“Rusiyadan Bakıdakı agentlərə sifariş verilib ki...” .....                     Həbsdə olan sabiq tabor komandirinin .....                     Rubio Panama üçün YOLA ÇIXDI... .....                     "Haçan ailə qursam, görəcəksiniz" .....                     Suriyanın gələcək portreti: .....                     Alkoqollu içkilər .....                     Qarabağ Qazisinin HAQQI YEYİLİR... .....                     “OPEC+ Trampın təzyiqinə tab gətirməyəcək” .....                     Quskadan Prezidentə: Sizə verilən bu məlumat yalandır! .....                     ABŞ qüvvələrinin Ermənistana gələcəyi tarix açıqlandı .....                     Hüquq müdafiəçisi neftçilərin maaş artımı ilə bağlı ÇAĞIRIŞ ETDİ .....                     ABŞ-da qəzaya düşən təyyarədə fiqurlu konkisürmə üzrə rusiyalı dünya çempionları da olub .....                     Türkiyə şirkəti Azərbaycanda ləğv olunur .....                     Ötən ilin avqustunda həbs edilmişdilər .....                     Arvadını öldürən kişi ilə bağlı ŞOK FAKTLAR: .....                     ƏÜO-da “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib .....                     Məqsəd İrəvanın xarici siyasətinin Bakıdan asılı olmasıdır .....                     Paşinyan sevinərdi ki, bunları da... .....                     “Əsaslı Tikinti və Təchizat” MMC-nin “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə ŞÜBHƏLİ İŞBİRLİYİ .....                     Barat Yusubovun bazara çevirdiyi Yeni Klinika... .....                     Şvabenin cəhdləri mənasızdır: .....                     Gömrük Komitəsində 3 aydır gecikən maaşlar VERİLDİ .....                     Əliyevin həmləsi durumu kökündən dəyişdi .....                     Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı .....                     AZNEFT rəhbəri bu məsələdə mövqe ortaya qoymazsa... .....                     7 ölkədən xəbərdarlıq edilir: böyük fəlakətlər olacaq .....                     “Xəstəxanaya yerləşdirəndə sol tərəfi işləmirdi, əsəbdən...” .....                     "Fevralın əvvəlində Paşinyanın Trampla görüşünün baş tutması üçün hər şey edilir..." .....                     Azərbaycanda investisiya şirkətinin rəhbərliyindən biri vəzifəsini tərk edib .....                     6 aydır başçı yoxdur... sakinlər NƏ ETSİN? .....                     Bakı Kremlin demarşını özünə qaytardı: Rusiya bunu etməsə... .....                     Nazir getdi, nazirlik də ləğv olunur? .....                     İşçilərin əməyinin ödənilməsinin hansı sistemi və növləri vardır? .....                     Şakro Molodoy vida mərasimində .....                     14 kiloqram heroin və marixuananın dövriyyə buraxılmasının qarşısı alındı .....                     "İlin günün bu vaxtı işçini ixtisar edərlər?" .....                     “Bu bəyanatların heç iki qəpiklik dəyəri yoxdur” .....                     Siyəzəndə keçmiş məhbus saxlanıldı .....                     "Haram pulları necə yeyirsiniz?!!" .....                     Ermənistan könüllü etməsə, İrəvanı buna necə məcbur edə bilərik? .....                 

"Az qala deyələr ki, Aqil, nə vaxt ölürsən?" - deputat
Tarix: 23-02-2024, 09:00 | Çap et
"Az qala deyələr ki, Aqil, nə vaxt ölürsən?"
diaaz.space Kult.az-a istinadla yazıçı, millət vəkili Aqil Abbasla müsahibəni təqdim edir.

- Aqil müəllim, deyəsən, səhhətinizdə ciddi problemlər var. Bu yaxınlarda Türkiyədən müalicədən qayıtdınız...

- Bala, bu səhhət söhbətləri nə qədər olar? Bu sualı çıx. Mən xəstə-zad deyiləm. Gərək ağır xəstəliyim olsun ki, müalicə alım? Sən kimlə müsahibə etməyə gəlmisən? Yazıçı Aqil Abbasla, düzdü? Olmaz elə ədəbiyyatdan danışaq?

- Aqil müəllim, Türkiyədə əsəbinizi müalicə etdirməmisiniz deyəsən...

- Yox, bala, əsəb deyil, bezmişəm. Az qala deyələr ki, Aqil, nə vaxt ölürsən? Yazıçının səhhətinin nə dəxli var məsələyə?

- Aqil müəllim, deyirlər, parlament seçkiləri olacaq. Namizədliyinizi verəcəksinizmi?

- İndi də keçdik siyasətə (gülür). Əgər seçkilər olsa, mən ilk növbədə öz seçicilərimlə görüşəcəm, söhbətləşəcəm. Görüm heç onlar məni təzədən istəyirlərmi? Bəlkə, elə deyəcəklər, ta bəsdi?

- Sizə belə söz deyərlər ki?

- Mən hardan bilim? Dediyim odur, namizəd olmağım seçicilərimin istəyindən asılıdır, ətrafımla, seçicilərimlə məsləhət edəcəm, uyğun görsələr, hə.

- Aqil müəllim, “Ədalət”in vəziyyəti necədir?

- Qəzetlərdəki ümumi vəziyyət it günündədir, amma mənim bu internet saytlarına etibarım yoxdur. Bir də gördün, Amerika bağladı. O günlərdə ermənilərdən yazdığım üçün yazılarımı da internetdən silmişdilər. Sanki qəzetləri tamam sıradan çıxartmaq istəyirlər. Cənab Prezident əlini çəksə, tamam yığışdıracaqlar. Sağ olsun. Abunəliklər yoxdur, qəzet qazanmır.

- Qəzetləri oxuyan da yoxdur...

- Yox, elə deməzdim. Az da olsa, var. Mən özüm tez-tez qəzetlərin arxivinə baxmaq üçün Milli Kitabxanaya gedirəm. Vallah, elə olur, oturmağa yer tapmıram. Gedin, özünüz də baxın, görəcəksiniz. Oxuyan yoxdursa, bu camaat kimdir? Tək orda yox, çox yerdə görürəm ki, oxuyurlar. İndi ürəyimiz istəyən səviyyədə deyil, o ayrı məsələdir.

- Aqil müəllim, Ağdama gedirsinizmi? Necə hisslərdir, otuz illik boşluğu doldura bilirsinizmi?

- Tez-tez gedirəm. Amma o boşluğu nətər doldurum? Mümkün deyil. Bizim, şəxsən mənim ömrümdən oğurlanmış illərdir. Dolmaz o yer, bala, heç nə ilə dolmaz.

- Ağdamda özünüzə ev tikdirəcəksiniz?

- Niyə tikdirmirəm ki? Hətta xanımımla razılaşmışıq, tikdirsəm heç, olmasa da, köçüb orada yaşamaq üçün dövlətdən ev istəyəcəm. Düzdür, işlər gedir, gözəlləşdirirlər, amma Ağdam hələ o Ağdam deyil. Bilirsən əsl Ağdam nə vaxt formalaşacaq? Kinoteatrın qabağında ağdamlı oğlanlar qız üstündə dalaşıb bıçaqlaşanda. Xarakter baxımından deyirəm. Təki ayağımız dəysin, suyu-havası dəysin, hər şey yoluna düşəcək.

- Bəs işləriniz, Milli Məclis?

- Oradan işləmək olmur? Musa Yaqub İsmayıllıda idi, Şəkər Aslan Lənkəranda. Naxçıvanlı deputat təyyara ilə gəlir, iclasda iştirak edib qayıdır. İndi elə yol çəkiblər, üç saata Bakıdasan. Bu il seçkilərdə də Prezidentdən nümunə götürdüm, səsimi də gedib Ağdamda məhz möhtərəm Prezidentə verib qayıtdım. Gedib-gəlməkdə çətinlik nə var ki?

- Demişdiniz ki, Ağdamda İradə Tuncayla yenidən toy edəcəksiniz. Necə oldu, İradə xanım yenidən evləndimi sizinlə?

- Əlbəttə, demişdim, elədim də. 40 illiyimizi Ağdamda, məscidin yanında 50-60 nəfərdən ibarət toy şəklində etdik. Amma içkisiz.

- İçki niyə vermədiniz ki?

- Toyda iştirak edənlər orada xidmət edən polis və hərbçilərimiz idi, içmək olmazdı. Amma yemək yaxşıydı. Hələ postlara da payladıq. Bircə dedim, qabları qaytarın, onlar dövlətindi (gülür).

- Aqil müəllim, deyirlər ki, yazıçı gərək vəzifədə olmasın. Deputatlıq sizə heçmi mane olmadı?

- Yox, niyə olsun ki? Mən xalqa xidmət edirəm də. Yazı yazmaq sevdiyin qızın dalınca getmək kimi bir şeydi. Qız dalınca gedəndə sənin qarşını nə kəsə bilər? Heç nə. İndi mən də yazmaq istəyəndə qarşımı heç nə kəsə bilməz, kəsmir də.

- Yorulmursunuz, bezmirsinizmi? Sizə müraciətlər də çox olur..

- Bir adam bir xahişi on dəfə edəndə bezirəm..

- Yazıçı olduğunuz halda siyasətçi kimi tanınmaq da narahat etmir sizi?

- Məni yazıçı kimi tanıyırlar. Hara gedirəmsə, yazıçı münasibəti görürəm, adamlar öz aralarında danışanda belə təqdim edir. Bir dəfə İsmayıllıya gedirdik. Avtobusdan düşəndə iki arvad bir-birinə “az, bu Famil Mehdi deyil?” dedi. Dedim, hə, Famil Mehdiyəm, on il qabaq ölmüşəm...

- Məşhurluq yaman xoşunuza gəlir, deyəsən.

- Hə, gəlir, kimin xoşuna gəlmir ki? Qaxda bir monastrda bir oğlan gəlib dedi, olar uşağı qucağınıza alasınız? Aldım, şəkil çəkdirdik, dedi, bu uşaq gələcəkdə deyəcək ki, mənim Aqil Abbasla şəklim var. Xoşuma gələr də. Gəlməsin?

- Aqil müəllim, ” Dolu” hamıya məlumdur, bəs qələbədən nəsə yazmırsınız? Həm elə şikayət edirlər ki, yazıçılar qələbə ilə bağlı nəsə yazmırlar...

- “Dolu-2”-nin ssenarisini yazıram. Amma bundan əlavə də povestlər yazmışam. Axırıncı povestimin birində erməni oğlanla azərbaycanlı oğlanın əvvəllər dost olması, müharibənin hər şeyə son qoymasını göstərmişəm. Əslində, yazırlar, mən çox görürəm, amma tutmur, şablondu. Müharibəyə başqa tərəfdən baxmaq lazımdır. Elə yazmağa nə var?

- Cəmiyyətin tənqidindən çəkinmirsiniz? Bizdə erməni-azərbaycanlı münasibəti sərt tənqid olunur...

- Nədən qorxacam? Mən kimin tənqidi, alqışı ilə yaranmışam ki, qarğışıyla da öləm, qorxam? Pis nə yazıram ki? Real deyil? Dostluqlar olmayıb? Olanı yazmışam da.

- Niyə ancaq Qarabağdan yazırsınız? Adətən, bunu da tənqid edirlər ki, dil köhnədir, mövzu da kənd-kəsək.

- Qələt eləyirlər! Bu nə sözlərdi? Belə də ədəbiyyat söhbətləri olar ki, elə yazma, belə yaz? Mən Qarabağdan yazıram ki, gənclər özünü unutmasın, dədə-babalarını, yurdlarını tanısınlar, bilsinlər kim kimdi, nə nədir. Buna da qadağa var? Nədən yazmağa yox, necə yazmağa baxmaq lazımdır. O vaxt AYO-çular “Ədalət” qəzetində yazırdılar ki, Rəsul Rza niyə Leninə poema yazıb? Onlara cavab yazmışdım ki, sən kimə yazdığını neynirsən? De görüm, poema yaxşıdırmı? Estetik tərəfindən danış, əsər kimi necədirsə, onu de. Hər şeyə belə yanaşmaq lazımdır.

- Bəs Əkrəm Əylisliyə münasibətiniz necədir?

- Əkrəm yazıçı kimi çox gözəl yazıçıdır, amma özünü o yaşda “Daş yuxular” əsəri ilə gözdən saldı. Kim aldatdı, necə aldatdılar ki, sənə Nobel veriləcək, bilinmir. Amma gərək, yazmazdı. Əsas məsələ odur ki, roman heç bədii-estetik roman olaraq da yaxşı deyil, qaldı ki, mövzusu ola.

- Aqil müəllim, sizə niyə “xalq yazıçısı” adı vermirlər? Anar təqdim etmir?

- Hardan bilim niyə vermirlər? Məni dövlət həmişə diqqətdə saxlayıb, cənab Prezident mükafatlandırıb. Özümə ustad saydığım Seyran Səxavətə də xalq yazıçısı adı verilməyib. Süleyman Abdullayev əməkdar artist öldü, amma gör nə boyda sənətkar idi! Hamı da ona “dədə” deyirdi. İndi olar ki, bir gün mənə də “xalq yazıçısı” adını verərlər. Kimin təqdim etməli olduğunu da bilmirəm, bircə onu bilirəm ki, mükafatı, adı Prezident verir.

- Belə çıxır ki, sizin üçün fərqi yoxdur?

- “Xalq yazıçısı” adını alsam, pis olmaz. Amma neyləyim? Səhər-axşam yatım durum ki, mənə ad verin, ad istəyirəm? Bu da bir iş deyil. Versələr də sağ olsunlar, verməsələr də. Məni belə də tanıyırlar, sevirlər, oxuyurlar.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Rusiyadan Bakıdakı agentlərə sifariş verilib ki...” – Sabiq nazirdən ŞOK AÇIQLAMA
Bu gün, 12:31
Həbsdə olan sabiq tabor komandirinin şikayətinə baxılacaq
Bu gün, 12:26
Rubio Panama üçün YOLA ÇIXDI... - NƏ BAŞ VERİR?
Bu gün, 12:24
"Haçan ailə qursam, görəcəksiniz"
Bu gün, 12:15
Suriyanın gələcək portreti: - Tehran onu çəkən “rəssamlar” arasında yoxdur
Bu gün, 12:12
Alkoqollu içkilər BAHALAŞACAQ
Bu gün, 12:11
Qarabağ Qazisinin HAQQI YEYİLİR... - AXI NİYƏ?..
Bu gün, 12:08
“OPEC+ Trampın təzyiqinə tab gətirməyəcək” - Bloomberg
Bu gün, 11:58
Quskadan Prezidentə: Sizə verilən bu məlumat yalandır! - TƏFƏRRÜAT
Bu gün, 11:51
ABŞ qüvvələrinin Ermənistana gələcəyi tarix açıqlandı - “Hraparak”
Bu gün, 11:50
Hüquq müdafiəçisi neftçilərin maaş artımı ilə bağlı ÇAĞIRIŞ ETDİ - "İnsafınız olsun..."
Bu gün, 11:45
ABŞ-da qəzaya düşən təyyarədə fiqurlu konkisürmə üzrə rusiyalı dünya çempionları da olub - TASS
Bu gün, 11:39
Türkiyə şirkəti Azərbaycanda ləğv olunur
Bu gün, 11:23
Ötən ilin avqustunda həbs edilmişdilər - İNDİ İSƏ...
Bu gün, 11:21
Arvadını öldürən kişi ilə bağlı ŞOK FAKTLAR: - "Qulaq kəsmişdi, məhkəmə həbs etməyib"
Bu gün, 11:18
ƏÜO-da “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib - VİDEO
Bu gün, 11:16
Məqsəd İrəvanın xarici siyasətinin Bakıdan asılı olmasıdır - İskəndəryan
Bu gün, 11:15
Paşinyan sevinərdi ki, bunları da... - RƏY
Bu gün, 11:11
“Əsaslı Tikinti və Təchizat” MMC-nin “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə ŞÜBHƏLİ İŞBİRLİYİ - İLGİNC FAKTLAR
Bu gün, 11:00
Barat Yusubovun bazara çevirdiyi Yeni Klinika... - vətəndaş süründürməçiliyi ifşa etdi
Bu gün, 10:57
Şvabenin cəhdləri mənasızdır: - Bakı mövqeyindən bir addım da olsun geri çəkilməyib
Bu gün, 10:48
Gömrük Komitəsində 3 aydır gecikən maaşlar VERİLDİ - AÇIQLAMA
Bu gün, 10:30
Əliyevin həmləsi durumu kökündən dəyişdi – “Artıq Putin də...”
Bu gün, 10:26
Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı - FOTO
Bu gün, 10:23
AZNEFT rəhbəri bu məsələdə mövqe ortaya qoymazsa... - "Siyəzənneft"lə bağlı planlar NƏDİR?
Bu gün, 10:19
7 ölkədən xəbərdarlıq edilir: böyük fəlakətlər olacaq – Ovannisyan
Bu gün, 10:07
“Xəstəxanaya yerləşdirəndə sol tərəfi işləmirdi, əsəbdən...” - AÇIQLAMA
Bu gün, 10:02
"Fevralın əvvəlində Paşinyanın Trampla görüşünün baş tutması üçün hər şey edilir..." - “Hraparak”
Bu gün, 10:01
Azərbaycanda investisiya şirkətinin rəhbərliyindən biri vəzifəsini tərk edib - Onun yerinə isə...
Bu gün, 09:59
6 aydır başçı yoxdur... sakinlər NƏ ETSİN? - MÜRACİƏT
Bu gün, 09:56
Bakı Kremlin demarşını özünə qaytardı: Rusiya bunu etməsə... - NƏ BAŞ VERİR?
Bu gün, 09:50
Nazir getdi, nazirlik də ləğv olunur? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:47
İşçilərin əməyinin ödənilməsinin hansı sistemi və növləri vardır? - Ekspert danışır...
Bu gün, 09:43
Şakro Molodoy vida mərasimində - Hamı bu VİDEODAN danışır
Bu gün, 09:38
14 kiloqram heroin və marixuananın dövriyyə buraxılmasının qarşısı alındı - Sumqayıtda polisin narkotik əməliyyatı
Bu gün, 09:36
"İlin günün bu vaxtı işçini ixtisar edərlər?" - NARAZILIQ VAR...
Bu gün, 09:31
“Bu bəyanatların heç iki qəpiklik dəyəri yoxdur” - Çingiz Qənizadə
Bu gün, 09:16
Siyəzəndə keçmiş məhbus saxlanıldı - FOTO
Bu gün, 09:13
"Haram pulları necə yeyirsiniz?!!" - ETİRAZ VAR...
Bu gün, 09:11
Ermənistan könüllü etməsə, İrəvanı buna necə məcbur edə bilərik? - Əliyev nöqtə qoydu...
Bu gün, 09:08
Nərimanovda yenə də süpürgəçi maaşları QAYÇILANIR... - AXI NİYƏ?..
Bu gün, 09:05
Ana Vətən Partiyası seçkinin nəticələrini tanıdı - AÇIQLAMA
Bu gün, 08:56
Sərhəddə hər an təxribat TƏXRİBAT törədilə bilə - Bakı XƏBƏRDARLIQ etdi
Bu gün, 08:53
Qonşu ölkədə Azərbaycana qarşı 300 atəş nöqtəsi yaradılıb – Bakı müharibəyə cəlb edilir
Bu gün, 08:52
Əliyev 10 il öncəkindən qat-qat güclüdür, çünki… - İsgəndəryan
Bu gün, 08:50
Dövlət qurumlarında maaş problemi - ajiotajı kim və niyə yaradır
Bu gün, 08:49
Zaur Mikayılovun işçisi MEYDAN SULADI - AY MAŞALLAH...
Bu gün, 08:48
Ərəbləri Azərbaycana dadandıranlar ÖZBAŞINA QALIB? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:42
Biz gənclərimizlə fəxr edirik - MƏQALƏ
Bu gün, 08:31
Ronald Reyqan deyərdi ki... - ŞƏRH
Bu gün, 08:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru