Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Nigardan bayağı mahnı ETİRAFI:
Əsas Səhifə > Şou-biznes > Nigardan bayağı mahnı ETİRAFI:

Nigardan bayağı mahnı ETİRAFI:


5-10-2023, 11:59
Nigardan bayağı mahnı ETİRAFI:
“Deyirəm, bacı, sənə qurban olum, efirdə elə mahnı oxuduğumu görmüsənmi?”

DİA.AZ yenicag.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni, əməkdar artist Nigar Şabanova “Gül kimi şou”da deyib.

Sənətçi getdiyi toy və digər məclislərdə hər mahnının oxumadığını deyib və bunun səbəblərini açıqlayıb:

“Elə tərz mahnılar var, mən o mahnıları oxumuram. Mən də istəyərəm, ayıma məsələn, 10 min yox, 40 min qazanım. Amma illərlə qazandığım əziyyəti pula görə yerə vura bilmirəm.

Mənə də sifariş verirlər, amma o mahnıları toyda oxumuram. Bəzən elə mahnı istəyirlər, o mahnının adı belə biabırçılıqdır. Deyirəm, bacı, sənə qurban olum, efirdə elə mahnı oxuduğumu görmüsənmi? Deyir, yox.

Məni o mahnıları oxumadığım üçün “bizim də qulağımız o mahnılardan təmizlənsin” deyə ev yiyəsi toyuna, məclisinə çağırır. Məni o cür cılız ifa ilə efirlərdə görməmisənsə, demək ki mən də burada onu oxumayacağam”.

Geri qayıt