
Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusif cəbhə xəttində həyata keçirilən əks-hücumlarla əlaqədar Azərbaycan Ordusuna dəstəyini ifadə edib.
Kult.az xəbər verir ki, sənətçi bununla bağlı Tvitter səhifəsində paylaşım edib.
“Düşüncələrim və dualarım Azərbaycanladır”, - deyə S.Yusif paylaşımda qeyd edib.
O, bu paylaşımına "Qarabağ Azərbaycandır” həştəqini əlavə edib.