Respublika Perinatal Mərkəzində şübhəli tenderlər - ARAŞDIRMA
Tarix: 9-03-2022, 09:08 | Çap et
Respublika Perinatal Mərkəzi 2022-ci ilin fevral ayının 18-də altı lot üzrə sifarişçi olduğu satınalmaya yekun vurub. Bu satınalmaların ümumi məbləği 213.092 manat təşkil edib. 1. Maşın və avadanlıqların əsaslı təmiri 48873.52 AZN 2. Dəftərxana və Təsərrüfat xərcləri 37499.55 AZN 3. Bərk inventarların alınması 22294.6 AZN 4. Maşın və avadanlıqların alınması 47487.55 AZN 5. Yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması 27969.55 AZN 6. Tibbi blankların alınması 27970 AZN
DİA.AZ qlobal.az-a istinadla xəbər verir ki, Respublika Perinatal Mərkəzinin 2022-ci ilin fevral ayının 18-də yekun vurduğu satınalmalarda qalib elan edilən təşkilatların bəzilərinin hüquqi ünvanları və qeydiyyata alındıqları tarix eynidir.
Eyni hüquqi ünvan, müəmmalı MMC-lər və yüzminlik müqavilələr Respublika Perinatal Mərkəzi 2022-ci ilin fevral ayının 18-də "Maşın və avadanlıqların əsaslı təmiri" lotu üzrə sifarişçi olduğu satınalmada "KASPİAN TİKİNTİ" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib. "KASPİAN TİKİNTİ" MMC 2019-cu ilin may ayının 19-d dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı on manat olan şirkətin hüquqi ünvanı NƏRİMANOV RAYONU, CEYHUN HACIBƏYLİ, ev 2, m. 17 ünvanı, qanuni təmsilçisi isə Seyidov Nicat Eysan oğludur.
Respublika Perinatal Mərkəzi 2022-ci ilin fevral ayının 18-də "Maşın və avadanlıqların alınması" lotu zrə sifarişçi olduğu satınalmada isə "NB CONSTRUCTİON" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib. "NB CONSTRUCTİON" Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-cu ilin iyun ayının 28-də dövlət qeydiyyatına alınıb. On manat nizamnamə kapitalı olan "NB CONSTRUCTİON" MMC Mərkəzin sifarişçi olduğu digər satınalmada qalib elan edilən "KASPİAN TİKİNTİ" MMC ilə eyni ünvanda qeydiyyatdadır. "NB CONSTRUCTİON" MMC-nin qanuni təmsilçisi isə əvvəl Bəhlulov Namidar Bəxtiyar oğlu, hazırda isə Aziz Şahin adlı şəxsdir. Qlobal.az-ın əldə etdiyi məlumata görə Namidar Bəhlulov Sumqayıt şəhər sakinidir.
Maraqlıdır ki, Respublika Perinatal Mərkəzinin "Bərk inventarların alınması" lotu üzrə sifarişçi olduğu satınalmada qalib elan edilən fiziki şəxs Teymurov Əli Məhəmməd oğlu da Sumqayıt şəhər sakinidir. Bu dəfəki qalib MMC-lər "qonşu" çıxdılar Mərkəzin "Dəftərxana və Təsərrüfat xərcləri" lotu üzrə sifarişçi olduğu satınalmada "OLİNER" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib. "OLİNER" Məhdud Məsuliyyətli Cəmiyyəti 2020-ci ilin dekabr ayının 14-də qeydiyyata alınıb. On manat nizamnamə kapitalı olan şirkətin hüquqi ünvanı ŞƏHƏRİ NƏRİMANOV RAYONU, FƏTƏLİXAN XOYSKİ PR., ev 138A, m. 52 ünvanı, qanuni təmsilçisi isə Hüseyinov İsrafil Tofik oğludur.
Daha maraqlı məqam isə Respublika Perinatal Mərkəzi 2022-ci ilin fevral ayının 18-də "Tibbi blankların alınması" lotu üzerə sifarişçi olduğu satınalmadır. Belə ki, Mərkəzin yekun vurduğu bu satınalmada "FATEH-2019" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib. "FATEH-2019" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı on manatdır. Bu şirkət Mərkəzin bundan əvvəlki satınalmasında qalib elan edilən "OLİNER" MMC-dən 1 həftə sonra 2020-ci ilin dekabr ayının 21-də qeydiyyata alınıb. İlginc məqam isə "FATEH-2019" MMC-nin hüquqi ünvanı ilə bağlıdır. Belə ki, "FATEH-2019" MMC Respublika Perinatal Mərkəzinin "Dəftərxana və Təsərrüfat xərcləri" lotu üzrə sifarişçi olduğu satınalmada qalib elan edilən "OLİNER" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı ilə qonşudur - FƏTƏLİXAN XOYSKİ PR., ev 138A, m. 49. "FATEH-2019" MMC-nin qanuni təmsilçisi isə Verdizadə Pərviz Saday oğludur. Qlobal.az-ın əldə etdiyi məlumata görə Verdizadə Pərvizin adına həmin ünvanda çoxsaylı MMC-lər təsis edilib. Bu MMC-lərin dövlət satınalmalarında "otkad" əməliyyatları üçün yaradıldığı ehtimal edilir.
Qalib elan edilən MMC-lərin fəaliyyət profilləri, maddi-texniki bzaları barədə açıq internet resurslarında heç bir informasiya yoxdur. Respublika Perinatal Mərkəzinin direktoru Məryəm Rzayevadır. Ötən il mediada Məryəm Rzayevanın səlahiyyətlərindən sui-istifadə edərək, qanunsuz işlər gördüyü barədə məlumat yer alıb. Perinatal Mərkəzin bir qrup həkimi "Qafqazinfo" saytına müraciət edərək Məryəm Rzayevanın Respublika Perinatal Mərkəzində monopoliya yaratdığını, Mərkəzə müraciət edən xəstələri özüylə əlbir olan həkimlərə müəyyən faiz qarşılığında satdığı iddia edilirdi.
Zaur Əliyev, TƏBİB İH-nin sədri Respublika Perinatal Mərkəzi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tabeliyində fəaliyyət göstərən səhiyyə müəssisələrindəndir. Qlobal.az Perinatal Mərkəzin keçirdiyi satınalmalardakı məqamlarla bağlı TƏBİB-dən münasibət öyrənməyə çalışsa da, qurum heç bir mövqe bildirmədi. TƏBİB-in İdarə Heyətinin sədri Zaur Əliyevdir.
Nailə Məhərrəmova Qeyd edək ki, Respublika Perinatal Mərkəzi müstəqil olaraq hər il müxtəlif lotlar üzrə satınalmalar həyata keçirir. Qlobal.az Mərkəzin ötən ilki fəaliyyəti barədə Hesablama Palatasından münasibət öyrənib. Hesablama Palatasının mətbuat katibi Nailə Məhərrəmova Hesablama Palatası tərəfindən 2021-ci ildə Respublika Perinatal Mərkəzində audit aparılmadığını bildirdi. Qlobal.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu dəfə onun özündən Prezidentə ŞİKAYƏT OLUNDU - Mürsəl İbrahimov qanunsuzluğu HİMAYƏ EDİR?
Bu gün, 09:54 |
|
|
|
• Qatillərin azad olunmasını istəyən AŞ PA... - terrora, terrorçulara stimul verir
Bu gün, 09:50 |
|
|
|
• "İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır" - deputat
Bu gün, 09:46 |
|
|
|
• İlyas İsmayılovun son vəziyyəti açıqlanıb - "...ağır-stabil olaraq qalır"
Bu gün, 09:44 |
|
|
|
• Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:38 |
|
|
|
• "Əli Qurbanov söz verdi, amma..." - ETİRAZ
Bu gün, 09:31 |
|
|
|
• Bu şəxslərə avtobus və metroda güzəşt oluna bilər – Azərbaycanda İLK
Bu gün, 09:16 |
|
|
|
• Tehran sürətlə müharibəyə hazırlaşır: zərbə qərarı… - Melkonyan
Bu gün, 09:13 |
|
|
|
• TIXAC DƏRDİ: Problemi AYNA-nın yerə çəkdiyi `ƏSƏRLƏR` yaradır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:02 |
|
|
|
• Yenə o aktual sual: Rusiyadan böyük köçə hazırıqmı? - Görünəni odur ki...
Bu gün, 08:52 |
|
|
|
• Sabiq nazir AQTA-nı ifşa etdi – Vəziyyət ciddidir, dövlətin təhlükəsizliyi…
Bu gün, 08:51 |
|
|
|
• Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub - ŞOK FAKTLAR
Bu gün, 08:46 |
|
|
|
• Azərbaycanda da bu cərimələr silinə bilərmi? - AKTUAL
Bu gün, 08:44 |
|
|
|
• Məktəblərimizdən FRANSAYA axan milyonlar... - “KENQURU” Olimpiadasının mübhəmləri...
Bu gün, 08:43 |
|
|
|
• "Aşağı qiymətə aldanıb özünüzü problemə salmayın..." - "Asadzade Sanan"dan NARAZILIQ...
Bu gün, 08:38 |
|
|
|
• "Biz seyrə balonlarla çıxmaq istəmirik..." - GİLEY
Bu gün, 08:30 |
|
|
|
• Əmək Məcəlləsində olan bu hallar nəzərə alınmır... - Ekspert danışır...
Bu gün, 08:18 |
|
|
|
• Səkini zəbt edən piştaxtalar tez aradan qaldırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:29 |
|
|
|
• "Rəsmi İrəvan çox dəqiq anlayır ki..." - GƏLİŞMƏ
Bu gün, 07:23 |
|
|
|
• "Fransa kimi əldəqayırma bir dövlətdə... " - partiya sədri
Bu gün, 06:34 |
|
|
|
• Paşinyandan müharibə bəyanatı: Bu, gözlənilən idi - AKTUAL
Bu gün, 06:28 |
|
|
|
• Təyyarəmizin raketlə vurulmasından Putinin xəbəri olub - BU FAKTDIR!
Bu gün, 06:25 |
|
|
|
• Bakı tələb etdi, İrəvan razılaşmadı... - Müqavilədəki o bənd pozulur
Bu gün, 06:22 |
|
|
|
• FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
Bu gün, 02:05 |
|
|
|
• “Atamla anam aktrisa olmağıma dəstək verdilər, kaşki...”
Bu gün, 01:59 |
|
|
|
• Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər - TƏFƏRRÜAT
Bu gün, 01:56 |
|
|
|
• “Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” - İDDİA+ŞİKAYƏT
Bu gün, 01:53 |
|
|
|
• ŞUŞANIN AZAD OLUNMASI UĞRUNDA DÖYÜŞÜB, MEDAL VERMƏYİBLƏR... – “Elçin Babayev dedi ki, Vətən üçün etmisiniz”
Bu gün, 01:45 |
|
|
|
• "İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır"
Bu gün, 00:11 |
|
|
|
• Trampın Ağ Evdəki ilk 10 günü - “Öncə Amerika”, Ukrayna, miqrantlar və...
Bu gün, 00:06 |
|
|
|
• "Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır" - FAKT BUDUR!
Bu gün, 00:02 |
|
|
|
• "BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" - Sabiq icra başçısı elə iddia irəli sürdü ki...
Bu gün, 00:00 |
|
|
|
• "Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır - ŞƏRH
Dünən, 21:02 |
|
|
|
• Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: - durbinlə baxır, kofe içir…
Dünən, 20:57 |
|
|
|
• Rusiyadan Azərbaycana müsbət cavab – “Əgər razılaşsaq…”
Dünən, 19:06 |
|
|
|
• Ermənistanda hərbi hərəkətlənmə: - “Azərbaycan qabaqlayıcı tədbir görməlidir”
Dünən, 19:02 |
|
|
|
• AŞPA-ya ETİRAZ: - “Bəs onda niyə danışmırdılar?”
Dünən, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? - AÇIQLAMA
Dünən, 18:03 |
|
|
|
• ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR - Əmlak sahəsində geniş islahatlara start verilir
Dünən, 18:01 |
|
|
|
• Trampdan ilham almış rus tarixçisi: - “Fin körfəzinin adı dəyişməlidir”
Dünən, 17:56 |
|
|
|
• Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:48 |
|
|
|
• 16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, ana kömək istəyir
Dünən, 17:45 |
|
|
|
• Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
Dünən, 17:36 |
|
|
|
• Tramp və Paşinyanın sirli fotosu – “Bunun üçün hər yola əl atılır”
Dünən, 17:28 |
|
|
|
• Paşinyan sülh layihəsindən danışdı – “Konkret faydalar verə bilər”
Dünən, 17:26 |
|
|
|
• Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı - Elçin Alıoğlu yazır...
Dünən, 17:23 |
|
|
|
• Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? - TƏFƏRRÜAT
Dünən, 17:09 |
|
|
|
• “Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” - Niyazi Mehdinin xanımı
Dünən, 17:01 |
|
|
|
• Tramp təyyarə qəzasını sabotaj hesab edir
Dünən, 16:42 |
|
|
|
|