
Aparıcı Zaur Baxşəliyevin 44 yaşı tamam olub.
Axşam.az xəbər verir ki, aparıcı özəl gününü valideyn himayəsindən məhrum olan uşaqlarla keçirdib. Görüntülərini sosial şəbəkədə paylaşan Zaur bunları yazıb:
"Ənənəmizə sadiq qalıb budəfəki doğum gününü Azərbaycan Uşaqları İctimai Birıiyində qeyd etdik. Ad günümdə hədiyyə almaqdan çox, hədiyyə verməyi sevirəm. Heç vaxt kəhkəşanlı doğum günü partisi etmədim, sevmirəm də, edə bilmərəm də . Səbəblər onsuz bəllidir. Ürəkləri nə istədi aldıq götürdük, bir gözəl məqam da orda yerində yaşandı. Gözəl Səma qızımız nişanlanıb, toyu olacaq . Söz verdim ki, Allah qismət etsin, bu toyu biz edək. Bax belə, bu da mənim doğum günüm. Sevdim bu doğum günümü".
Qeyd edək ki, Zaur ad gününün 26 fevral Xocalı soyqırımı tarixi ilə üst-üstə düşdüyü üçün heç vaxt qeyd etmədiyini deyib.