərdi…
Bakı şəhəri, Nərimanov rayonundan aldığımız müraciətdə deyilir:
«Biz uzun illərdir ki, Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, 3 ünvanında yerləşən binanın 6-ci blokunda yaşayırıq. Bina 9 mərtəbəli binadır və keçmiş SSRİ vaxtlarında, daha doğrusu 1973-cü ildə inşa edilmişdir. Bizim binanın lifti bina inşa olunduğu vaxtdan istifadə olunur – artıq köhnəlib və tez-tez sıradan çıxır…
Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2008-ci il tarixli "Şəhər və rayon mərkəzlərində olan binalarda lift təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” Sərəncamı sübut edir ki, lift təsərrüfatının təmiri və yenidən qurulması üçün kifayət qədər vəsait ayrılmışdır və bu proses davam edir.
Lakin bu günə qədər 44 ildən artıq мüddətdə istifadə olunan bir lift qurğusunun niyə dəyişdirilməməsi yalnız təccüb doğurur və dövlət tərəfindən ayrılan vəsaitlərin təyinatı üzrə istifadə olunması ilə bağlı şübhə yaradır.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin "Lifttəmir” İstehsalat Birliyinə ünvanladığı 25/24-04464 saylı,02.12.2010-cu il tarixli məktubunda da bizim blokun liftinin dəyişdirilməsi zəruri hesab olunmuşdur. Məlumat üçün bildiririk ki, şəxsi münasibətlər zəminində bizim binanın 1-ci blokunun lifti artıq yenisi ilə əvəz olunmuşdur.
Biz başa düşürük ki, belə bir xırda məsələdən ötrü sizin saytı narahat etmək yerinə düşmür, lakin tez-tez sıradan çıxan liftin dəyişdirilməsinə наил олмаг üçün başqa bir yolumuz qalmayıb.
Sizdən xahiş edirik ki, Bakı şəhəri, Nərimanov rayonu, Hidayətzadə küçəsi, 3 ünvanında yerləşən binanın 6-cı blokunda 44 ildir ki, istismarda olan liftin dəyişdirilməsi ilə bağlı bizim тələbimizi öz saytınızda dərc edəsiniz.
Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, 3 saylı binanın 6-cı blokunun sakinləri adından, Adil Hacalıyev»

Digər müraciəti Suraxanı rayanu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsindəki 9-cu binanın birinci blokunun sakinlərindən almışıq. Sakinlər xəbər verirlər ki, blokun lifti hələ ötən əsrin 80-ci illərində quraşdırılıb və indiyə qədər əsaslı (və normal cari) təmir olunmayıb. Bir sözlə, sözügedən «texniki və mənəvi cəhətdən tam aşınmış» bu qurğu indi qəza vəziyyətindədir – bu, problemin bir tərəfidir.

Problemin digər tərəfi isə ondan ibarətdir ki, bu «qoca lift» heç əməlli-başlı işləmir də – ayda bir neçə dəfə ən müxtəlif səbəblərdən dolayı, «xarab olur» və həftələrlə, aylarla işləmir. Sivil dünya 21-ci əsrə qədəm qoyub, kosmosa turist səfərləri etdiyi bir vaxtda, torpağının altı da, üstü də «qızıl olan» Azərbaycanın baş kəndində zavallı insanlar lift xidmətinin yoxluğu səbəbindən, əzab çəkirlər…

Liftimiz hal-hazırda da işləmir – təxinən, 15 gün olar ki, «motor»u yanıb, deyirlər. Ümumiyyətlə, bizim «əldən düşmüş «qoca»nın motoru» tez-tez yanır – 2-3 aydan bir. Hər dəfə də lift idarəsi sakinlərdən pul yığdırır və guya, «motoru sarıtdırır». Görünür, onu məqsədli şəkildə, keyfiyyətsiz sarıyırlar ki, tez-tez yansın! Daha bezmişik – bilmirik neynəyək, kimə üz tutaq?

Bezmək bir yana, indi həm də ehtiyat edirik ki, «İslam həmrəylik oyunları»na təşrif buyuran müsəlman bacı və qardaşlarımızdan bir qisminin yolu birdən Yeni Günəşliyə düşər – onlar müsəlman bacı və qardaşlarının necə acınacaqlı bir vəziyyətdə yaşa… pardon, süründüyndən xəbər turarlar! O zaman, ağlımız kəsmir ki, onlar bizimlə həmrəy olsunlar – axı, onların liftləri bizimkilər kimi «göz dağı» deyil, lift idarələrinin rəisi də bizimki kimi «qüdrətli» ola bilməz. Heç biz də onlarla həmrəy ola biləcəyimizi düşünmürük – bilirik ki, «Artur-Hacıbala-Qüdrət triosu» buna imkan verməz…

Ötən dövrdə yerli KİV-in yazdığına görə, dövlət başçısı 2010-cu ildən üzübəri, Bakı şəhərindəki liftlərin təmiri və yenilənməsi məqsədilə həmin Qüdrətin rəis olduğu «BakLift» idarəsinə 50 milyondan artıq vəsait verib. Amma nə kələkdirsə, bu təyinatlı məbləğ artıqca, Qüdrətin «boynu daha da yoğunlayır», paytaxtın lift təsərrüfatı isə daha böyük ahənglə «dağılır».

