“Niyə Qarabağ müharibəsi haqqında çəkilən filmə Müdafiə Nazirliyi pul vermir?” - Aqil Abbasdan ETİRAZ
Tarix: 6-09-2024, 10:06 | Çap et
İtaliyada 81-ci Venesiya Film Festivalı keçirilir.
Venesiyanın Lido adasında gerçəkləşən dünyanın ən qocaman beynəlxalq film festivalında Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) rəhbərliyi də iştirak edir.
İkinci Qarabağ müharibəsi haqqında rejissor Emin Əfəndiyevin “Tənha insanın monoloqu” və rejissor Şamil Əliyevin XX əsr Azərbaycan memarlığından bəhs edən “Yaradanlar” filmləri festival çərçivəsində nümayiş olunub. Görkəmli memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığı fonunda “Yaradanlar” filmində mərhum prezident Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə ziyalıları rejimin təqiblərindən qoruyaraq, onların yaşayıb-yaratması üçün xidmətləri və memarlığın inkişafına göstərdiyi qayğı əks olunub.
Bundan başqa, festival gedişində ARKA-nın keçirdiyi müsabiqədə qalib olmuş layihələrin xarici şirkətlərlə birgə istehsalı üçün prodüserlərin cəlb edilməsi ilə bağlı təqdimatlar da reallaşıb. Rejissor İlqar Nəcəfin “Quşlar susanda” film layihəsi ilə yanaşı, ARKA-nın maliyyə dəstəyi ilə çəkiləcək digər film layihələri də xarici prodüserlərə təqdim olunub.
Venesiya Film Festivalı ekran əsərlərinin birgə istehsalı baxımından xarici şirkətlər və prodüserlərlə təmaslar qurmaq baxımından olduqca əhəmiyyətli platformadır.
Qeyd edək ki, vaxtilə bu nüfuzlu festivalın tarixində azərbaycanlı rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” bədii filmi də əsas müsabiqə proqramında yer alıb. Xatırladaq ki, avqustun 28-dən start götürən festival sentyabrın 7-dək davam edəcək.
Emin Əfəndiyevin 52 dəqiqəlik “Tənha insanın monoloqu” filminin premyerası ötən ay Milli Kino Günündə keçirilib. Filmdə klassik ata-oğul əhvalatı əks olunur. Birinci Qarabağ müharibəsi qazisi olan ata kontuziya alıb, əsirlikdə olub, əsəbləri korlanıb. Qayğıkeş, sevgi dolu atanı müharibə sərtləşdirərək tamam başqa bir adama çevirib. Ata və oğul arasında yaranan konfliktlərin səbəbləri arasında mental, patriarxal faktorlar var, amma ümumilikdə, bir ailənin dağılmasının səbəbkarı atanın müharibədə aldığı psixoloji yaralardır.
İkinci Qarabağ müharibəsinə çağırılan oğul yataq xəstəsi, nitq qabiliyyətini demək olar ki, itirmiş, sözləri yarımçıq deyən atanı həkimin məsləhəti ilə qocalar evinə qoymağı planlaşdırır. Ata isə qocalar evində yaşamaq istəmir, ölümü seçir. Yeməkdən, dərmandan imtina edir və beləcə, oğulu öz yükündən azad edir ki, müharibədə ikən ondan nigaran qalmasın.
“Qısametrajlı da olsa İkinci Qarabağ müharibəsi haqqında olan filmin Venesiya Festivalında nümayiş olunması sevindirici haldır və bu, milli kinomuzun uğurudur. Buna görə filmin rejissoruna, həmçinin bu işdə əməyi keçən hər kəsə təşəkkür edirəm”. Bu sözləri millət vəkili, yazıçı, jurnalist Aqil Abbas mövzu ilə bağlı “Yeni Müsavat”a danışarkən deyib. Aqil Abbas həmçinin qeyd edib ki, özü də İkinci Qarabağ müharibəsi haqqında ssenari yazıb: “Ssenarini artıq təhvil vermişəm. İndi bəyənib, nə zaman film çəkəcəklər, bu artıq məndən asılı məsələ deyil. Ümumiyyətlə, kinonun böyük auditoriyası var. Bir əsər yazanda onu maksimum 50 min adam oxuyar, amma yaxşı bir film çəksən, ona milyarda yaxın adam baxa bilər. Çünki müxtəlif televiziyalarda nümayiş olunur, festivallara çıxır və sairə.
Bu baxımdan, İkinci Qarabağ müharibəsinin həqiqətləri, Azərbaycanın qələbəsi, igid oğullarımız necə döyüşüb, hansı çətinliklərdən keçmişik, bütün bunların dünyada nümayişinə böyük ehtiyac var. Niyə “Rembo”ya və yaxud digər xarici filmlərə baxmalıyıq? Qəhrəmanlıq haqqında öz filmlərimiz olmalıdır və dünya bizə baxmalıdır. O ki qaldı dünyanı özünə cəlb edə biləcək filmlər çəkə biləcəyimizə, hesab edirəm ki, buna hələ var. Doğrudur, bu məsələdə dövlətin böyük dəstəyinə ehtiyac var, amma gəlin baxaq görək, nə qədər özəl şirkətlərimiz var. Onların arasında milyonlar deyil, milyardlar qazananlar da var. Həmin şirkətlər sanballı filmlər çəkilməsinə dəstək ola bilərlər. Və yaxud niyə Qarabağ müharibəsi haqqında çəkilən filmə Müdafiə Nazirliyi pul vermir? Biz görürük ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi öz filmlərini çəkir, eləcə də Müdafiə Nazirliyi də Qarabağ müharibəsi haqqında çəkilən filmi maliyyələşdirə bilər".
Kinotənqidçi Sevda Sultanova isə deyir ki, Kino Agentliyinin rəsmi facebook səhifəsində, həmçinin saytlarda festivalda iştirakla bağlı yayılan informasiyada manipulyativ məqamlar var: ""Azərbaycan kinosu tarixində ilk dəfə olaraq, festivalda iki film nümayiş olunub. Bunlar İkinci Qarabağ müharibəsinə həsr olunmuş rejissor Emin Əfəndiyevin “Tənha insanın monoloqu” və XX əsr Azərbaycan memarlığını əks etdirən rejissor Şamil Əliyevin “Yaradanlar” filmləridir". Birinci cümlədəki “Azərbaycan kinosu tarixində ilk dəfə olaraq” hissəsi oxucuları və festivallar haqda detallı bilgiləri olmayan saytları asanlıqla tələyə salır. Təsəvvür yaranır ki, Azərbaycan ilk dəfə Venesiya festivalında iştirak edir və hər iki film festivalın hansısa mühüm proqramında iştirak edir. Hətta bəzi saytlarda məlumat belə başlıqla yayılıb: “Filmlərimiz ilk dəfə Venesiya festivalında”.
Venesiya festivalında əsas müsabiqə, horizontlar, qısametrajlı filmlər müsabiqəsi, müsabiqədənkənar baxış, Venesiya klassikası, Sconfini və digər proqramlar var. Bəs bizim filmlər hansı proqramdadır? Təbii ki, əsas müsabiqədə, horizontlarda, hətta qısametrajlı film müsabiqəsində də yoxdur. Çox güman ki, sadəcə, müsabiqədənkənar nümayiş olub. Amma bu məlumat belə dəqiq deyil. Bəlkə heç nümayiş də olmayıb. ARKA-nın rəsmi səhifəsində isə belə yazılır: “Festivalda Azərbaycan kinosu tarixində ilk dəfə olaraq üç film təqdim olunub”. Yenə “ilk dəfə” sözü manipulyativ xarakter daşıyır. Və hansı üç filmdən söhbət gedir? Məlumatda daha sonra yazılır: “Festival çərçivəsində ARKA-nın təşkil etdiyi müsabiqədə qalib gələn layihələrin xarici şirkətlərlə birgə istehsalı üçün prodüserlərin cəlb olunması məqsədilə təqdimatlar da keçirilib. Rejissor İlqar Nəcəfin "Quşlar susanda" film layihəsi ilə yanaşı, ARKA-nın maliyyə dəstəyi ilə həyata keçiriləcək digər film layihələri də xarici prodüserlərə təqdim edilib". Hansı prodüserlərlə görüş olub? Bu barədə də heç bir məlumat verilmir.
Azərbaycan kino tarixində ilk dəfə Elçin Musaoğlunun “Nabat”ı bu festivalın horizontlar proqramında göstərilib. Daha sonra yenə də ilk dəfə Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” (müştərək layihədir) Venesiya festivalının əsas müsabiqəsinə düşüb. Amma ARKA-nın Facebook səhifəsində bu faktlar qeyd olunmur. Daha bir məsələ, xatırladım ki, 2003-cü ildə Murad İbrahimbəyovun “Neft” filmi (Azərbaycan, Rusiya) Venesiya kinsofestivalında “Ən yaxşı qısametrajlı film”ə görə “Gümüş Şir” mükafatını alıb".
“Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Əmək Müfəttişliyində yarıtmaz xidmət...” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 01:23 |
|
|
|
• Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 01:00 |
|
|
|
• Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında - Amerikasız olmaz
Bu gün, 00:56 |
|
|
|
• Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Dünən, 19:39 |
|
|
|
• Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Dünən, 19:17 |
|
|
|
• Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Dünən, 19:14 |
|
|
|
• Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Dünən, 18:59 |
|
|
|
• “Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Dünən, 18:55 |
|
|
|
• Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Dünən, 18:36 |
|
|
|
• Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Dünən, 18:32 |
|
|
|
• Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Dünən, 18:10 |
|
|
|
• “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:07 |
|
|
|
• Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:01 |
|
|
|
• Universitet vergilərini vaxtında ödəməyib
Dünən, 17:58 |
|
|
|
• Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Dünən, 17:55 |
|
|
|
• Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Dünən, 17:53 |
|
|
|
• Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Dünən, 17:49 |
|
|
|
• “Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Dünən, 17:44 |
|
|
|
• Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Dünən, 17:41 |
|
|
|
• Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Dünən, 17:32 |
|
|
|
• Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Dünən, 17:29 |
|
|
|
• “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Dünən, 17:23 |
|
|
|
• Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Dünən, 17:11 |
|
|
|
• Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Dünən, 17:01 |
|
|
|
• Masaj salonlarında işləyən qadınları şantaj edən KİŞİYƏ CƏZA VERİLDİ
Dünən, 16:46 |
|
|
|
• “Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” - Dələduzluq işi
Dünən, 16:38 |
|
|
|
• Bayden heç unudularmı?.. - ŞƏRH
Dünən, 16:36 |
|
|
|
• Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub
Dünən, 16:34 |
|
|
|
• "Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" - vətəndaş ÇARƏSİZ DURUMDA
Dünən, 16:30 |
|
|
|
• "Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." - MÜSAHİBƏ
Dünən, 16:18 |
|
|
|
• Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib
Dünən, 16:16 |
|
|
|
• Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Dünən, 16:13 |
|
|
|
• Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Dünən, 16:11 |
|
|
|
• Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Dünən, 16:08 |
|
|
|
• YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Dünən, 16:06 |
|
|
|
• Kreml Trampın hədəsinə cavab verib
Dünən, 16:03 |
|
|
|
• Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Dünən, 16:01 |
|
|
|
• Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Dünən, 16:00 |
|
|
|
• Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Dünən, 15:57 |
|
|
|
• İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Dünən, 15:38 |
|
|
|
• Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Dünən, 15:33 |
|
|
|
• “Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Dünən, 15:32 |
|
|
|
• Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Dünən, 15:28 |
|
|
|
• “Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - Armen Qriqoryan
Dünən, 15:27 |
|
|
|
• Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı - ƏMR
Dünən, 15:22 |
|
|
|
• Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... - TƏFƏRRÜAT
Dünən, 15:20 |
|
|
|
• Samir Şərifova yeni vəzifə həvalə edilib - QƏRAR
Dünən, 15:18 |
|
|
|
• Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
Dünən, 14:42 |
|
|
|
• İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• “Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Dünən, 13:58 |
|
|
|
|