“İcra başçısı məni və ailə üzvlərimi həbslə təhdid edir” - ŞİKAYƏT
Tarix: 26-07-2017, 10:01 | Çap et
Lacın Rayon Kalafalıq kəndindən məcburi köckün İbrahimov Alqulu Şavağat oğlu tərəfindən Hurriyyet.org-un redaksiyasına şikayət məktubu daxil olub. Müəllif saytımız vasitəsilə prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Baş Prokuror Zakir Qaralova və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyeva müraciət edir. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik: “Mən İbrahimov Alqulu Şavağat oğlu Lacın rayonu Kalafalıq kəndində anadan olmuşam. Lacın rayonunun Ermənistan tərəfindən 18 may 1992-ci ildə işğal olunması ilə əlaqədar Ağcabədi rayonu “Taxta körpü” ərazisində 552-ci qəsəbədə 376 saylı evdə məskunlaşmışam. Özüm YAP-ın Lacın rayon təşkilatının üzvüyəm. Sizlərə müraciət etməyimin səbəbi Lacın RİH-nin başcısı Aqil Nəzərli tərəfindən məni və ailə üzvlərimin həbs etdirməklə təhdid etməsidir. Səbəbi barədə istərdim sizlərə məlumat verim. Belə ki, A.Nəzərlinin qardaşı Müqabil Nəzərli feysbuk səhifəmdən istifadə edərək, mənim adımdan 2013-2016-cı illərdə Lacın RİH-nin başcısı işləmiş Akif Səlimov barəsində şantaj dolu yazılar yazmış və nəticədə qarşı tərəfin məni məhkəməyə vermişdir. Aqil Nəzərlinin qardaşı Müqabil Nəzərli daim mənim yanıma gələrək Akif Səlimovdan və idarə müdirlərindən ərizə yazmağı təkid edirdi. Müqabil Nəzərli açıq şəkildə bildirirdi ki, yuxarılara biz şantaj dolu ərizələr yazmalıyıq ki, qardaşı Aqil Nəzərli Lacın Rayonuna icra başcısı gəlsin. Xatırladıram ki, həmin dövrdə Aqil Nəzərli YAP-ın Lacın rayon təşkilatının sədri, eyni zamanda Lacın RİH-nin müavini vəzifəsində calışırdı. M.Nəzərli mənim telefonuma müdirlərin və Akif Səlimovun adamlarınının səsini yazdırmaq üçün şantaj etmək məqsədi ilə proqramlar yazdırdı. Hətda bir dəfə M.Nəzərli A.Səlimovdan ərizə yazmaq ücün mənim yanıma gələndə ona məxsus 21031 markalı minik maşını qəflətən alovlandı, ətrafdakı insanların köməyi ilə alovun qarşısı alındı. Həmin anda M.Nəzərli özü etiraf etdi ki, biz A.Səlimova qarşı haqsız iş görürük, ona görə maşın alışıb yanır. Həmin dövrdə Lacın Rayon Mədəniyyət Şöbəsinin müdiri işləyən Yusif Hüseynovun səsinin yazdırılmasını Müqabil Nəzərli təşkil etmişdir. Möhtərəm Prezident! Hazırda Lacın RİH-nin başcısı işləyən Aqil Nəzərlinin qardaşı Müqabil Nəzərlinin mənim adımdan Akif Səlimovu şantaj etməsinə görə Lacın Rayon Məhkəməsi mənə 2800 manat cərimə kəsmişdir. Məhkəmə ərəfəsində Aqil Nəzərli qardaşı Müqabil Nəzərli və atasını mənim yanıma göndərərək, onların adlarının cəkilməməsini xahiş etmişdir. İcra Başcısı təyin olunandan sonra Aqil Nəzərli məni otağına cağıraraq təklif etdi ki, sən mətbuata yaz ki, Akif Səlimov Lacın Rayonuna icra başcısı təyin olunanda guya Ermənistanla telefonla danışıb. Bildirirəm ki, bu fikirlər hörmətli Aqil Nəzərliyə məxsusdur. Eyni zamanda Aqil Nəzərli məni qəbul edəndə, o, Lacın rayonunda üç ildən artıq icra başcısı işləməyəcəyini, ”hesabı” verib başqa rayona icra başcısı gedəcəyini bildirdi. Mənə İcra Hakimiyyətinin Xeyriyyə Fondundan hər ay 150 manat verməklə məhkəmənin hökmü ilə verilmiş 2800 manat cərimənin ödənməsi ücün Aqil Nəzərli kömək edəciyini bildirdi. İcra Başcısı dedi ki, 10-15 ildir işləyən idarə müdirləri var, onlarla işləmək istəmir, ona görə də həmin müdirlərdən şantaj dolu ərizələr yazmasını mənə tapşırsa da, etirazımı bildirdim. Təbii ki, köhnə müdirləri çixarıb rüşvət müqabilində yeni müdirlər təyin etmək istəyirdi. Möhtərəm Prezident! Bütün bunları bildirməkdə məqsədim icra başcısı işləyən şəxsin vəzifəyə gəlmək ücün hansı işlərlə məşğul olduğunu göstərməkdir. Görünür, cənab A.Nəzərlinin şəxsi maraqları dövlət və partıya maraqlarından üstündür. Bu gün hörmətli A.Nəzərlinin təyin etdiyi Təhsil Şöbəsinin müdiri Nicat Həsənov övladlarımızın təhsil aldığı məktəblərdən aylıq yığır. Baş həkim Güllü İbadova sağlamlığımızın keşiyində duran tibb işcilərindən pul yığır. Aqil Nəzərli və dövlət işində hec vaxt işləməmiş Dövlət İdarəetmə Akademiyasında guya təhsil alan Müqabil Nəzərli hərbi xidmətdə olmamışdır. Sonda onu bildirirəm ki, Aqil Nəzərli bu günə qədər Laçın rayon tədbirlərində heç bir çıxışı olmayıb. SƏBƏB; Savadsızlığı və intelekt səviyəsinin aşağı olmasıdır. Sizlərdən Lacın RİH-də baş verən bu özbaşınalıqların aradan qaldırılmasını, mənim və mənim kimi digər insanların şər-böhtandan, təhdidlərdən qutarmağınızı rica edirəm”. Hurriyyet.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35 |
|
|
|
• Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Dünən, 16:30 |
|
|
|
• 2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Dünən, 16:29 |
|
|
|
|