FHN 205 minlik tenderi simsar şirkətə verdi: .....                     “Atamla anam aktrisa olmağıma dəstək verdilər, kaşki...” .....                     Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər .....                     “Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” .....                     ŞUŞANIN AZAD OLUNMASI UĞRUNDA DÖYÜŞÜB, MEDAL VERMƏYİBLƏR... .....                     "İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır" .....                     Trampın Ağ Evdəki ilk 10 günü .....                     "Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır" .....                     "BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" .....                     "Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır .....                     Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: .....                     Rusiyadan Azərbaycana müsbət cavab .....                     Ermənistanda hərbi hərəkətlənmə: .....                     AŞPA-ya ETİRAZ: .....                     Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək .....                     Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? .....                     ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR .....                     Trampdan ilham almış rus tarixçisi: .....                     Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? .....                     16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, .....                     Saxta plastik cərrahlar üçün SON GÜN .....                     Tramp və Paşinyanın sirli fotosu .....                     Paşinyan sülh layihəsindən danışdı .....                     Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı .....                     Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? .....                     “Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” .....                     Tramp təyyarə qəzasını sabotaj hesab edir .....                     Suraxanı RİH bu Hövsan sakinlərini palçıqdan çıxarmır .....                     DTX-dan xüsusi əməliyyat: .....                     Ermənistan qulağa xoş gələn avazlar oxumaq əvəzinə konkret addımlar atmalıdır .....                     Azərbaycan banklarına hücum Rusiyadan təşkil olunub? .....                     Tehran və Moskvanın narahatlığı bəlli oldu .....                     Pulu daşdan çıxan qadın 63 yaşında sosial şəbəkədə fenomen oldu: .....                     Jurnalistə bu universitetdə .....                     "Nədən canı ağrıyan insanlar bu qədər əziyyətə məcbur edilir?" .....                     Azərbaycanlı milyarderi `batırmaq` istəyən iş adamı saxlanıldı .....                     Kürdəmirdə bir məktəbi 100 şagird tərk edib? .....                     “BİZİ ÖZ EVİMİZƏ HƏBS EDİBLƏR" .....                     Ölkədən pul çıxaran “ASCO Logistics”lə bağlı sabah qərar veriləcək .....                     Azərbaycanda bank faizləri çox yüksəkdir... .....                 

Aygün Bəylər, Xalq artisti meyarı, təzadlı fikirlər - Qalmaqal davam edir
Tarix: 17-01-2024, 16:50 | Çap et
Aygün Bəylər, Xalq artisti meyarı, təzadlı fikirlər
Əməkdar artist Aygün Bəylərin vəfatından sonra onunla bərabər hələ də Xalq artisti fəxri adı verilməyən bir sıra sənətçilərin adları çəkilir.

Ölkə.Az
Əməkdar artist fəxri adına layiq görülməsinin üzərindən 9-10 və daha çox il ötən bir sıra tanınmış sənətçilərin siyahısını hazırlayıb.

Azərbaycanlı məşhur müğənni və "Bülbüllər" qrupunun yaradıcısı Aybəniz Haşımova 2008-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb. Həmin dövrdən 16 il ötür.

Sevilən müğənni Firuzə İbadova isə 18 il əvvəl 2006-ciı ildə Əməkdar artist adını alıb.

Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası Rita Əmirbəyova isə 1991-ci ildə, yəni düz 33 il əvvəl fəxri ad alıb.

Sevilən müğənni Teymur Əmrah isə 2012-ci ildə, yəni 12 il əvvəl bu ada layiq görülüb.

Hazırda Azərbaycan Dövlət Akademik Filarmoniyasında solist kimi çalışan xanəndə Almaz Orucova da Teymur Əmrahla eyni ildə fəxri ad alıb.

2010-cu ildən Azərbaycan Dövlət Filarmoniyasında aparıcı solist kimi çalışan vokal ifaçısı və aktrisa Aygün Zeynalova 12 il əvvəl Əməkdar artist adına layiq görülüb.

Sevilən aktrisa Kəmalə Müzəffər isə 13 il əvvəl Əməkdar artist fəxri adını alıb. O da uzun illərdir, Gənc Tamaşaçılar Teatrının aktrisasıdır.

