Sabiq nazir mövqelərini bərpa etməyə çalışır - Eldar Mahmudovun revanşı
Tarix: 30-08-2017, 09:12 | Çap et
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudovun son günlərdə itirilmiş mövqelərini bərpa etməyə çalışması görüntüsünü yaradan hərəkətləri müşahidə olunmaqdadır. Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi sona çatmaq üzrədir.
Dövlət ittihamçısı Akif Çovdarovun rütbələrdən, fəxri adlardan, 3 il rəhbər vəzifələr tutmaq hüququndan məhrum edilməklə 15 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib. Prokuror digər təqsirləndirilənlər - Səlim Məmmədovun 12 il, Akif Əliyev və Orxan Osmanovun hər birinin isə 9 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.
Prokurorun təqsirləndirilən şəxslərə tələb etdiyi cəza ilə zərərçəkənlər razı deyillər. İş üzrə zərərçəkənlərdən Salman Səfərov A.Çovdarova qanunda nəzərdə tutulandan az cəza verildiyini, ona ömürlük cəza təyin olunmasını məhkəmə zalında tələb edib. Amma onun tələbini hakimlər sanki eşitməyiblər.
Eldar Mahmudovun vəzifədən çıxarılmasından 1 ay sonra həbs olunan əmisi oğlu İlham Mahmudovu isə məhkəmə zalından azadlığa buraxıblar. Nəsimi Rayon Məhkəməsində hakim Elman İsayevin sədrliyi ilə keçirilən proses avqustun 27-də baş tutub. “Azərtürkbank” ASC-nin Bakı filialının müdiri olmuş İ.Mahmudov suçlandığı əməllərdə təqsirli bilinsə də, həbsdə saxlandığı müddət yetərli sayılıb. O, cərimələnməklə həbsdən canını qurtarıb.
İ.Mahmudovun 2 qardaşından Vüqar Mahmudov əmisi oğlu nazir olanda, onun köməkçisi işləyib. Hazırda məhkəməsi davam edən MTN generallarının işində də onun adı dəfələrlə hallanıb. O biri qardaşı - İlqar Mahmudov isə Səbayel Rayon Polis İdarəsinin rəisi idi. MTN ətrafındakı məlum olaylardan az sonra vəzifəsindən çıxarıldı. İlqar Mahmudovun qardaşının həbsindən sonra öz ərizəsi ilə işdən çıxdığı bildirilir.
İlham Mahmudova qarşı ittihamlara gəlincə, o, “Azərtürkbank” ASC-nin Bakı filialının müdiri vəzifəsində işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və saxtakarlıqda suçlanır. CM-in 308 və 313-cü maddələri ilə təqsirli bilinən Mahmudov cəmi 8 ay bu vəzifədə işləyib - 2015-ci ilin martından noyabrına qədər.
Cinayət işinin materiallarında yazılıb ki, o, qardaşlarının və onların həyat yoldaşının adlarına hesablar açıb, ora pullar köçürüb. İlqar Mahmudovun adına olan hesaba 10 min dollar, həyat yoldaşı Fatma Mahmudovanın adına olan hesaba isə 45 min avro pul qoyulub və bankdan faiz alınıb. Digər qardaşı Vüqar Mahmudovun həyat yoldaşı Nuranə Mahmudovanın adına olan 5 hesaba 103 min manat köçürülüb. İ.Mahmudovun etibarnamələr əsasında həmin hesablar üzrə əməliyyatları idarə etdiyi bildirilir.
İttihamda yazılıb ki, N.Mahmudovanın adındakı başqa bir hesabda 1 milyon 500 min dollar pul olub. İ.Mahmudov qardaşının sürücüsü Nicat Məmmədovun adına hesab açıb. Qardaşının həyat yoldaşının hesabındakı pulu ora köçürüb, oradan da çıxarıb. Amma İ.Mahmudov özünü təqsirli bilmir və heç bir cinayət törətmədiyini deyir. O, barəsindəki hökmlə razı deyil və apelyasiya şikayəti verib.
Sabiq nazirin oğlu Anar Mahmudovun ailə biznesini genişləndirməsi xəbəri də avqustun əvvəlində yayılmışdı. Bildirilirdi ki, oğul Mahmudovun idarə etdiyi “Caspian Crystal” LLC şirkəti ilə Fransanın məşhur armanyak (konyakın bir növü, Fransanın Armanyak bölgəsində yetişdirilən xüsusi üzüm sortlarından hazırlanır) içkisi istehsal edən “Chateau de Bordeneuve” şirkəti müqavilə bağlayıb. Müqaviləyə əsasən bu şirkətin istehsal etdiyi armanyak Azərbaycanda “Caspian Crystal” şirkəti tərəfindən satılacaq.
“Caspian Crystal” Bakıda mənzillənən, 12 mərtəbəli plazaya, üç ticarət nöqtəsinə, iki şərab anbarına və güclü anbar-paylama şəbəkəsinə malik olan şirkətdir. “Chateaux Bordeneuve & Collections” şirkətinin kommersiya direktoru Jerom Kastedine bildirib ki, bu sövdələşmə nəticəsində “Collection Privee” və “Baron de Sigognac” markalı armanyak beynəlxalq arenada daha çox tanınacaq, prestij qazanacaq. Fransız konyaklarının Azərbaycanda satışını təşkil etmək üçün müqavilə bağlayan “Caspian Crystal” şirkəti keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun ailə biznesinə daxildir. Bu holdinqi keçmiş nazirin oğlu Anar Mahmudov idarə edirdi.
“Caspian Cyristal” şirkəti Azərbaycanda dünyanın hər bir yerindən gətirilmiş eksklüziv şərablar və alkoqollu içkilər təklif edən ilk butikin - “Wine City”nin yaradıcısıdır. Hazırda Bakıda bu adla 3 butik fəaliyyət göstərir. “Wine City” mağazasında 18 min şüşənin saxlanıldığı şərab anbarı qurulub. Şərab butikinin layihəsi və dizaynı fransızlarla birgə hazırlanıb. Bu şərablar elit müəssisələrə təqdim edilir və VİP müştərilər üçün nəzərdə tutulub. Habelə “Caspian Crystal” şirkəti 2008-ci ildən etibarən lüks qədəhlər istehsalçısı “Riedel Crystal” şirkətinin Azərbaycanda rəsmi distribütorudur. “Caspian Crystal” şirkətinin fəaliyyətinin bir istiqaməti Avropanın ən yaxşı istehsalçılarından eksklüziv qida məhsullarının idxalıdır. 2007-ci ildə şirkət öz ərzaq bazasını yaradıb və “Gastronomy” pərakəndə və topdansatış üzrə ilk mağazasını açıb. Hazırda “Gastronomy-1", ”Gastronomy-2" və “Gastronomy-3" mağazaları fəaliyyət göstərir. Öz fəaliyyətinə restoran biznesi ilə başlayan ”Caspian Crystal" - “Beluga”, “Salvador Dali”, “Lord”, “VİP”, “Velluto” və “Crystal Shikhovo” kimi dəbdəbəli restoranlar şəbəkəsi yaradıb. “Caspian Crystal” şirkəti müəssisə və təşkilatların əməkdaşlarının qida ilə təmin olunmasının təşkili üzrə podrat xidmətlərinin göstərilməsi üzrə də ixtisaslaşıb. Azərbaycanda “Range Rover”, “Jaquar”, “Maserati” avtomobillərinin və “Dicati” motosikletlərinin rəsmi təmsilçisi olan “Crystal Motors” şirkəti də “Caspian Crystal” holdinqə bağlıdır. “Caspian Crystal”ın baş ofisi Bakıda Yusif Səfərov küçəsində “Caspian Crystal” plazada yerləşir.
Xatırladaq ki, Eldar Mahmudovun işdən çıxarılmasından və onun MTN-dəki mütəşəkkil qruplaşmasının zərərsizləşdirilməsindən sonra “Caspian Crystal” şirkətinin də fəaliyyətini dayandırdığı haqda məlumatlar gəlirdi. Lakin daha sonra məlum oldu ki, şirkət işləyir və onun tərkibinə daxil olan müəssisələr fəaliyyətini davam etdirir...
Gələn məlumatları Eldar Mahmudovun dirçəlməsi, yenidən meydana qayıtması kimi qəbul edənlər artıq çoxluq təşkil edir. Belə görünür ki, Eldar Mahmudovun meydana qayıdacağı ilə bağlı iddialar əbəs deyil. Amma onun revanş cəhdi baş tutacaqmı? Bu suala birmənalı cavab vermək hələlik tezdir. Musavat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35 |
|
|
|
• Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Dünən, 16:30 |
|
|
|
• 2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Dünən, 16:29 |
|
|
|
|