Ramil Usubov dedi ki, qərar var, həbs olunmalısan .....                     Ukrayna Fransaya Rusiyanın dondurulmuş aktivləri hesabına .....                     Gürcüstanın işğal altındakı Abxaziya bölgəsində .....                     Fatimə Mövlamlı həbs edildi .....                     Kremlsayağı müttəfiqlik: günah həmişə başqasındadır .....                     Sərhədlərin delimitasiyası: .....                     Azərbaycanla Türkiyə HHQ arasında 15-ci Qərargah danışıqları keçirilib .....                     Bakı "İslam Səkkizliyi"inə niyə qatıldı? .....                     Bakını XARABA QOYURLAR: “Gold” MTK yüzlərlə ağacı məhv etdi .....                     Bakıda dəhşətli olay: Ata 4 yaşlı qızına damğa basdı .....                     Saleh Məmmədovun işçisinə 1 milyondan çox ödənişə görə qadağa .....                     Türk şirkəti Azərbaycan bazarından gedir .....                     Vardanyanın məhkəmə hiyləgərliyi .....                     Abşeron təhsil sistemində MALİYYƏ DƏLƏDUZLUĞU... .....                     Paytaxtda qarın təmizlənməsi davam edir .....                     Azərbaycan Zəngəzur dəhlizindən imtina etməyəcək .....                     Azərbaycandan Öcalanın çağırışına REAKSİYA .....                     Özümü Trampın qarşısında günahkar saymıram .....                     Məktəblər nazirliyin nəzarətindən çıxır? .....                     Türkiyə də ABŞ və ya Çinin əsas rəqibi ola bilər .....                     İki nəfəri güllələyərək öldürən şəxsə .....                     “Mənə “nə olsun ki, atan Şəhiddir”, dedilər...” .....                     248 saylı orta məktəbdə nə baş verir? .....                     Bu tarixdə respublikaçıların özləri Trampa qarşı impiçment prosesi başlada bilər... .....                     "Belə bir fətva vermək əbəsdir" .....                     Qayıbov özünü toxunulmaz bilir .....                     AZERCELL müştərilərinin qəpiyinə möhtacdır .....                     Möhnətovun işçiləri avtomobillərdən topladıqları pulu vergidən gizlədir .....                     "EAST RESİDENCE"-ın külli miqdarda vergi borcu .....                     AYB üzvü ANAR-ı biabır etdi .....                     "Zəyəm Texnologiyalar Parkı´ ASC-nin səhmdarlarının illik ümumi yığıncağı .....                     ABŞ yeni səfiri Bakıya bu tarixdə göndərəcək: Yeri 2 aydır boşdur... .....                     Trampın abrını da gördük... həyasını da: EHTİYATLI OLMALIYIQ! .....                     Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının Yasamal rayonunda təqdimatı keçirildi .....                     Geriyə, Vətənə: Xaricə beyin axınını necə beyin qazancına çevirək? .....                     "Azəri canavar"ı güllələyən şəxsə hökm oxundu .....                     Məmur oğlu 1 milyon 300 mini Alışana niyə veribmiş? .....                     Söküntüyə adekvat kompensasiya tələbi: Bakıda o qiymətə ev yoxdur .....                     Güney Qafqaz Rusiyaya “verilir”: Bakıdan reaksiya... .....                     "Teleqraf"ın 13 yaşı tamam olur .....                 

Bir qrup teatr xadimi nazirə müraciət etdi: - "İftixar Piriyevlə bağlı tədbir görün"
Tarix: 6-10-2023, 08:48 | Çap et
Bir qrup teatr xadimi nazirə müraciət etdi:
İrəvan Dövlət Dram Teatrının bir qrup əməkdaşı mədəniyyət naziri Adil Kərimliyə müraciət ünvanlayıb.

Onlar Dram Teatrında baş verən qanunsuzluqlara etiraz edirlər.

DİA.AZ bildirir ki, "Arqument.az" elektron poçtuna ünvanlanmış müraciətdə deyilir:

"Cənab nazir, biz bu müraciətimizlə həm sizin, həm də mədəniyyətimizə cavabdeh olan digər rəsmi şəxslərin diqqətini İrəvan Dövlət Azərbaycan Dram Teatrında uzun illərdir ki, hökm sürən avtoritar idarəetmə rejiminə yönəltmək istəyirik. Əminik ki, siz mədəniyyət naziri olaraq bizim müraciətimizi dinləyəcək və bu teatrda olan problemlərin həlli üçün müvafiq və təxirəsalınmaz göstərişlər verəcəksiniz. Öncə nəzərinizə çatdıraq ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrında bu gün hökm sürən bütün qanunsuzluğun başında bu teatrı 20 ildən artıq dədə malı kimi idarə edən direktor İftixar Piriyev dayanır".

"İftixar Piriyev İrəvan Dövlət Dram Teatrına direktor təyin olunduğu ilk gündən teatrda yaradıcı ab-havanı dedi-qodu əvəzləyib. Təəssüflər olsun ki, uzun illərdir ki, bizim tetarımız hansısa tamaşası, qastrol səfəri, premyerası ilə deyil, mədəniyyət və incəsənətimizə yaraşmayan qalmaqallarla ölkə gündəminə gəlib. İllərdir ki, teatr qanunlarla yox, İftixar Piriyevin "prinsipləri", "qaydaları" ilə idarə olunur. Bu illər ərzində kollektivimizdə çalışan bir çox peşəkar mədəniyyət işçiləri İftixar Piriyevin qəzəbinə tuş gələrək uzaqlaşdırılıb. Böyük tarixi olan İrəvan teatrında bu gün bir dənə də olsun müstəqil yaradıcı fikiri olan adam yoxdur", - deyə o bildirib.

Şikayətçilər deyirlər ki, İftixar Piriyev bu illər ərzində sözün məcazi mənasında kim baş qaldırıbsa, kim yaradıcı mühit yaratmaq, bu mühitə təkan vermək istəyibsə, onu müxtəlif bəhanələrlə, özünün teatrda yaratdığı "stajlı üzəduran truppası"nın köməkliyi ilə uzaqlaşdırıb:

"Sizə zaman-zaman İftixar Piriyevin İrəvan Dövlət Azərbaycan Dram Teatrından uzaqlaşdırdığı şəxslərin siyahısını təqdim edirik:

1. Vidadi Əliyev - Xalq artisti
2. Tamilla Abdullayeva - Xalq artisti
3. Elmira İsmayılova - Xalq artisti
4. Əjdər Zeynalov - aktyor
5. Rəşad Səfərov - aktyor
6. Rada Nəsirova - aktrisa
7. Mitət Aydın
8. Elçin Hacı
9. Əhliman Ərşadlı
10. Zülfiyyə Eldarqızı
11. Şəbnəm Cəbrayılova".

"Bu şəxslərin əksəriyyəti qeyri-qanuni işdən çıxarılıb. Əksər əməkdaşlar işdən qanunsuz çıxarıldıqlarına görə məhkəməyə müraciət ediblər. Məsələn, işdən qeyri-qanuni çıxarılanlardan biri Şəbnəm Cəbrayılovadır. Şəbnəm Cəbrayılova məhz hamilə olduğu dövrdə, həyatının ən çətin məqamlarında İftixar Piriyev tərəfindən işdən çıxarılmışdı. Hamilə ikən teatrın direktorunun bu sarsıdıcı qərarı ilə üz-üzə qalan Şəbnəm Cəbrayılovanın uşağı bətnində tələf oldu. Bu hadisə ilə bağlı medianın suallarına tuş gələn İftixar Piriyev isə "Mən Şəbnəmin hamilə olduğunu bilirdim, amma uşağı olduğunu yox" deyə açıqlama vermişdi. Şəbnəm Cəbrayılova qarşılaşdığı bu qanunsuzluq ilə bağlı məhəkəməyə müraciət etmiş və hər üç instansiyada qalib gəlib. Siz təsəvvür edirsinizmi? Teatrı mədəniyyət ocağı kimi yox, dədə malı kimi idarə edən İftixar Piriyev işdən əsasız, qanunsuz çıxartdığı əməkdaşa dövlət təzminat ödəyək", - deyə onlar qeyd ediblər.

"Hörmətli Adil müəllim, yuxarıda da qeyd etdiyimiz kimi təəssüflər olsun ki, bu illər ərzində İrəvan Dövlət Dram Teatrı yaradıcı uğuru ilə yox, İftixar Piriyevin ucbatından qalmaqallarla medianın gündəminə gəlib. Siz təsəvvür edin ki, 2018-ci ildə Türkiyədən qastroldan qayıdarkən İftixar Piriyev yaradıcı heyətin gəldiyi avtobusu avtomobil ehtiyat hissələri ilə doldurmuşdu. Avtobusun baqajında yer dolduğundan aktyorların sumkalarına, qucaqlarına da "zapçast" yüklənmişdi. Bu əlavə yükə görə qastroldan qayıdan avtobus iki gün Gürcüstan-Azərbaycan gömrüyündə qaldı", - deyə müraciətdə vurğulanır.

Onlar nazirdən xahiş edirlər ki, bu problemlərə reaksiya verib həllinə yardımçı olsun: "Xahiş edirik ki, Azərbaycan mədəniyyətinə cavabdeh olan rəsmi şəxs kimi sizə müraciət edirik, belə bir insan 23 ildir İrəvan Dövlət Dram Teatrına rəhbərlik edir. Sizcə, belə bir adam buna layiqdirmi? Xahiş edirik bu teatrda baş verənləri xüsusi nəzarətə götürüb İftixar Piriyevin fəaliyyətinin təftiş olunması istiqamətində göstəriş verəsiniz".

Şikayətlə bağlı İftixar Piriyev və Mədəniyyət Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ramil Usubov dedi ki, qərar var, həbs olunmalısan - Nizami Qocayevdən sensasion açıqlamalar
Bu gün, 15:02
Ukrayna Fransaya Rusiyanın dondurulmuş aktivləri hesabına birgə silah istehsalını təklif edib
Bu gün, 14:58
Gürcüstanın işğal altındakı Abxaziya bölgəsində "prezident seçkiləri" keçirilir
Bu gün, 14:57
Fatimə Mövlamlı həbs edildi
Bu gün, 14:54
Kremlsayağı müttəfiqlik: günah həmişə başqasındadır - GƏLİŞMƏ
Bu gün, 14:00
Sərhədlərin delimitasiyası: - Hansı dövrün xəritəsinə uyğun aparılacaq?
Bu gün, 13:58
Azərbaycanla Türkiyə HHQ arasında 15-ci Qərargah danışıqları keçirilib
Bu gün, 12:09
Bakı "İslam Səkkizliyi"inə niyə qatıldı? - Görünəni odur ki...
Bu gün, 11:46
Bakını XARABA QOYURLAR: “Gold” MTK yüzlərlə ağacı məhv etdi - ÖZBAŞINALIQ!
Bu gün, 11:43
Bakıda dəhşətli olay: Ata 4 yaşlı qızına damğa basdı - TƏFƏRRÜAT
Bu gün, 11:26
Saleh Məmmədovun işçisinə 1 milyondan çox ödənişə görə qadağa
Bu gün, 11:23
Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 11:20
Vardanyanın məhkəmə hiyləgərliyi - Hüquqşünas deyir ki...
Bu gün, 11:10
Abşeron təhsil sistemində MALİYYƏ DƏLƏDUZLUĞU... - İLGİNC FAKTLAR...
Bu gün, 11:02
Paytaxtda qarın təmizlənməsi davam edir - FOTO
Bu gün, 10:51
Azərbaycan Zəngəzur dəhlizindən imtina etməyəcək - İNCƏLƏMƏ
Bu gün, 10:47
Azərbaycandan Öcalanın çağırışına REAKSİYA - "Biz nəticəyə baxacağıq"
Bu gün, 10:45
Özümü Trampın qarşısında günahkar saymıram - Zelenski
Bu gün, 10:40
Məktəblər nazirliyin nəzarətindən çıxır? - AKTUAL
Bu gün, 10:39
Türkiyə də ABŞ və ya Çinin əsas rəqibi ola bilər - Sərdar Cəlaloğlu
Bu gün, 10:37
İki nəfəri güllələyərək öldürən şəxsə 20 il HƏBS CƏZASI
Bu gün, 10:33
“Mənə “nə olsun ki, atan Şəhiddir”, dedilər...” - GİLEY
Bu gün, 10:32
248 saylı orta məktəbdə nə baş verir? - BU NƏDİ BELƏ?..
Bu gün, 10:28
Bu tarixdə respublikaçıların özləri Trampa qarşı impiçment prosesi başlada bilər... - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:24
"Belə bir fətva vermək əbəsdir" - Elşad Miri Qazılar Şurasına qarşı
Bu gün, 10:22
Qayıbov özünü toxunulmaz bilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:17
AZERCELL müştərilərinin qəpiyinə möhtacdır - NARAZILIQ VAR...
Bu gün, 09:58
Möhnətovun işçiləri avtomobillərdən topladıqları pulu vergidən gizlədir - Sürücülərə niyə qəbz verilmir?
Bu gün, 09:49
"EAST RESİDENCE"-ın külli miqdarda vergi borcu - 3 milyondan çoxdur
Bu gün, 09:46
AYB üzvü ANAR-ı biabır etdi - “Mən bilsəydim…”
Bu gün, 09:43
"Zəyəm Texnologiyalar Parkı´ ASC-nin səhmdarlarının illik ümumi yığıncağı -KEÇİRİLƏCƏK
Bu gün, 09:41
ABŞ yeni səfiri Bakıya bu tarixdə göndərəcək: Yeri 2 aydır boşdur... - GƏLİŞMƏ
Bu gün, 09:34
Trampın abrını da gördük... həyasını da: EHTİYATLI OLMALIYIQ! - Bakı da dərsini çıxarmalıdır...
Bu gün, 09:30
Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının Yasamal rayonunda təqdimatı keçirildi - FOTO
Bu gün, 09:25
Geriyə, Vətənə: Xaricə beyin axınını necə beyin qazancına çevirək? - AKTUAL
Bu gün, 09:23
"Azəri canavar"ı güllələyən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 09:21
Məmur oğlu 1 milyon 300 mini Alışana niyə veribmiş? - ŞOK DETALLAR
Bu gün, 09:19
Söküntüyə adekvat kompensasiya tələbi: Bakıda o qiymətə ev yoxdur - NƏ ETMƏLİ?
Bu gün, 09:18
Güney Qafqaz Rusiyaya “verilir”: Bakıdan reaksiya... - NƏ BAŞ VERİR?
Bu gün, 09:16
"Teleqraf"ın 13 yaşı tamam olur
Bu gün, 09:14
Əliyev nəhəng prosesə start verdi: üç ölkə ilə müzakirələr gedir – Sürpriz həmlə
Bu gün, 09:12
Azərbaycanın yer aldığı dəhlizlə bağlı mühüm gəlişmə - ARAŞDIRMA
Bu gün, 09:02
Ukrayna XİN Orbanın Trampa dəstək paylaşımına cavab verib
Bu gün, 08:00
Dünya bu qalmaqallı dialoqdan danışır: Kim kimə nə dedi? - TƏFƏRRÜAT
Bu gün, 00:16
“Bu vəziyyətə düşməmək üçün sadəcə İlham Əliyev olmağı bacarmaq lazım idi” - Aristoviçdən Ukrayna rəhbərliyinə sərt mesaj
Bu gün, 00:15
"Rus dilində danışmağı FƏXR BİLƏN BƏDBƏXTLƏR..." - VİDEO
Bu gün, 00:12
"Elə oxusunlar ki, yaşa dolanda xəcalət çəkməsinlər"
Bu gün, 00:09
Yardımlıda şəhid bacısı çətin durumda - MÜRACİƏT
Bu gün, 00:07
Adnan Oktar bəraət aldı - “Haber Global”
Dünən, 23:59
Avropa liderləri Volodimir Zelenskiyə dəstəklərini ifadə ediblər
Dünən, 23:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru