“Özəl televiziyalar arvad davası və həkim reklamı ilə dolanırlar” .....                     “Üç badam bir qoz” oxuyanlara sənətkar “tərifi”: .....                     ADY Ayan Nəcəfə "yox" dedi .....                     Hikmət Hacıyev İranda hansı məsələləri müzakirə edib? .....                     Panama geri çəkildi, .....                     Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq .....                     Sabiri "şalvarsız" qoyan Trendyol: Şəbəkə insanları bu yolla aldadır .....                     Erməni əsilli kriminal avtoriteti Moskvada niyə partladblar... .....                     Azərbaycanda həkim reklamı qadağan olunsun .....                     Azərbaycanlı müğənninin villasında paylaşdığı .....                     Mətin Mirzəyə İrandakı səfirlikdə .....                     Parlamentdə Amnistiya Aktının hazırlanması təklif edilib .....                     “AFB Bank”ın Müşahidə Şurasına yeni sədr təyin edilir .....                     Məhkəmə Bəhruz Hacıyevə bəraət verdi .....                     “İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? .....                     Qusar meşələrində böyük əməliyyatla tutulanları .....                     Ermənistan sülh müqaviləsinin imzalanmasını 2027-ci ilə qədər yubatmaq istəyir .....                     Ağsuda məktəb direktorunun həbsi ilə bağlı .....                     AZAL Rusiyaya doğru daha bir istiqamət üzrə uçuşları DAYANDIRDI .....                     Aİ-nin baş diplomatı Tiflisdəki həbslərə reaksiya verdi .....                     “Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA .....                     “Küçədən keçənlərə fəxri adlar verirlər...” .....                     "Biz Sovet hökuməti deyilik ey, gedənin arxasınca danışaq, gələni tərifləyək" .....                     Burda nə elm var... nə də tədqiqat... .....                     Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib .....                     Deputatlar Eldəniz Səlimovla görüşəcək? .....                     Belçika Bakıya baxanda niyə kar və kor olur? .....                     Naxçıvanda əhali AÇIQ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... .....                     Tramp Bakının həmləsindən sonra hərəkətə keçdi .....                     Nazirlər Kabinetinin üç Qərarı .....                     Ottava Bakıya qarşı yalan və böhtan həddini keçdi .....                     Ermənistan-İran sərhədindən Rusiya bayraqları yığışdırılıb .....                     Azərbaycanda hotel şirkətinə sədr seçilir .....                     Ərəbləri Qəzzadan köçürmək: Tramp nə danışır və nə düşünür? .....                     "Özünə gəlib, danışa bilir.... .....                     Məktəb direktoru həbs olundu .....                     Qarabağ havasının HAVALANDIRDIĞI İrəvan... .....                     DTX Qusarda terrorçulara qarşı əməliyyat keçirib, 8 nəfər zərərsizləşdirilib, 6 nəfər həbs edilib .....                     USAID rəsmiləri DOGE ilə münaqişədən sonra məzuniyyətə göndəriliblər .....                     Ukraynada gey-batalyonlar yaradılıb: .....                 

“Koroğlu” MMC-də Eldar Mahmudov çetesinin izləri - sensasion faktlar
Tarix: 14-05-2018, 08:52 | Çap et
“Koroğlu” MMC-də Eldar Mahmudov çetesinin izləri
İctimai vəkil Samir Zeynalov “Koroğlu” MMC-də baş verən cinayət xarakterli işlərlə, habelə digər qanunsuzluqlarla bağlı geniş məlumat verib. Onu dinlədikcə göz önünə Eldar Mahmudovun rəhbərlik etdiyi “MTN çetesi”nin vaxtı ilə törətdiyi qanunsuzluqlar göz önünə gəlir. Samir Zeynalov deyir ki, şirkətdə adam oğurluğu, işçilərin qanunsuz azadlıqdan məhrum edilməsi, iplə boğma, vəhşicəsinə döymə kimi hallar adiləşib. İşçilərə qarşı cinayətlər araşdırılmır deyə hər dəfə daha geniş miqyaslı qanunsuzluqlar baş verir.

Samir Zeynalov bildirir: “İctimaiyyət nümayəndələrimiz, QHT mənsublarımız və səlahiyyətli dövlət mənsublarımız uzun müddətdir ki, ölkəmizdə reketçiliyi, qanunsuzluqları və anti-sosial əməli fəaliyyəti ilə nüfuz qazanan ”Koroğlu" MMC şirkəti haqda səslənən təkzib olunmaz faktlarla tanış olmaqdadırlar. Buna baxmayaraq dövlət və cəmiyyət adına hədsiz zərər vuran əməllərə birbaşa sahiblənən “Koroğlu” MMC barəsində qanuna müvafiq tədbirlərin görülməsi bilinməyən səbəblərdən dolayı bu günə qədər gecikir. Qeyd edim ki, bu şirkət məhkəmə-hüquq işləri üzrə tarixi-praktikada ən çox adı hallanan şirkətdir. 1992-ci ildə təsis olunan “Koroğlu” MMC ölkəmizə qənnadı məmulatlarının idxalı, müxtəlif adlar və çeşidlər üzrə istehsalı ilə məşğuldur. Şirkətin hazırkı icraçı direktoru Rəşad Əliyevdir. Bundan əvvəl isə hazırkı vəzifəni “Koroğlu” MMC-nin neqativ fəaliyyəti ilə bağlı ən çox adı hallanan Rəşad Əliyevin əmisi Tahir Əliyev icra edirdi. Şirkət şəbəkə marketlər, kiçik sahibkarlıq üzrə fəaliyyət göstərən mağazalara və digər istehlakçı sifariş subyetlərinə ölkəyə idxal etdiyi və istehsal etdiyi məhsulların dağıtımını həyata keçirir. Şirkət birmənalı olaraq marketinq prinsipi ilə məhsullarının satışını gerçəkləşdirmir. İstehlak bazarında qənnadı məmulatlarına hər zaman tələbatın olduğunu nəzərə almaqla məhsulları məcburi olaraq ticarət nümayəndələrinin adına buraxılır. Hər bir vətəndaş ticarət nümayəndəsi işinə qəbul olunarkən aylıq nəzərdə tutulan plan-limiti təmin etmə kimi öhdəliyə yiyələnir. Belə ki, bir işçinin adına aylıq məcburi olaraq çıxan 10-20 min manatlıq malların satışından həmin işçilərə maaş olaraq həmin malların maliyyə dəyərinin 16-20 faizi miqdarında nominal əmək haqqı ödənilir. Real əmək haqqı isə bağlanılan əmək müqaviləsinə görə ənənəvi olaraq minimum əmək haqqından cüzi miqdarda yüksək olmaqla - 177, 180 AZN civarında göstərilir(vergidən yayınma). Qeyd edim ki, ticarət nümayəndələrinin adına çıxan malların satışı gerçəkləşmədikdə, həmin malların son istifadə tarixinin bitməsinə görə külli miqdarda şirkətə qaytarılması səbəbindən bu mıhsulların maliyyə dəyərinin 90 faizi həcmində işçilərə cərimə tətbiq edilir. Həmin andan etibarən cərimə sanksiyasına məruz qalmış işçilər “Koroğlu” MMC rəhbərliyinin ağır borc köləliyi altında çalışmağa ya məhkum olurlar, ya da adlarına yazılmış cərimə borclarını ödəməyə məcbur olurlar".

Onun sözlərinə görə, nəticə etibarı ilə şirkət rəhbərliyi hər bir halda özünü sığorta etməklə bərabər, öz işçisinə və cəmiyyətə misilsiz maddi-mənəvi zərər vurur: “Bu barədə daha dəqiq olaraq analoji faktlara diqqət yetirməkdə fayda var: Şirkətin keçmiş ticarət nümayəndəsi Namiq Məmmədov bildirir ki, 2010-cu ilin avqustunda o, şirkətin Sabunçu rayonunda yerləşən ofisinə çağırılıb (metronun ”Koroğlu" stansiyası və “Bakıxanov” qəsəbəsi arasındakı yol). Orada icraçı direktor Tahir Əliyevin iştirakı ilə ondan firmaya 20 min manat borcunu ödəməyi tələb ediblər. O, borcu olduğunu etiraf etməkdən imtina etdikdə amansızcasına döyülüb. Sonra onu şirkətin hüquq şöbəsinin rəhbəri kimi adı keçən Emin Babaşovun başçılığı altında çılpaq soyunduraraq kamera ilə çəkiblər və müəssisə əməkdaşları arasında həmin videonu yayıblar. Bundan sonra ağır vəziyyətdə olan Məmmədovu məhsul verdiyi mağazalardan pul toplamaq üçün Şirvan şəhərinə aparıblar. Növbəti gün onu yenidən şirkətin ofisinə çağırıblar, yenidən döyüblər və çəkilmiş kadrları internetdə yayacaqları ilə hədələyiblər. Bundan sonra Məmmədov borcunu etiraf etməsi barədə kağız imzalayıb. İndi onu təqib edərək pulları tələb edirlər.

“Koroğlu”da vəhşicəsinə döyülən işçiyə həkimlər beyin və daxili orqanlarının zədələnməsi diaqnozu qoyub!

Tusi adına klinikanın həkimləri tərəfindən beyni və daxili orqanlarının zədələndiyi təsdiq olunmuş Namiq Məmmədov Türkiyəyə qaçmaq məcburiyyətində qalıb.

Namiq Məmmədovun yaxınları hüquq-mühafizə orqanlarına müraciət etməkdən qorxurdular. Belə ki, “Koroğlu” MMC onları müxtəlif dövlət orqanlarında yüksək vəzifəli himayədarları olduğu ilə hədələyirdi. Yalnız bu ilin aprelində ölkə rəhbərliyinin korrupsiyaya qarşı mübarizə elan etməsindən sonra Namiq Məmmədovun anası Südabə Məmmədova oğlunun başına gələnlər barədə mətbuata danışmağı qərara alıb. DİN rəhbərliyi buna reaksiya verib və Sabunçu polisinə faktları araşdırmağı tapşırıb. Lakin 12-ci polis bölməsi zərərçəkmişin şikayətinin olmadığını əsas gətirərək, cinayət işi başlamayıb. Qeyd edim ki, hüquq-mühafizə orqanlarına bəlli olan ağır cinayət işləri üzrə zərərçəkmiş şəxsin şikayət ərizəsinə ehtiyac duyulmur. Belə ki, şirkət rəhbərliyi tərəfindən insan oğurluğu, hədələmə, döymə, hədə-qorxu və işgəncə yolu ilə pul tələb etmə, qanunsuz həbsdə saxlamaq kimi bir sıra ağır cinayətlər törədilib".

İşçini vəhşicəsinə döyüb atasını girov götürüblər!

Şirkətin digər keçmiş əməkdaşı Elgün Teymurov da analoji səbəblərlə döyüldüyünü qeyd edir. Bundan başqa, onun atasını bir müddət girov kimi şirkətdə saxlayıblar. Şirkətin daha bir əməkdaşı Mirrəhim Qənizadənin də atasının və əmisi oğlunun başına eyni oyun açılıb. Qənizadə öz avtomobilini şirkətin “cəza qrupunun” üzvlərindən birinin adına keçirdikdən sonra onları buraxıblar.

“Koroğlu”da işgəncə otağı var!

O, digər əməkdaşların bütün kollektivin gözü qarşısında döyülməsinin və təhqir edilməsinin şahidi olduğunu təsdiq edib. Qənizadənin sözlərinə görə, ofisdə insanların girov saxlanılması və döyülməsi üçün istifadə olunan xüsusi otaqlar var.

Şirkətin keçmiş əməkdaşı Vəkil Quliyevin də paltarlarını soyundurub videoya çəkiblər: “Şirkətin rəhbəri Tahir Əliyev gəlib istehza ilə deyib ki, Prezident Administrasiyasında da, prokurorluqda da mənim adamlarım var, istədiyim adamın başına oyun açaram. Polisə getsəniz, onları da susduracağıq”.

Şikayətçi deyir ki, “Koroglu” MMC-nin rəhbəri Tahir Əliyev dəfələrlə iclas keçirərək işçiləri təhdid edib: O deyib ki, “kimin pulu mənim pulumdan çoxdur? Kim bizdən böyükdür? Bu ölkəni idarə edən qollardanıq. Özünüzü yığışdırın, çaşmayın”.

“Gördüm ki, Saleh adlı iş yoldaşımın boğazına ip keçirib sürüyürlər”

Şirkətin keçmiş əməkdaşı Arif Əliyev deyib ki, işgəncə halları “Koroğlu” şirkətində artıq normaya çevrilib: �?’Mən uzun zaman orda işləmişəm. Bir dəfə öz gözlərimlə gördüm ki, Saleh adlı iş yoldaşımın boğazına ip keçirib sürüyürlər. Pilləkəndən sürüyə-sürüyə yuxarı qaldırdılar. Saleh huşun itirdi. Tahir Əliyev özü gəlib Salehin dilini çölə çıxarıb qucagına alıb apardı. Çünki qorxurdular ki, ölüb üstlərində qalar. Şirkət “vorzakon”luqla məşğuldur. Müəyyən nüfuzlu şəxslərin adını hallandırır və əllərindən nə gəlirsə edirlər. Balalarımın canına and olsun, şirkətdə işləyənlərin hamısının bütün məsələlərdən xəbəri var".

“Get, kimə istəyirsən şikayət elə, arxamda general dayanıb!”

Şirkətin digər keçmiş və həbs edilən əməkdaşı Fuad Əzimovun anası Zöhrə Əzimova isə təşkil etdiyi mətbuat konfransında qeyd edib ki, MMC rəhbəri T.Əliyev oğluna vaxtı keçmiş mal yollayıb və buna görə ondan 780 min manat pul tələb edib. T.Əliyevdən şikayət edəndə isə “Get, kimə istəyirsən şikayət elə, arxamda general dayanıb” sözlərini eşidib.

Şirkətin keçmiş əməkdaşı Asif Rəhimovu da analoji qondarma ittihamlara və bərbad, qanunsuz iş sisteminə görə döyüb evinin kupçasını əlindən alıblar.

“Koroğlu” saxta qaimə-fakturalarla külli miqdarda vergidən yayınır"

Şirkətin keçmiş əməkdaşı Rauf Əliyev 5 il əvvəl - 2013-cü ildə “Koroğlu” MMC-nin direktoru Tahir Əliyevin idarəetmə sisteminə etiraz olaraq şirkətdə tutduğu yüksək vəzifədən imtina edərək ayrılıb. Bundan sonra Tahir Əliyev dəfələrlə onu şirkətə qaytarmaq istəyib. Rauf Əliyev rəsmi olaraq əmək kitabçasına qeyd olunmaqla 01.02.2013-cü il tarixdə işdən ayrılıb. Buna baxmayaraq o gündən sonra yenə də onun adına şirkətdən qənnadı məmulatlarının müstəqil istiqamətdə çıxışı həyata keçirilib. Şirkətə yenidən qayıtdıqdan sonra məsələni aydınlaşdırıb, buna etirazını bildirib. Məlum olub ki, işdən uzaqlaşdığı müddət ərzində adına qeyri-qanuni olaraq 134 min 471 manat həddində mal buraxılıb. Həmin vəsaitin 25 min manatı naməlum formada mənimsənilib.

Rauf Əliyev apardığı araşdırma zamanı müəyyən edib ki, şirkət daxilində 93 min 184 manat 81 qəpik kəsir var. Bu haqda hesabat hazırlayıb Tahir Əliyevə təqdim edib. Elə bundan sonra da Rauf Əliyevin qara günləri başlayıb. Həmin kəsiri dolayısı ilə elə onun özünün “ayağına” yazıblar. Bakı Ağır Cinayətlər Məhkəməsində “Koroğlu” MMC-nin işçisi Rauf Əliyevin cinayət işi üzrə məhkəmə prosesi sona çatmaq üzrədir. Cinayət işinə hakim Mahmud Ağalarovun sədrliyi ilə baxılır. Rauf Əliyev şirkətin 120 min manata yaxın pulunu mənimsəməkdə ittiham olunur.Ona qarşı irəli sürülən ittiham isə heç bir sübuta malik olmamaqla bərabər, bumeranq xarakterlidir. Belə ki, “Koroğlu” MMC-in ittiham üzrə istifadə edilən saxta qaimə-fakturalar külli miqdarda vergidən yayınma faktıdır.

Samir Zeynalov bildirir ki, “Koroğlu” MMC-nin apardığı qanunsuzluqlara, özbaşınalıq hərəkətlərinə dözməyərək, intihar etmiş şəxslər də çox təəssüflər olsun ki, mövcuddur: “Həmin şəxslərin də adlarını təqdim edirəm:

İsmayıllı rayonu Aşağıbaş kənd sakini, 1990-cı il təvəllüdlü Tofiq Adıgözəlov ( İntihar tarixi 14.05.2014).

Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü Xəyyam Vüsal oğlu Nağıyev (İntihar tarixi 05.12.2011).

Göründüyü kimi, “Koroğlu” MMC-nin rəhbərlik səviyyəsində neqativ təmayüllü uzun tarixi əhatə edən əməlləri mütəşəkkil cinayətkar dəstənin fəaliyyəti haqqında real təsəvvür yaradır. Nəticə etibarı ilə onu da qeyd edim ki, “Koroğlu” MMC tərəfindən istehlaka təqdim edilən mallar külli miqdarda son istifadə müddətləri bitməsinə rəğmən belə müəssisədə yenidən qablaşdırılaraq istehlaka təqdim edilir. Bununla da ölkə miqyasında görünməmiş antimilli, antisosial, xəyanət tərkibli əməllərə imza atılır".

Qeyd: Yazıda adı hallanan şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Özəl televiziyalar arvad davası və həkim reklamı ilə dolanırlar” - Aqil Abbas
Bu gün, 13:02
“Üç badam bir qoz” oxuyanlara sənətkar “tərifi”: - Nə məcburdur, qiymətə mindirirsiniz?
Bu gün, 12:58
ADY Ayan Nəcəfə "yox" dedi - BUNA GÖRƏ...
Bu gün, 12:56
Hikmət Hacıyev İranda hansı məsələləri müzakirə edib? - “Tehranm Times”
Bu gün, 12:53
Panama geri çəkildi, Çinin layihəsindən imtina edir
Bu gün, 12:49
Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42
Sabiri "şalvarsız" qoyan Trendyol: Şəbəkə insanları bu yolla aldadır - ŞOK FAKTLAR
Bu gün, 12:37
Erməni əsilli kriminal avtoriteti Moskvada niyə partladblar...
Bu gün, 12:36
Azərbaycanda həkim reklamı qadağan olunsun - ÇAĞIRIŞ
Bu gün, 12:30
Azərbaycanlı müğənninin villasında paylaşdığı FOTOLAR
Bu gün, 12:25
Mətin Mirzəyə İrandakı səfirlikdə yeni vəzifə VERİLİB
Bu gün, 12:22
Parlamentdə Amnistiya Aktının hazırlanması təklif edilib - "Sonradan səhvə yol verən insanlar var..."
Bu gün, 12:15
“AFB Bank”ın Müşahidə Şurasına yeni sədr təyin edilir - BUNDAN SONRA...
Bu gün, 12:12
Məhkəmə Bəhruz Hacıyevə bəraət verdi
Bu gün, 12:08
“İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 12:03
Qusar meşələrində böyük əməliyyatla tutulanları - Hansı cəza gözləyir?
Bu gün, 12:00
Ermənistan sülh müqaviləsinin imzalanmasını 2027-ci ilə qədər yubatmaq istəyir - Elman Nəsirov
Bu gün, 11:57
Ağsuda məktəb direktorunun həbsi ilə bağlı AÇIQLAMA
Bu gün, 11:56
AZAL Rusiyaya doğru daha bir istiqamət üzrə uçuşları DAYANDIRDI - qeyri-müəyyən müddətə...
Bu gün, 11:53
Aİ-nin baş diplomatı Tiflisdəki həbslərə reaksiya verdi
Bu gün, 11:43
“Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
Bu gün, 11:40
“Küçədən keçənlərə fəxri adlar verirlər...” - ETİRAZ
Bu gün, 11:36
"Biz Sovet hökuməti deyilik ey, gedənin arxasınca danışaq, gələni tərifləyək" - deputat
Bu gün, 11:33
Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
Bu gün, 11:30
Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib - ƏMR
Bu gün, 11:20
Deputatlar Eldəniz Səlimovla görüşəcək? - AÇIQLAMA
Bu gün, 11:19
Belçika Bakıya baxanda niyə kar və kor olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15
Naxçıvanda əhali AÇIQ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... - "...bu məhsullara yaşıl işıq yandırılır"
Bu gün, 11:13
Tramp Bakının həmləsindən sonra hərəkətə keçdi – Sürpriz plan açıqlandı
Bu gün, 11:09
Nazirlər Kabinetinin üç Qərarı LƏĞV OLUNDU
Bu gün, 11:07
Ottava Bakıya qarşı yalan və böhtan həddini keçdi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:04
Ermənistan-İran sərhədindən Rusiya bayraqları yığışdırılıb
Bu gün, 11:02
Azərbaycanda hotel şirkətinə sədr seçilir - TOPLANTI
Bu gün, 11:00
Ərəbləri Qəzzadan köçürmək: Tramp nə danışır və nə düşünür? - AKTUAL
Bu gün, 10:53
"Özünə gəlib, danışa bilir.... - Hələ xəstəxanadadır..."
Bu gün, 10:50
Məktəb direktoru həbs olundu - BUNA GÖRƏ...
Bu gün, 10:47
Qarabağ havasının HAVALANDIRDIĞI İrəvan... - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
DTX Qusarda terrorçulara qarşı əməliyyat keçirib, 8 nəfər zərərsizləşdirilib, 6 nəfər həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 10:41
USAID rəsmiləri DOGE ilə münaqişədən sonra məzuniyyətə göndəriliblər
Bu gün, 10:22
Ukraynada gey-batalyonlar yaradılıb: - Görün nə işlə məşğuldurlar
Bu gün, 10:21
"Ya narkomana, ya da ki, 24 saat çayxanalarda nərd atan bir insana çevrilir..." - deputat
Bu gün, 10:19
“Artıq bu mövzuda Lavrovun yalanları, Peskovun özünü bilməzliyə vurması keçərli deyil...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:13
Paşinyan Əliyevin tələbini qəbul etdi, məsələ tam bağlanır - Vardanyan
Bu gün, 10:12
Kredit faizləri niyə artır? – Düşəcəyi gözlənilirdi...
Bu gün, 10:09
7 nəfər Qarabağ QAZİSİNİ AMANSIZLIQLA DÖYÜB OBYEKTİNİ DAĞITDI - VİDEO
Bu gün, 10:04
BOKT-nin Müşahidə Şurasına dəyişikliklər olub
Bu gün, 10:03
“Yetim Sabir”in adamları Bakıda tutuldu - Əməliyyatda 15 nəfər saxlanılıb
Bu gün, 09:51
`Sahil - S İnşaat` MTK-da 165 ailə SUSUZ QALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:44
İmamoğludan növbədənkənar prezident seçkilərinə çağırış - FOTO
Bu gün, 09:39
“Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadın qərardan narazıdır
Bu gün, 09:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru