
106.3 FM radiosunun aparıcısı DJ Kazım Sübhan “MTV Azərbaycan” kanalında aparıcılıq edəcək.
DİA.AZ xəbər verir ki, DJ Kazım Sübhan Mediatime.AZ-a açıqlamasında məlumatı qismən təsdiqləyib:
"Sadəcə bunu deyə bilərəm ki, veriliş həftədə bir dəfə yayımlanacaq. Məşhurlarla müsahibələr edəcəm".
Qeyd edək ki, artıq proqramın ilk çəkilişi də gerçəkləşib. K.Sübhan illərdir 106,3 FM-də çalışır. O, “Muleyli”, “Ulduzxana” kimi məşhur verilişləri aparıb.