"Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır .....                     Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: .....                     Rusiyadan Azərbaycana müsbət cavab .....                     Ermənistanda hərbi hərəkətlənmə: .....                     AŞPA-ya ETİRAZ: .....                     Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək .....                     Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? .....                     ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR .....                     Trampdan ilham almış rus tarixçisi: .....                     Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? .....                     16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, .....                     Saxta plastik cərrahlar üçün SON GÜN .....                     Tramp və Paşinyanın sirli fotosu .....                     Paşinyan sülh layihəsindən danışdı .....                     Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı .....                     Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? .....                     “Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” .....                     Tramp təyyarə qəzasını sabotaj hesab edir .....                     Suraxanı RİH bu Hövsan sakinlərini palçıqdan çıxarmır .....                     DTX-dan xüsusi əməliyyat: .....                     Ermənistan qulağa xoş gələn avazlar oxumaq əvəzinə konkret addımlar atmalıdır .....                     Azərbaycan banklarına hücum Rusiyadan təşkil olunub? .....                     Tehran və Moskvanın narahatlığı bəlli oldu .....                     Pulu daşdan çıxan qadın 63 yaşında sosial şəbəkədə fenomen oldu: .....                     Jurnalistə bu universitetdə .....                     "Nədən canı ağrıyan insanlar bu qədər əziyyətə məcbur edilir?" .....                     Azərbaycanlı milyarderi `batırmaq` istəyən iş adamı saxlanıldı .....                     Kürdəmirdə bir məktəbi 100 şagird tərk edib? .....                     “BİZİ ÖZ EVİMİZƏ HƏBS EDİBLƏR" .....                     Ölkədən pul çıxaran “ASCO Logistics”lə bağlı sabah qərar veriləcək .....                     Azərbaycanda bank faizləri çox yüksəkdir... .....                     20-dən çox sərnişin Krasnoyarsk-Bakı reysi ilə uçmaqdan imtina edib .....                     Bakı, Tiflis və İrəvan arasında nə baş verir? .....                     Yaxın vaxtlarda AŞ ilə Gürcüstanın əlaqələrinin normallaşması gözlənilmir .....                     Əhalinin banklara nə qədər kredit borcu var? .....                     Azərbaycanda tanınmış ekspert HƏBS EDİLDİ .....                     Abşeron icra hakimiyyətinin iki idarəsinin 280 min borcu var .....                     Naxçıvanda gizli hüquqi islahatlara start verildi: Hədəf isə... .....                     Azərbaycanda karqo şirkəti .....                     Bakıda avtoritetlərin "sxodka"sı ilə gündəmə gələn şadlıq saraylarının sahibi həbs edildi .....                 

Tanınmış balet artistindən inanılmaz sözlər: - "20 ildən sonra küçədə qalacaqlar"
Tarix: 1-02-2024, 09:31 | Çap et
Tanınmış balet artistindən inanılmaz sözlər:
Opera və Balet Teatrının əməkdaşı, Xalq artisti Gülağası Mirzəyev “Telefon söhbəti” rubrikasında Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Gülağası bəy, sizin illərdir vurğuladığınız məsələ yenə gündəmi zəbt edib. Balet artistlərinin təqaüd yaşının 40-dan 65-ə qaldırılması son günlər yenidən müzakirə olunan məsələlərdəndir. Yəqin ki, xəbərdarsınız.

- Bəli, mən də sosial şəbəkələrdə gördüm. Düz qeyd etdiniz, 10 ilə yaxındır, bununla bağlı danışıram və məsələnin nə qədər ciddi olduğunu diqqətə çatdırmaq istəyirəm. Çünki bu, balet artistlərinin ən ağrılı yeridir. Bir balet artistinin təqaüdə çıxması üçün 60 yaşı gözləməsi ağlasığmazdı. Bu, sənətin inkişafı, onun gələcəyi üçün böyük təhlükə deməkdir.

- Həqiqətən də... Axı 60 yaşına kimi balet artistinin səhnədə formada qalması mümkünsüzdür.

- Məsələ də budur. Sovet dövründən 2006-cı ilə qədər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ mövcud olub. Buna əsasən 20 il stajı olan balet artistləri rahatlıqla təqaüdə çıxırdılar. Çünki bu müddət ərzində bədən zədələnir, o qədər travma toplanır ki, daha səhnəyə çıxmaq mümkün olmur.

Bəzi artistlərimiz və istedadlı şəxslər demişkən, hər bir yaxşı ifaçı yaxşı müəllim ola bilməz. Çünki pedaqoqluq tamam başqa istiqamətdir.

Bu problem mütləq həll olunmalıdır, çünki balet sənətinin gələcəyi gənclərimizdən asılıdır, amma indiki durumda onlar bu sənətə gəlmək istəmirlər, üz çevirirlər. Bilirlər ki, 20 ildən sonra küçədə qalacaqlar.

2006-cı ildə təqaüdlə bağlı bu dəyişiklik olandan sonra balet artistləri 60 yaşında təqaüdə çıxdılar. Bu da onunla əsaslandırıldı ki, normal təqaüd yaşı 65-dirsə, balet artistləri ağır peşə sahibləri kimi 5 il güzəştlə 60 yaşında pensiya ala bilərlər. Amma bu beş il çıxış yolu deyil və məsələnin həlli istiqamətində heç bir rol oynamır.

Rusiya və digər ölkələrdə balet artistləri 15-20 il çalışırlar. Vaxtilə bizdə də elə idi. Əvvəlki qanuna görə aparıcı artistlər 15, solistlər isə 20 il işləyəndən sonra təqaüdə çıxırdılar. Yəni səhnədəki fəaliyyətə son qoyulurdu, amma istəkdən asılı olaraq kimsə müəllim kimi də fəaliyyətini davam etdirə bilirdi. Hər iki halda – müəlllim işləsə də, yaxud sənəti tərk etsə də haqqı olan pensiyanı mütləq alırdı.

İndiki qanuna görə, gərək 40 il işləyəsən ki, təqaüdə çıxa biləsən. Faktiki olaraq 20 ildən sonra balet artistlərinin zədə, ağır fəaliyyət səbəbilə əmək qabiliyyətləri azalır. Səhnə üçün lazım olan keyfiyyətdə olmurlar, əmək pensiyasını almaq üçün isə 15-20 il gözləməli olduğunu nəzərə alsaq, bu insanlar faktiki işsiz qalırlar.

"Teatrdan çıxsam, pensiya ala bilməyəcəm"

- Sizin iş stajınız nə qədərdir?

- Teatrda 30 illik staja malikəm. 1987-1995-ci illərdə Bakı Xoreoqrafiya Məktəbində balet artisti ixtisası üzrə təhsil almışam. Xoreoqrafiya Məktəbini bitirməmişdən bir il öncə, 1994-cü ildə Opera və Balet Teatrına işə qəbul olundum. 30-cu mövsümdür teatrda çalışıram.

Əvvəlki qanuna görə, mən 10 il bundan öncə səhnə fəaliyyətimə son verə bilərdim, ya pedaqoq kimi, ya da başqa sahədə çalışardım. Amma indiki qanun buna imkan vermir, ona görə mən hələ də teatrda çalışıram. Çünki çıxsam pensiya ala bilməyəcəm. Mənim vəziyyətimdə olan balet artisti çoxdur.

Həmişə deyirəm ki, bu qərarı qəbul edənləri bizim teatra dəvət edirəm. Gəlib zalda otursunlar, biz də yaşlı artistlərdən ibarət bir truppa ilə qarşılarında çıxış edək. Onu da deyim ki, bizim sənətin çətinliyinə görə 60-65 yaşa kimi yaşayan artist də tapmaq çətindir.

Sizcə, yaşlı artistlərin ifasında təqdim olunan balet kiminsə xoşuna gələr? İnanmıram ki, bəyənən olsun. Həqiqət acıdır, amma səhnə gənclik, temperament, enerji, çeviklik istəyir.

Balet kimi çətin ikinci sənət tapa bilməzsiniz. Çünki burda həm musiqi duyumun yerində olmalıdır, həm də hərəkətlərin, elastikliyin, texnikan dəqiq, səhnə görünüşün gözəl olmalıdır. Əlbəttə, ildən-ilə artist yeni təcrübə qazanır, amma biz dramatik artist deyilik. Yaxud kinoya çəkilmirik ki, bir neçə dubl çəkilsin, içərisindən ən yaxşısı seçilsin. Bizdə canlı ifadır və o birinci dubldan gözəl olmalıdır.

Mənə çox tez-tez deyirlər ki, siz yaxşı görünürsünüz, formadasınız. Deyirəm, bəli, mən yaxşı formadayam və yaxşı da görünürəm, amma o demək deyil ki, zədəm yoxdur. Varikozla bərabər o qədər problemlərim var ki... Onlar haqda danışmaq istəmirəm. Problemlər də ilbəil artır.

- Gülağası bəy, pensiya yaşının azaldılması ilə bağlı teatr olaraq hansısa addım atılıbmı?

- Bu problemin həlli istiqamətində bir neçə dəfə Mədəniyyət Nazirliyinə, digər qurumlara müraciət etmişik. Rəhmətlik Qənirə Paşayeva yeganə şəxs idi ki, Milli Məclisdə yüksək tribunadan bizim problemimizi dilə gətirmişdi. İnanmaq istərdim ki, yaşayan deputatlarımız arasında kimsə bu məsələni bir daha qaldırıb məntiqi sonluğa çatdıracaq.

