Binnət Əli Qasımovun rəhbərlik etdiyi qurum hakim qarşısında: .....                     Samir Şərifovun yerinə təyinat yubanır .....                     Polisi zəhərləyib öldürən azərbaycanlı taksi sürücüsü .....                     Bu dəfə onun özündən Prezidentə ŞİKAYƏT OLUNDU .....                     Qatillərin azad olunmasını istəyən AŞ PA... .....                     "İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır" .....                     İlyas İsmayılovun son vəziyyəti açıqlanıb .....                     Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı .....                     "Əli Qurbanov söz verdi, amma..." .....                     Bu şəxslərə avtobus və metroda güzəşt oluna bilər .....                     Tehran sürətlə müharibəyə hazırlaşır: zərbə qərarı… .....                     TIXAC DƏRDİ: Problemi AYNA-nın yerə çəkdiyi `ƏSƏRLƏR` yaradır... .....                     Yenə o aktual sual: Rusiyadan böyük köçə hazırıqmı? .....                     Sabiq nazir AQTA-nı ifşa etdi .....                     Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub .....                     Azərbaycanda da bu cərimələr silinə bilərmi? .....                     Məktəblərimizdən FRANSAYA axan milyonlar... .....                     "Aşağı qiymətə aldanıb özünüzü problemə salmayın..." .....                     "Biz seyrə balonlarla çıxmaq istəmirik..." .....                     Əmək Məcəlləsində olan bu hallar nəzərə alınmır... .....                     Səkini zəbt edən piştaxtalar tez aradan qaldırılmalıdır .....                     "Rəsmi İrəvan çox dəqiq anlayır ki..." .....                     "Fransa kimi əldəqayırma bir dövlətdə... " .....                     Paşinyandan müharibə bəyanatı: Bu, gözlənilən idi .....                     Təyyarəmizin raketlə vurulmasından Putinin xəbəri olub .....                     Bakı tələb etdi, İrəvan razılaşmadı... .....                     FHN 205 minlik tenderi simsar şirkətə verdi: .....                     “Atamla anam aktrisa olmağıma dəstək verdilər, kaşki...” .....                     Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər .....                     “Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” .....                     ŞUŞANIN AZAD OLUNMASI UĞRUNDA DÖYÜŞÜB, MEDAL VERMƏYİBLƏR... .....                     "İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır" .....                     Trampın Ağ Evdəki ilk 10 günü .....                     "Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır" .....                     "BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" .....                     "Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır .....                     Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: .....                     Rusiyadan Azərbaycana müsbət cavab .....                     Ermənistanda hərbi hərəkətlənmə: .....                     AŞPA-ya ETİRAZ: .....                 

Tamaşaçının həsrətlə gözlədiyi “o kinolar” indi niyə çəkilmir? - HƏQİQƏTƏN DƏ...
Tarix: 9-12-2023, 07:12 | Çap et
Tamaşaçının həsrətlə gözlədiyi “o kinolar” indi niyə çəkilmir?
“Hardadı o köhnə kinolar?”… “Heyif deyildi əvvəlki filmlər, dadı-duzu yerində, aktyorlar da ki, ayrı aləm…”

Bəzən qınaq, bəzən də yanğı ilə deyilən bu sözləri yəqin ki, hamımız eşitmiş, az da olsa, hələ işlətmişik də. Səbəbi odur ki, son illər Azərbaycanda çəkilən filmlər sovet dövrünün, xüsusilə də son illərinin məhsulu olan filmlərlə nəinki müqayisəyə gəlmir, hətta tərəziyə belə qoyulası deyil. Bəzi istisnalar var, əlbəttə, lakin bu ümumi vəziyyəti dəyişmir. Kino sənayemiz, xarici auditoriya bir yana, heç daxildəki tamaşaçı kütləsini belə qane edən məhsullar yaratmır.

Niyə? Ənənə var, istedadlı aktyorlar, insafən, yetərincə. Kino infrastrukturu pis-yaxşı elə sovet dövründən qalan studiyalar və idarələrdir. Üstündə də müasir texnologiyaların vasitəsilə yeniləri qurulub. Bəs, məşhur filmdə deyildiyi kimi, “o əjdahadan” indi niyə çəkilmir? Niyə son illərdə çəkilən filmlərimiz tamaşaçıda sövt Azərbaycanının kino məktəbinin məhsulları qədər zövq və emosiya yaratmır?

