Maliyyə nazirinin komandası təşvişə düşüb - İDDİA
Tarix: 6-04-2018, 09:02 | Çap et
Nazir Samir Şərifov və onun Maliyyə Nazirliyindəki sadiq komandasına daxil olan şəxslərin bu ilin mart ayının 14-də Azərbaycan Beynəlxalq Bankının (ABB) Müşahidə Şurasındakı vəzifələrini itirmələri barədə məlumat vermişdik.
Xatırladaq ki, maliyyə naziri Samir Şərifovun müavini Azər Bayramov hələ Cahangir Hacıyevin zamanından başlayaraq uzun illər ABB-də Müşahidə Şurasının sədri olub.
“Reytinq”in məlumatına görə, Azər Bayramovun rəhbərlik etdiyi 5 nəfərdən ibarət Müşahidə Şurasının tərkibində Samir Şərifovun daha iki kadrı da təmsil olunub. Bunlar Maliyyə Nazirliyinin Hüquq şöbəsinin müdiri Xalıq Rəhmanovla, Maliyyə Nazirliyində şöbə müdirinin müavini vəzifəsində çalışan Mahir İsrəfilov idi. Lakin ABB-dəki son iclasda yenidən formalaşan Şurada Samir Şərifovun bu 3 kadrı “vuruldu”. Bütün bunlar isə onun rəhbərlik elədiyi Maliyyə Nazirliyində də müzakirələrə səbəb olub.
Məlumata görə, Azər Bayramovun ABB-dən uzaqlaşdırılması nazirlikdə yeni söz-söhbətlərə rəvac verib. Bəziləri iddia edir ki, prezident seçkilərindən sonra növbə Maliyyə Nazirliyinə çatacaq və bu qurumdakı korrupsiya şəbəkəsi hədəfə çevriləcək.
İddialara görə, Samir Şərifov nazirlikdaxili prosesləri birinci müavini vasitəsi ilə deyil, məhz müavini Azər Bayramovun əli ilə reallaşdırır: “Son bir neşə ildə Azər Bayramov nazirlikdə özünü nazir kimi aparırdı. Bu, onun qardaşı Ceyhun Bayramovun Təhsil Nazirliyində əvvəl aparat rəhbəri, daha sonra nazirin 1-ci müavini təyin edilməsi ilə daha qabarıq görünməyə başladı. Mikayıl Cabbarov vergilər naziri təyin edildikdən sonra isə çoxları düşünürdü ki, tezliklə Azər müəllimin qardaşı təhsil nazir təyin ediləcək. Lakin belə bir anda onun özünü ABB-dən uzaqlaşdırdılar. Üstəlik, qardaşının nazir təyinatı da reallaşmadı. Təbii ki, bütün bunlar Azər Bayramovun simasında bəzi maliyyəçi məmurlarda xəyal qırıqlığı yaradıb”.
Məlumatda bildirilir ki, A. Bayramovun zəifləməsindən ən çox narahat olanların başında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusibov durur: “O, məhz Azər Bayramovun köməyi ilə Gəncə Dövlət Universitetinin rektoruna qarşı əndazəyə sığmayan kampaniya aparıb, onu “yıxdı”. Bu barədə ölkə KİV-ləri ayrı-ayrı vaxtlarda məlumatlar yayıblar. Dərhal da həmin universitetdə prorektor işləyən qardaşı Yusif Yusibovun rektor təyinatı həyata keçirildi. Sözsüz ki, bütün bunlar Azər Bayramov-Ceyhun Bayramov qardaşlarının Mikayıl Cabbarova minnətçi düşmələrinin hesabına baş verdi. İndisə Mikayıl Cabbarov digər nazirliyə göndərilib, postuna isə Ceyhun Bayramovun gətiriləcəyini, bununla da iddia sərhədlərinin daha da genişlənəcəyini düşünən Cavanşir Yusibov son vaxtlar baş verənlərdən narahat olub. Çünki Samir Şərifovdan daha çox, Azər Bayramovu özünə lider sayan Cavanşir Yusibov bilir ki, liderinin çöküşü ona da, hətta qaydalara zidd oyunla rektor təyin edilmiş qardaşına da problem yarada bilər”.
Maliyyə Nazirliyinin əməkdaşlarından biri “Reytinq”ə deyib ki, A. Bayramovun nazirlikdəki fəaliyyəti onun şəxsi mənafeyinə xidmət edir: “Azər Bayramov vəzifə səlahiyyətlərindən istifadə edərək, ancaq şəxsən tanıdığı, dostları, qohumları və həmyerlilərini bir çox şəhər (rayon) maliyyə idarələrinə rəhbər vəzifələrə təyin etdirib. Rayonların büdcəsində nəzərdə tutulan xərclər yalnız onun şəxsi tanışları, dostları və qohumları tərəfindən, onların təsis etdiyi firma və şirkətlər vasitəsi ilə aparılır. Bu isə nazirlikdə korrupsiyanın sistem halında çalışması deməkdir. Halbuki, dünyanın heç bir yerində elə bir sistem yoxdur ki, bir şəxs həm dövlət büdcəsinin xərclərini, həm də aparılmış xərclərin təftişini həyata keçirsin. Ancaq Azər Bayramov çox ustalıqla Samir Şərifovun etimadını qazanaraq, həm ölkəmizin büdcə xərcləri "təsnifatı"nı aparır, həm də büdcə xərclərinin təftişini həyata keçirir. Beləliklə, Azər Bayramov dövlət büdcəsində qanunsuz aparılan xərclərin və küllü miqdarda mənimsəmələri ört-basdır etmək imkanı qazanır”.
Məlumatlı şəxsin sözlərinə görə, dövlət büdcəsinin xərclər bölgüsünün strukturuna nəzər yetirdikdə aydın görmək olur ki, A. Bayramovun səyi və şəxsi təşəbbüsü ilə mal alışı və xidmətlərin göstərilməsi ilə bağlı xərclər bütün şəhər (rayon) icra hakimiyyətlərinin büdcəsindən ya tamam, ya da qismən çıxarılır. Bu isə mərkəzi icra hakimiyyəti orqanlarının büdcəsinə əlavə olunur: “Bu xərclər əsasən Maliyyə Nazirliyinin 1 saylı Xəzinədarlıq İdarəsi tərəfindən həyata keçirilir. 1 saylı Xəzinədarlıq İdarəsinin müdiri də kənar adam deyil, o, Azər Bayramovun həmyerlisi və qohumu Nadir Qarayevdir. Sonrakı mərhələdə isə Cavanşir Yusibov ortaya girir və o, təftiş adı ilə nazir, komitə sədri, agentlik direktoru və icra başçılarından tutmuş, hətta məktəb direktorlarına qədər bir çox məmurlarla haqq-hesab çəkir. Nəsə, bunlar başqa mövzunun materialıdır. Ancaq əmin olun ki, hazırda Maliyyə Nazirliyindəki proseslər, o cümlədən Dövlət Xəzinədarlığı ilə Dövlət Maliyyə Nəzarəti Xidmətinə də nəzarəti həyata keçirən Bayramov burada da “ipi” əlində cəmləyib. Halbuki, Dövlət Xəzinədarlığı ilə Dövlət Maliyyə Nəzarəti Xidmətinin fəaliyyəti üst-üstə düşə bilməz və bir-birinin əksi olan iki quruma bir şəxsin nəzarət etməsi dövlətin gələcəyi və korrupsiyaya qarşı müabrizə aspketindən düzgün deyil. Bu işin belə qurulması dövlətin maliyyə vəsaitlərinin asanlıqla talan olunmasına şərait yaradır. Ancaq görünən odur ki, Azər Bayramov – Cavanşir Yusibov - Nadir Qarayev tandeminin bütün qanunsuz əməllərinə, həmçinin, hətta nazir, komitə sədri və icra başçılarının büdcəsinə də müdaxilə etmələrinə nazir Samir Şərifovun göz yumması səbəbsiz deyil. Lakin onun da mövqeyinin son aylar zəifləməsi, Azər Bayramovun ABB-də üzləşdikləri, qardaşının isə nazir təyinatının gerçəkləşməməsi nazirlikdəki qruplaşmada ciddi narahatlıq yaradıb”. P.S. Yazıda adları çəkilənlərin mövqeyini öyrənmək mümkün olmayıb. Onları da dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Araz” supermarketlər şəbəkəsi gənclər üçün yeni iş imkanları yaradır - DİQQƏT
Bu gün, 15:59 |
|
|
|
• Şimal bölgəsi POLİS NƏZARƏTİNDƏ - ƏMƏLİYYAT VAR...
Bu gün, 15:56 |
|
|
|
• “Lay's” çipslərinin ölümcül TƏHLÜKƏSİ – Azərbaycanda satışı QADAĞAN EDİLƏCƏK?
Bu gün, 15:54 |
|
|
|
• Günün fotosu: MALƏSƏF... - BURA BAKIDIR!...
Bu gün, 15:52 |
|
|
|
• Paşinyan Zənğəzur dəhlizini açır - KİV
Bu gün, 15:50 |
|
|
|
• “Qusarda zərərsizləşdirilən terror qrupu qlobal güclərin Qafqaz uğrundakı mübarizəsinin göstəricisidir”
Bu gün, 15:47 |
|
|
|
• Erməni cəmiyyəti aşınıb - FAKT BUDUR!
Bu gün, 15:44 |
|
|
|
• "Kişi də heç öz ailə sirrini gətirib efirə çıxarar?" - ETİRAZ
Bu gün, 15:42 |
|
|
|
• Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru TƏYİN OLUNDU
Bu gün, 15:40 |
|
|
|
• Mart ayından sosial müavinətlərin və təqaüdlərin artırılmasını görəcəyik - MM komitə sədri
Bu gün, 15:39 |
|
|
|
• Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:37 |
|
|
|
• Minimum pensiyanın 320 manata çatdırılması ilə bağlı qanuna dəyişiklik təsdiqlənib
Bu gün, 15:30 |
|
|
|
• Bank kartından oğurlanan məbləğin geri qaytarılması mümkündür? - TƏFƏRRÜAT
Bu gün, 15:28 |
|
|
|
• “Azərbaycan milli mətbuatının 150 illiyi yubiley medalı təsis ediləcək - SƏRƏNCAM
Bu gün, 15:25 |
|
|
|
• Polad Bülbüloğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 15:23 |
|
|
|
• Azərbaycan İƏT-in Təmiz Enerji Mərkəzinə ev sahibliyi edəcək
Bu gün, 15:19 |
|
|
|
• Mirzoyanın yalanı, Amnistiya Aktı, “arvad boğuşması”... - Deputatlardan təklif və iradlar
Bu gün, 15:17 |
|
|
|
• Pezeşkianı Bakıya niyə buraxmırlar? – İki kritik səbəb
Bu gün, 15:13 |
|
|
|
• Rusiyadan Sərkisyan açıqlaması: - “Planlı şəkildə öldürülüb”
Bu gün, 15:09 |
|
|
|
• Gənc oğlan dayısının yetkinlik yaşına çatmayan qızını qaçırdı, gecələr... – ŞOK TƏFƏRRÜAT
Bu gün, 15:07 |
|
|
|
• Belarus MSK prezident seçkilərinin nəticələrini təsdiqləyib
Bu gün, 15:03 |
|
|
|
• Kredit, aliment borcu olanlar həbsdə, dövləti talayanlar isə azadlıqda olmalıdırmı? - OĞRU MƏMUR TOXUNULMAZLIĞI...
Bu gün, 15:02 |
|
|
|
• Tanınmış alim Qüdrət İsaqov vəfat edib
Bu gün, 14:58 |
|
|
|
• Türkiyədə fitrənin məbləği açıqlandı: - Bəs, Azərbaycanda?
Bu gün, 14:56 |
|
|
|
• “Səni sevdiyimi sən bil, bəsimdir” - Cavidan Novruz bu sözləri kimə dedi?
Bu gün, 14:47 |
|
|
|
• “TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
Bu gün, 14:00 |
|
|
|
• Maliyyə Nazirliyini təmizləyəcək şirkət - MƏLUM OLDU
Bu gün, 13:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yeni addım - İranın niyyəti bəlli olur
Bu gün, 13:08 |
|
|
|
• "Demokratikləşmə" korrupsionerləri... - Bahəddin Həzi yazır...
Bu gün, 13:05 |
|
|
|
• “Özəl televiziyalar arvad davası və həkim reklamı ilə dolanırlar” - Aqil Abbas
Bu gün, 13:02 |
|
|
|
• “Üç badam bir qoz” oxuyanlara sənətkar “tərifi”: - Nə məcburdur, qiymətə mindirirsiniz?
Bu gün, 12:58 |
|
|
|
• ADY Ayan Nəcəfə "yox" dedi - BUNA GÖRƏ...
Bu gün, 12:56 |
|
|
|
• Hikmət Hacıyev İranda hansı məsələləri müzakirə edib? - “Tehranm Times”
Bu gün, 12:53 |
|
|
|
• Panama geri çəkildi, Çinin layihəsindən imtina edir
Bu gün, 12:49 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• Sabiri "şalvarsız" qoyan Trendyol: Şəbəkə insanları bu yolla aldadır - ŞOK FAKTLAR
Bu gün, 12:37 |
|
|
|
• Erməni əsilli kriminal avtoriteti Moskvada niyə partladblar...
Bu gün, 12:36 |
|
|
|
• Azərbaycanda həkim reklamı qadağan olunsun - ÇAĞIRIŞ
Bu gün, 12:30 |
|
|
|
• Azərbaycanlı müğənninin villasında paylaşdığı FOTOLAR
Bu gün, 12:25 |
|
|
|
• Mətin Mirzəyə İrandakı səfirlikdə yeni vəzifə VERİLİB
Bu gün, 12:22 |
|
|
|
• Parlamentdə Amnistiya Aktının hazırlanması təklif edilib - "Sonradan səhvə yol verən insanlar var..."
Bu gün, 12:15 |
|
|
|
• “AFB Bank”ın Müşahidə Şurasına yeni sədr təyin edilir - BUNDAN SONRA...
Bu gün, 12:12 |
|
|
|
• Məhkəmə Bəhruz Hacıyevə bəraət verdi
Bu gün, 12:08 |
|
|
|
• “İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 12:03 |
|
|
|
• Qusar meşələrində böyük əməliyyatla tutulanları - Hansı cəza gözləyir?
Bu gün, 12:00 |
|
|
|
• Ermənistan sülh müqaviləsinin imzalanmasını 2027-ci ilə qədər yubatmaq istəyir - Elman Nəsirov
Bu gün, 11:57 |
|
|
|
• Ağsuda məktəb direktorunun həbsi ilə bağlı AÇIQLAMA
Bu gün, 11:56 |
|
|
|
• AZAL Rusiyaya doğru daha bir istiqamət üzrə uçuşları DAYANDIRDI - qeyri-müəyyən müddətə...
Bu gün, 11:53 |
|
|
|
• Aİ-nin baş diplomatı Tiflisdəki həbslərə reaksiya verdi
Bu gün, 11:43 |
|
|
|
• “Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
Bu gün, 11:40 |
|
|
|
|