
Sosial şəbəkələr vasitəsilə məşhurlaşan aktyor Emil Musayevin bu gün 31-ci yaş günüdür.
“MediaPost” xəbər verir ki, sənətçi doğum günündə cəbhəyə yollanıb. Bu barədə onun dostları məlumat verib.
Qeyd edək ki, Emil eyni zamanda “Youtube”da yayımlanan “Zarafat-zarafat” verilişinin aparıcısıdır. O, indiyədək “Bəxt üzüyü 2”, “Kəklikotu”, “Ağanatiq”, “Bir xalanın sirri”, “Oğlan evi 2” və başqa filmlərdə çəkilib.