"Əziyyət çəkən biz, itirən kinomuz... Onların nə vecinə?!" - ETİRAZ
Tarix: 3-02-2024, 14:00 | Çap et
Azərbaycan Kinematoqrafçılar İttiqaqı (AKİ) İdarə heyyətinin üzvü, kinorejissor Tahir Tahiroviç AYNA-ya müsahibəsində Azərbaycan kinosunun vəziyyətini təhlil edib. Beləliklə:
- Müstəqillik dövrümüzü kinomuzun da müstəqillik dövrü hesab etmək olar?
- Azərbaycan kinosunun 100-dən çox yaşı var ki, onun da 70 ili sovet dövrünün payına düşür. Amma 80-ci illərin sonları – 90-cı illərin əvvəlində istehsal olunmuş Azərbaycan filmlərinin sayı bütövlükdə sovet dövründəkilərdən çox idi və böyük bir bum vardı. Əslinə qalsa, Azərbaycan kinosunun inkişafı 20-ci əsrin sonlarına təsadüf edir. Bu, bir yüksəlmə dövrü idi. Həmin dövrdə müəllif filmlərinin inkişafına xüsusi yer ayrıldı, sponsorların sayı artmağa, müstəqil kinostudiyalar yaranmağa başladı. İş adamları ilə bərabər dövlət təşkilatları da maliyyə ayırırdı o vaxt. Düzdür, o zamankı iş adamları indiki kimi deyildilər. Amma sonradan təəssüf ki, bu tendensiya davam etmədi və proses hazırkı eniş vəziyyətinə gətirib çıxardı.
- “Bu kino ki var, o, çox qəliz məsələdir” Azərbaycanda. Səbəb?
- Ümumiyyətlə, kinonu dünyanın 7 möcüzəsindən biri saymaq olar. Nəriman Nərimanovun oxuma-yazmadan, elmdən uzaq olan toplumlar üçün yaxşı bir deyimi var: “Kino ən yaxşı ünsiyyət vasitəsidir”. Çünki onun vizual təsiri daha effektlidir, insanları asanlıqla özünə cəlb edə bilir.
Bəli, kino qəlizdir, Azərbaycanda isə çox qəliz məsələdir. Birincisi ona görə ki, Azərbaycanda kino və onunla məşğul olanlar kasıbdırlar. Əslinə qalsa, bu, ayrı bir dərddir. Keçək kino istehsalına. Burada vergi sisteminin də, “Satınalma”nın da günahı var. İmkan vermirlər ki, kino inkişaf etsin. Mədəniyyət Nazirliyi isə kinoya mane olan dövlət qurumları ilə məsələni həll edə bilmir və işlər yubanır. Təsəvvür edin ki, əcnəbi filmlər Kann festivalın, Oskar mükafatı uğrunda mübarizə aparır, bizdə isə “Satınalma” imkan vermir ki, nazirlik kino proyektlərinə maliyyə ayırsın. Belə durum onların nə vecinə?! Əziyyət çəkən bizlər, itirən isə kinomuzdur.
- Azərbaycanda müstəqil kinonun inkişafı üçün nə lazımdır?
- Əvvəla, imkan yaradılmalıdır ki, müstəqil kino şirkətləti inkişaf etsin. Bunu da deməyi özümə borc bilirəm ki, dövlət studiyalarının bəziləri bərpa olunmalı və büdcədən çox asılı qalmalı deyil. Mədəniyyət Nazirliyinin onlara yaratdığı texniki və təşkilati dəstəkdən istifadə edib kənardan maliyyə gətirməlidirlər. Nazirliyin maliyyəsindən asılılığı azaltmaq lazımdır. Təəssüf ki, bizdə belə deyil. Öyrəşiblər ki, nazir qol çəksin, kino şöbəsi pulu göndərsin, vəssalam! Belə çox gedə bilməz.
Kinoxronika isə ümumiyyətlə yoxdur. Proses belə davam edərsə, açığını deyim ki, gələcək nəsillər bizi qınayacaq. Deyəcəklər ki, siz hara baxırdınız?! Haqlı olaraq bildirəcəklər ki, biriniz adınızı rejissor, biriniz prodüser, biriniz kino tənqidçisi qoymuşdunuz, bəs hara baxırdınız ki, vəziyyət bu həddə gəlib çatdı?!
- İllərdir bu sual hələ də tam cavabını gözləyir: Azərbaycan kinosu 25 ildir 21-ci əsrdə addımlayır, amma hələ də 20-ci əsrin ortalarındakı səviyyəsinə gəlib çata bilmir. Niyə?
- 20-ci əsrin ortalarında bizim çəkdiyimiz filmləri “planka” kimi göstərə bilmərik. Bu gün Azərbaycanda çox istedadlı rejissorlar var. Əsasən də gənclər. Amma onlara yiyə çıxmaq lazımdır. Bir nümunə deyim sizə. Son zamanlar çəkilən bəzi filmlərimiz Türkiyədən və ya Rusiyadan festivallara çıxsaydı, ən nüfuzlu festivallarda nəticə əldə edəcəkdi. Səbəbi isə məlumdur.
İnanın, ara-sıra rejissorlarımız filmlər, həm də çox uğurlu filmlər çəkirlər. Məsələn, son illərdə Asif Rüstəmovun, Vaqif Mustafayevin, Hilal Baydarovun, İlqar Nəcəfin filmlərini nümunə gətirmək olar. Üz ağardan filmlərdir. Amma onların sayı çox azdır. Dövlət film istehsalını çoxaltmalıdır. Nə qədər çox film çəkilsə, nəticə o qədər yaxşı olacaq. Bir də onu deyim ki, inanın, Azərbaycan kinosunun adı festivallardan çox Hesablama Palatasında və ya prokurorluqda çəkilir. Sadəcə məyus oluram. Kimlərsə bundan zövq alır.
- Qərb ölkələrini qoyaq bir kənara, "sovet yoldaşımız" Qazaxıstanın "Tomris"i səviyyəsində bir film ərsəyə gətirməyimizə nə mane olur: pulsuzluq, istedadsızlıq, yoxsa...?
- Kino istehsalının olmadığına görə bu vəziyyətdəyik. Mədəniyyət Nazirliyi kinoya dəstək verməlidir, ayrılan pulları saxlamamalıdır. Halbuki, həmin pulları xərcləmək, sənətə yönəltmək lazımdır. İnanın ki, Qazaxıstanda Azərbaycandakı qədər istedadlı rejissor, ssenarist, operator yoxdur. Sadəcə olaraq onlar öz peşəkarlarına şərait yaradır, biz isə hələ də dövlət orqanları ilə uğraşırıq.
Bu gün Azərbaycanda kinonun hörməti azalıb. Təsəvvür edin ki, kino müsabiqəsi keçirilir, teatrşünas gəlib o müsabiqədə juri olur. Heç bir tammetrajlı filmdə prodüser kimi çalışmayan adam jüridə oturur. Amma Azərbaycan müsiqiçiləri özlərinə hörmət edirlər. Məsələn, Fərhad Bədəlbəyli, Firəngiz Əlizadə kimi peşəkar musiqiçilər keçirdikləri musiqi müsabiqələrində imkan verməzlər ki, bir nəfər kinorejissor, teatrşünas gəlib jüridə otursun. Çünki öz sənətlərinə hörmət qoyurlar, ağsaqqallıq, ağbirçəklik edirlər.
- İçərisində olduğunuz sahənin durumunu göz önündə canlandıraq və: nə etməli?
- Yenə deyirəm: pulu saxlamaq olmaz! Maliyyəni rejissorlara, ssenaristlərə, prodüserlərə paylamaq lazımdır. İndi kinoya ayrılan vəsaitin bölgüsünə ARKA cavabdehdir. İşi sürətləndirmək və tezliklə istehsala başlamaq lazımdır. Adlarını çəkdiyim dövlət orqanları kənara çəkilməlidir. Yeni sistem axtarmaq lazım deyil. Kinosu inkişaf etmiş ölkələr belə, yüz ildir eyni sistemlə işləyir. Vəssalam!
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır - ŞƏRH
Bu gün, 21:02 |
|
|
|
• Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: - durbinlə baxır, kofe içir…
Bu gün, 20:57 |
|
|
|
• Rusiyadan Azərbaycana müsbət cavab – “Əgər razılaşsaq…”
Bu gün, 19:06 |
|
|
|
• Ermənistanda hərbi hərəkətlənmə: - “Azərbaycan qabaqlayıcı tədbir görməlidir”
Bu gün, 19:02 |
|
|
|
• AŞPA-ya ETİRAZ: - “Bəs onda niyə danışmırdılar?”
Bu gün, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək - ŞƏRH
Bu gün, 18:58 |
|
|
|
• Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? - AÇIQLAMA
Bu gün, 18:03 |
|
|
|
• ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR - Əmlak sahəsində geniş islahatlara start verilir
Bu gün, 18:01 |
|
|
|
• Trampdan ilham almış rus tarixçisi: - “Fin körfəzinin adı dəyişməlidir”
Bu gün, 17:56 |
|
|
|
• Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:48 |
|
|
|
• 16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, ana kömək istəyir
Bu gün, 17:45 |
|
|
|
• Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
Bu gün, 17:36 |
|
|
|
• Tramp və Paşinyanın sirli fotosu – “Bunun üçün hər yola əl atılır”
Bu gün, 17:28 |
|
|
|
• Paşinyan sülh layihəsindən danışdı – “Konkret faydalar verə bilər”
Bu gün, 17:26 |
|
|
|
• Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı - Elçin Alıoğlu yazır...
Bu gün, 17:23 |
|
|
|
• Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? - TƏFƏRRÜAT
Bu gün, 17:09 |
|
|
|
• “Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” - Niyazi Mehdinin xanımı
Bu gün, 17:01 |
|
|
|
• Tramp təyyarə qəzasını sabotaj hesab edir
Bu gün, 16:42 |
|
|
|
• Suraxanı RİH bu Hövsan sakinlərini palçıqdan çıxarmır – “Biz hansı dövrdə yaşayırıq” (VİDEO)
Bu gün, 16:39 |
|
|
|
• DTX-dan xüsusi əməliyyat: - 500 min dollara casusluq edən Validə generallar haqda nə deyib?
Bu gün, 16:37 |
|
|
|
• Ermənistan qulağa xoş gələn avazlar oxumaq əvəzinə konkret addımlar atmalıdır - ÇAĞIRIŞ
Bu gün, 16:35 |
|
|
|
• Azərbaycan banklarına hücum Rusiyadan təşkil olunub? – Mühüm detal
Bu gün, 16:28 |
|
|
|
• Tehran və Moskvanın narahatlığı bəlli oldu - Zəngəzur dəhlizinə nəzarət dəyişir
Bu gün, 16:26 |
|
|
|
• Pulu daşdan çıxan qadın 63 yaşında sosial şəbəkədə fenomen oldu: - “Deyirlər övladı haradadır?!”
Bu gün, 16:23 |
|
|
|
• Jurnalistə bu universitetdə VƏZİFƏ VERİLDİ
Bu gün, 16:16 |
|
|
|
• "Nədən canı ağrıyan insanlar bu qədər əziyyətə məcbur edilir?" - NARAZILIQ VAR...
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycanlı milyarderi `batırmaq` istəyən iş adamı saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 15:59 |
|
|
|
• Kürdəmirdə bir məktəbi 100 şagird tərk edib? - BU NƏDİ BELƏ?..
Bu gün, 15:57 |
|
|
|
• “BİZİ ÖZ EVİMİZƏ HƏBS EDİBLƏR" - GİLEY
Bu gün, 15:54 |
|
|
|
• Ölkədən pul çıxaran “ASCO Logistics”lə bağlı sabah qərar veriləcək - DETALLAR
Bu gün, 15:33 |
|
|
|
• Azərbaycanda bank faizləri çox yüksəkdir... - BƏS NƏ EDƏK?..
Bu gün, 15:30 |
|
|
|
• 20-dən çox sərnişin Krasnoyarsk-Bakı reysi ilə uçmaqdan imtina edib - SƏBƏB
Bu gün, 15:25 |
|
|
|
• Bakı, Tiflis və İrəvan arasında nə baş verir? – Badalyan
Bu gün, 15:24 |
|
|
|
• Yaxın vaxtlarda AŞ ilə Gürcüstanın əlaqələrinin normallaşması gözlənilmir
Bu gün, 15:22 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - FAİZ FAİZ ÜSTÜNƏ GƏLİR...
Bu gün, 15:17 |
|
|
|
• Azərbaycanda tanınmış ekspert HƏBS EDİLDİ - BUNA GÖRƏ...
Bu gün, 15:15 |
|
|
|
• Abşeron icra hakimiyyətinin iki idarəsinin 280 min borcu var
Bu gün, 15:13 |
|
|
|
• Naxçıvanda gizli hüquqi islahatlara start verildi: Hədəf isə... - referenduma getmədən muxtar səlahiyyətləri ləğv etməkdir...
Bu gün, 15:02 |
|
|
|
• Azərbaycanda karqo şirkəti - LƏĞV EDİLİR
Bu gün, 14:58 |
|
|
|
• Bakıda avtoritetlərin "sxodka"sı ilə gündəmə gələn şadlıq saraylarının sahibi həbs edildi - FOTO
Bu gün, 14:54 |
|
|
|
• Sabiq general cəzası ilə bağlı apellyasiya şikayəti verib
Bu gün, 14:49 |
|
|
|
• Moskvadan Bakıya YENİ TƏKLİF: - AZAL-ın təyyarəsinin vurulmasından sonra…
Bu gün, 14:48 |
|
|
|
• Kənd təsərrüfatımız “ölü nöqtə”dən tərpənmir – Üzücü səbəb, ağrılı nəticə
Bu gün, 14:02 |
|
|
|
• Tələbələr "TələbəPlus" kartından narazılıq edir - Brend mağazalar, komissiya haqları...
Bu gün, 14:00 |
|
|
|
• On iki nazir Aİ-yə çağırış edib: Avropanı Rusiyadan qoruyun! - “Reuters”
Bu gün, 13:58 |
|
|
|
• Mirvari Qəhrəmanlının qızını təhqir edənə CƏZA KƏSİLDİ - DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Ukraynada 200 min sülhməramlının yerləşdirilməsi mümkün deyil - Fransız general
Bu gün, 13:15 |
|
|
|
• İsmayıllı İcra hakimiyyətində VARİS PLANI... - İLGİNC...
Bu gün, 13:14 |
|
|
|
• Həbs edilən sabiq hakimin işindəki ilginc detallar: - Gizli çəkiliş, mətbəxdəki rüşvət, yoxa çıxan telefon
Bu gün, 13:05 |
|
|
|
• "Əməliyyatdan sonra bədənimdən çirk axırdı" - Daha bir plastik cərrah qalmaqalı
Bu gün, 13:02 |
|
|
|
|