““Royal Estate” şirkəti mənə 43 min manat ziyan vurub” - “Royal Estate” MMC-dən şikayət
Tarix: 8-06-2017, 08:59 | Çap et
“Təzadlar” qəzetinə müraciət edən Masallı rayonunun Çayqıraq kəndində qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsi, ev 111-də kirayədə yaşayan Xalıq Nurullayev “Royal Estate” şirkətinin işçisi Fərhad Hüseynov tərəfindən haqsızlığa məruz qaldığını və 43 min manat ziyana düşdüyünü bildirib.
Bu barədə X.Nurullayevin Baş prokuror Z.Qaralova ünvanladığı müraciətində daha geniş bəhs olunur.
Müraciətdə deyilir:
“Hörmətli cənab Baş prokuror! Mən 2010-cu ildən “28 May” metrostansiyasının yaxınlığındakı yeraltı keçiddə ticarətlə məşğul olurdum. Belə ki, “Royal Estate” şirkətindən müqavilə ilə yerlər götürən Fərhad Şaban oğlu Hüseynov 52 nömrəli mağazada mənə şifahi razılaşma əsasında 34 kvadrat metrlik yer icarəyə vermişdi. O, məndən ayda 5300 manat icarə haqqı alırdı, şirkətə isə 1500 manat verirdi. Eşitdiyimə görə, şirkət də həmin puldan vergi orqanlarına yalnız 400 manat ödəyirmiş. Devalvasiyadan sonra vəziyyətimiz çətinləşdi. Bu səbəbdən də bir neçə ticarətçi yığışaraq şirkət rəhbərliyindən və onların icarədarlarından kirayələri azaltmağı xahiş etdik. Fərhad Hüseynov mənə dedi ki, icarə haqqı 1000 manat azalacaq, amma əvvəlcədən ona 20 min manat “şapka” verməliyəm. Lakin mən imtina etdim və şirkətin icraçı direktoru Anar Novruzovdan dəfələrlə xahiş etdim ki, mənə kömək etsinlər. Anar Novruzov məsələni həll edəcəyinə söz versə də, sözünə əməl etmədi. Hətta bir müddətdən sonra o, dedi ki, Fərhad Hüseynovla müqaviləni pozur və mən də həmin mağazadan çıxmalıyam. Lakin sonra öyrəndim ki, onlar əlbir olub, mənim qadın ayaqqabıları satdığım 34 kvadrat metrlik yeri Fərhad Hüseynovun anasının adına icarə müqaviləsi bağlaylblar. Ötən il fevralın 20-də gəlib gördüm ki, mağazanı boşaldıblar və mənim 43 min manatlıq malım yoxdur. Bu barədə polisə məlumat verdim, 22-ci polis bölməsindən gəldilər, lakin dedilər ki, bu mülki məsələdir. Ancaq may ayında xəbər tutdum ki, mallarım “Royal Estate”in anbarındadır. Gedib gördüm ki, malların hamısı yararsız vəziyyətdədir. Mallarımı üç ay gizlədən “Royal Estate” şirkəti mənə 43 min manat ziyan vurub, indi isə həmin ziyanı ödəyən yoxdur. Hörmətli cənab Baş prokuror! Qeyd etdiyim kimi, mağazalardan yüksək məbləğdə icarə həqqı yığılsa da, icarə müqavilələrində aşağı məbləğ göstərilir. Mağazaları icarəyə götürənlər başqa şəxslər olsa da, tamamilə ayrı şəxslər işlədir və ticarətçilərlə heç bir əmək müqaviləsi bağlanmır. Bu cür vəziyyət yüzlərlə mağazalarda mövcuddur. Həmin ticarət obyektlərindən yığılaraq dövlət büdcəsinə ödənilməli olan icarə haqları başqa-başqa şəxslərin cibinə dolur. Hesab edirəm ki, sözügedən ticarət öbyektlərində baş alıb gedən bu qanunsuzluqların aradan qaldırılması bəzi şəxslər tərəfindən mənimsənilən pulların dövlətin büdcəsinə ödənilməsinə şərait yaradar. Vergiləri vaxtında və tam həcmdə ödəmək hər bir kəsin vəzifəsi olsa da, qeyd edilən ticarət obyektlərində bu konstitusion vəzifələrə laqeyd yanaşılır. Respublikanın müəyyən iqtisadi çətinliklərlə üzləşdiyi bir vaxtda bu şəxslər qanunsuz əməlləri ilə dövlətin büdcə siyasətini daha da ağırlaşdırır, eyni zamanda sadə işçilərin əmək hüquqlarını kobud şəkildə pozurlar. Cənab Baş prokuror! “28 May” metrostansiyasının yaxınlığındakı yeraltı keçiddə “Royal Estate” MMC-yə məxsus ticarət obyektlərini icarəyə götürən və əmək müqaviləsi bağlamadan işçiləri işə cəlb edən şəxslərin fəaliyyətinin yoxlanılaraq barələrində qanuni tədbirlər görülməsini sizdən xahiş edirəm. Cənab Baş prokuror! 6 il ərzində Fərhad Hüseynova 5 min 300 manat pul ödəmişəm. Bu pul şirkətin adı ilə məndən alınıb. Həmin pulları Anar Novruzova verdiyini desə də, o, bunu təkzib edir. Ona görə də Fərhad Hüseynovun dələduzluq yolu ilə məndən aldığı 5 min 300 manat pulun və mallarımın özümə qaytarılmasına kömək edəsiniz. Hazırda heç bir yerdə işləmirəm. Borc içində boğuluram. Mənə kömək edin, yalnız ümidim sizədir”. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 08:49 |
|
|
|
• "Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" - ETİRAZ
Bu gün, 08:44 |
|
|
|
• ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib
Bu gün, 08:34 |
|
|
|
• İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... - Ekspert danışır...
Bu gün, 08:29 |
|
|
|
• Hacıyevin İran səfərinin pərdəarxası - 9 illik “tilsimi” sındırmaq zamanı
Bu gün, 08:21 |
|
|
|
• Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir - Kiviryan
Bu gün, 08:17 |
|
|
|
• Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23 |
|
|
|
• Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18 |
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
|