Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > DAŞDAN PUL ÇIXARANLAR: İş adamı, icra başçısı və regional Ekologiya İdarəsi rəisi...
Əsas Səhifə > Üçüncü sektor, Manşet, Güney Press > DAŞDAN PUL ÇIXARANLAR: İş adamı, icra başçısı və regional Ekologiya İdarəsi rəisi...

DAŞDAN PUL ÇIXARANLAR: İş adamı, icra başçısı və regional Ekologiya İdarəsi rəisi...


Dünən, 16:45
DAŞDAN PUL ÇIXARANLAR: İş adamı, icra başçısı və regional Ekologiya İdarəsi rəisi...
Vərdiş – mütəmadi olaraq təkrarlanan və şüuraltı olaraq baş verməyə meylli davranışların rutinidir.

Orta məktəbdə oxuyan vaxtlarımızda riyaziyyat müəllimimizin vərdiş barəsində dərsdə şuluqluq edən şagirdlərə tez-tez çəkdiyi bir misal var idi, "fikir vermə qardaş, tökülmüşlərim öyrəşib".

Amma, böyüdükcə şahidi olduq ki, tökülmüşlərimizin uşaq vaxtı öyrəşdiyi məsumca davranışlarımız, böyüdükcə qorxunc, zərərli vərdişlərə çevrilir.

"Zərərli vərdiş" deyərkən, bu dəfə özümüzə deyil, başqa insanlara zərər verən vərdişlərimizi nəzərdə tuturuq.

Məsələn, rüşvət almaq.

"DogruXeber.az" bildirir ki, bu dəfə rüşvətdən danışmağımıza səbəb hər zaman xüsusi vurğuladığımız kimi Elm və Təhsil Nazirliyinin ən gəlirli bölmələrindən olan daxili nəzarət şöbəsinin müdiri vəzifəsindən Quba rayon icra hakimiyyətinin başçısı vəzifəsinə qədər yüksələn İlqar Mahmudov barəsində əldə etdiyimiz məlumatlardır.

Əvvəla, qısa xatırlatma edək ki, bir neçə müddətdir Quba rayon Ağbil kənd sakinləri Ümid Müzəffərov, Valeh Məmmədov və Əlibəyqışlaq kənd sakini Tərlan Qonaqovun hər iki kəndin keçmiş bələdiyyə sədri Şahin Tağıyev barəsindəki iddialarını silsilə şəkildə yayımlayırıq. Yayımladığımız yazılarda da adıçəkilən şəxslərin şikayətçi olduqları keçmiş bələdiyyə sədri Şahin Tağıyevin qanunazidd əməllərindən icra başçısının da xəbərdar olduğunu vurğulamışıq.

O, Şahin Tağıyev ki, etdiyi bütün qanunsuz işlərə - kəndlərin ərazilərini satmağına, yaxınlarının adına çoxillik icarə müqaviləsi ilə rəsmiləşdirməsinə və sair rəğmən (hər halda kənd sakinlərinin iddiaları belədir) qanun qarşısında mühakimə olunmaq əvəzinə, bu gün də bələdiyyədə işləyir.

Bundan əlavə, Quba rayonu ərazisində aparılan digər qanunsuz işlərə nəzər saldıqda, ərazi üzrə Ekologiya və Təbii Sərvətlər İdarəsinin də Quba rayon icra hakimiyyəti ilə birlik olduğunu düşünmək olar.

O, birlik ki, rayonun meşələrini, tarix boyu minilliklərlə mövcud olan çaylarını tamamilə məhv etmək üzrədir.

Qum, çınqıl biznesi üçün çayların məcrası dağıdılır, kömür biznesi üçün ağaclar məhv edilir, boşaldılmış meşə sahələri də əkin sahəsi kimi satılır. Əlbəttə ki, sosial mediada yayımlanan və bütün ölkənin belə məlumatlı olduğu bu qanun pozuntularından yerli icra hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər İdarəsinin məlumatsız olması mümkün deyil.

Aşağıdakı görüntülərə diqqətlə baxın.



Vulkan yatağını xatırladan bu ərazi Quba rayonunda Vəlvələçay çayının ərazisidir. Görüntüləri lentə alan şəxsin də dediyi kimi ərazini bu vəziyyətə gətirən hansısa iş adamlarının şəxsi biznes maraqlarıdır, onların maraqlarını təmin edən isə rayon rəhbəri və Ekologiya və Təbii Sərvətlər İdarəsinin maddi maraqlarıdır.

Gördüyünüz kimi çayın ətrafında hektarla ərazi ağır texnikalar vasitəsilə qazılaraq, dağıdılaraq torpağın altından daş, qum çıxarılıb, satış üçün daşınıb aparılır. Vətəndaşın sözlərinə görə orada nəinki Vəlvələçayın ətrafı qazılaraq məcrası dəyişdirilir, ümumiyyətlə otlaq sahələri və yaşıllıq ağacları da məhv edilməklə ekologiyaya ciddi ziyan vurulub.

Qeyd edək ki, əldə etdiyimiz məlumata görə eyni mənzərə Qudyalçayın da Quba rayonundan keçən hissəsində mövcuddur.

İş adamı, icra başçısı və regional Ekologiya İdarəsi rəisi - bu üçlüyün daha çox pul qazanmaq sevdası ekologiyaya ciddi zərər vurur, təsərrüfat və örüş sahələrinə yararsız hala salır.

İlqar Mahmudovun adını bu cür qanunsuz işlərdə birinci qeyd etməyimizə səbəb onun rayon rəhbəri olaraq bütün bunlara susaraq şərait yaratmasıdır.

Halbuki, bütün bunların qarşısını almaq üçün İlqar Mahmudovun aidiyyatı qurumlar qarşısında məsələ qaldırmaq, bu terrorun dərhal dayandırılmasını tələb etmək etmək səlahiyyətləri var. Bu səlahiyyətlərindən buvaxta qədər istifadə etməməsi İlqar Mahmudovun şəxsi maraqlarının olduğunu işarə edir.

Görünür, İlqar Mahmudov yenicə "lövbər saldığı" Quba rayonunda özfəaliyyətini getdikcə daha da genişləndirir. Amma deyəsən bu fəaliyyətə yerli sakinləri qəbul edib, onların problemlərini dinləmək daxil deyil. Bunu da bir neçə gün əvvəl 8 azyaşlı övladını da götürüb Quba rayonunun Gədikqışlaq kəndindən taa Bakıya gəlib prezident administrasiyasının qarşısında aksiya keçirən Qabilə İbrahimovadan eşitmiş olduq. Xanım media nümayəndələri qarşısında təkrar-təkrar "Məni bura gəlməyə vadar edən Quba rayonunun icra başçısıdır. Əlini uzadıb mənə deyir ki, "Hara istəyirsən get şikayət elə"." cümləsini vurğuladı.

Əlqərəz...

Mövzunun əvvəlində rüşvətdən danışıb, ardından İlqar Mahmudov fəaliyyətinə diqqət çəkməkdə sözümüzün canı budur ki, o, hazırda icra başçısı olaraq da vəzifə səlahiyyətlərini maraqlarına uyğun istifadə etməyin yolunu tapıb. Amma, bir müddət əvvəl sosial mediada yayımlanan vətəndaş müraciətini oxuduqda isə anladıq ki, Mahmudov keçmiş işini də kənara qoymayıb. Oradakı nüfuzundan və şəxsi əlaqələrindən bu gün də istifadə etməkdədir.

Hər halda, bu "Nyus.az" saytına rəsmi müraciət ünvanlayan keçmiş təhsil işçisinin iddiasıdır.

Adam müraciətində bildirir ki, ailə dostunun xanımı illərdir müəllimə işləyib. Səhhətindəki ciddi problemlər səbəbilə ötən il keçirilən sertifikasiya imtahanında iştirak etməkdən imtina etmək istəyib, ancaq müəyyən səbəblərdən bu mümkün olmayıb.

Uzun sözün qısası, xanım sonunda imtahanda iştirak edib, lakin lazımi nəticəni toplaya bilməyib. Belə olan halda işindən azad olunub. Bu şəxs də ailə dostuna kömək etmək məqsədilə şəxsi əlaqələrindən istifadə edərək, problemi həll etməyə çalışıb. Bunun üçün də ağlına gələn ad uzun illər təhsil sahəsindən tanıdığı İlqar Mahmudov olub. O, Quba rayonuna gedərək, İlqar Mahmudovla görüşüb, məsələni danışıb. Mahmudov da ona kömək edəcəyini deyib və kiminləsə telefonla danışdıqdan sonra keçmiş həmkarına bir telefon nömrəsi verib ki, "Bakıya get, bu adama zəng elə, onunla görüş, tələb olunan məbləği ona ver, o, kömək edəcək".

Adam, elə də edib. Lakin, bir müddət onu ümidlə gözlətdikdən sonra ondan pulu alan şəxs zəng edib, pulunu geri qaytarıb.

Əvvəla, geri qaytarılmış olsa belə alınan məbləğ rüşvətdir və bu rüşvət qanunun qərarına təsir etmək üçün alınıb. Üstəlik, bu işin ssenarisini yazan Quba kimi hər sezonu, hər qarışı gəlir gətirən bir rayonun rəhbəri - dövlətin məmuru İlqar Mahmudov yazıb.

Belə çıxır ki, Mahmudov üçün keçmiş kimi bildiyimiz işi heç də keçmişdə qalmayıb.

Mövzunu davam etdirəcəyik.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Geri qayıt