Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Şou-biznes > Cəmil Tarkan və Ajda Pekkanın komandası ilə işləyəcək
Cəmil Tarkan və Ajda Pekkanın komandası ilə işləyəcək27-09-2019, 08:44 |
![]() DİA.AZ: - Gənc azərbaycanlı müğənni Cəmil yeni şirkətlə əməkdaşlığa başlayacaq. Müğənni DİA.AZ-a bildirib ki, artıq Tarkan və Ajda Pekkan kimi müğənnilərin komandaları onun haqqında bilirlər və gələcəkdə onlarla əməkdaşlıq edəcək. "Mənim planlarım dərhal deyil, bir neçə ilin ərzində reallaşacaq. İndi Türkiyə tamaşaçılarına Azərbaycan dilində hit mahnılarımdan birini təqdim etmək niyyətindəyəm. Sadəcə onların sözləri dəyişəcək. Mahnının adını demək istəmirəm, qoy sürpriz olsun. Mənə elə gəlir ki, yenidən doğulmuşam və pillələrlə qalxıram. Türk dilində oxumalıyam ki, tamaşaçıların zövqünə cavab verə bilim. Verilişlərə çıxanda öz mahnılarımızı da ifa edəcəm", - o əlavə edib. Geri qayıt |