Elmar Vəliyev nədən qanunlara ayaq uydurmur? - İDDİA
Tarix: 31-07-2017, 09:30 | Çap et
Ölkə başçısının tapşırığından sonra Respublikanın müxtəlif şəhər və rayonlarında yaşıllıqları məhv edənlərə qarşı sərt tədbirlər görülməkdədir. Prezident hər dəfə ölkənin ekoloji durumu ilə bağlı fikirlərini bölüşəndə xatırladır ki, heç kim ağacları kəsməməli yaşıllıqlara ziyan vurmamalıdır. Son günlər Respublika Baş Prokurorluğu və Ekologiya və Təbii Sərvətlər nazirliyi yaşıllıqları məhv edən, ağacları qanunsuz yolla kəsənlərə qarşı sərt tədbirlər görür. Bu mənada bir neçə nəfərin cinayət məsuliyyətinə cəlb edilməsi və bəzilərinin barəsində araşdırmaların başlanması buna missal ola bilər. Lakin, verilən tapşırıq və görülən tədbirlər bəzi məmurları qanunsuz əməllərindən çəkindirməyib. Bu mənada Respublikanın ikinci böyük şəhər olan Gəncədə yaşıllıqların məhv edilməsi davam edir. Realliq.info qeyd edir ki, şəhərin icra başçısı Elmar Vəliyevin şəxsi maraqlarına qurban verilən yaşıllıqların yerində obyektlər tikilməkdədir. Maraqlıdır ki, Elmar Vəliyev Prezidentin tapşırıq və tövsiyyələrinə məhəl qoymayaraq illərlə böyük zəhmət hesabına əmələ gəlmiş parkları da dağıtmaqdadır. Gəncə şəhər, Kəpəz rayon icra hakimiyyətinin binasının qarşısındakı parkda baş verənlər şəhər sakinlərinin etirazına səbəb olub. Elmar Vəliyevin tapşırığı ilə parkın Gəncə çayı sahili boyunca olan yaşıllıqlar məhv edilərək yerində obyektlər tikilməkdədir. Həmin parkda iri ağacların kəsilməsinə gəncəlilər biganə qalmır. Realliq.info – ya müraciət edən şəhər ziyalıları bildirir ki, həmin parkda 50 -60 yaşı olan ağaclar belə kəsilib. Ağacları kəsərək parkın ərazisində obyektlər və evlər tikilir: “Prezident bir neçə gün öncə yenə qeyd etdi ki, ağacları kəsmək olmaz. Ağacları kəsənlərə, yaşıllıqları qanunsuz məhv edənlərə qarşı qanunla sərt cəzalar verilməlidir. Lakin Gəncənin icra başçısı buna məhəl qoymur. Onun torpaq satışı ilə məşğul olan adamı Gəncə memarlıq və şəhərsalma şöbəsinin rəisi olan Məharət Mustafayev qanun tanımır. Parkın Gəncə çayına baxan hissəsi tamamilə məhv edilib. Kim Məharət Mustafayevə sotuna 6 min manat verirsə məsələ bitir. Yəni gecə ilə parkın yaşıllığı məhv edilərək satılır”. Gəncəlilər onu da qeyd edir ki, şəhərin bir sıra ərazilərində kütləvi torpaq satışı həyata keçirilir. Qanunsuz sərəncamlarla satılan torpaqların haqqı isə Məharət Mustafayevə verilir. Digər maraqlı məqam ondan ibarətdir ki, Məharət Mustafayev bəzi vətəndaşlardan əvvəlcədən rüşvət alaraq onlara torpaq verəcəyini vəd edib. Lakin vətəndaşlar hər gün Mustafayevin qəbuluna getsələr də istəklərinə çata bilmirlər. Elmar Vəliyevin Gəncənin bəlasına çevirdiyi Məharət Mustafayevin yaxın keçmişinə nəzər salanda məlum olur ki, bu məmur qanunsuz əməlləri ilə daim diqqət mərkəzində olub. Realliq.info saytının araşdırmalarına görə sabiq başçının hələ 3 il öncə Gəncə Dövlət Universitetinin müəllim və tələbə kollektivini zorla iməciliyə çıxarıb, onların ünvanlarına nalayiq kəlmələr işlədib təhqir etməsi barədə xəbərlər yayılmışdı. Həmin hadisədən sonra Gəncə Dövlət Universitetinin müəllim kollektivi isə M.Mustafayevin onlardan üzr istəməsini tələb etmişdi. Məharət Mustafayev bu kimi qanunsuz əməllərindən sonra cəzalandırıldı. Prezidentin sərəncamı ilə Nizami rayon icra başçısı vəzifəsindən qovulan məmurun sonralar gəncəlilərə başağrısı olmayacağı düşünülürdü. Lakin sən demə Elmar Vəliyev Prezidentin tapşırıqlarına da məhəl qoymur. Çox keçmədi ki, Gəncənin meri hamının qəzəbini qazanan Məharət Mustafayevi şəhər Memarlıq və şəhərsalma idarəsinin rəisi təyin etdi. Qalmaqallı hərəkətləri ilə ad çıxaran Mustafayevin birdən-birə belə vəzifəyə gətirilməsi təəccübə səbəb olub.
Onu da qeyd edək ki, icra başçısı vəzifəsini itirsə də Məharət Mustafayev qeyri-rəsmi şəhərin baş memarı vəzifəsini icra edirdi. Respublika Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə barəsində cinayət işi açılan və Prezident tərəfindən vəzifəsindən qovulan məmurun yenidən önəmli sahəyə rəhbər təyin olundu. Bununla da məqsədinə çatan Elmar Vəliyev şəhərdə torpaq biznesinə nəzarəti sərbəst olaraq Mustafayevə tapşırdı. Başqa dillə desək dəllalın heç kimdə olmayan “məharətindən” yararlanmağa davam edir. Realliq.info –ya müraciət edərək baş verən özbaşınalıqlardan bəhs edən vətəndaşlar Prezidentdən kömək istəyirlər. Onlar Elmar Vəlıyevin qanunsuz sərəncamları ilə məhv edilən yaşıllıqların və parkların yenidən bərpa ediləcəyinə ümid edirlər.
Ekologiya və Təbii sərvətlər nazirliyinin baş verənlərə münasibətini öyrənməyə çalışdır. Nazirlikdən bildirdilər ki, qeyd olunan faktlar araşdırılır və əlavə məlumat veriləcək. Məsələyə Gəncə şəhər icra hakimiyyətinin münasibətini öyrənməyə çalışdıq. Lakin icra hakimiyyətindən sorğumuza cavab ala bilmədik. Araşdırmalarımız davam edir. Realliq.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35 |
|
|
|
• Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Dünən, 16:30 |
|
|
|
• 2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Dünən, 16:29 |
|
|
|
|