Azərbaycan teatr, televiziya, kino və dublyaj aktrisası Şəfəq Əliyeva da 11 ildir ki, Əməkdar artistdir.

Sənətçilərə fəxri adların verilməsi ilə bağlı siyahı Mədəniyyət Nazirliyi tərəfindən dövlət başçısına təqdim olunur.

Əməkdar artist Aygün Bəylərin vəfatından sonra sosial şəbəkələrdə ona Xalq artisti fəxri adının verilməməsi müzakirələrə səbəb olmasından sonra yerli mətbuata danışan sabiq nazir Əbülfəs Qarayev bunu vaxt məsələsi ilə izah etmişdi:

"Ona Xalq artisti adının verilməsinə gəldikdə, hər şeyin qanunu və vaxtı var. Ona Əməkdar artist adı verilmişdi, Xalq artisti adının verilməsi üçün müəyyən vaxt keçməliydi. Bir ad alandan sonra ikinci ad almaq üçün zaman keçməlidir".

Maraqlıdır ki, Aygün Bəylərə Əməkdar artist fəxri adı verilməsindən (2002) Əbülfəs Qarayev mədəniyyət naziri vəzifəsindən (2006-2020) azad edilənədək bu məsələdən artıq 18 il vaxt ötmüşdü.

Fəxri ad məsələsində isə ən çox adı çəkilən 2 sənətçi isə müğənni Miri Yusif və Röya Ayxan olmuşdu.

Röya Ayxan 2015-ci ildə Əməkdar artist, 2019-cu ildə isə Xalq artisti adına layiq görülüb.
Miri Yusif isə 2018-ci ildə Əməkdar, 2019-cu ildə isə Xalq artisti adını alıb.

Röya Ayxan bu fəxri adları 4, Miri Yusif isə cəmi 1 il fərqlə alıb.

Qeyd edək ki, yuxarıda adı çəkilən sənətçilər hər birinə fəxri adların verilməsi və ya fəaliyyətinin böyük hissəsi məhz sabiq nazir Ə.Qarayevin vaxtına təsadüf edir.
Onun xələfi Anar Kərimov 2 ildən bir qədər az müddət vəzifədə olub. Yeni mədəniyyət naziri Adil Kərimlinin isə vəzifə müddətinin hələ 1 ili tamam olmayıb.

Qanunvericiliyə əsasən, Xalq artisti fəxri adı müstəsna dərəcədə dərin ideyalı və bədii cəhətdən yüksək ustalığa, görkəmli bədii obrazlar, tamaşalar, kinofilmlər və musiqi əsərləri yaratmağa, Azərbaycan incəsənətinin inkişafında kadrlar hazırlamaqda və tərbiyə etməkdə böyük xidmətlərinə görə əvvəllər Əməkdar artist və ya Əməkdar incəsənət xadimi adına layiq görülmüş teatr, filarmoniya, kino, estrada, sirk, ansambl, kapella artistlərinə, rejissorlarına, orkestr və xor dirijorlarına, baletmeysterlərə, musiqi, xor, rəqs və digər kollektivlərin bədii rəhbərlərinə, musiqiçilərə, televiziya və radio verilişləri diktorlarına verilir.

Həmçinin qeyd edilir ki, Xalq artisti və Xalq rəssamı fəxri adları, bir qayda olaraq, müvafiq “Əməkdar” Fəxri adının verilməsindən 5 il keçdikdən sonra verilə bilər.

Bu yaxınlarda, daha dəqiq desək, 27 dekabr 2023-cü ildə jurnalist və Milli Məclisin 4-cü çağırış deputatı Etibar Hüseynov hələ Aygün Bəylər vəfat etməzdən əvvəl hazırkı mədəniyyət naziri Adil Kərimliyə müraciət etmişdi. Jurnalist yeni nazirin ədalətinə güvəndiyini deyərək həm A.Bəylərə, həm də Aybəniz Haşımovaya Xalq artisti adlarının verilməsi ilə bağlı xahiş etmişdi.