Xahiş edirik ki, bizim əvəzimizə, hökumət deyilən bu «kriminal dəstə»dən soruşasınız: «Tros Qüdrət» (Şükürov) büdcə pullarını neyləyib ki, indi əhali yaşadığı yuxarı mərtəbələrə piyada qalxmaq zorunda qalıb?!»

Belə-belə işlər… Buradan açır görünür ki, «Azərbaycan iri addımlarla irəliləyir» – içi bizi yandırır, çölü isə özgələri. Amma dözümümüzə söz ola bilməz…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Suriyanın yeni lideri Türkiyəyə arxa çevirir? - “Regnum”
Bu gün, 11:47
Gömrük generallarının pensiya QALMAQALI – Büdcəyə vurulan zərər GERİ ÖDƏNİLƏCƏK?
Bu gün, 11:40
İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması üçün səylər davam etdirilir - Ermənistan XİN
Bu gün, 11:37
"Baku Network"un rəhbəri “Valday” klubunun Yaxın Şərq konfransında çıxış edəcək
Bu gün, 11:24
“ABŞ Ermənistanda çevrilişin qarşısını aldı..." - “Armtimes”
Bu gün, 11:21
"Mənim Ali Məhkəmənin sədri olduğum dövrdə ölüm cəzası qərarı verilməyib" - Tahir Kərimli
Bu gün, 11:15
Aİ ölkələrinin hamısı Trampa qarşı çıxdı
Bu gün, 11:12
Parlamentdə yeni TƏYİNAT - FOTO
Bu gün, 11:11
İrəvandan açıqlama: - “Sülh sazişinin imzalanmasına çox yaxınıq”
Bu gün, 11:07
"İmam Əli Mərkəzi" casus yuvasıdır - Nazir
Bu gün, 11:06
Qızı vermədilər, oğurladılar - İmişlidəki olayın TƏFƏRRÜATLARI
Bu gün, 11:01
Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
Bu gün, 10:58
AZAL-ın təyyarəsinin qəzaya uğrama səbəbinin araşdırılması üzrə ilkin hesabat yaxın günlərdə açıqlanacaq - Nazir
Bu gün, 10:51
"Avroviziya" təmsilçimiz onlardan biri olacaq? - FOTO
Bu gün, 10:50
Çin ABŞ məhsullarına tarif tətbiq edib
Bu gün, 10:39
Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Bu gün, 10:38
Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
Bu gün, 10:25
"Bu, bir təsadüf deyildi" - VİDEO
Bu gün, 10:10
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Bu gün, 10:02
Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq - Paşinyan
Bu gün, 09:55
Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir - İTTİHAM VAR...
Bu gün, 09:52
Təhsildə nöqsanlar belə ört-basdır edilir... - MALƏSƏF...
Bu gün, 09:50
Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb - VİDEO
Bu gün, 09:45
Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? - ETİRAZ
Bu gün, 09:43
"Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:40
“AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” - Fəzail Ağamalı
Bu gün, 09:36
Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Bu gün, 09:29
"Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" - Fazil Mustafa
Bu gün, 09:18
"44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" - Paşinyan
Bu gün, 09:17
Paşinyanın sirli ABŞ səfəri - Bakıya qarşı gizli plan...
Bu gün, 09:15
Rusiyada yaşayan azərbaycanlılara hansı problemlər yaradacaq? - AKTUAL
Bu gün, 09:12
İran Zəngəzur prosesindəki maneələri aradan qaldıracaq - Görünəni odur ki...
Bu gün, 09:10
Köçəryanı qane edən Qarabağ təklifi – “Nə Əliyev, nə də Elçibəy razılaşdı, çünki…”
Bu gün, 09:04
Gürcüstandan Azərbaycana ZƏRBƏ - Bakıdan etirazlar
Bu gün, 09:03
Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib - BU NƏDİ BELƏ?..
Bu gün, 09:01
Paşinyanın ələ keçirmək istədiyi Azərbaycan ərazisi – “Çox strateji yerdir…”
Bu gün, 08:59
USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu... - FAKT BUDUR!
Bu gün, 08:56
Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 08:49
"Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" - ETİRAZ
Bu gün, 08:44
ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib
Bu gün, 08:34
İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... - Ekspert danışır...
Bu gün, 08:29
Hacıyevin İran səfərinin pərdəarxası - 9 illik “tilsimi” sındırmaq zamanı
Bu gün, 08:21
Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir - Kiviryan
Bu gün, 08:17
Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23
Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18
Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47
Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43
Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39
'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13
Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru