“Bu xəstəlikləri orda qazandım…” - Ət kombinatında işləmiş xalq artisti
Tarix: 29-08-2024, 09:15 | Çap et
Xalq artisti, Prezident təqaüdçüsü, aktyor Yasin Qarayev Teleqraf.com-a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik.
- Yasin müəllim, son illərdə səhhətinizlə bağlı ciddi problemləriniz oldu. İndi özünüzü necə hiss edirsiniz?
- Son vaxtlar sağlamlığımla bağlı olan problemləri mən cavanlıq səhvlərimin nəticəsi kimi qiymətləndirirəm. Gənclik illərində gündüzlər Keşlə ət kombinatında işləyir, axşamlar da M.F.Axundov adına Xarici Dillər İnstitutunda oxuyurdum.
Mənim işim İkinci dünya müharibəsi dövründən qalma ehtiyat ətləri sümükdən çıxartmaq idi. Cəmdəklərin üstündə möhür və ştamplarda 45-50- ci illərin tarixi yazılırdi. İşdən sonra üfunət iyi verirdik, odur ki, mütləq düş qəbul etməliydik.
Təsəvvür edin, payız və qış aylarında işdən sonra duş qəbul edirsən, saç və bədən yaş, palto və papaqsız Keşlədən elektrik qatarı ilə Bakıya, ordan da piyada Xarici Dillər İnstitutuna gedirsən. O dövrün fəsadları indi özünü büruzə verir...
Rəhmətlik Vaqif Səmədoğlunun yaxşı bir sözü vardı: ”50 yaşdan sonra, səhər yuxudan duranda, görsən ki, heç yerin ağrımır, o saat özünü çimdiklə, bəlkə elə ölmüsən, özündən xəbərin yoxdur…”
- Yeni mövsümü hansı tamaşa ilə qarşılayacaqsınız?
- Eşitdiyimə görə, rejissor Nicat Kazımov Firdovsinin "Şahnaməsi" ilə maraqlanır. Bu yaxınlarda zəng vurmuşdu. Sözarası N.B.Vəzirovun "Hacı Qəmbər" tamaşasını xatırlatdım. Çünki o, xalq artisti Naibə Allahverdiyevanın yubileyində "Hacı Qəmbər"dən baxımlı bir parça hazırlamışdi. Səhnəciyi Elnur Hüseynov, Ramil Məmmədov və Naibə xanım canlandırırdı. Dedi, sən oynasan hazırlaram. Dedim, oynaram.
- Lap gənc yaşlarınızdan tamaşalarda oynamısız. Çox görkəmli aktyorlarla çiyin- çiyinə işləmisiz. Hansı sənətkarları xatırlayırsız? Hansı aktyorlarla bir daha çiyin- çiyinə çalışmaq istərdiniz?
- Mən bu teatrda Məfhurə Yermakova, Məmmədağa Dadaşov, rejissor Kərim Həsənovu görmüşəm. Onlar Ərəblinski, Abbas Mirzə Şərifzadə ilə bir səhnədə olublar.
Süsən Məcidova, Rəhilə Məlikova, Süleyman Ələsgərov, Hüseynağa Sadıqov, Osman Hacıbəyov, Firəngiz Şərifova, Yusif Vəliyev, Həsən Əbluc, Firdovsi Naibov, Xuraman Hacıyeva kimi ustadları tez-tez xatırlayıram.
- Dünyasını dəyişən aktyordan sonra tamaşada nə dəyişir, aktyorlar oyunun ruhunu qoruya bilirlərmi, yoxsa hər şey olduğu kimi davam edir?
- İlk məşqlərdən, rejissorun yozumu ilə ta tamaşa hazır olana qədər, səhnə tərəfdaşı ilə köklənib tamaşanı oynayırsan. Birdən o aktyorlardan biri işdən cıxır və yaxud dünyasını dəyişir. Sonra başqa aktyor o rola daxil olsa da əvvəlki effekti vermir.
- Azər Mirzəyevlə maraqlı səhnəcikləriniz vardı. Ondan sonra həmin o səhnələrin, qaravəllilərin və Azər müəllimin yoxluğu ürəyinizdə və sənətinizdə necə bir boşluq yaratdı?
-Ümumiyyətlə Azər Mirzəyevi yada salanda istər-istəməz özümün-özümə yazığım gəlir.
- Elə sənətkarlarımız var ki, unudulub. Siz Feysbuk profilində tez-tez onları yad edirsiniz. Hansı sənətkarların unudulması sizə daha çox təsir edir?
- Ömrünü bu teatra fəda edən aktyorlar olub. Firdovsi Nəsibov, Əlsəfdər Quliyev, Niyazi Əhmədov, Mübariz Əlixanoğlu və kimlər-kimlər unudulub, yaddan çıxıblar. Adama çox təsir edir...
- Səhv etmirəmsə, köhnə televiziya tamaşalarının birində Niyazi adlı aktyorla da oynamısız. Həmin Niyazi bəy də unudulanların arasındadır.
- Hə, elə Niyazi Əhmədovu götürək. İlk fəaliyyətini 1973- cü ildə Məbud İsmayılzadənin yaratdığı Lənkəran Teatrında başlayan Niyazi Əhmədovla bu teatrda canlandırdığımız "Gəl qohum olaq" tamaşası ilə düz 18 il bütün Azərbaycanı gəzmişik.
- Siz təcrübəniz boyu necə bir qənaətə gəlmisiz: aktyora səhnədə boy-buxun lazımdır, yoxsa aktyorun peşəkarlığı olan yerdə buna ehtiyac yoxdur?
- Təbii ki, səhnə və ekran gözəl və məlahəti olanları çox sevir. Məsələn, Alen Delon, Sofi Loren, Müslüm Maqomayev, Tixonov və s. Di gəl ki, Carlı Çaplin, Durov, Yusif Vəliyev, Hüseynağa Sadıqov kimi aktyorlar da var. Güman eləyirəm ki, onlar boy- buxunları haqqında heç vaxt fikirləşməyiblər. - Teatr aktyorları kinoda da özlərini ifadə edirlər. Amma sizi filmlərdə görməmişik. Bu nə ilə bağlıdır? - Kino incəsənətin ən gözəl növüdur. Mən gəncliyimdən meylimi televiziyaya saldım. 70-ci illər AzTv-nin Gənclik baş redaksiyasının redaktoru gözəl insan Yusif Kərimov idi. Biz bu redaksiyanın bütün verilişlərinin səhnəciklərini “işğal eləmişdik”: "Birimiz və hamımız", "Xoş gördük, tələbə", "Necəsən, gənc dost", "Romantiklər", "Sabahın ustaları" və sair.
Sonra da Ədəbi-dram redaksiyası: "Səhər görüşləri", "Komediyalar aləminə səyahət", "Hekayə axşamı", "Yumoristik novellalar", "Gəzdim Azərbaycanı", "Gəlin, birlikdə gülək"… 20-25 film-tamaşam var.
- Bu yaxınlarda Teatr Xadimləri İttifaqına yeni sədr seçildi. Siz bu vəzifəyə teatrşünas-tənqidçi İlham Rəhimlinin təyin olmasını arzulayırdınız. İlham müəllim həm də sizin yaxın dostunuzdur. Bu dəstək burdan qaynaqlanırdımı, yoxsa bu mövqedə daha çox iş görəcəyinə əmin idiniz?
- Ilham Rəhimli Azərbaycan teatr tarixinin canlı ensiklopediyasıdır. Bütün Azərbaycan sənət adamları və teatrları, Dərbənd, Təbriz haqqında 500 min səhifəlik 105 kitabın müəllifidir. Qaldı, elə dost olduğuna görə onun imkanlarını mən daha yaxşı bilirəm. Dövlət əhəmiyyətli tədbirlərdə, konfranslarda, forumlarda teatrlar haqqında alqışa layiq çıxışlari var.
- Təzə tamaşadakı obrazınız deyir ki, kim sözümdən çıxsa, mən ona cəhənnəmin qır qazanını göstərəcəm. Heç həyatda əsəbiləşdiklərinizə cəhənnəmin qır qazanını göstərmisiz?
- Yaxşılıqlarıma qarşılıq olaraq pislik görəndə inciyirəm və küsürəm. Amma mənim repertuarımda qır qazanı yoxdur! Barışmaq üçün buğlama qazanı var.
- Söhbət ki buğlama qazanından düşdü, deyilənə görə, ləzzətli yemək bişirirsiz. Ümumiyyətcə, ən yaxşı aşpazlar kişilər olur.
- Xörək bişirməyi Keşlə ət kombinatında öyrəndim. Yataqxanada qalırdim. Sonra da 3 il Dillər İnstitutunun, 5 il də İncəsənət İnstitutunun yataqxanasında - kartof, yumurta, ət tapanda daha onu bişirməyə nə var.
-Yasin müəllim, ev rahatlığını sevən bir yaradıcı insan kimi Prezidentin hədiyyə etdiyi ev lap yerinə düşüb, amma “kupça” səbəbindən hələ də təzə evinizə köçə bilməmisiniz.
- 2016- cı ildə ölkə başçısı mənə yubileyim münasibətilə ev bağışlayıb. Mənzilin olduğu bina istismara icazə verilmədiyinə görə 8 ildir çıxarış (“kupça”) verilmir. Hələ ki bu müskül məsələ öz həllini tapmayıb.
- Aktyorlara tez- tez illik təqaüdlər təyin olunur. Dəyəri də az deyil - 500 manat. Həm də bir aktyora təkrar-təkrar təyin olunur. Bu məbləğlər aktyorların həyatını yəqin ki, xeyli asanlaşdırır.
- Olkə başçısı tərəfindən fərqlənənlərə mükafatlarin verilməsi müsbət haldır. Dövri-qədimdən şahlar sənət adamlarına daş-qaş, ənam, xələt, nəmər, hətta torpaq, kənd bağışlayıb.
1991-ci ildə İran İslam Respublikası Azərbaycanfilmlə müştərək "Məlaykə günü” adlı bədii film çəkirdi. Ənvər Həsənov və mən iki qardaşı canlandırırdıq.
Bizə qəpik-quruş qonorar verirdilər. İran aktyorundan soruşdum, sən nə qədər qonorar alacaqsan? Dedi: “Sizin pulnan iki milyon manat...”
- Həyat yoldaşınız Şəmsiyyə xanım radioda uzun illər diktor kimi çalışıb. Əgər sirr deyilsə, radioda tanış olmusuz?
- Həyat yoldaşım 1987-çi ildə Azərbaycan radiosunda işləyəndə biz artıq 15 il idi evli idik. Mən “Damğa” satirik xalq teatrında olanda onun 14 yaşı vardı. Rus məktəbində oxuyurdu. Tamaşalara dəvət edirdim. Anamı elçi göndərdim, gedib valideynlərindən razılıq aldı.
Lakin iki il nişanlı qaldıq, çünki kəbin kəsdirməyə yaşı çatmırdı. 19 yaşında evləndik. Sonra onu İncəsənət İnstitutunun Mədəni maarif fakültəsinə hazırladım və Azərbaycan Dövlət radiosunda 25 il diktor işlədi.
- Yasin müəllim, xəyalınızda olan rol, obraz varmı, yoxsa hamısını gerçəkləşdirmisiz?
- Tipik-xarakterik baməzə rollara həvəsim çoxdur. Qalır yaxşı pyes və yaxşı da rejissor.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• İran və Ermənistan çətin vəziyyətdə: şərtləri Bakı diktə edir - GƏLİŞMƏ
Bu gün, 09:08 |
|
|
|
• Fars-molla rejimi bizə münasibətində SƏMİMİDİRMİ? - ÇARƏSİZDİR, HƏM DƏ...
Bu gün, 08:56 |
|
|
|
• Azərbaycan İran üçün SON QURTULUŞ ŞANSIDIR... - AKTUAL
Bu gün, 08:54 |
|
|
|
• Paşinyan axır ki, ABŞ-a gedir, amma rəsmi görüşə yox… - KİV
Bu gün, 08:52 |
|
|
|
• Referendum keçiriləcəyi xəbəri təsdiqlənir - konstitusiyada dəyişməsi gözlənilən məsələlər hansılardır?
Bu gün, 08:45 |
|
|
|
• Özünü şirkət rəhbəri kimi təqdim edərək kiberdələduzluq edən şəxsi polis saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 08:37 |
|
|
|
• “Xətai Park Servis”in NÖVBƏTİ NAŞILIĞI... - "Heç sənədləri əməlli-başlı saxtalaşdıra da bilmirlər..."
Bu gün, 08:35 |
|
|
|
• Rusiya Ermənistanı buna məcbur etdi - Simonyan
Bu gün, 08:31 |
|
|
|
• Bölgədə yeni təhdidlərə qarşı Azərbaycan-İsrail müttəfiqliyi? - NƏ ETMƏLİ?
Bu gün, 08:29 |
|
|
|
• Elektron imtahana keçid: Test üsulu ləğv edilir? - ARAŞDIRMA
Bu gün, 08:27 |
|
|
|
• 3 minə yaxın şikayət məktubu yazıb... - AMMA...
Bu gün, 08:25 |
|
|
|
• Tramp praqmatik və rasional siyasətçidir - BUNA GÖRƏ DƏ...
Bu gün, 07:29 |
|
|
|
• Gizli danışıqlar gedir: Trampla Putin nədə razılaşmır? - İNCƏLƏMƏ
Bu gün, 07:27 |
|
|
|
• "Saloğlu Fərdi Firması" məhkəmə çəkişməsində... - FOTO
Bu gün, 07:05 |
|
|
|
• “İrəvan hökuməti əvvəl-axır dəhliz məsələsinə razılıq verməlidir” - Başqa cür ola da bilməz...
Bu gün, 07:00 |
|
|
|
• BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir - İcazə verin şübhələnək...
Bu gün, 06:50 |
|
|
|
• “Cəmi 2 ay ünvanlı sosial yardım verildi...” - AXI NİYƏ?..
Bu gün, 06:46 |
|
|
|
• Ermənistanda keçmiş komitə sədri saxlanılıb
Bu gün, 06:40 |
|
|
|
• Su Ehtiyatları Agentliyində 4.3 milyonluq tender... - Zaur Mikayılov kimi seçdi?
Bu gün, 06:36 |
|
|
|
• Səfirliyimizə hücum edən terrorçu nə vaxt edam olunacaq? - AKTUAL
Bu gün, 06:32 |
|
|
|
• “Ölənin arxasınca danışmayın, Rəşid Mahmudov kimi sözü üzə deyin”
Bu gün, 06:29 |
|
|
|
• Azərbaycan-Ermənistan sərhədində nə baş verir? – Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 06:25 |
|
|
|
• Şəhidin haqqında sərəncam niyə icra olunmur? - Prezidentin “Azərbaycan Bayrağı” ordeni ilə təltif etdiyi şəhidə aid məhkəmə qərarı HAVADA QALIB
Bu gün, 06:21 |
|
|
|
• Tramp Putinlə dərhal görüşmək istəyini bildirib
Bu gün, 06:14 |
|
|
|
• “Əmək Müfəttişliyində yarıtmaz xidmət...” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 01:23 |
|
|
|
• Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 01:00 |
|
|
|
• Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında - Amerikasız olmaz
Bu gün, 00:56 |
|
|
|
• Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Dünən, 19:39 |
|
|
|
• Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Dünən, 19:17 |
|
|
|
• Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Dünən, 19:14 |
|
|
|
• Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Dünən, 18:59 |
|
|
|
• “Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Dünən, 18:55 |
|
|
|
• Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Dünən, 18:36 |
|
|
|
• Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Dünən, 18:32 |
|
|
|
• Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Dünən, 18:10 |
|
|
|
• “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:07 |
|
|
|
• Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:01 |
|
|
|
• Universitet vergilərini vaxtında ödəməyib
Dünən, 17:58 |
|
|
|
• Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Dünən, 17:55 |
|
|
|
• Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Dünən, 17:53 |
|
|
|
• Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Dünən, 17:49 |
|
|
|
• “Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Dünən, 17:44 |
|
|
|
• Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Dünən, 17:41 |
|
|
|
• Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Dünən, 17:32 |
|
|
|
• Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Dünən, 17:29 |
|
|
|
• “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Dünən, 17:23 |
|
|
|
• Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Dünən, 17:11 |
|
|
|
• Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Dünən, 17:01 |
|
|
|
• Masaj salonlarında işləyən qadınları şantaj edən KİŞİYƏ CƏZA VERİLDİ
Dünən, 16:46 |
|
|
|
|