!["Həyatımda olmasını..." - Cəmil sevgidən danışdı "Həyatımda olmasını..." - Cəmil sevgidən danışdı](/uploads/posts/2018-12/thumbs/1545280430_0001.jpg)
DİA.AZ: - "Həyatımda heç kim yoxdur, kiminsə olmasını da istəmirəm. Biri olacaqsa, özü gələcək".
Bu sözləri səhnəmizin güclü səsli ifaçısı, xarizmatik müğənni Cəmil DİA.AZ-a açıqlamasında deyib. Sənətçi sevgilisi olması haqda suallara cavab verib. O bildirib ki, hazırda heç bir sevgi yaşamır:
"Artıq gözləmirəm. Sadəcə, kainata mesaj göndərirəm ki, Allahım, ürəyimə görə ver. İnşallah, yaxşı bir insan qarşıma çıxar".