"Nəzərə alın ki, boynumda çox ciddi işlər var"
Tarix: 9-02-2024, 09:41 | Çap et
Tanınmış yazıçı-publisist Həmid Herisçi Teleqraf.com-un saullarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Həmid müəllim, yaxın günlərdə xəstəxanadan evə buraxıldınız. Ötən gün keçirilən növbədənkənar prezident seçkilərində də iştirak etdiniz. Hazırda səhhətiniz necədir?
- Prezident seçkilərində mütləq iştirak etməli və səs verməli idik. Xəstəliyin çətin dövrünü geridə qoysaq da, yenə də yataqdayam. Amma seçki sözü gələndə sandıq başına getdim. Sözsüz ki, öz səsvermə hüququmdan istifadə etdim. Həmişə seçimimi bir nəfər üçün etmişəm, heç vaxt da bunu ağartmamışam. Amma bu dəfə deyəsən deyəcəm. Çünki sözdə prezidentin portretini çəkən insanam. Bir var, səsvermə ilə seçəsən, bir də var ki, sözünlə, mövzunla onu seçəsən, portretini yaradasan. Çox sevinirəm ki, seçki günlərində nəinki prezidentin portretini çəkə bildim, seçki məntəqəsinə getdim, öz səsimi verdim.
- Qızılca xəstəliyini ağır formada keçirdiniz, hazırda bərpa prosesi necə gedir?
- Əlbəttə ki, insan dirçəlmək istəyir. Nəzərə alın ki, boynumda çox ciddi işlər var. Bunlardan biri Azərbaycan-İran, yaxud da Təbriz-Bakı ədəbi saytımı yaratmaqdır. Bəlkə də Allah ona görə məni ölməyə qoymadı. Görünür, məndən başqa o saytı heç kimə həvalə etmək istəmir. Bilirsiniz ki, o tayla bu tay arasında əlaqə yenidən kəsilib, Şah dövründəki kimi...Araz yenə də həsrət çayına çevrilib. Şuşanın qapısını açdıq, ancaq Təbrizin qapısını qara külək çırparaq bağladı. Gərək bu qapıları da özüm açım.
- Ev şəraitində müalicəniz davam edirmi?
- Bəli, ev şəraitində müalicəm davam edir. Həyat yoldaşım İlhamiyyə xanımın anası da xəstələnib. Xüsusən İlhamiyyə xanıma ürəyim yanır ki, anasına da, babasına da, mənə də qulluq edir.
- Bu müddət ərzində özünüzü necə qoruyursunuz?
- Uzanmaq, yataq xəstəsinə çevrilmək yox, fəal olmaq lazımdır. Əksinə, səhər yuxudan oyanıb, çölə çıxdım, gəzdim. Çox tez zəifləyirəm, halsızam. İndi ümidimi xəngələ bağlamışam (gülür). Çox maraqlıdır ki, bir xəngəlxana var, oraya getdim və xəngəl bişirən qadın dedi, mən o qədər dua etdim ki, siz sağ qalasınız. Dedim, gərək xəngəl bişirəsən ki, sağ qalım. Təsəvvür edin ki, məni tanımayan adam, restoranda yemək bişirən qadın məni görüb sevindi, əvvəl dua edirmiş, indi xəngəl bişirir. Bu gün xəngəli aldım, evə gətirdim.
Ətraflı - Mütaliə edə bilirsinizmi? Deyəsən, xəstəlikdən sonra gözünüzdə problem yaranıb.
- Bəli, xəstəliklə əlaqədar görmə qabiliyyətim zəifləyib. İnşallah düzələr. Həkimlər bildirdilər ki, gözlərimdə yaranan problem aradan qalxacaq. Hazırda o qədər də çox mütaliə edə bilmirəm.
- Ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiniz, toparlananda hansı hissləri keçirdiniz, nələrə ümid etdiniz?..
- Tək mən deyil, bu xəstəliyə yoluxanların çoxu mənim vəziyyətimə düşür. Payız fəslində “yaprak tökümü” deyirlər...2024-cü il çoxlarını alıb apardı. Bu xəstəlik çox ağır formada keçir. Mən Məhəmmədi modul tipli xəstəxanasına yerləşdirilmişdim. Hərbi hospitalı xatırladırdı, sanki müharibədə yaralanandan sonra gətirilmisən. Bir an özümü halsız halımda Qarabağ qaziləri ilə müqayisə elədim. Yenə də düşünürdüm ki, onların yaraları, ağrıları məndən dəfələrlə ağır olub. Səməd Vurğunun müharibə dövründə yazdığı bir şeir tez-tez yadıma düşürdü. O şeiri özümə aid etdim və çalışardım ki, o şeirin davamını özüm yazım. Eyni zamanda bir çox hekayələri beynimdən keçirdim. Təbrizə qayıtdım, Təbrizə səyahət etdim. Sağalan kimi Təbrizə getməyi düşünürəm. Bir az özümü toparlayan kimi gedəcəm. Çünki bu, mənim üçün vacibdir. Bir ara qorxdum ki, nələrsə yarımçıq qala bilər. Mənim ev məsələm var, vərəsəyəm. Yəni ki, mülklə əlaqədar məhkəmə işlərim var. Bunun üçün mənə elə gəlir ki, düzələn kimi Təbrizə gedim və orada bir az Təbrizin havası alım. Düzdür, ölümdən qayıtmışam, amma bir o qədər də sağlam deyiləm. Özümü bir az güclü hiss etsəm, Təbrizə gedəcəm. Mənim məqsədim yalnız şəxsi məsələlər deyil. Ədəbi saytı yaratmaq istəyirəm.
- Necə bir sayt?
- Mənə elə gəlir ki, həm Azərbaycanın, həm də İranın rəsmi qurumları ilə danışacam. Ölkələrimiz arasında ədəbi əlaqələr olmalıdır. Yəni siyasi əlaqələr olmaya, xalqlar arasında diplomatik münasibətlər aşağı da düşə, səfirliklər bağlana da bilər. Ürəklər bağlanmamalıdır, ədəbi sayt işləməlidir. Fikrim var ki, istər Azərbaycanda, istər də İranda rəsmi qurumlarla danışıqlar aparım, ədəbi həyatın nəbzi vursun, ölməsin. Biz ölə bilərik. Azərbaycanda fəaliyyət göstərən o yazıçıda ki, Güney mövzusu yoxdur, o çox natamamdır. Düşünürəm ki, Təbriz mövzusu olmayan yazıçı zəifdir. Bəlkə də Azərbaycanda Təbrizlə Bakını bağlayan yeganə insanam. Vaxt var idi ki, belə adamlar çox idi. İndi yalnız Həmid Herisçidir. Güney Azərbaycanın mədəni-siyasi elitası düşünməlidir ki, Həmid Herisçi kimi seçkin adamlar var. Və onların boynuna çox böyük vəzifə qoyulub ki, ölkələrarası münasibətləri səhmana salınmasına dəstək olsunlar.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Rusiyadan Bakıdakı agentlərə sifariş verilib ki...” – Sabiq nazirdən ŞOK AÇIQLAMA
Bu gün, 12:31 |
|
|
|
• Həbsdə olan sabiq tabor komandirinin şikayətinə baxılacaq
Bu gün, 12:26 |
|
|
|
• Rubio Panama üçün YOLA ÇIXDI... - NƏ BAŞ VERİR?
Bu gün, 12:24 |
|
|
|
• "Haçan ailə qursam, görəcəksiniz"
Bu gün, 12:15 |
|
|
|
• Suriyanın gələcək portreti: - Tehran onu çəkən “rəssamlar” arasında yoxdur
Bu gün, 12:12 |
|
|
|
• Alkoqollu içkilər BAHALAŞACAQ
Bu gün, 12:11 |
|
|
|
• Qarabağ Qazisinin HAQQI YEYİLİR... - AXI NİYƏ?..
Bu gün, 12:08 |
|
|
|
• “OPEC+ Trampın təzyiqinə tab gətirməyəcək” - Bloomberg
Bu gün, 11:58 |
|
|
|
• Quskadan Prezidentə: Sizə verilən bu məlumat yalandır! - TƏFƏRRÜAT
Bu gün, 11:51 |
|
|
|
• ABŞ qüvvələrinin Ermənistana gələcəyi tarix açıqlandı - “Hraparak”
Bu gün, 11:50 |
|
|
|
• Hüquq müdafiəçisi neftçilərin maaş artımı ilə bağlı ÇAĞIRIŞ ETDİ - "İnsafınız olsun..."
Bu gün, 11:45 |
|
|
|
• ABŞ-da qəzaya düşən təyyarədə fiqurlu konkisürmə üzrə rusiyalı dünya çempionları da olub - TASS
Bu gün, 11:39 |
|
|
|
• Türkiyə şirkəti Azərbaycanda ləğv olunur
Bu gün, 11:23 |
|
|
|
• Ötən ilin avqustunda həbs edilmişdilər - İNDİ İSƏ...
Bu gün, 11:21 |
|
|
|
• Arvadını öldürən kişi ilə bağlı ŞOK FAKTLAR: - "Qulaq kəsmişdi, məhkəmə həbs etməyib"
Bu gün, 11:18 |
|
|
|
• ƏÜO-da “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib - VİDEO
Bu gün, 11:16 |
|
|
|
• Məqsəd İrəvanın xarici siyasətinin Bakıdan asılı olmasıdır - İskəndəryan
Bu gün, 11:15 |
|
|
|
• Paşinyan sevinərdi ki, bunları da... - RƏY
Bu gün, 11:11 |
|
|
|
• “Əsaslı Tikinti və Təchizat” MMC-nin “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə ŞÜBHƏLİ İŞBİRLİYİ - İLGİNC FAKTLAR
Bu gün, 11:00 |
|
|
|
• Barat Yusubovun bazara çevirdiyi Yeni Klinika... - vətəndaş süründürməçiliyi ifşa etdi
Bu gün, 10:57 |
|
|
|
• Şvabenin cəhdləri mənasızdır: - Bakı mövqeyindən bir addım da olsun geri çəkilməyib
Bu gün, 10:48 |
|
|
|
• Gömrük Komitəsində 3 aydır gecikən maaşlar VERİLDİ - AÇIQLAMA
Bu gün, 10:30 |
|
|
|
• Əliyevin həmləsi durumu kökündən dəyişdi – “Artıq Putin də...”
Bu gün, 10:26 |
|
|
|
• Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı - FOTO
Bu gün, 10:23 |
|
|
|
• AZNEFT rəhbəri bu məsələdə mövqe ortaya qoymazsa... - "Siyəzənneft"lə bağlı planlar NƏDİR?
Bu gün, 10:19 |
|
|
|
• 7 ölkədən xəbərdarlıq edilir: böyük fəlakətlər olacaq – Ovannisyan
Bu gün, 10:07 |
|
|
|
• “Xəstəxanaya yerləşdirəndə sol tərəfi işləmirdi, əsəbdən...” - AÇIQLAMA
Bu gün, 10:02 |
|
|
|
• "Fevralın əvvəlində Paşinyanın Trampla görüşünün baş tutması üçün hər şey edilir..." - “Hraparak”
Bu gün, 10:01 |
|
|
|
• Azərbaycanda investisiya şirkətinin rəhbərliyindən biri vəzifəsini tərk edib - Onun yerinə isə...
Bu gün, 09:59 |
|
|
|
• 6 aydır başçı yoxdur... sakinlər NƏ ETSİN? - MÜRACİƏT
Bu gün, 09:56 |
|
|
|
• Bakı Kremlin demarşını özünə qaytardı: Rusiya bunu etməsə... - NƏ BAŞ VERİR?
Bu gün, 09:50 |
|
|
|
• Nazir getdi, nazirlik də ləğv olunur? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:47 |
|
|
|
• İşçilərin əməyinin ödənilməsinin hansı sistemi və növləri vardır? - Ekspert danışır...
Bu gün, 09:43 |
|
|
|
• Şakro Molodoy vida mərasimində - Hamı bu VİDEODAN danışır
Bu gün, 09:38 |
|
|
|
• 14 kiloqram heroin və marixuananın dövriyyə buraxılmasının qarşısı alındı - Sumqayıtda polisin narkotik əməliyyatı
Bu gün, 09:36 |
|
|
|
• "İlin günün bu vaxtı işçini ixtisar edərlər?" - NARAZILIQ VAR...
Bu gün, 09:31 |
|
|
|
• “Bu bəyanatların heç iki qəpiklik dəyəri yoxdur” - Çingiz Qənizadə
Bu gün, 09:16 |
|
|
|
• Siyəzəndə keçmiş məhbus saxlanıldı - FOTO
Bu gün, 09:13 |
|
|
|
• "Haram pulları necə yeyirsiniz?!!" - ETİRAZ VAR...
Bu gün, 09:11 |
|
|
|
• Ermənistan könüllü etməsə, İrəvanı buna necə məcbur edə bilərik? - Əliyev nöqtə qoydu...
Bu gün, 09:08 |
|
|
|
• Nərimanovda yenə də süpürgəçi maaşları QAYÇILANIR... - AXI NİYƏ?..
Bu gün, 09:05 |
|
|
|
• Ana Vətən Partiyası seçkinin nəticələrini tanıdı - AÇIQLAMA
Bu gün, 08:56 |
|
|
|
• Sərhəddə hər an təxribat TƏXRİBAT törədilə bilə - Bakı XƏBƏRDARLIQ etdi
Bu gün, 08:53 |
|
|
|
• Qonşu ölkədə Azərbaycana qarşı 300 atəş nöqtəsi yaradılıb – Bakı müharibəyə cəlb edilir
Bu gün, 08:52 |
|
|
|
• Əliyev 10 il öncəkindən qat-qat güclüdür, çünki… - İsgəndəryan
Bu gün, 08:50 |
|
|
|
• Dövlət qurumlarında maaş problemi - ajiotajı kim və niyə yaradır
Bu gün, 08:49 |
|
|
|
• Zaur Mikayılovun işçisi MEYDAN SULADI - AY MAŞALLAH...
Bu gün, 08:48 |
|
|
|
• Ərəbləri Azərbaycana dadandıranlar ÖZBAŞINA QALIB? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:42 |
|
|
|
• Biz gənclərimizlə fəxr edirik - MƏQALƏ
Bu gün, 08:31 |
|
|
|
• Ronald Reyqan deyərdi ki... - ŞƏRH
Bu gün, 08:30 |
|
|
|
|