Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Şou-biznes > Bu yay çimərlik geyimi ilə səs-küy yaradanlar
Bu yay çimərlik geyimi ilə səs-küy yaradanlar7-09-2019, 13:13 |
![]() DİA.AZ: - Havaların sərinləməsi ilə çimərlik mövsümü də başa çatıb. DİA.AZ-ın məlumatına görə, yayda dincələ bilməyənlər isə xarici ölkələrə üz tutublar. Bu yay bir çox məşhur çimərlik geyimində fotoları ilə gündəmə gəlib. Yayın səs-küylü paylaşımını edənlərin siyahısını təqdim edirik: Əməkdar artist Röya Ayxan yay fəsli girən kimi fotoları ilə izləyicilərini sevindirib. Dubayda dincələn sənətçi çimərlik geyimində obyektiv qarşısına keçib. ![]() Müğənni Nigar Camal hər zaman olduğu kimi yenə də çimərlik geyimində fotolarını sosial şəbəkədə yayımlamaqdan çəkinməyib. Sənətçi qırmızı mayosunu geyinib, obyektiv qarşısına keçib. ![]() Müğənni Səmra Rəhimli isə çimərlik geyimindəki fotosu ilə izləyicilərini təəccübləndirə bilməyib. Çünki sənətçinin səhnə geyimləri də çimərlik geyimi qədər açıq-saçıq olur. ![]() "Miss millenium" gözəli Validə Abbasova da 40-dan çox yaşı olsa da, ideal bədən quruluşu ilə diqqət çəkib. Keçmiş model bu il də İnstaqram səhifəsində bol-bol istirahət fotolarını bölüşüb. Türkiyəyə köçən aktrisa Könül Nağıyeva da bu yay çimərlik fotolarını sosial şəbəkədə paylaşanlar sırasına daxil olub. ![]() Aktrisa Pərvin Abıyevanın isə çimərlik fotoları artıq izləyicilərini təəccübləndirmir. Çünki aktrisa hər il çimərlik şəkillərini sosial şəbəkədə yayımlayır. ![]() Müğənni Dilarə Kazımova isə il boyu ən çox çimərlik geyimində obyektiv qarşısına keçən tanınmış olsa da, bu dəfə ənənəsinə sadiq qalmayıb. ![]() Müğənni Rəqsanə İsmayılova hər yay olduğu kimi, bu dəfə də mayosu ilə şəkillərini sosial şəbəkədə yerləşdirib. ![]() Geri qayıt |