“Üç badam bir qoz” oxuyanlara sənətkar “tərifi”: .....                     ADY Ayan Nəcəfə "yox" dedi .....                     Hikmət Hacıyev İranda hansı məsələləri müzakirə edib? .....                     Panama geri çəkildi, .....                     Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq .....                     Sabiri "şalvarsız" qoyan Trendyol: Şəbəkə insanları bu yolla aldadır .....                     Erməni əsilli kriminal avtoriteti Moskvada niyə partladblar... .....                     Azərbaycanda həkim reklamı qadağan olunsun .....                     Azərbaycanlı müğənninin villasında paylaşdığı .....                     Mətin Mirzəyə İrandakı səfirlikdə .....                     Parlamentdə Amnistiya Aktının hazırlanması təklif edilib .....                     “AFB Bank”ın Müşahidə Şurasına yeni sədr təyin edilir .....                     Məhkəmə Bəhruz Hacıyevə bəraət verdi .....                     “İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? .....                     Qusar meşələrində böyük əməliyyatla tutulanları .....                     Ermənistan sülh müqaviləsinin imzalanmasını 2027-ci ilə qədər yubatmaq istəyir .....                     Ağsuda məktəb direktorunun həbsi ilə bağlı .....                     AZAL Rusiyaya doğru daha bir istiqamət üzrə uçuşları DAYANDIRDI .....                     Aİ-nin baş diplomatı Tiflisdəki həbslərə reaksiya verdi .....                     “Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA .....                     “Küçədən keçənlərə fəxri adlar verirlər...” .....                     "Biz Sovet hökuməti deyilik ey, gedənin arxasınca danışaq, gələni tərifləyək" .....                     Burda nə elm var... nə də tədqiqat... .....                     Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib .....                     Deputatlar Eldəniz Səlimovla görüşəcək? .....                     Belçika Bakıya baxanda niyə kar və kor olur? .....                     Naxçıvanda əhali AÇIQ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... .....                     Tramp Bakının həmləsindən sonra hərəkətə keçdi .....                     Nazirlər Kabinetinin üç Qərarı .....                     Ottava Bakıya qarşı yalan və böhtan həddini keçdi .....                     Ermənistan-İran sərhədindən Rusiya bayraqları yığışdırılıb .....                     Azərbaycanda hotel şirkətinə sədr seçilir .....                     Ərəbləri Qəzzadan köçürmək: Tramp nə danışır və nə düşünür? .....                     "Özünə gəlib, danışa bilir.... .....                     Məktəb direktoru həbs olundu .....                     Qarabağ havasının HAVALANDIRDIĞI İrəvan... .....                     DTX Qusarda terrorçulara qarşı əməliyyat keçirib, 8 nəfər zərərsizləşdirilib, 6 nəfər həbs edilib .....                     USAID rəsmiləri DOGE ilə münaqişədən sonra məzuniyyətə göndəriliblər .....                     Ukraynada gey-batalyonlar yaradılıb: .....                     "Ya narkomana, ya da ki, 24 saat çayxanalarda nərd atan bir insana çevrilir..." .....                 

Beyləqan Kənd Təsərrüfatı Müəsissəndə dövlət əmlakı necə talan edilir? - Yeni nazirə müraciət olundu
Tarix: 12-05-2018, 08:32 | Çap et
Beyləqan Kənd Təsərrüfatı Müəsissəndə dövlət əmlakı necə talan edilir?
Prezident İlham Əliyevin Heydər Əsədovu kənd təsərüfatı naziri vəzifəsindən azad edərək, "ASAN Xidmət"dəki fəaliyyəti ilə özünü sübut etmiş İnam Kərimovu bu vəzifəyə gətirməsindən sonra bu sahədə baş alıb gedən özbaşınalıqlara, korrupsiya əməllərinə son qoyulacağına inam böyükdür.

Sahibkarların, fermerlərin bu ümidinə səbəb isə İnam Kərimovun “ASAN Xidmət”dəki uğurlu iş prinsipinin KTN-də də davam etdiriləcəyini düşünmələridir. Məhz prezidentimizin etimadını qazanaraq Kənd Təsərrüfatı Nazirliyinə təyinat alan İnam Kərimova vətəndaşlarımızın İNAMI yüksək səviyyədədir.

Uzun müddətdir bir qrup Beyləqan rayon sakini Kənd Təəsrrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən Beyləqan Kənd Təsərrüfatı Müəsissəninin direktoru Çərkəz Şirinovdan şikayətçi olsalar da, onların səslərinə səs verən yoxdur. Ancaq İnam Kərimovun kənd təsərrüfatı naziri təyin edildikdən sonra vətəndaşlar İsmayılov Əlyar Qulam oğlu, Sadıqov İbadət Hidayət oğlu, Hüseynov Qənimət Bahadur oğlu, Əsədov Ceyhun Qəhraman oğlu, Abbasquliyev Müslüm Əsədulla oğlu, Əliyev Əliyəddin Nuru oğlu və Quliyev Xaliq Xosrov oğlu qarşılaşdıqları haqsızlıq və qanunsuzluqlara, korrupsiya hallarına yeni nazirin göz yummayacağına, onların haqq və hüquqlarının bərpa olunacğına tam əmindirlər.

Adları çəkilən şəxslərin AzFakt.com-a göndərdiyi şikayət məktubunda bildirilir ki, müəsissə direktoru Çərkəz Şirinov Kənd Təsərrüfatı nazirliyinin İstehsal müəssisələri ilə iş şöbəsinin müdiri Tofiq Qocayevlə əlbir olaraq onların hüquqlarını tapdalamaqla məşğuldur.

Saytımız vasitəsilə İnam Kərimova müraciət edən Beyləqan sakinləri ölkənin ən böyük aqrar müəssisələrindən biri olan Beyləqan rayon Kənd Təsərrüfatı İstehsalı Müəssisəsində baş verən korrupsiya hallarından danışırlar.

Şikayətçilər yazırlar:

"Hörmətli nazir İnam Kərimov!

Yazıb Sizə bildiririk ki, 2016-cı ilin aprel ayında Kənd Təsərrüfatı Nazirliyinin əmri ilə Beyləqan rayonunda "Xətai” adına MMC ilə "Dostluq” MMC birləşərək yerində Beyləqan rayon Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi yaradılmışdır. Bu idarə ləğv olunmuş təsərrüfatların hüquqi varisidir. Müəssisəyə "Xətai” MMC-nin rəhbəri olmuş Çərkəz Şirinov direktor təyin edilmişdir. Həmin gündən biz "Dostluq” MMC-nin içilərinin qara günləri başlamışdır. Birləşmə zamanı nazirliyin şöbə müdiri Tofiq Qocayevin köməkliyi ilə direktor təyin olunan bu adam təyin olunduğu gündən öz qohum-əqrabasını, tanışlarını, müəssisədə heç vaxt işləməmiş şəxsləri işə götürmüş, hətta başqa iş yerləri olan şəxsləri işə götürməyinə baxmayaraq, "Dostluq” MMC-nin heç bir yerdən gəliri olmayan, tək dolanışıq yerimiz bu idarə olan bizləri qanunsuz olaraq işdən çxartmışdır.

Dəfələrlə şifahi və yazılı müraciət etsək də, Çərkəz Şirinov bizə "sizi işə götürməyəcəm, əlinizdən gələni edin” deyir. Biz dəfələrlə Kənd Təsərrüfatı Nazirliyinə müraciət edərək, hətta Sizdən öncəki nazir Heydər Əsədovun qəbulunda olaraq, ləğv olunmuş müəssisələrin hüquqi varisinin yeni yaradılmış müəssisə olduğu üçün bizlərin də orada işləməli olduğunu bildirmişik. Keçmiş nazirin bizim işə qəbul olunmağımızla bağlı verdiyi tapşırıq belə müəsissə direktoru Çərkəz Şirinov tərəfindən yerinə yetirilməmişdir. Müəsissə direktoru havadarı, tələbə yoldaşı, nazirliyin istehsal müəssisələri ilə iş şöbəsinin müdiri Tofiq Qocayevə o qədər arxayındır ki, istədiyini çəkinmədən edir".

Şikayətçilər bildirirlər ki, Çərkəz Şirinovun bütün qanunları tapdalayaraq istədiyi kimi hərəkət etməsinin əs səbəbkarı havadarı, tələbə yoldaşı, nazirliyin istehsal müəssisələri ilə iş şöbəsinin müdiri Tofiq Qocayevdir:

"Tofiq Qocayev sabiq MTN generalı, hazırda Vətənə xəyanət maddəsi ilə həbs edilən Akif Çovdarovla həmyerlidir və deyilənlərə görə onların çox sıx münasibətləri olub.

Cənab nazir, siz günü bu gün Tofiq Qocayevin nəzarət etdiyi müəsissələri yoxlatdırsanız, şahidi olacaqsınız ki, dövlətimizin illərdən bəri inkşafına çalışdığı təsərrüfatlar başda şöbə müdiri olmaqla bir qrup şəxsin şəxsi qazanc mənbəyinə çevrilib.

Tofiq Qocayevlə Çərkəz Şirinov birləşərək yeni yaradılan idarəni şəxsi obyektləri kimi istifadə edirlər. Belə ki, yarandığı gündən 500 hektar taxıl, 650 hektar pambıq, 200 hektara yaxın yonca sahəsi, dövlət dəstəyi ilə alınan yüz minlərlə manat subsidiya əlinin altında olan Çərkəz Şirinov Tofiq Qocayevlə birləşərək qanunları tanımayaraq, orta təhsilli baş mühasiblə bu vəsaitləri saxta yollarla mənimsəməklə məşğuldur. Bundan başqa Çərkəz Şirinov 2016-cı ildə ildə təsərrüfatın 400 hektar ərazisini 11 aylıq icarəyə vermiş və icarədən müəsissəyə 1 manatda olsun pul mədaxil edilməmişdir. Bu faktı hazırda sizin müavininiz olan Seyfəddin Talıbov tərəfindən prokrorluq orqanlarına göndərdiyi məktbunda da öz təsdiqini tapıb. Ancaq həmin faktın araşdırılmasının qarşısı şöbə müdiri Tofiq Qocayev tərəfindən alınmışıdr. Həmçinin 2017-ci ildə müəsissədə 600 ha pambıq sahəsi əkilmiş və hər hektara 600 manat vəsait xərclənməsinə baxmayaraq, 10-12 setner məhsuldarlıq olmuşdur. Halbuki rayonumuzda fəaliyyət göstərən özəl fermerlər həmin xərci çəkməklə 30 setnerddən yuxarı məhsul əldə edirlər.

Bundan başqa müəsissənin özünə məxsus 2055 baş xırda buynuzlu heyvanın 700 başı Tofiq Qocayevin köməkliyi ilə çıxdaş adı altında satılaraq 3-4 kq ətin qiymətinə sənədləşdirilib. Həmçinin nazirliyin Lerik rayonundakı təsərrüfatından yararlı vəziyyətdə Beyləqan Kənd Təsərrüfatı Müəsissəsinə verilən 1700 baş qoyunun 250-i çıxdaş adı altında sənədləşdirilərək mənimsənilmişdir.

Cənab nazir, bu sadaladığımız faktlar müəsissədə Tofiq Qocayevlə Çərkəz Şirinovun həyata keçirtdiyi korrupsiya faktlarının kiçik bir hissəsidir. Baş verənləri bir məktubla tam əhatə etmək mümkün deyildir.

Hörmətli İman Kərimov, sizdən bizim hüquqlarımızın bərpasına və Tofiq Qocayevlə Çərkəz Şirinovun Beyləqan rayon Kənd Təsərrüfatı istehsalı Müəssisəsində qanunsuz fəaliyyətlərinin araşdırılmasına tapşırıqlar verməyinizi xahiş edirik".

Redaksiyadan: Adıçəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Üç badam bir qoz” oxuyanlara sənətkar “tərifi”: - Nə məcburdur, qiymətə mindirirsiniz?
Bu gün, 12:58
ADY Ayan Nəcəfə "yox" dedi - BUNA GÖRƏ...
Bu gün, 12:56
Hikmət Hacıyev İranda hansı məsələləri müzakirə edib? - “Tehranm Times”
Bu gün, 12:53
Panama geri çəkildi, Çinin layihəsindən imtina edir
Bu gün, 12:49
Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42
Sabiri "şalvarsız" qoyan Trendyol: Şəbəkə insanları bu yolla aldadır - ŞOK FAKTLAR
Bu gün, 12:37
Erməni əsilli kriminal avtoriteti Moskvada niyə partladblar...
Bu gün, 12:36
Azərbaycanda həkim reklamı qadağan olunsun - ÇAĞIRIŞ
Bu gün, 12:30
Azərbaycanlı müğənninin villasında paylaşdığı FOTOLAR
Bu gün, 12:25
Mətin Mirzəyə İrandakı səfirlikdə yeni vəzifə VERİLİB
Bu gün, 12:22
Parlamentdə Amnistiya Aktının hazırlanması təklif edilib - "Sonradan səhvə yol verən insanlar var..."
Bu gün, 12:15
“AFB Bank”ın Müşahidə Şurasına yeni sədr təyin edilir - BUNDAN SONRA...
Bu gün, 12:12
Məhkəmə Bəhruz Hacıyevə bəraət verdi
Bu gün, 12:08
“İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 12:03
Qusar meşələrində böyük əməliyyatla tutulanları - Hansı cəza gözləyir?
Bu gün, 12:00
Ermənistan sülh müqaviləsinin imzalanmasını 2027-ci ilə qədər yubatmaq istəyir - Elman Nəsirov
Bu gün, 11:57
Ağsuda məktəb direktorunun həbsi ilə bağlı AÇIQLAMA
Bu gün, 11:56
AZAL Rusiyaya doğru daha bir istiqamət üzrə uçuşları DAYANDIRDI - qeyri-müəyyən müddətə...
Bu gün, 11:53
Aİ-nin baş diplomatı Tiflisdəki həbslərə reaksiya verdi
Bu gün, 11:43
“Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
Bu gün, 11:40
“Küçədən keçənlərə fəxri adlar verirlər...” - ETİRAZ
Bu gün, 11:36
"Biz Sovet hökuməti deyilik ey, gedənin arxasınca danışaq, gələni tərifləyək" - deputat
Bu gün, 11:33
Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
Bu gün, 11:30
Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib - ƏMR
Bu gün, 11:20
Deputatlar Eldəniz Səlimovla görüşəcək? - AÇIQLAMA
Bu gün, 11:19
Belçika Bakıya baxanda niyə kar və kor olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15
Naxçıvanda əhali AÇIQ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... - "...bu məhsullara yaşıl işıq yandırılır"
Bu gün, 11:13
Tramp Bakının həmləsindən sonra hərəkətə keçdi – Sürpriz plan açıqlandı
Bu gün, 11:09
Nazirlər Kabinetinin üç Qərarı LƏĞV OLUNDU
Bu gün, 11:07
Ottava Bakıya qarşı yalan və böhtan həddini keçdi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:04
Ermənistan-İran sərhədindən Rusiya bayraqları yığışdırılıb
Bu gün, 11:02
Azərbaycanda hotel şirkətinə sədr seçilir - TOPLANTI
Bu gün, 11:00
Ərəbləri Qəzzadan köçürmək: Tramp nə danışır və nə düşünür? - AKTUAL
Bu gün, 10:53
"Özünə gəlib, danışa bilir.... - Hələ xəstəxanadadır..."
Bu gün, 10:50
Məktəb direktoru həbs olundu - BUNA GÖRƏ...
Bu gün, 10:47
Qarabağ havasının HAVALANDIRDIĞI İrəvan... - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
DTX Qusarda terrorçulara qarşı əməliyyat keçirib, 8 nəfər zərərsizləşdirilib, 6 nəfər həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 10:41
USAID rəsmiləri DOGE ilə münaqişədən sonra məzuniyyətə göndəriliblər
Bu gün, 10:22
Ukraynada gey-batalyonlar yaradılıb: - Görün nə işlə məşğuldurlar
Bu gün, 10:21
"Ya narkomana, ya da ki, 24 saat çayxanalarda nərd atan bir insana çevrilir..." - deputat
Bu gün, 10:19
“Artıq bu mövzuda Lavrovun yalanları, Peskovun özünü bilməzliyə vurması keçərli deyil...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:13
Paşinyan Əliyevin tələbini qəbul etdi, məsələ tam bağlanır - Vardanyan
Bu gün, 10:12
Kredit faizləri niyə artır? – Düşəcəyi gözlənilirdi...
Bu gün, 10:09
7 nəfər Qarabağ QAZİSİNİ AMANSIZLIQLA DÖYÜB OBYEKTİNİ DAĞITDI - VİDEO
Bu gün, 10:04
BOKT-nin Müşahidə Şurasına dəyişikliklər olub
Bu gün, 10:03
“Yetim Sabir”in adamları Bakıda tutuldu - Əməliyyatda 15 nəfər saxlanılıb
Bu gün, 09:51
`Sahil - S İnşaat` MTK-da 165 ailə SUSUZ QALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:44
İmamoğludan növbədənkənar prezident seçkilərinə çağırış - FOTO
Bu gün, 09:39
“Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadın qərardan narazıdır
Bu gün, 09:34
SOS: Bir azdan Azərbaycanda həkim tapılmayacaq - Almaniya GƏL-GƏL deyir
Bu gün, 09:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru