Eldar Mahmudovun şərti var: - istintaqa gizli gələcək
Tarix: 22-11-2017, 08:55 | Çap et
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov artıq iki dəfə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ifadə verib. Yayılan məlumatlarda qeyd olunur ki, idarədə E. Mahmudov əmisi oğlu, köməkçisi, MTN-in Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş polkovnik-leytenant Vüqar Mahmudova açılan cinayət işi üzrə ifadə verib.
Yada salaq ki, V.Mahmudova dövlət əmlakının mütəşəkkil dəstə tərkibində külli miqdarda mənimsəmə, ayrı-ayrı vətəndaşların əmlakını hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini kobud surətdə pozma, vəzifə saxtakarlığı, eləcə də tamahkarlıq və şəxsi maraqlarına görə qulluq mövqeyindən sui-istifadə əməllərinə görə ittihamlar elan olunub.
“Yeni Müsavat”a daxil olan məlumata görə, Eldar Mahmudov istintaqa çağırılsa da, onun hələ Vüqar Mahmudovla üzləşməsi baş tutmayıb. Eyni zamanda əldə etdiyimiz məlumata görə, istintaq prosesində Eldar Mahmudovun hələ ki statusu da müəyyən edilməyib. Maraqlıdır ki, Eldar Mahmudovun istintaq idarəsinə nümayəndəsiz gəldiyi bildirilir. Onun istintaq idarəsindən çıxdığı zaman görüntülənən fotolarında da bu, açıq şəkildə görünür. Elə fotolardan söz düşmüşkən, onu da qeyd edək ki, məlumata görə, Eldar Mahmudovu yayılan görüntülər çox narahat edib. Bu səbəbdən o bildirib ki, bundan sonra ifadə vermək üçün idarəyə yalnız gizliliyi təmin olunduqdan sonra gələcək.
Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan hüquqşünas Əsabəli Mustafayev bildirib ki, Eldar Mahmudova ittiham verilmədiyi üçün onun vəkilinin olmaması mümkündür: “Əgər ona ittiham elan olunmayıbsa, görünür, vəkilə də bir o qədər ehtiyacı yoxdur. Mətbuatda yazılan məlumatlara görə, Mahmudov istintaqda şahid qismində dindirilib. Belə olan halda isə vəkil yox, nümayəndə ola bilər. İstənilən adam nümayəndə kimi dindirilən şəxsin yanında gedə bilər. Ancaq bu da şəxsin öz istəyindən asılıdır. Əgər şəxs şahid kimi dindirilirsə və ehtiyac hiss edirsə, nümayəndə gətirə bilər. Eldar Mahmudov hüquq-mühafizə orqanlarında işləyib. Güman ki, hansısa nümayəndənin yanında olmasına ehtiyac duymayıb. Hələ ki məlum deyil ki, Eldar Mahmudova qarşı ittiham elan edilib, yoxsa yox. Sadəcə olaraq, söylədiklərim məntiqə əsaslanır ki, yəqin o, şahid qismində dindirilir. Əgər ona ağır cinayət elan olunsa və hesab edilsə ki, Mahmudov hansısa səbəbdən öz hüquqlarını müdafiə etmək qabiliyyətində deyil, o zaman ona dövlət hesabına vəkil təyin oluna bilər. Lakin bir çox hallarda şəxsə hətta ittiham elan olunduğu zaman belə o, düşünür ki, özü hüquqlarını daha yaxşı müdafiə edər. Ona görə də məcburi deyil ki, kiməsə mütləq vəkil təyin olunsun. Qeyd etdiyim kimi, bu, təqsirləndirilən şəxsin öz istəyindən asılıdır. Şəxsə məcburi vəkilin təyin olunması halları da var. Bu məqam isə qanunda birbaşa olaraq göstərilib. Lakin burada da Eldar Mahmudova xas bir amil yoxdur. Qanunda qeyd olunur ki, şəxsin əgər fəaliyyət qabiliyyəti məhduddursa, özünü hansısa digər səbəblərdən müdafiə etmək qabiliyyətində deyilsə, o zaman məcburi nümayəndə təyin edilir. Şəxs bundan imtina etsə də nümayəndə təyin olunur. Eldar Mahmudov isə bu kateqoriyaya aid deyil”.
Hüquqşünas düşünmür ki, Eldar Mahmudov həbs olunacaq: “Düşünürəm ki, əgər onu həbs etmək fikirləri vardısa, bunu prosesin başlanğıcında edərdilər. Çünki onun tutduğu vəzifə, əlində olan vasitələrin istintaqa təsir etmək imkanları var. Hələ kənardan müşahidə etdikdə bu, açıq formada görünür. Anlaşılmazdır ki, onun rəhbərlik etdiyi şəxslər həbsdə olduğu halda, özü azadlıqda gəzir. Bu vaxta qədər həbs olunmadığı üçün bundan sonra da onu nəyin gözlədiyini söyləmək çox çətindir. Mənim şəxsi fikrimə görə, bu proseslərin də sonunda həbs olunmayacaq”.
Təhlükəsizlik üzrə ekspertlər də bildirirlər ki, Eldar Mahmudovun məhz indiki məqamda istintaqa çağırılması bir çox suallar yaradır. Xüsusilə də onun statusunun müəyyən olmaması, proseslərin hansı zəmində inkişaf edəcəyini bəlirləməyi çətinləşdirir. Ekspertlərə görə, Eldar Mahmudovu qoruyan “əl” yenə də fəaliyyətdədir və onun həbs edilməsi bir o qədər real deyil. Görünən budur ki, “MTN işi” üzrə həbs edilənlərin ardınca Eldar Mahmudovun Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılması və mətbuatda yazılanlara görə, 5 saat dindirilməsi prosesdə yeni mərhələnin başlanğıcıdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Bu gün, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Bu gün, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Bu gün, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Bu gün, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Bu gün, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Bu gün, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Bu gün, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Bu gün, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Bu gün, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Bu gün, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Bu gün, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Bu gün, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Bu gün, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Bu gün, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Bu gün, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Bu gün, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Bu gün, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Bu gün, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Bu gün, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Bu gün, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Bu gün, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Bu gün, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Bu gün, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Bu gün, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Bu gün, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Bu gün, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Bu gün, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Bu gün, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Bu gün, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Bu gün, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Bu gün, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Bu gün, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Bu gün, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Bu gün, 16:35 |
|
|
|
• Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Bu gün, 16:30 |
|
|
|
• 2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Bu gün, 16:29 |
|
|
|
• 60 yaşlı kişi toyda 2 nəfərin başını niyə kəsmək istəyib? - TƏFƏRRÜAT
Bu gün, 16:26 |
|
|
|
• "Nikol Paşinyana olan ictimai etimad... - tarixi minimuma düşüb"
Bu gün, 16:02 |
|
|
|
• “Araz” supermarketlər şəbəkəsi gənclər üçün yeni iş imkanları yaradır - DİQQƏT
Bu gün, 15:59 |
|
|
|
• Şimal bölgəsi POLİS NƏZARƏTİNDƏ - ƏMƏLİYYAT VAR...
Bu gün, 15:56 |
|
|
|
• “Lay's” çipslərinin ölümcül TƏHLÜKƏSİ – Azərbaycanda satışı QADAĞAN EDİLƏCƏK?
Bu gün, 15:54 |
|
|
|
• Günün fotosu: MALƏSƏF... - BURA BAKIDIR!...
Bu gün, 15:52 |
|
|
|
• Paşinyan Zənğəzur dəhlizini açır - KİV
Bu gün, 15:50 |
|
|
|
• “Qusarda zərərsizləşdirilən terror qrupu qlobal güclərin Qafqaz uğrundakı mübarizəsinin göstəricisidir”
Bu gün, 15:47 |
|
|
|
• Erməni cəmiyyəti aşınıb - FAKT BUDUR!
Bu gün, 15:44 |
|
|
|
• "Kişi də heç öz ailə sirrini gətirib efirə çıxarar?" - ETİRAZ
Bu gün, 15:42 |
|
|
|
• Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru TƏYİN OLUNDU
Bu gün, 15:40 |
|
|
|
• Mart ayından sosial müavinətlərin və təqaüdlərin artırılmasını görəcəyik - MM komitə sədri
Bu gün, 15:39 |
|
|
|
• Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:37 |
|
|
|
• Minimum pensiyanın 320 manata çatdırılması ilə bağlı qanuna dəyişiklik təsdiqlənib
Bu gün, 15:30 |
|
|
|
|