Söz yox ki, günümüzdə kinoşünaslar, kino mütəxəssisləri və bu sahədə əlindən gələni əsirgəməyən istedadlı insanlarımızın işləri izlənilir, lakin kinonu yaradan rejissordursa, yaşadan da tamaşaçıdır. Sözsüz ki, tamaşaçının istənilən sənət əsərindən, o cümlədən də kinodan gözləntiləri həmişə yüksək olub. Elə bunu nəzərə alaraq, xalqın dilindəki suallarla kino mütəxəssislərimizə müraciət etdik.

Əvvəllər teatr tamaşalarını və kinoları kinoteatrlarda, başqa mədəniyyət obyektlərində izləmək olurdu. İndi isə internet var, Youtube, çoxsaylı kino saytları, müxtəlif resurslar fəaliyyət göstərir. Bu qədər imkanların içərisində Azərbaycan kinosunu necə baxımlı etmək olar? Necə edək ki, bizim də “imzalar içində imzamız olsun”?

“Bu gün Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti milli kino və televiziyalarımızın istehsal etdiyi keyfiyyətsiz mənəvi qidalarla qane olmadığından Amerika, Qərbi Avropa ölkələri Çin, Rusiya kimi super dövlətlərin kino və televiziya məhsullarına üz tutur”.

Bu sözləri Pressklub.az-a açıqlamasında rejissor, kino mütəxəssisi Eltən Törəçi deyib. O, hesab edir ki, elə bunun da nəticəsində Azərbaycanın milli kimliyi məhv olur və beyin dizaynı, düşüncə tərzi, həyata baxışı dəyişir.

“Müxtəlif yad kultlar, fəlsəfi düşüncə tərzi, ideologiyalar beyinləri işğal edir və xalqın milli kimliyi tədricən yoxa çıxır. Azərbaycan tamaşaçısı da amerikan, çinli, rus, italyan, fransız kimi düşünməyə başlayır” – Eltən Törəçi deyir.

Bəs, problemin həlli yolu? Bunun qarşısını almaq üçün nələr edilməlidir? Eltən Törəçinin fikrincə, problemin həlli bir neçə mərhələdən ibarətdir:

“Birincisi, Azərbaycanda piratlıq qadağan olunmalı, müəllif hüquqları ilə məşğul olan qurumlar öz fəaliyyətlərini gücləndirməlidir . Video və audio portallar bağlanmalı, televiziyalarda yayımlanan proqramlardakı ideya oğurluğuna son qoyulmalı, plagiat musiqilərin istifadəsi qadağan edilməlidir.

İkincisi, Azərbaycanın bütün bölgələrində müasir tələblərə cavab verən kinoteatrlar açılmalıdır.

Üçüncüsü, milli kinomuzu formalaşdırmaq üçün xarici ölkələrdən, o cümlədən də Türkiyədən kino və televiziya mütəxəssisləri dəvət olunmalı, Azərbaycan dövlətinin daxili siyasətinə uyğun kino və televiziya layihələri həyata keçirilməlidir. Bu layihələri icra edən xarici mütəxəssislərin yanında milli təfəkkürlü kadrlar yerləşdirilməli və onlara həmdə bu layihə çərçivəsində praktiki dərslər keçilərək, kadrlar ixtisaslaşdırılmalıdır.

Dördüncüsü, dövlət kino, televiziya və digər incəsənət sahələrində işləyən şəxslərlə ardıcıl olaraq iş aparmalı, onlar lisenziya ilə təmin edilməli və vaxtaşırı sertifikatlaşdırılmalıdır.

Beşincisi, KİV-də reklam qiymətləri tənzimlənməlidir.

Altıncısı, reytinq ölçən şirkətlərin fəaliyyətinə nəzarət olunmalı, texniki bazaları gücləndirilməli və reytinqlər hər kəs tərəfindən rahatlıqla izlənilə bilən olmalıdır”.

Mövzunun davamını kinorejissor Fərid Kərimovla müzakirə edirik. Bu dəfə başqa suallarla: Azərbaycanın müharibədəki qələbəsi ilə bağlı filmlər niyə çəkilmir? Bəlkə “bunun üçün müəyyən qədər zaman keçməlidir” deyənlər haqlıdırlar?

Müsahibimiz deyir ki, əvvəla, bu mövzuda 2-3 film artıq var və təbii ki, uğursuz olduğu üçün çox nümayiş olunmur. İkincisi də bu elə bir mövzudur ki, ya yeri gəldi-gəlmədi vətənpərvərlik etməlisən, ya da kim nə deyirsə, onu: “Düşünürəm ki, gərək Mədəniyyət Nazirliyi özü belə mövzuda filmlərin çəkilməsində maraqlı ola və buna uyğun addımlar ata”.

Bəs, Azərbaycanda kinoya maraq oyatmaq üçün nələr edilməlidir?

Fərid Kərimovun fikrincə, təəssüf ki, Mədəniyyət Nazirliyi kinonu çox da önəmsəmir, maraq dairələrində deyil: “Kino Agentliyi (ARKA –red.) adlı qurum yaratdılar ki, kinoya dəstək verilsin. Təəssüf ki, ARKA da bizi irəliyə yox, arxaya apardı. Nə qədər ki, bizdə qohumbazlıq, dost-tanışa dəstək çox olacaq, kino sahəsi inkişaf etməyəcək . İlk növbədə gənclərə dəstək verilməlidir. Köhnə sovet düşüncəsi artıq kinodan getməlidir, eyni zamanda kinoya biznes kimi yanaşmamaq lazımdır. Qısası, öz yağında bişməsi üçün şərait yaradılmalıdır. Bundan sonra kino inkişaf edəcək”.

Azərbaycan tamaşaçılarının hansı filmlərə daha çox ehtiyacı var? Hansı filmləri indi çəkmək daha vacibdir?

Bu suallarımıza isə tanınmış jurnalist, mədəniyyət yazarı Ramilə Qurbanlı cavab verir. O, Pressklub.az-a açıqlamasında deyib ki, bu gün Azərbaycanda, eləcə də dünya kinosunda bəşəri filmlərə daha çox ehtiyac var. “Qarabağ müharibəsindən filmlər çəkilməlidir, amma xırda, cılız hisslərə yox, bəşəri duyğulara xidmət edən filmlər. O film ki, mərkəzində insan olsun. Onun mənəvi dünyası, taleyi, insan amili əsas götürülsün. Alman, ingilis, azərbaycanlı, erməni yox, məhz insan əsas olsun. Hər hansı ölkədə istənilən millətin nümayəndəsi o insanı özü kimi bilsin, onun barəsində çəkildiyini düşünsün. Amma həm də Azərbaycan kinosu olsun. Azərbaycan kinosunun öz imzası olmalıdır. Ümumilikdə bunu anlamalıyıq ki, kinodan olan gözləntilərimizi yaratmaq və yaşatmaq üçün tələbkar və doğru baxışı seçməliyik” – Ramilə Qurbanlı deyib.

Kino onu istehsal edən cəmiyyətin dəyərlərini daşıyan mənəvi məhsul olmaqla yanaşı, həmkarımızın dediyi kimi, həm də bəşəri dəyərləri ehtiva etməlidir. Çünki biz çəkdiyimiz filmlərə təkcə özümüz yığışıb baxmalı deyilik, həm də onu dünyaya təqdim etməli, Azərbaycan mədəniyyətinin kinosunun nümunəsi kimi tanıtmalıyıq. Bunun üçün isə həm maddi zəmin, həm də mənəvi tələblər – istedad, baxış, yanaşma, innovasiya tələb olunur. Dövlətin və kino sahəsində çalışan insanların bu amilləri nəzərə alaraq, yeni, daha sanballı sənət nümunələri yaradacaqlarına böyük inamla…

Müəllif: İlahə Mirzəyeva - Mənbə: Pressklub.az
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Binnət Əli Qasımovun rəhbərlik etdiyi qurum hakim qarşısında: - Ölkədən pul çıxarılıb
Bu gün, 10:16
Samir Şərifovun yerinə təyinat yubanır - səbəb
Bu gün, 10:06
Polisi zəhərləyib öldürən azərbaycanlı taksi sürücüsü HƏBS OLUNDU
Bu gün, 09:58
Bu dəfə onun özündən Prezidentə ŞİKAYƏT OLUNDU - Mürsəl İbrahimov qanunsuzluğu HİMAYƏ EDİR?
Bu gün, 09:54
Qatillərin azad olunmasını istəyən AŞ PA... - terrora, terrorçulara stimul verir
Bu gün, 09:50
"İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır" - deputat
Bu gün, 09:46
İlyas İsmayılovun son vəziyyəti açıqlanıb - "...ağır-stabil olaraq qalır"
Bu gün, 09:44
Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:38
"Əli Qurbanov söz verdi, amma..." - ETİRAZ
Bu gün, 09:31
Bu şəxslərə avtobus və metroda güzəşt oluna bilər – Azərbaycanda İLK
Bu gün, 09:16
Tehran sürətlə müharibəyə hazırlaşır: zərbə qərarı… - Melkonyan
Bu gün, 09:13
TIXAC DƏRDİ: Problemi AYNA-nın yerə çəkdiyi `ƏSƏRLƏR` yaradır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:02
Yenə o aktual sual: Rusiyadan böyük köçə hazırıqmı? - Görünəni odur ki...
Bu gün, 08:52
Sabiq nazir AQTA-nı ifşa etdi – Vəziyyət ciddidir, dövlətin təhlükəsizliyi…
Bu gün, 08:51
Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub - ŞOK FAKTLAR
Bu gün, 08:46
Azərbaycanda da bu cərimələr silinə bilərmi? - AKTUAL
Bu gün, 08:44
Məktəblərimizdən FRANSAYA axan milyonlar... - “KENQURU” Olimpiadasının mübhəmləri...
Bu gün, 08:43
"Aşağı qiymətə aldanıb özünüzü problemə salmayın..." - "Asadzade Sanan"dan NARAZILIQ...
Bu gün, 08:38
"Biz seyrə balonlarla çıxmaq istəmirik..." - GİLEY
Bu gün, 08:30
Əmək Məcəlləsində olan bu hallar nəzərə alınmır... - Ekspert danışır...
Bu gün, 08:18
Səkini zəbt edən piştaxtalar tez aradan qaldırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:29
"Rəsmi İrəvan çox dəqiq anlayır ki..." - GƏLİŞMƏ
Bu gün, 07:23
"Fransa kimi əldəqayırma bir dövlətdə... " - partiya sədri
Bu gün, 06:34
Paşinyandan müharibə bəyanatı: Bu, gözlənilən idi - AKTUAL
Bu gün, 06:28
Təyyarəmizin raketlə vurulmasından Putinin xəbəri olub - BU FAKTDIR!
Bu gün, 06:25
Bakı tələb etdi, İrəvan razılaşmadı... - Müqavilədəki o bənd pozulur
Bu gün, 06:22
FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
Bu gün, 02:05
“Atamla anam aktrisa olmağıma dəstək verdilər, kaşki...”
Bu gün, 01:59
Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər - TƏFƏRRÜAT
Bu gün, 01:56
“Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” - İDDİA+ŞİKAYƏT
Bu gün, 01:53
ŞUŞANIN AZAD OLUNMASI UĞRUNDA DÖYÜŞÜB, MEDAL VERMƏYİBLƏR... – “Elçin Babayev dedi ki, Vətən üçün etmisiniz”
Bu gün, 01:45
"İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır"
Bu gün, 00:11
Trampın Ağ Evdəki ilk 10 günü - “Öncə Amerika”, Ukrayna, miqrantlar və...
Bu gün, 00:06
"Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır" - FAKT BUDUR!
Bu gün, 00:02
"BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" - Sabiq icra başçısı elə iddia irəli sürdü ki...
Bu gün, 00:00
"Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır - ŞƏRH
Dünən, 21:02
Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: - durbinlə baxır, kofe içir…
Dünən, 20:57
Rusiyadan Azərbaycana müsbət cavab – “Əgər razılaşsaq…”
Dünən, 19:06
Ermənistanda hərbi hərəkətlənmə: - “Azərbaycan qabaqlayıcı tədbir görməlidir”
Dünən, 19:02
AŞPA-ya ETİRAZ: - “Bəs onda niyə danışmırdılar?”
Dünən, 19:00
Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək - ŞƏRH
Dünən, 18:58
Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? - AÇIQLAMA
Dünən, 18:03
ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR - Əmlak sahəsində geniş islahatlara start verilir
Dünən, 18:01
Trampdan ilham almış rus tarixçisi: - “Fin körfəzinin adı dəyişməlidir”
Dünən, 17:56
Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:48
16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, ana kömək istəyir
Dünən, 17:45
Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
Dünən, 17:36
Tramp və Paşinyanın sirli fotosu – “Bunun üçün hər yola əl atılır”
Dünən, 17:28
Paşinyan sülh layihəsindən danışdı – “Konkret faydalar verə bilər”
Dünən, 17:26
Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı - Elçin Alıoğlu yazır...
Dünən, 17:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru