Əsas Səhifə > Araşdırma, Manşet, Güney Press > "Hara müraciət edirəmsə, heç bir köməklik olunmur...."

"Hara müraciət edirəmsə, heç bir köməklik olunmur...."


Bu gün, 14:48
"Hara müraciət edirəmsə, heç bir köməklik olunmur...."
Zərdab rayonu, Alıcanlı kənd sakini Məmmədov Cəlal Təvəkkül oğlu tərəfindən Huriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, Zərdab rayonu Suvarma Sistemləri İdarəsində yağlayıcı vəzifəsində çalışıb, 13 dekabr tarixində onu işdən çıxararaq, yerinə 64 yaşlı bir nəfəri götürüblər:

“Mən, Məmmədov Cəlal Təvəkkül oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirim ki, 13 ildir işlədiyim Suvarma Sistemləri İdarəsindən məni haqsız yerə çıxarıb, yerimə 64 yaşlı bir nəfəri təyin ediblər. Həmin vaxtı orada işləyən bir neçə əlil işçilər də var idi. Eşitdiyimə görə, həmin şəxslər pul verib işdə qalıblar.

3 azyaşlı övladım var, onların təhsil xərclərini, ailənin dolanışığını çatdıra bilmirəm. Hara müraciət edirəmsə, heç bir köməklik olunmur. Belə bir haqsızlığın qarşısında çarəsiz qalmışam.

Hər kəsə bəllidir ki, ətraf rayonlarda işsizlik baş alıb gedir. Bu səbəbdən də 3-5 il bir adamı işlədib, sonradan işdən çıxarırlar. Məlum məsələdir ki, hər kəs iş istəyir. Bu gün mən də haqsız yerə işdən çıxarılan və iş axtaranlardan biriyəm. İctimailəşdirin, bəlkə bu kimi haqsızlıqlara son verilə".

Geri qayıt