Son olaraq sənətçilərə "vaxtında qiymək" və ya "dəyər vermək" anlayışlarına gəldikdə isə bu çox mücərrəddir. Bu dəyəri, sadəcə, fəxri adlarla ölçənlərlə yanaşı, maddi olaraq, yəni hədiyyələri meyar bilənlər də var. Amma bununla belə, kifayət qədər sənət adamı var ki, heç kim adını çəkməsə, özü də səsini çıxarmaz, bir kənarda səssizcə fəaliyyəti ilə məşğul olar. Yəni Xalq artisti olmaq üçün uzun müddət gözləyən sənətçilərin siyahısı bizim yazımızda adı çəkilən şəxslərlə məhdudlaşmır. Onların sayı kifayət qədərdir. Və onların heç də hamısı ad davası eləmir. "İncəsənət qurban tələb edir" deyib özünü sənətinə verən və sənətin mütləq fəxri adla qiymətləndirildiyini düşünməyən xeyli sayda sənətçimiz var.
Bu məsələdə cəmiyyətin də mövqeyi birmənalı deyil.

Məsələn, Azərbaycan sevilən müğənnisi Zeynəb Xanlarova Yeni ildən sonra tənqidlərin hədəfinə çevrilmişdi. Uzun illərdir Xalq artisti fəxri adını daşıyan sənətçinin hər il olduğu kimi 2023-cü ilin son günü də AzTV-də konsert proqramında çıxış etməsini "sıxıcı" adlandıranlar olmuşdu.

Fəxri adlara kimin daha çox və ya az layiq olduğunu biz deyə bilmərik. Amma cəmiyyətin dediyi kimi, dəyər verilən sənətçinin qınandığını, "dəyər verilməyən" sənətçilər üçün isə müzakirə açıldığını görürük.

Xalq artisti Afaq Bəşirqızı da 2020-ci ildə yerli mətbuata verdiyi açıqlamasında fəxri adlarla bağlı bu sözü söyləmişdi:

"Fəxri ad aktyora teatrın yükünü çiynində apardığına, teatrın sütunu olduğuna, teatrın kassasına gəlir gətirdiyinə görə və ən əsası da xalq tərəfindən sevildiyinə görə layiq görülür.
Bəziləri düşünür ki, “əgər mən çox rol oynamışamsa, çox mahnı oxumuşamsa, artıq Əməkdar və yaxud Xalq artisti adını almalıyam. Bizim sənətdə həmişə keyfiyyət kəmiyyəti üstələyib".

Xalq artisti Hacı İsmayılov isə açıqlamalarından birində demişdi ki, fəxri adların verilməsi adi hal almamalıdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
Bu gün, 02:05
“Atamla anam aktrisa olmağıma dəstək verdilər, kaşki...”
Bu gün, 01:59
Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər - TƏFƏRRÜAT
Bu gün, 01:56
“Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” - İDDİA+ŞİKAYƏT
Bu gün, 01:53
ŞUŞANIN AZAD OLUNMASI UĞRUNDA DÖYÜŞÜB, MEDAL VERMƏYİBLƏR... – “Elçin Babayev dedi ki, Vətən üçün etmisiniz”
Bu gün, 01:45
"İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır"
Bu gün, 00:11
Trampın Ağ Evdəki ilk 10 günü - “Öncə Amerika”, Ukrayna, miqrantlar və...
Bu gün, 00:06
"Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır" - FAKT BUDUR!
Bu gün, 00:02
"BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" - Sabiq icra başçısı elə iddia irəli sürdü ki...
Bu gün, 00:00
"Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır - ŞƏRH
Dünən, 21:02
Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: - durbinlə baxır, kofe içir…
Dünən, 20:57
Rusiyadan Azərbaycana müsbət cavab – “Əgər razılaşsaq…”
Dünən, 19:06
Ermənistanda hərbi hərəkətlənmə: - “Azərbaycan qabaqlayıcı tədbir görməlidir”
Dünən, 19:02
AŞPA-ya ETİRAZ: - “Bəs onda niyə danışmırdılar?”
Dünən, 19:00
Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək - ŞƏRH
Dünən, 18:58
Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? - AÇIQLAMA
Dünən, 18:03
ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR - Əmlak sahəsində geniş islahatlara start verilir
Dünən, 18:01
Trampdan ilham almış rus tarixçisi: - “Fin körfəzinin adı dəyişməlidir”
Dünən, 17:56
Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:48
16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, ana kömək istəyir
Dünən, 17:45
Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
Dünən, 17:36
Tramp və Paşinyanın sirli fotosu – “Bunun üçün hər yola əl atılır”
Dünən, 17:28
Paşinyan sülh layihəsindən danışdı – “Konkret faydalar verə bilər”
Dünən, 17:26
Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı - Elçin Alıoğlu yazır...
Dünən, 17:23
Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? - TƏFƏRRÜAT
Dünən, 17:09
“Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” - Niyazi Mehdinin xanımı
Dünən, 17:01
Tramp təyyarə qəzasını sabotaj hesab edir
Dünən, 16:42
Suraxanı RİH bu Hövsan sakinlərini palçıqdan çıxarmır – “Biz hansı dövrdə yaşayırıq” (VİDEO)
Dünən, 16:39
DTX-dan xüsusi əməliyyat: - 500 min dollara casusluq edən Validə generallar haqda nə deyib?
Dünən, 16:37
Ermənistan qulağa xoş gələn avazlar oxumaq əvəzinə konkret addımlar atmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:35
Azərbaycan banklarına hücum Rusiyadan təşkil olunub? – Mühüm detal
Dünən, 16:28
Tehran və Moskvanın narahatlığı bəlli oldu - Zəngəzur dəhlizinə nəzarət dəyişir
Dünən, 16:26
Pulu daşdan çıxan qadın 63 yaşında sosial şəbəkədə fenomen oldu: - “Deyirlər övladı haradadır?!”
Dünən, 16:23
Jurnalistə bu universitetdə VƏZİFƏ VERİLDİ
Dünən, 16:16
"Nədən canı ağrıyan insanlar bu qədər əziyyətə məcbur edilir?" - NARAZILIQ VAR...
Dünən, 16:06
Azərbaycanlı milyarderi `batırmaq` istəyən iş adamı saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 15:59
Kürdəmirdə bir məktəbi 100 şagird tərk edib? - BU NƏDİ BELƏ?..
Dünən, 15:57
“BİZİ ÖZ EVİMİZƏ HƏBS EDİBLƏR" - GİLEY
Dünən, 15:54
Ölkədən pul çıxaran “ASCO Logistics”lə bağlı sabah qərar veriləcək - DETALLAR
Dünən, 15:33
Azərbaycanda bank faizləri çox yüksəkdir... - BƏS NƏ EDƏK?..
Dünən, 15:30
20-dən çox sərnişin Krasnoyarsk-Bakı reysi ilə uçmaqdan imtina edib - SƏBƏB
Dünən, 15:25
Bakı, Tiflis və İrəvan arasında nə baş verir? – Badalyan
Dünən, 15:24
Yaxın vaxtlarda AŞ ilə Gürcüstanın əlaqələrinin normallaşması gözlənilmir
Dünən, 15:22
Əhalinin banklara nə qədər kredit borcu var? - FAİZ FAİZ ÜSTÜNƏ GƏLİR...
Dünən, 15:17
Azərbaycanda tanınmış ekspert HƏBS EDİLDİ - BUNA GÖRƏ...
Dünən, 15:15
Abşeron icra hakimiyyətinin iki idarəsinin 280 min borcu var
Dünən, 15:13
Naxçıvanda gizli hüquqi islahatlara start verildi: Hədəf isə... - referenduma getmədən muxtar səlahiyyətləri ləğv etməkdir...
Dünən, 15:02
Azərbaycanda karqo şirkəti - LƏĞV EDİLİR
Dünən, 14:58
Bakıda avtoritetlərin "sxodka"sı ilə gündəmə gələn şadlıq saraylarının sahibi həbs edildi - FOTO
Dünən, 14:54
Sabiq general cəzası ilə bağlı apellyasiya şikayəti verib
Dünən, 14:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru