Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - İLGİNC FAKTLAR
Tarix: 14-02-2024, 08:55 | Çap et
Azərbaycanda bir çox sahələrin monopoliyada olması uzun illərdir cəmiyyətin ən çox müzakirə etdiyi məsələlərdəndir. İnhisarlaşma xərçəng xəstəliyi kimi ölkənin həm iqtisadi, həm də elm və təhsil sahəsini sarmaqdadır. Dəhşətli olan isə hökumətin struktur islahatları prosesində yaratdığı yeni qurumlar da monopoliya sisteminə alınır. AzFakt.com xəbər verir ki, hökumətin apardığı struktur islahatları dalğasında yeni yaranan qurumlardan biri də Elm və Təhsil nazirliyinin nəzdində fəaliyyət gösətərən Təhsil Tələbə Krediti Fondudur. Təhsil Tələbə Krediti Fondu 2021-ci ildə təsis edilib. Qanunvericiliyə görə Fondun idarəetmə orqanları Himayəçilər Şurası və İdarə Heyətinin sədridir. Hazıda Fondun Himayəçilik Şurasının üzvləri İdris İsayev, Elnur Əliyev, Anar Əliyev, Əliyar Məmmədyarov, Firsənd Qurbanov, Yaqub Piriyev, Fatimə Babayeva, İdarə Heyətinin sədri isə Araz Paşayevdir.
Lakin mediada zaman-zaman dərc edilən xəbərlərin analizləri Təhsil Tələbə Krediti Fondunun idarəetməsinin arxasında "gizli qüvvələrin" olduğunu göstərir. Bu barədə bir az sonra. İndi isə bir neçə gün öncə yerli mediada Təhsil Tələbə Krediti Fondunun keçirdiyi tenderlər barədə dərc edilən məqaləyə diqqət yetirək. Yeniçağ.az saytı araşdırma yazısında Təhsil Tələbə Krediti Fondunun 2023-cü ilin noyabr ayının 22-də keçirdiyi satınalma barədə yazaraq Fondun “Təhsil Tələbə Krediti Fondunun fəaliyyəti ilə bağlı ictimai sorğunun keçirilməsi xidmətinin satın alınması” lotu üzrə keçirdiyi 53 min 100 manatlıq satınalmada qalib seçilən “PRİMA CONSALTİNG” Məhdud Məsuliyyətli Cəmiyyətinin Təhsil Tələbə Krediti Fondunun sədrinə məxsus olduğunu, Təhsil Tələbə Krediti Fondunun sədrinin vaxtilə özəl sektorda fəaliyyət göstərdiyi zaman bu təşkilatın dövlət satınalmalarında iştirakına və qalib gəlməsinə dəstək verdiyini yazırdı. Saytımızın araşdırması zamanı məlum oldu ki, doğrudan da Təhsil Tələbə Krediti Fondunun sədri Araz Paşayev bu təyinatından əvvəl özəl sektorda çalışıb.
Belə ki, o 2017-ci ildə dövlət qeydiyyatına alınan "UNİVERSİTAS-İNTERNATİONAL" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçi və direktoru olub. "UNİVERSİTAS-İNTERNATİONAL" MMC bir çox dövlət qurumlarının dəyəri yüz minlərlə ölçülən tenderlərində zaman-zaman qalib edilib. Əlbəttə, yeni yaradılan bir təşkilatın qısa zaman kəsiyində dövlət tenderlərində "at oynatması" səbəbsiz ola bilməz. "UNİVERSİTAS-İNTERNATİONAL" MMC-nin az qala hər ay yüzminlik, hətta konsorsium çərçivəsində milyonluq layihənin qalibi olması bu şirkətin arxasında daha böyük əlaqəyə malik şəxsin və yaxud şəxslərin olmasından xəbər verirdi. Bəs kim idi fövqəlqüvvə? "UNİVERSİTAS-İNTERNATİONAL" Məhdud Məsuliyyətli Cəmiyyəti qeydiyyata alınarkən hüquqi ünvanı bu şirkətin arxasında kimlərin dayandığına az da olsa işıq salırdı. Belə ki, şirkət qeydiyyata alınarkən hüquqi ünvanı MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi ev 13A, mənzil 125 göstərilirdi. O zaman medianda bu ünvanın Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin keçmiş müşaviri Rüfət Mahmuda məxsus olduğu yazılmışdı.
Qeyd edək ki, Rüfət Mahmud o vaxt həm də Təhsil Nazirliyində Maarifçi Tələbə Kredit Fondunun icraçı direktoru olub. Bu barədə mediada məlumatlar dərc edildikdən bir müddət sonra "UNİVERSİTAS-İNTERNATİONAL" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı dəyişdirildi. Bir müddət sonra isə - Maarifçi Tələbə Kredit Fondunun icraçı direktorunun mənzilində ilk hüquqi ünvanı olan "UNİVERSİTAS-İNTERNATİONAL" MMC-nin qanuni təmsilçisi Araz Paşayev 2021-ci il iyunun 17-də dövlət başçısının imzaladığı Fərman əsasında Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılan Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinə sədr gətirildi. Bu isə hazırda Təhsil Tələbə Krediti Fondunun idarəetməsinin arxasında Təhsil Nazirliyində Maarifçi Tələbə Kredit Fondunun icraçı direktorunun olması ehtimallarını yaradır. Xatırladaq ki, Fondun yaradılmasında əsas məqsəd Təhsil tələbə krediti sistemini tətbiq etməklə təhsilə əlçatanlığı təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir. Təhsil Tələbə Krediti Fondunun ötən il dövlət büdcəsi hesabına formalaşan resurs zərfi 110 milyon manata çatdırılıb.
Məsələ ilə bağlı Təhsil Tələbə Krediti Fonduna göndərdiyimiz sorğu cavablandırılmadı.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Əmək Müfəttişliyində yarıtmaz xidmət...” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 01:23 |
|
|
|
• Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 01:00 |
|
|
|
• Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında - Amerikasız olmaz
Bu gün, 00:56 |
|
|
|
• Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Dünən, 19:39 |
|
|
|
• Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Dünən, 19:17 |
|
|
|
• Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Dünən, 19:14 |
|
|
|
• Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Dünən, 18:59 |
|
|
|
• “Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Dünən, 18:55 |
|
|
|
• Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Dünən, 18:36 |
|
|
|
• Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Dünən, 18:32 |
|
|
|
• Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Dünən, 18:10 |
|
|
|
• “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:07 |
|
|
|
• Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:01 |
|
|
|
• Universitet vergilərini vaxtında ödəməyib
Dünən, 17:58 |
|
|
|
• Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Dünən, 17:55 |
|
|
|
• Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Dünən, 17:53 |
|
|
|
• Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Dünən, 17:49 |
|
|
|
• “Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Dünən, 17:44 |
|
|
|
• Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Dünən, 17:41 |
|
|
|
• Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Dünən, 17:32 |
|
|
|
• Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Dünən, 17:29 |
|
|
|
• “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Dünən, 17:23 |
|
|
|
• Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Dünən, 17:11 |
|
|
|
• Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Dünən, 17:01 |
|
|
|
• Masaj salonlarında işləyən qadınları şantaj edən KİŞİYƏ CƏZA VERİLDİ
Dünən, 16:46 |
|
|
|
• “Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” - Dələduzluq işi
Dünən, 16:38 |
|
|
|
• Bayden heç unudularmı?.. - ŞƏRH
Dünən, 16:36 |
|
|
|
• Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub
Dünən, 16:34 |
|
|
|
• "Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" - vətəndaş ÇARƏSİZ DURUMDA
Dünən, 16:30 |
|
|
|
• "Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." - MÜSAHİBƏ
Dünən, 16:18 |
|
|
|
• Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib
Dünən, 16:16 |
|
|
|
• Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Dünən, 16:13 |
|
|
|
• Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Dünən, 16:11 |
|
|
|
• Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Dünən, 16:08 |
|
|
|
• YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Dünən, 16:06 |
|
|
|
• Kreml Trampın hədəsinə cavab verib
Dünən, 16:03 |
|
|
|
• Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Dünən, 16:01 |
|
|
|
• Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Dünən, 16:00 |
|
|
|
• Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Dünən, 15:57 |
|
|
|
• İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Dünən, 15:38 |
|
|
|
• Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Dünən, 15:33 |
|
|
|
• “Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Dünən, 15:32 |
|
|
|
• Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Dünən, 15:28 |
|
|
|
• “Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - Armen Qriqoryan
Dünən, 15:27 |
|
|
|
• Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı - ƏMR
Dünən, 15:22 |
|
|
|
• Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... - TƏFƏRRÜAT
Dünən, 15:20 |
|
|
|
• Samir Şərifova yeni vəzifə həvalə edilib - QƏRAR
Dünən, 15:18 |
|
|
|
• Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
Dünən, 14:42 |
|
|
|
• İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• “Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Dünən, 13:58 |
|
|
|
|