Azərbaycana qarşı qurulmuş xain planın detalları açıqlandı – təfsilat
Tarix: 31-03-2018, 09:16 | Çap et
Martın 30-da Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurasının təşkilatçılığı ilə “İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi” mövzusunda keçirilən tədbirdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov burada detallarla çıxış edərək, olduqca zəngin məlumatlar verib. Açıq şəkildə və rəsmən deyib ki, Azərbaycana, onun iqtidarına və dövlət quruluşuna qarşı beynəlxalq və məkrli plan var: “Son zamanlar, xüsusən də Azərbaycanda növbəti prezident seçkiləri 11 aprelə təyin olunandan sonra xaricdəki mərkəzlər məkrli ”Azərbaycan layihəsi"ni dövriyyəyə buraxaraq, bu işə xarici ölkələrdə müxtəlif vasitələrlə öz təsirləri altında saxladıqları bəzi soydaşlarımızı qoşublar. Qısa zaman kəsiyində bu çirkin kampaniya ifrat həddə çatıb.
Hədəf sadəcə Prezident və onun ailə üzvləri, komandası, o komanda üzvlərindən biri olan mən - Əli Həsənov deyil. Məqsəd Şərq mentalitetinin incəliyinə hesablanıb - hədəf birinci şəxsin və komandasının müsbət imicini zədələməklə, onlara qarşı kütləvi narazılıq ovqatı formalaşdırmaqla, komandadaxili qarşıdurma yaratmaqla ölkədəki mövcud sabitliyi pozmağa nail olmaqdır. Bu işin təşkilatçıları və icraçılarını Azərbaycanı suriyalaşdırmaq istəyən “virtual İŞİD” adlandırmaqda haqlı olduğum indi həmin qüvvələrin “ağsaqqalları” tərəfindən dolayısı ilə etiraf olunur.
Əslində, bu, yeni plan da deyil. Hələ Dağlıq Qarabağ münaqişəsi yeni başlayanda erməni lobbisi öz mənfur arzusuna çatmaq üçün Bakını Beyruta, Azərbaycanı Livana çevirmək istəyirdi və bunu gizlətmirdi. Həmin qüvvələr və “sapı özümüzdən olan baltalar” 2003 və 2008-ci illərdə ciddi cəhdlə buna çalışdılar. Lakin o dövrdə Prezident İlham Əliyevin xalqla birliyinə və dəmir iradəsinə çırpılaraq geri çəkildilər.
Belələri 2013-cü ildə yeni bir məkrli plan quraraq, xarici dairələrin köməyi ilə “ Milyarderlər İttifaqı” yaratdı və “aldanmış kəvakib”dən istifadə edərək hakimiyyəti ələ keçirməyə cəhd etdilər. Xoşbəxtlikdən hər dəfə də bu antimilli ünsürlər ölkə Prezidentinin dəmir iradəsi, onun sədaqətli silahdaşlarının yekdil mövqeyi və ən əsası, Azərbaycan xalqının keçilməz müqaviməti ilə üzləşərək necə gəlmişdilərsə, eləcə də rədd olub getdilər. Bu gün də onlar yatmayıb, sadəcə olaraq qəfil yaxalandıqları üçün hazırlıqsızdırlar. Odur ki, güman qalıb onların daimi bacardıqları işə - xəyanətə, hiyləyə və bir də söyüşə. Bu dəfə “livanlaşdırma” termini də dəyişib və “suriyalaşdırma” ilə əvəz olunub".
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a şərhində bildirib ki, Əli Həsənov konseptual çıxış edərək çox ciddi və bütün xalqımızı düşündürməli olan məsələləri açıb. Media haqlı olaraq bu çıxışı Azərbaycana qarşı məkrli planın deşifrə olunması kimi təqdim edir: “Doğrudan da həmin çıxışdakı bir sıra məqamlardan aydın görünür ki, ölkəmizə qarşı xain bir plan olub və bu barədə hakimiyyətin ən üst qatlarında informasiyalar olub. Azərbaycanı suriyalaşdırmağa qədər xain planlardan söhbət gedir. Bunu planlaşdıran mərkəzlərin işi ilə erməni mərkəzlərinin işi demək olar ki, üst-üstə düşür. Yəni dövlətçiliyimiz əleyhinə ciddi təhlükələr var idi, indi də qalmaqda davam edir. Prezident seçkisini qabağa çəkməklə bu təhlükə müəyyən qədər sovuşdurulub. Amma təhlükə hələ də qalmaqdadır. Üzdəki ”söyüş makinaları" olaraq çıxış edən adamlar aysberqin görünən tərəfidir. Aysberqin görünməyən tərəfində daha böyük qüvvələr və pullar var, qarşıya çox ciddi hədəflər qoyulub. Azərbaycan dövlətçiliyinə qarşı ciddi mübarizə hədəfləri seçilib".
Politoloqun sözlərinə görə, diqqətçəkən məqamlardan biri də Əli Həsənovun Azərbaycan hakimiyyətinin sosial şəbəkələrin, internet azadlığının əleyhinə olmadığını vurğulamasıdır: “Sosial şəbəkələrdən Azərbaycanın fəal kəsimi, jurnalistlər, cəmiyyət Azərbaycana qarşı olan qüvvələrə qarşı səmərəli istifadə etməlidir. Bu, bütün cəmiyyətin işi olmalıdır. Çünki söhbət dövlətçilik uğrunda mübarizədən gedir. Hakimiyyət uğrunda mübarizədə seçkilər hər şeyi həll edir. Amma dövlətçilik uğrunda mübarizə hər şeydən öndə olmalıdır. Çünki belə görünür ki, xaricdəki qüvvələr Azərbaycan dövlətçiliyini məhv etməyi qarşılarına məqsəd qoyublar. Mənim özümün də bu haqda müəyyən məlumatlarım var idi, amma Əli Həsənovun çıxışı ortada daha ciddi durumun olduğuna məndə əminlik yaratdı. Azərbaycana qarşı başladılan kampaniya çox təhlükəli tendensiyadır. Bu təhlükəli tendensiya bəlli mərkəzlər tərəfindən istiqamətləndirilir. Azərbaycan dövlətçiliyi əleyhinə planlı mübarizə aparılır. Çox sərt mübarizə üsullarını, həm də yonulmamış və təkmilləşdirilməmiş mübarizə metodlarından istifadə edirlər. Özü də bu planı hazırlayanlar hiyləgərcəsinə hərəkət edərək Azərbaycan xalqının mentalitetinə uyğun siyasət qurublar. Bu mentalitet də ondan ibarətdir ki, Azərbaycan xalqı namus, qeyrət, ailə, qadın məsələsində çox həssasdır və planı hazırlayanlar məhz o həssas nöqtələrə zərbələr endirirlər. Gözdən salma və hakimiyyət komandası daxilinə inamsızlıq, parçalanma toxumu səpmək də planın tərkib hissəsi olaraq görünməkdədir”.
Q.Hüseynli daha sonra bildirdi: “Aldığım daha bir təəssürat ondan ibarətdir ki, Əli Həsənov informasiya və təbliğat kimi mühüm sahəyə məsul olan bir dövlət rəsmisi kimi Azərbaycan dövlətçiliyinə qarşı başlanan kampaniyaya qarşı əks-təbliğatın qurulmasında çevik rol oynayır və bu çevikliyin nəticəsində həmin Azərbaycan əleyhinə olan planların böyük bir hissəsi artıq deşifrə olub, heçə çıxıb”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Nikol Paşinyana olan ictimai etimad... - tarixi minimuma düşüb"
Bu gün, 16:02 |
|
|
|
• “Araz” supermarketlər şəbəkəsi gənclər üçün yeni iş imkanları yaradır - DİQQƏT
Bu gün, 15:59 |
|
|
|
• Şimal bölgəsi POLİS NƏZARƏTİNDƏ - ƏMƏLİYYAT VAR...
Bu gün, 15:56 |
|
|
|
• “Lay's” çipslərinin ölümcül TƏHLÜKƏSİ – Azərbaycanda satışı QADAĞAN EDİLƏCƏK?
Bu gün, 15:54 |
|
|
|
• Günün fotosu: MALƏSƏF... - BURA BAKIDIR!...
Bu gün, 15:52 |
|
|
|
• Paşinyan Zənğəzur dəhlizini açır - KİV
Bu gün, 15:50 |
|
|
|
• “Qusarda zərərsizləşdirilən terror qrupu qlobal güclərin Qafqaz uğrundakı mübarizəsinin göstəricisidir”
Bu gün, 15:47 |
|
|
|
• Erməni cəmiyyəti aşınıb - FAKT BUDUR!
Bu gün, 15:44 |
|
|
|
• "Kişi də heç öz ailə sirrini gətirib efirə çıxarar?" - ETİRAZ
Bu gün, 15:42 |
|
|
|
• Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru TƏYİN OLUNDU
Bu gün, 15:40 |
|
|
|
• Mart ayından sosial müavinətlərin və təqaüdlərin artırılmasını görəcəyik - MM komitə sədri
Bu gün, 15:39 |
|
|
|
• Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:37 |
|
|
|
• Minimum pensiyanın 320 manata çatdırılması ilə bağlı qanuna dəyişiklik təsdiqlənib
Bu gün, 15:30 |
|
|
|
• Bank kartından oğurlanan məbləğin geri qaytarılması mümkündür? - TƏFƏRRÜAT
Bu gün, 15:28 |
|
|
|
• “Azərbaycan milli mətbuatının 150 illiyi yubiley medalı təsis ediləcək - SƏRƏNCAM
Bu gün, 15:25 |
|
|
|
• Polad Bülbüloğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 15:23 |
|
|
|
• Azərbaycan İƏT-in Təmiz Enerji Mərkəzinə ev sahibliyi edəcək
Bu gün, 15:19 |
|
|
|
• Mirzoyanın yalanı, Amnistiya Aktı, “arvad boğuşması”... - Deputatlardan təklif və iradlar
Bu gün, 15:17 |
|
|
|
• Pezeşkianı Bakıya niyə buraxmırlar? – İki kritik səbəb
Bu gün, 15:13 |
|
|
|
• Rusiyadan Sərkisyan açıqlaması: - “Planlı şəkildə öldürülüb”
Bu gün, 15:09 |
|
|
|
• Gənc oğlan dayısının yetkinlik yaşına çatmayan qızını qaçırdı, gecələr... – ŞOK TƏFƏRRÜAT
Bu gün, 15:07 |
|
|
|
• Belarus MSK prezident seçkilərinin nəticələrini təsdiqləyib
Bu gün, 15:03 |
|
|
|
• Kredit, aliment borcu olanlar həbsdə, dövləti talayanlar isə azadlıqda olmalıdırmı? - OĞRU MƏMUR TOXUNULMAZLIĞI...
Bu gün, 15:02 |
|
|
|
• Tanınmış alim Qüdrət İsaqov vəfat edib
Bu gün, 14:58 |
|
|
|
• Türkiyədə fitrənin məbləği açıqlandı: - Bəs, Azərbaycanda?
Bu gün, 14:56 |
|
|
|
• “Səni sevdiyimi sən bil, bəsimdir” - Cavidan Novruz bu sözləri kimə dedi?
Bu gün, 14:47 |
|
|
|
• “TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
Bu gün, 14:00 |
|
|
|
• Maliyyə Nazirliyini təmizləyəcək şirkət - MƏLUM OLDU
Bu gün, 13:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yeni addım - İranın niyyəti bəlli olur
Bu gün, 13:08 |
|
|
|
• "Demokratikləşmə" korrupsionerləri... - Bahəddin Həzi yazır...
Bu gün, 13:05 |
|
|
|
• “Özəl televiziyalar arvad davası və həkim reklamı ilə dolanırlar” - Aqil Abbas
Bu gün, 13:02 |
|
|
|
• “Üç badam bir qoz” oxuyanlara sənətkar “tərifi”: - Nə məcburdur, qiymətə mindirirsiniz?
Bu gün, 12:58 |
|
|
|
• ADY Ayan Nəcəfə "yox" dedi - BUNA GÖRƏ...
Bu gün, 12:56 |
|
|
|
• Hikmət Hacıyev İranda hansı məsələləri müzakirə edib? - “Tehranm Times”
Bu gün, 12:53 |
|
|
|
• Panama geri çəkildi, Çinin layihəsindən imtina edir
Bu gün, 12:49 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• Sabiri "şalvarsız" qoyan Trendyol: Şəbəkə insanları bu yolla aldadır - ŞOK FAKTLAR
Bu gün, 12:37 |
|
|
|
• Erməni əsilli kriminal avtoriteti Moskvada niyə partladblar...
Bu gün, 12:36 |
|
|
|
• Azərbaycanda həkim reklamı qadağan olunsun - ÇAĞIRIŞ
Bu gün, 12:30 |
|
|
|
• Azərbaycanlı müğənninin villasında paylaşdığı FOTOLAR
Bu gün, 12:25 |
|
|
|
• Mətin Mirzəyə İrandakı səfirlikdə yeni vəzifə VERİLİB
Bu gün, 12:22 |
|
|
|
• Parlamentdə Amnistiya Aktının hazırlanması təklif edilib - "Sonradan səhvə yol verən insanlar var..."
Bu gün, 12:15 |
|
|
|
• “AFB Bank”ın Müşahidə Şurasına yeni sədr təyin edilir - BUNDAN SONRA...
Bu gün, 12:12 |
|
|
|
• Məhkəmə Bəhruz Hacıyevə bəraət verdi
Bu gün, 12:08 |
|
|
|
• “İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 12:03 |
|
|
|
• Qusar meşələrində böyük əməliyyatla tutulanları - Hansı cəza gözləyir?
Bu gün, 12:00 |
|
|
|
• Ermənistan sülh müqaviləsinin imzalanmasını 2027-ci ilə qədər yubatmaq istəyir - Elman Nəsirov
Bu gün, 11:57 |
|
|
|
• Ağsuda məktəb direktorunun həbsi ilə bağlı AÇIQLAMA
Bu gün, 11:56 |
|
|
|
• AZAL Rusiyaya doğru daha bir istiqamət üzrə uçuşları DAYANDIRDI - qeyri-müəyyən müddətə...
Bu gün, 11:53 |
|
|
|
• Aİ-nin baş diplomatı Tiflisdəki həbslərə reaksiya verdi
Bu gün, 11:43 |
|
|
|
|