![Naxçıvanda Röya rüzgarı əsəcək Naxçıvanda Röya rüzgarı əsəcək](/uploads/posts/2019-08/thumbs/1564981801_888.png)
DİA.AZ: - Azərbaycanın super starı, əməkdar artist Röya Ayxan Naxçıvanda solo konsert verəcək.
DİA.AZ-ın məlumatına görə, sənətçi bu haqda özü sosial şəbəkədə xəbər yayıb. İfaçı avqustun 22-də Naxçıvanda yerləşən saat meydanında səhnəyə çıxacaq. Gecədə sevilən mahnılar ilə yanaşı yeni bəstələr də oxunacaq.
Qeyd edək ki, bu, ifaçının Naxçıvana ilk qastrol səfəri deyil.