"Fransa kimi əldəqayırma bir dövlətdə... " .....                     Paşinyandan müharibə bəyanatı: Bu, gözlənilən idi .....                     Təyyarəmizin raketlə vurulmasından Putinin xəbəri olub .....                     Bakı tələb etdi, İrəvan razılaşmadı... .....                     FHN 205 minlik tenderi simsar şirkətə verdi: .....                     “Atamla anam aktrisa olmağıma dəstək verdilər, kaşki...” .....                     Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər .....                     “Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” .....                     ŞUŞANIN AZAD OLUNMASI UĞRUNDA DÖYÜŞÜB, MEDAL VERMƏYİBLƏR... .....                     "İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır" .....                     Trampın Ağ Evdəki ilk 10 günü .....                     "Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır" .....                     "BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" .....                     "Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır .....                     Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: .....                     Rusiyadan Azərbaycana müsbət cavab .....                     Ermənistanda hərbi hərəkətlənmə: .....                     AŞPA-ya ETİRAZ: .....                     Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək .....                     Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? .....                     ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR .....                     Trampdan ilham almış rus tarixçisi: .....                     Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? .....                     16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, .....                     Saxta plastik cərrahlar üçün SON GÜN .....                     Tramp və Paşinyanın sirli fotosu .....                     Paşinyan sülh layihəsindən danışdı .....                     Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı .....                     Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? .....                     “Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” .....                     Tramp təyyarə qəzasını sabotaj hesab edir .....                     Suraxanı RİH bu Hövsan sakinlərini palçıqdan çıxarmır .....                     DTX-dan xüsusi əməliyyat: .....                     Ermənistan qulağa xoş gələn avazlar oxumaq əvəzinə konkret addımlar atmalıdır .....                     Azərbaycan banklarına hücum Rusiyadan təşkil olunub? .....                     Tehran və Moskvanın narahatlığı bəlli oldu .....                     Pulu daşdan çıxan qadın 63 yaşında sosial şəbəkədə fenomen oldu: .....                     Jurnalistə bu universitetdə .....                     "Nədən canı ağrıyan insanlar bu qədər əziyyətə məcbur edilir?" .....                     Azərbaycanlı milyarderi `batırmaq` istəyən iş adamı saxlanıldı .....                 

Vüsal Kərimlinin DAĞITDIĞI BiNA - Bunun bir həlli yolu var, yoxsa yox?
Tarix: 2-06-2022, 14:48 | Çap et
Vüsal Kərimlinin DAĞITDIĞI BiNA
Bakının ictimai nəqliyyat problemi öz axarında davam edir. Yeni avtobusların alındığı, şəhər əhalisinin rahat hərəkətinin təmin olunması üçün addımlar atıldığı deyilsə də, reallıq bunun əksini sübut edir. Şəhərin mərkəzində, Bakıətrafı qəsəbələrdə hərəkət edən qırıq, salonu toz-torpaq içində, sürücü əyləci basanda cırıltısı aləmə səs salan avtobuslarla rahat hərəkət etmək mümkünsüz hala gəlib.

İctimai nəqliyyatın bu problemindən canını qurtarmaq istəyənlər avtomobil almağa və ya taksi xidmətindən istifadəyə üz tutsalar da, buna maddi imkanı çatmayan insanlar əsəblərinin tarıma çəkildiyi vaxtlarda sürücü ilə bir-iki dəqiqə mübahisə edib əsəbləşdikdən sonra vəziyyətin düzəlməyəcəyini ümidsizcəsinə qəbul etməyə məhkum ediliblər. İstər mətbuatda, istərsə də sosial mediada insanların ictimai nəqliyyatdan narazılığı, həllini tapmayan problemlər sanki görünməzdən gəlinir.

Hər kəsi bir sual düşündürür: Bu vəziyyət nə vaxta qədər belə davam edəcək? Bunun bir həlli yolu var, yoxsa yox? diaaz.space-ın məlumatına görə, mövcud problemlə bağlı AYNA-ya danışan Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev də deyib ki, Azərbaycanda ictimai nəqliyyat problemi həmişə olub və hələ də qalmaqda davam edir: “Bu istiqamətdə problemlərin həlli üçün tədbirlər görülür, büdcədən pullar ayrılır, Bakı Nəqliyyat Agentliyi (BNA) yaradılıb, amma bunlar da problemin çözülməsini təmin etmir. Bu gün Azərbaycanda insanların çoxu ictimai nəqliyyatdan istifadə etmək əvəzinə taksi xidmətinə üz tutur. Vəziyyət çox pisdir və belə olması sosial narazılıq yaradır”.

Deputatın fikrincə, aidiyyəti qurumlar toplaşmalı və problemin konkret həlli üçün addım atmalıdır: “Əks halda başqa cür mümkün deyil. “BakuBus” avtobuslarının parklama dayanacaqlarında onlarla avtobusun olduğunu görürəm. Onların hansısa hissələrinin xarab olduğu deyilir və s. Amma şəhərdə qırıq-salxaq avtobuslar o tərəf-bu tərəfə gedir-gəlir. Qəsəbələrarası hərəkət edən avtobuslardan sərnişinlər şikayətçidirlər. Həmin avtobusların da əksəriyyəti sınıq-salxaqdır”.

“Artıq 3 onillikdir ki, ictimai nəqliyyatın yaxşılaşdırılması üçün işlər aparılır. Amma hələ də nə kart sisteminə düz-əməlli keçid edilə bilinib, nə də karta pul yükləmək üçün terminallar quraşdırılıb. Gah avtobus sürücüləri baykot etmək istəyir, gah sərnişinlərin etiraz səsi ucalır. Amma nəticə odur ki, burada çox yarıtmaz idarəçilik əmələ gəlib. Aidiyyəti qurumlar yenidən bir yerə toplaşıb çıxış yolunu tapmalıdır. Çünki başqa cür mümkün deyil”, - deyə həmsöhbətimiz bildirib.

O, parklamaya görə sürücülərin cərimələnməsi ilə bağlı problemə də toxunub: “Bakı Nəqliyyat Agentliyinin işçiləri maşınların şəklini çəkib qaçırlar. Sanki sürücülərlə gizlənpaç oynayırlar. Bunlar dövlət qurumlarına yaraşmayan işlərdir. Bu işlər sistemli və qanuni formada olmalıdır. Parlamentdə bu və digər problemlər tez-tez gündəmə gəlir. Bundan sonra bizə zənglər gəlir ki, müəyyən işlər gedir, düzələcək və s. Amma nəticəsini görə bilmirik. Nəticə isə odur ki, avtobuslar vaxtında işləməli, səliqəli olmalıdır. Avtobuslar üçün şəhər yollarında ayrıca zolaqlar da ayrılıb. Yəni dövlət səviyyəsində addımlar atılır, bu problemləri görən orqanlar da var. Lakin nə bəladırsa, bu işi kimə tapşırırlarsa, yarıtmır”.

Nurullayev hesab edir ki, Bakı Şəhər İcra Hakimiyyəti bu işin öhdəsindən gələ bilər, lakin buna zaman lazımdır: “Bakı Şəhər İcra Hakimiyyətinin başçısı da istəməz ki, insanlar narazı qalsınlar. O da bu məsələyə əncam çəkilməsini istəyir. Lakin düşünürəm ki, təhvil-təslim işlərinin başa çatması və yeni bir sistemin yaradılması müəyyən qədər vaxt alacaq. Bakı Nəqliyyat Agentliyi müəyyən layihələr hazırlamışdı, razılaşdırılmışdı, büdcədən pul ayrılmışdı, eyni zamanda müəyyən işlər görülürdü ki, onlar üçün pul ayrılmışdı və s. Yəqin ki, indi bütün bunlar, bu məsələlərdə şəffaflığa nə dərəcədə əməl olunması da müzakirə olunur. Lakin prosesi sürətləndirmək, ictimai nəqliyyat probleminə son qoymaq lazımdır. Çünki ictimai nəqliyyat problemindən hökumət özü də narazıdır, həll etməyə çalışır, insanlar səsini qaldırır, parlamentdə bu məsələlər tez-tez gündəmə gəlir, amma nəticə dəyişmir”.

Sürücü-sərnişin münasibətlərinə toxunan deputat sürücülərlə sərnişinlər arasında yaşanan problemlərin də elə mövcud vəziyyətdəki digər problemlərə bağlı olduğunu söyləyib: “Sürücü də bu ölkənin vətəndaşıdır, onların da haqları var. Bir çox hallarda onlar gün ərzində həddindən artıq çox işləyir, yorulur, əsəbiləşirlər. Onlar da insandırlar, bəzən emosiyalarına hakim kəsilə bilmirlər. Düşünürlər ki, gecə-gündüz istirahət etmədən işləyir, sanatoriyalara gedə bilmir, uşağını həkimə apara bilmir, həyat yoldaşı ilə bir yerə çıxa bilmir və s. Bu cür şeylər onlarda stress yaradır və nəticədə də sürücü-sərnişin qarşıdurması yaşanır. Bunlar olmasın deyə sürücülər üçün əlverişli şərait yaradılmalı, bütün dünyada qəbul olunmuş standartlar üzrə fəaliyyət göstərmələri təmin olunmalıdır. Onlar normal istirahət edə bilməli, qazancları da qənaətbəxş olmalıdır ki, sərnişinlərin narazılığından, işlərini itirməkdən ehtiyat etsinlər. Hazırkı durumda isə sürücülər də bezib və işini itirmək kimi bir qorxuları yoxdur. Buna görə hesab edirəm ki, sürücü ilə sərnişin arasında qarşıdurmanın olması hər iki tərəfin aqressiv olmasına görədir və bu da sosial həyatlarının çətin olmasından qaynaqlanır”.

“Sərnişin işə gecikir və ya işdən çıxıb evə tələsir, amma dəqiqələrlə avtobus gözləyir, avtobus da gec gəlir, çünki xarab olub, yaxud yolda tıxacda qalıb, dayanacaqda hansısa taksi sürücüsü qarşısında saxlayıb, dəqiqələrini itirir, yolda gecikməsin deyə daha sürətli sürür, bu zaman da yenə qarşısına hansısa maşın çıxır, anidən əyləci basmaq məcburiyyətində qalır, avtobusun salonundakı insanlar yırğalanır, kimsə əzilir, aqressivləşir və s. Bütün bunlar da insanlarda narazılıq yaradır. İctimai nəqliyyat sistemi sivilləşdirilməlidir. Mövcud xaotik vəziyyət nizamlanmalıdır ki, bu hallar yaşanmasın, insanlar mənzil başına rahat şəkildə çatsınlar”, - deyə müsahibimiz fikrini yekunlaşdırıb.

Milli Məclisin sabiq üzvü, “Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əlimməmməd Nuriyev də AYNA-ya şərhində Bakıətrafı qəsəbələrdə fəaliyyət göstərən marşrut xətlərindən insanların narazı olduğunu və ciddi problemlər yaşandığını deyib: “Ümumilikdə Bakı şəhərində hazırda 20-dən artıq özəl daşıyıcı şirkət fəaliyyət göstərir. Bakıətrafı qəsəbələrdə də özəl daşıyıcı şirkətlər fəaliyyət göstərir. Çox zaman da özəl daşıyıcı şirkətlər müxtəlif bəhanələr gətirir, sərnişin rahatlığını təmin etməkdə o qədər də maraqlı olmur”.

“Bakıətrafı ərazilərdə avtobuslar bərbad vəziyyətdədir. Problemlərdən biri də Bakıətrafı qəsəbələrdə axşam saatlarında ictimai nəqliyyatın fəailiyyəti ilə bağlıdır. Axşam saatlarında avtobusların olmaması ciddi narazılıq yaradır. Əgər sərnişin azlığı varsa, daha az sayda marşrut avtobusları xəttə çıxmalıdır və bununla bağlı da cəmiyyət məlumatlandırılmalıdır. Bu, həmin marşrutdan istifadə edən sərnişinlərin həm vaxtlarına qənaət etmələrinə kömək edər, həm də xərclərin azalmasına gətirib çıxarar. Bu, həmçinin marşrut sahibləri üçün normal, anlaşıqlı kommunikasiya imkanının yaradılmasıdır”, - deyə həmsöhbətimiz qeyd edib.

O, sürücü-sərnişin qarşıdurmasının yolverilməz olduğunu vurğulayıb: “Bəzi hallarda daşıyıcı şirkət tərəfindən sürücülər haqqını tələb edən sərnişinlərin üzərinə yönəldilir. Sürücülərlə sərnişinləri üz-üzə qoymaq olmaz. Əgər sürücü evə daha tez getməli olduğunu hesab edirsə, bunu da həll etmək olar. Axşam saatlarında növbətçi avtobuslar təyin etmək olar və ya növbəlilik prinsipi ilə məsələni həll etmək mümkündür. Sadəcə əməyin düzgün təşkili vacibdir. Lakin daşıyıcı şirkətlərdə bu təşkilatçılıq yoxdur. Onların yeganə məqsədi pul qazanmaqdır”.

Nuriyev hesab edir ki, problemlərin həlli marşrut xətlərinin özəl şirkətlərdən alınaraq dövlətin nəzarətinə verilməsindədir: “Hesab edirəm ki, ümumiyyətlə, özəl şirkətlərin ictimai nəqliyyat sektorunda işləməsinin qarşısını almaq lazımdır. Bu proseslərlə bağlı dövlətin dotasiyası mümkündür və bir müddət sonra ictimai nəqliyyat tam olaraq özü öz xərclərini ödəyə biləcək və ətraf mühitə ziyan dəyməyəcək. Sərnişin məmnunluğu təmin olunacaq. Tıxac problem özhəllini tapacaq. Böyük şəhərlərdə ictimai nəqliyyat dövlətin himayəsindədir. Burada əsas məsələ sərnişinlərin komfortunu təmin etməkdir. İctimai nəqliyyatın əsas funksiyası böyük sayda digər nəqliyyat vasitələrindən istifadənin azaldılmasıdır. Şəhərdə maşınların çox olması tıxaca səbəb olur, ətraf mühitə də ziyandır. Şəhərlərdə əsas ictimai nəqliyyat növüdür və fokslanma da buraya olmalıdır”.

Keçmiş deputatın fikrincə, daşıyıcı şirkətlərin çoxu oliqarxlara məxsus olsa da, BNA onların fəaliyyətinə nəzarəti gücləndirməlidir: “Düzdür, bir çox hallarda daşıyıcı şirkətlər oliqarxlara məxsusudur, amma onların sahiblərindən qorxmaq lazım deyil. Bəzən BNA-nın onlara təsir göstərməyə imkanları çatmır. Çünki həmin daşıyıcı şirkətlər ayrı-ayrı böyük mənfəət sahiblərinindir. Hesab edirəm ki, BNA-ya bunun qarşısını almaq üçün yetərli səlahiyyət verilməlidir ki, problemlərin həllinə nail ola bilsin. Vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq aydın şəkildə problemlərin həlli sürətləndirilməlidir”.

“Daşıyıcı şirkətlərin daha çox gəlir əldə etmə istəyi başa düşüləndir. Amma bunun paralelində sərnişin məmnunluğunun təmin edilməsini də düşünməlidirlər. Bəzi marşrutları çıxmaqla özəl şirkətlərin əlində olan xətlərə çıxan avtobusların çoxu bərbad vəziyyətdədir. Bəzi hallarda sürücülük vəsiqəsi olmayan şəxsləri işə götürürlər və ya kiminsə adını yazdırırlar, başqa birisi işləyir. Özəl şirkətlər digər qurumların onlara nəzarət və müdaxilə etmədiyini düşündüklərindən sui-istifadə edirlər. Hətta bəzi daşıyıcı şirkətlər bəzi mətbuat nümayəndələri ilə onları müdafiə etmələri üçün əlaqəyə girirlər ki, onların qeyri-qanuni gəlirlərinə imkan yaratsın. Azərbaycanda 2022-ci ildən sərnişin avtobuslarının sıxılmış qazla işləməsinə keçid nəzərdə tutulub. Lakin onlar hökumətin bu qərarına qarşı böyük bir kampaniya başlatdılar və bunu etməkdə də davam edirlər”, - deyə müsahibimiz fikrini yekunlaşdırıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Fransa kimi əldəqayırma bir dövlətdə... " - partiya sədri
Bu gün, 06:34
Paşinyandan müharibə bəyanatı: Bu, gözlənilən idi - AKTUAL
Bu gün, 06:28
Təyyarəmizin raketlə vurulmasından Putinin xəbəri olub - BU FAKTDIR!
Bu gün, 06:25
Bakı tələb etdi, İrəvan razılaşmadı... - Müqavilədəki o bənd pozulur
Bu gün, 06:22
FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
Bu gün, 02:05
“Atamla anam aktrisa olmağıma dəstək verdilər, kaşki...”
Bu gün, 01:59
Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər - TƏFƏRRÜAT
Bu gün, 01:56
“Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” - İDDİA+ŞİKAYƏT
Bu gün, 01:53
ŞUŞANIN AZAD OLUNMASI UĞRUNDA DÖYÜŞÜB, MEDAL VERMƏYİBLƏR... – “Elçin Babayev dedi ki, Vətən üçün etmisiniz”
Bu gün, 01:45
"İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır"
Bu gün, 00:11
Trampın Ağ Evdəki ilk 10 günü - “Öncə Amerika”, Ukrayna, miqrantlar və...
Bu gün, 00:06
"Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır" - FAKT BUDUR!
Bu gün, 00:02
"BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" - Sabiq icra başçısı elə iddia irəli sürdü ki...
Bu gün, 00:00
"Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır - ŞƏRH
Dünən, 21:02
Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: - durbinlə baxır, kofe içir…
Dünən, 20:57
Rusiyadan Azərbaycana müsbət cavab – “Əgər razılaşsaq…”
Dünən, 19:06
Ermənistanda hərbi hərəkətlənmə: - “Azərbaycan qabaqlayıcı tədbir görməlidir”
Dünən, 19:02
AŞPA-ya ETİRAZ: - “Bəs onda niyə danışmırdılar?”
Dünən, 19:00
Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək - ŞƏRH
Dünən, 18:58
Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? - AÇIQLAMA
Dünən, 18:03
ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR - Əmlak sahəsində geniş islahatlara start verilir
Dünən, 18:01
Trampdan ilham almış rus tarixçisi: - “Fin körfəzinin adı dəyişməlidir”
Dünən, 17:56
Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:48
16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, ana kömək istəyir
Dünən, 17:45
Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
Dünən, 17:36
Tramp və Paşinyanın sirli fotosu – “Bunun üçün hər yola əl atılır”
Dünən, 17:28
Paşinyan sülh layihəsindən danışdı – “Konkret faydalar verə bilər”
Dünən, 17:26
Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı - Elçin Alıoğlu yazır...
Dünən, 17:23
Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? - TƏFƏRRÜAT
Dünən, 17:09
“Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” - Niyazi Mehdinin xanımı
Dünən, 17:01
Tramp təyyarə qəzasını sabotaj hesab edir
Dünən, 16:42
Suraxanı RİH bu Hövsan sakinlərini palçıqdan çıxarmır – “Biz hansı dövrdə yaşayırıq” (VİDEO)
Dünən, 16:39
DTX-dan xüsusi əməliyyat: - 500 min dollara casusluq edən Validə generallar haqda nə deyib?
Dünən, 16:37
Ermənistan qulağa xoş gələn avazlar oxumaq əvəzinə konkret addımlar atmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:35
Azərbaycan banklarına hücum Rusiyadan təşkil olunub? – Mühüm detal
Dünən, 16:28
Tehran və Moskvanın narahatlığı bəlli oldu - Zəngəzur dəhlizinə nəzarət dəyişir
Dünən, 16:26
Pulu daşdan çıxan qadın 63 yaşında sosial şəbəkədə fenomen oldu: - “Deyirlər övladı haradadır?!”
Dünən, 16:23
Jurnalistə bu universitetdə VƏZİFƏ VERİLDİ
Dünən, 16:16
"Nədən canı ağrıyan insanlar bu qədər əziyyətə məcbur edilir?" - NARAZILIQ VAR...
Dünən, 16:06
Azərbaycanlı milyarderi `batırmaq` istəyən iş adamı saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 15:59
Kürdəmirdə bir məktəbi 100 şagird tərk edib? - BU NƏDİ BELƏ?..
Dünən, 15:57
“BİZİ ÖZ EVİMİZƏ HƏBS EDİBLƏR" - GİLEY
Dünən, 15:54
Ölkədən pul çıxaran “ASCO Logistics”lə bağlı sabah qərar veriləcək - DETALLAR
Dünən, 15:33
Azərbaycanda bank faizləri çox yüksəkdir... - BƏS NƏ EDƏK?..
Dünən, 15:30
20-dən çox sərnişin Krasnoyarsk-Bakı reysi ilə uçmaqdan imtina edib - SƏBƏB
Dünən, 15:25
Bakı, Tiflis və İrəvan arasında nə baş verir? – Badalyan
Dünən, 15:24
Yaxın vaxtlarda AŞ ilə Gürcüstanın əlaqələrinin normallaşması gözlənilmir
Dünən, 15:22
Əhalinin banklara nə qədər kredit borcu var? - FAİZ FAİZ ÜSTÜNƏ GƏLİR...
Dünən, 15:17
Azərbaycanda tanınmış ekspert HƏBS EDİLDİ - BUNA GÖRƏ...
Dünən, 15:15
Abşeron icra hakimiyyətinin iki idarəsinin 280 min borcu var
Dünən, 15:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru