
DİA.AZ: - Aparıcı Samirə Mustafayeva beş illik fasilədən sonra yenidən televiziyaya qayıdır.
DİA.AZ-ın məlumatına görə, aparıcının yeni iş yeri Azərbaycan Televiziyası (AzTV) olacaq. Mustafayeva artıq sentyabrın 14-dən etibarən həftənin beş günü AzTV-nin “Xəbərlər” İ̇nformasiya proqramının axşam saat 20:00, 22:00 və gecə saat 00:00 buraxılışını təqdim edəcək.
S.Mustafayeva şənbə günü eyni saatlarda studiyanı AzTV-nin digər xəbər aparıcısı Mümtaz Xəlilzadə ilə bölüşəcək.
Qeyd edək ki, S.Mustafayeva televiziyada fəaliyyətinə 2003-cü ildən başlayıb. O, xeyli müddətdir televiziyadakı işindən kənarlaşmışdı.