Bir məsələni də qeyd etmək istəyirəm, qanunda xırda nüanslar nəzərə alınmalıdır. Azərbaycanda ilk və yeganə teatr Opera və Balet Teatrıdır ki, onun balet truppası ancaq balet tamaşalarında iştirak edir. Balet artisti ilə tamaşanı aparan artist fərqlidir. Balaca bir teatrın truppasında olan işçi də özünü balet artisti kimi qələmə verə bilər. Çünki şou-balet geniş yayılıb. Amma balet tamaşada oynamaq tamamilə fərqlidir. Qanunda bu da öz əksini tapmalıdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır - ŞƏRH
Bu gün, 21:02
Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: - durbinlə baxır, kofe içir…
Bu gün, 20:57
Rusiyadan Azərbaycana müsbət cavab – “Əgər razılaşsaq…”
Bu gün, 19:06
Ermənistanda hərbi hərəkətlənmə: - “Azərbaycan qabaqlayıcı tədbir görməlidir”
Bu gün, 19:02
AŞPA-ya ETİRAZ: - “Bəs onda niyə danışmırdılar?”
Bu gün, 19:00
Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək - ŞƏRH
Bu gün, 18:58
Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? - AÇIQLAMA
Bu gün, 18:03
ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR - Əmlak sahəsində geniş islahatlara start verilir
Bu gün, 18:01
Trampdan ilham almış rus tarixçisi: - “Fin körfəzinin adı dəyişməlidir”
Bu gün, 17:56
Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:48
16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, ana kömək istəyir
Bu gün, 17:45
Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
Bu gün, 17:36
Tramp və Paşinyanın sirli fotosu – “Bunun üçün hər yola əl atılır”
Bu gün, 17:28
Paşinyan sülh layihəsindən danışdı – “Konkret faydalar verə bilər”
Bu gün, 17:26
Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı - Elçin Alıoğlu yazır...
Bu gün, 17:23
Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? - TƏFƏRRÜAT
Bu gün, 17:09
“Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” - Niyazi Mehdinin xanımı
Bu gün, 17:01
Tramp təyyarə qəzasını sabotaj hesab edir
Bu gün, 16:42
Suraxanı RİH bu Hövsan sakinlərini palçıqdan çıxarmır – “Biz hansı dövrdə yaşayırıq” (VİDEO)
Bu gün, 16:39
DTX-dan xüsusi əməliyyat: - 500 min dollara casusluq edən Validə generallar haqda nə deyib?
Bu gün, 16:37
Ermənistan qulağa xoş gələn avazlar oxumaq əvəzinə konkret addımlar atmalıdır - ÇAĞIRIŞ
Bu gün, 16:35
Azərbaycan banklarına hücum Rusiyadan təşkil olunub? – Mühüm detal
Bu gün, 16:28
Tehran və Moskvanın narahatlığı bəlli oldu - Zəngəzur dəhlizinə nəzarət dəyişir
Bu gün, 16:26
Pulu daşdan çıxan qadın 63 yaşında sosial şəbəkədə fenomen oldu: - “Deyirlər övladı haradadır?!”
Bu gün, 16:23
Jurnalistə bu universitetdə VƏZİFƏ VERİLDİ
Bu gün, 16:16
"Nədən canı ağrıyan insanlar bu qədər əziyyətə məcbur edilir?" - NARAZILIQ VAR...
Bu gün, 16:06
Azərbaycanlı milyarderi `batırmaq` istəyən iş adamı saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 15:59
Kürdəmirdə bir məktəbi 100 şagird tərk edib? - BU NƏDİ BELƏ?..
Bu gün, 15:57
“BİZİ ÖZ EVİMİZƏ HƏBS EDİBLƏR" - GİLEY
Bu gün, 15:54
Ölkədən pul çıxaran “ASCO Logistics”lə bağlı sabah qərar veriləcək - DETALLAR
Bu gün, 15:33
Azərbaycanda bank faizləri çox yüksəkdir... - BƏS NƏ EDƏK?..
Bu gün, 15:30
20-dən çox sərnişin Krasnoyarsk-Bakı reysi ilə uçmaqdan imtina edib - SƏBƏB
Bu gün, 15:25
Bakı, Tiflis və İrəvan arasında nə baş verir? – Badalyan
Bu gün, 15:24
Yaxın vaxtlarda AŞ ilə Gürcüstanın əlaqələrinin normallaşması gözlənilmir
Bu gün, 15:22
Əhalinin banklara nə qədər kredit borcu var? - FAİZ FAİZ ÜSTÜNƏ GƏLİR...
Bu gün, 15:17
Azərbaycanda tanınmış ekspert HƏBS EDİLDİ - BUNA GÖRƏ...
Bu gün, 15:15
Abşeron icra hakimiyyətinin iki idarəsinin 280 min borcu var
Bu gün, 15:13
Naxçıvanda gizli hüquqi islahatlara start verildi: Hədəf isə... - referenduma getmədən muxtar səlahiyyətləri ləğv etməkdir...
Bu gün, 15:02
Azərbaycanda karqo şirkəti - LƏĞV EDİLİR
Bu gün, 14:58
Bakıda avtoritetlərin "sxodka"sı ilə gündəmə gələn şadlıq saraylarının sahibi həbs edildi - FOTO
Bu gün, 14:54
Sabiq general cəzası ilə bağlı apellyasiya şikayəti verib
Bu gün, 14:49
Moskvadan Bakıya YENİ TƏKLİF: - AZAL-ın təyyarəsinin vurulmasından sonra…
Bu gün, 14:48
Kənd təsərrüfatımız “ölü nöqtə”dən tərpənmir – Üzücü səbəb, ağrılı nəticə
Bu gün, 14:02
Tələbələr "TələbəPlus" kartından narazılıq edir - Brend mağazalar, komissiya haqları...
Bu gün, 14:00
On iki nazir Aİ-yə çağırış edib: Avropanı Rusiyadan qoruyun! - “Reuters”
Bu gün, 13:58
Mirvari Qəhrəmanlının qızını təhqir edənə CƏZA KƏSİLDİ - DETALLAR
Bu gün, 13:20
Ukraynada 200 min sülhməramlının yerləşdirilməsi mümkün deyil - Fransız general
Bu gün, 13:15
İsmayıllı İcra hakimiyyətində VARİS PLANI... - İLGİNC...
Bu gün, 13:14
Həbs edilən sabiq hakimin işindəki ilginc detallar: - Gizli çəkiliş, mətbəxdəki rüşvət, yoxa çıxan telefon
Bu gün, 13:05
"Əməliyyatdan sonra bədənimdən çirk axırdı" - Daha bir plastik cərrah qalmaqalı
Bu gün, 13:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru