Şeyxin son səlahiyyəti də əlindən alınır - GƏLİŞMƏ
Tarix: 29-11-2017, 08:58 | Çap et
Xəbər verdiyimiz kimi, ötən ay Azərbaycan prezidentinin fərmanı ilə “Mənəvi Dəyərlərin Təbliği Fondu” yaradılıb. Prezident fərmanında qeyd olunur ki, fondun yaradılmasında əsas məqsəd mövcud dini konfessiyaların dəstəklənməsi, mənəvi dəyərlərin qorunmasını və inkişafını təmin etməkdir. Fond mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılması, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyi verəcək.
Nizamnamə kapitalı 100 min manat olan fond Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərəcək. Artıq fondun 15 nəfərdən ibarət ştatı Nazirlər Kabineti tərəfindən təsdiqlənib. Ancaq hələlik fonda sədr və digər ştatlar təsdiqlənməyib. Ehtimal ki, yaxın zamanlarda DQİDK sədri fonda ehtimal ki, öz yaxın ətrafından bir nəfəri təyin edəcək.
Qeyd edək ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun geniş hüquq və səlahiyyətləri var. Onların sırasında mənəvi dəyərlərin qorunması, mənəvi, dini dəyərlərin araşdırılması, dini radikalizmdən, alkoqolizmdən, narkomaniyadan əziyyət çəkən şəxslərin cəmiyyətə yenidən inteqrasiyası, məscidlərin və digər dini abidələrin tikintisinə və bərpasına dəstək verilməsi, dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinin həyata keçirilməsinə dəstək, dini təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılmasına yardım göstərmək, təhsil alanların sosial müdafiəsinin gücləndirilməsinə maddi yardım, istedadlı şəxslərin təhsilini davam etdirməsinə, sosial müdafiəyə ehtiyacı olanların təhsil almasına maddi yardım göstərilməsi, din sahəsində ixtisaslı mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflərin verilməsi, habelə müqavilə əsasında ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək və sair.
Müşahidəçilərə görə, yeni fond Türkiyədə mövcud olan dini sistemin elementidir. Türkiyədə Diyanet İşləri Başqanlığının yanında Diyanet Vəqfi fəaliyyət göstərir. Təxminən səlahiyyətləri Azərbaycanda yaradılan fondla eynidir. Məscid tikintisi, dini dəyərlərin təbliği, dini təhsilə dəstək və sair. Ümumiyyətlə, son bir neçə ildə Azərbaycanda din-dövlət münasibətlərində Türkiyə modelinin tətbiqi müşahidə edilir. Dövlət dini fəaliyyətləri özü müvafiq qurumlar vasitəsilə həyata keçirir.
Yeri gəlmişkən, gələn ildən Azərbaycanda məsciddə rəsmi olaraq təyinatı olan din xadimlərinə dövlət tərəfindən maaş veriləcək. Bizə çatan məlumata görə, “Mənəvi Dəyərlərin Təbliği” Fondunun ilk və hələlik yeganə vəzifəsi din xadimlərinə maaş vermək olacaq. Ölkə üzrə fəaliyyət göstərən 1500-dən çox məscid var və bunların hələlik yalnız yarıya qədərinə rəsmi təyinat olub. Bizə çatan məlumata görə, tezliklə yerdə qalan məscidlərdə də rəsmi təyinat həyata keçiriləcək və bu məscidlər dövlət qeydiyyatına alınacaq, onların işçilərinə - imam və yardımçılarına maaş ödənəcək.
İki ay əvvəl isə Azərbaycanda da Türkiyədə olduğu kimi din xadimlərinin “imam” adlandırılması təklifi irəli sürülüb və qəbul olunub. Əslində nəzəri baxımdan bu yeniliklər heç də pis deyil. Əksinə, daha mütərəqqi addımdır. Dövlət dini fəaliyyətləri öz təşkil edəcək, onu maliyyələşdirəcək, o cümlədən dini təhsilin də pulsuz olması, dövlət tərəfindən maliyyələşdirilməsi təklifi də səsləndirilib ki, bütün bunlar Azərbaycanda xaricdən dini təsirlərin azalmasına xidmət edən, dini sahəni sağlamlaşdıran addımlardır. Amma ortada bir neçə suallar var. Birincisi, dövlətin indi bu yükü daşımaq imkanı varmı? Müvafiq hüquqi baza, savadlı, uyğun kadrlar yerindədirmi? İkincisi, bu yeniliklər dini camiəni bölməyəcək ki? Məsələ ondadır ki, tarixən, o cümlədən son 200 ildə formal dini qurumlara dövlət nəzarəti olsa da, onlar əsasən dövlət qurumu olmayıb, müəyyən məsafədə dayanıblar. İndi isə dini qurumlar və din xadimləri faktiki olaraq dövlət qulluqçusu statusunda olacaq. Bu halda dindarların bu şəxslərə etimadı, yaxınlaşması nə qədər olacaq?
Təbii ki, bu sualın cavabı mənfidir. Çünki hətta Türkiyənin özündə belə məscidlər dövlət nəzarətində olsa da, əsas camaatlar dövlətdən kənardadır. Dövlətin din üzərində nəzarəti formaldır. Üstəlik, nəzərə almaq lazımdır ki, həm nəzəri baxımdan, həm də təcrübi baxımdan Türkiyədə dövlət nəzdindəki dini qurumlar çox güclüdür və əhalinin tələblərini qarşılamaq iqtidarındadır. Azərbaycanda isə əhalinin böyük əksəriyyətini təşkil edən şiə cəmiəsinin dövlət nəzdindəki ruhaniliyə bağlanması nəzəri olaraq ən azı, çətindir. İkincisi də bunu edə biləcək sayda kadr və potensial yoxdur. Hətta QMİ kimi formal da olsa dövlətdən kənar qurum dindar camiə üzərində ciddi təsirə mail ola bilmədi.
Və nəhayət, bu son addımlar faktiki olaraq ənənəvi dini mərkəzi - QMİ-ni kənarda qoyur. Son qərardan sonra artıq din xadimlərinə maaşları da dövlət verəcək. Bununla da QMİ-nin hətta rəsmi qeydiyyatda olan ruhanilər üzərində təsiri sıfıra enəcək. Çünki hazırkı qaydalara əsasən məscidlərin ərazisi bələdiyyələrə (tarixi abidələr istisna olmaqla), onun icması DQİDK-ya, imam və digər dini vəzifəlilər isə QMİ-yə tabedir. İndi isə faktiki olaraq QMİ-nin məscidlər üzərində təsiri sıfıra enəcək və onun dini sferada yeganə fəaliyyəti dini təqvimlərin, Məhərrəm (yeni il), Ramazan və Qurban bayramlarının daxil olması ilə bağlı fətva verməkdən o tərəfə keçməyəcək. Çünki hüquqi baxımdan QMİ qeyri-hökumət təşkilatıdır və DQİDK-ya birinci icma kimi qeydiyyata alınıb.
Bizə çatan məlumata görə, din sahəsində atılan bu addımlar Şeyxülislamı narazı salıb. Formal olaraq dini qurumlar arasında isti münasibətlər müşahidə olunsa da, Şeyx indiki vəziyyətdən xoşhal deyil. Ancaq atacaq addım da yoxdur. Məsələ ondadır ki, Azərbaycanda Nazirlər Kabineti yanında Dini İdarə ləğv olunub onun yerində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yarandıqdan sonra Şeyxin səlahiyyətlərinə hücumlar olub.
“Heydər Məscidi”nin idarəsinin Bakı Şəhər İH-yə verilməsi, ehsan qadağası və Şeyxülislamın qardaşının ona reaksiyası, müsəlman dini icmalara yardımların QMİ-dən alınıb DQİDK-ə verilməsi və sair addımlar din sahəsində QMİ-nin səlahiyyətlərinin tədricən əlindən alınması idi. İndi isə artıq 300-ə qədər məsciddə işçilərə maaş verilməsi səlahiyyətləri də QMİ-dən alınacaq və ölkənin mərkəzi dini idarəsinin məscidlər və din xadimlərinə birbaşa təsir imkanları olmayacaq. QMİ-nin nəzarətində qalan yeganə “toxunulmaz” sahə hələlik Həcc ziyarətidir. Yəqin ki, gələn ildən Həcc ziyarətinin təşkili ilə bağlı qaydalarda dəyişiklik olsa, təəccüblənməyə dəyməyəcək.
Hələlik Şeyxülislam bu hadisələrə açıq reaksiya verməyib. Ancaq bizə çatan məlumata görə, o, dövlətin müvafiq qurumlarının rəhbərliyinə narazılığını bildirib. Görünən odur ki, Şeyxülislam bir növ gedişatla barışıb. \\musavat.com\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Bu gün, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Bu gün, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Bu gün, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Bu gün, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Bu gün, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Bu gün, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Bu gün, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Bu gün, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Bu gün, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Bu gün, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Bu gün, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Bu gün, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Bu gün, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Bu gün, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Bu gün, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Bu gün, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Bu gün, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Bu gün, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Bu gün, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Bu gün, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Bu gün, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Bu gün, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Bu gün, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Bu gün, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Bu gün, 16:35 |
|
|
|
• Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Bu gün, 16:30 |
|
|
|
• 2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Bu gün, 16:29 |
|
|
|
• 60 yaşlı kişi toyda 2 nəfərin başını niyə kəsmək istəyib? - TƏFƏRRÜAT
Bu gün, 16:26 |
|
|
|
• "Nikol Paşinyana olan ictimai etimad... - tarixi minimuma düşüb"
Bu gün, 16:02 |
|
|
|
• “Araz” supermarketlər şəbəkəsi gənclər üçün yeni iş imkanları yaradır - DİQQƏT
Bu gün, 15:59 |
|
|
|
• Şimal bölgəsi POLİS NƏZARƏTİNDƏ - ƏMƏLİYYAT VAR...
Bu gün, 15:56 |
|
|
|
• “Lay's” çipslərinin ölümcül TƏHLÜKƏSİ – Azərbaycanda satışı QADAĞAN EDİLƏCƏK?
Bu gün, 15:54 |
|
|
|
• Günün fotosu: MALƏSƏF... - BURA BAKIDIR!...
Bu gün, 15:52 |
|
|
|
• Paşinyan Zənğəzur dəhlizini açır - KİV
Bu gün, 15:50 |
|
|
|
• “Qusarda zərərsizləşdirilən terror qrupu qlobal güclərin Qafqaz uğrundakı mübarizəsinin göstəricisidir”
Bu gün, 15:47 |
|
|
|
• Erməni cəmiyyəti aşınıb - FAKT BUDUR!
Bu gün, 15:44 |
|
|
|
• "Kişi də heç öz ailə sirrini gətirib efirə çıxarar?" - ETİRAZ
Bu gün, 15:42 |
|
|
|
• Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru TƏYİN OLUNDU
Bu gün, 15:40 |
|
|
|
• Mart ayından sosial müavinətlərin və təqaüdlərin artırılmasını görəcəyik - MM komitə sədri
Bu gün, 15:39 |
|
|
|
• Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:37 |
|
|
|
• Minimum pensiyanın 320 manata çatdırılması ilə bağlı qanuna dəyişiklik təsdiqlənib
Bu gün, 15:30 |
|
|
|
• Bank kartından oğurlanan məbləğin geri qaytarılması mümkündür? - TƏFƏRRÜAT
Bu gün, 15:28 |
|
|
|
• “Azərbaycan milli mətbuatının 150 illiyi yubiley medalı təsis ediləcək - SƏRƏNCAM
Bu gün, 15:25 |
|
|
|
• Polad Bülbüloğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 15:23 |
|
|
|
• Azərbaycan İƏT-in Təmiz Enerji Mərkəzinə ev sahibliyi edəcək
Bu gün, 15:19 |
|
|
|
• Mirzoyanın yalanı, Amnistiya Aktı, “arvad boğuşması”... - Deputatlardan təklif və iradlar
Bu gün, 15:17 |
|
|
|
• Pezeşkianı Bakıya niyə buraxmırlar? – İki kritik səbəb
Bu gün, 15:13 |
|
|
|
• Rusiyadan Sərkisyan açıqlaması: - “Planlı şəkildə öldürülüb”
Bu gün, 15:09 |
|
|
|
• Gənc oğlan dayısının yetkinlik yaşına çatmayan qızını qaçırdı, gecələr... – ŞOK TƏFƏRRÜAT
Bu gün, 15:07 |
|
|
|
• Belarus MSK prezident seçkilərinin nəticələrini təsdiqləyib
Bu gün, 15:03 |
|
|
|
|