Barat Yusubovun bazara çevirdiyi Yeni Klinika... .....                     Şvabenin cəhdləri mənasızdır: .....                     Gömrük Komitəsində 3 aydır gecikən maaşlar VERİLDİ .....                     Əliyevin həmləsi durumu kökündən dəyişdi .....                     Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı .....                     AZNEFT rəhbəri bu məsələdə mövqe ortaya qoymazsa... .....                     7 ölkədən xəbərdarlıq edilir: böyük fəlakətlər olacaq .....                     “Xəstəxanaya yerləşdirəndə sol tərəfi işləmirdi, əsəbdən...” .....                     "Fevralın əvvəlində Paşinyanın Trampla görüşünün baş tutması üçün hər şey edilir..." .....                     Azərbaycanda investisiya şirkətinin rəhbərliyindən biri vəzifəsini tərk edib .....                     6 aydır başçı yoxdur... sakinlər NƏ ETSİN? .....                     Bakı Kremlin demarşını özünə qaytardı: Rusiya bunu etməsə... .....                     Nazir getdi, nazirlik də ləğv olunur? .....                     İşçilərin əməyinin ödənilməsinin hansı sistemi və növləri vardır? .....                     Şakro Molodoy vida mərasimində .....                     14 kiloqram heroin və marixuananın dövriyyə buraxılmasının qarşısı alındı .....                     "İlin günün bu vaxtı işçini ixtisar edərlər?" .....                     “Bu bəyanatların heç iki qəpiklik dəyəri yoxdur” .....                     Siyəzəndə keçmiş məhbus saxlanıldı .....                     "Haram pulları necə yeyirsiniz?!!" .....                     Ermənistan könüllü etməsə, İrəvanı buna necə məcbur edə bilərik? .....                     Nərimanovda yenə də süpürgəçi maaşları QAYÇILANIR... .....                     Ana Vətən Partiyası seçkinin nəticələrini tanıdı .....                     Sərhəddə hər an təxribat TƏXRİBAT törədilə bilə .....                     Qonşu ölkədə Azərbaycana qarşı 300 atəş nöqtəsi yaradılıb .....                     Əliyev 10 il öncəkindən qat-qat güclüdür, çünki… .....                     Dövlət qurumlarında maaş problemi .....                     Zaur Mikayılovun işçisi MEYDAN SULADI .....                     Ərəbləri Azərbaycana dadandıranlar ÖZBAŞINA QALIB? .....                     Biz gənclərimizlə fəxr edirik .....                     Ronald Reyqan deyərdi ki... .....                     Vaşinqtonda sərnişin təyyarəsi ilə helikopter toqquşub .....                     Azərbaycan gənci qalib ölkənin vətəndaşıdır .....                     Qəzanın ilkin hesabatı niyə gecikir? .....                     Generallar toplandı: Ordumuz bu ölkədə əməliyyat keçirə bilər .....                     Amerika arzusu kabusa çevrilir: Azərbaycanlı miqrantları nə gözləyir? .....                     Baltikyanıda Rusiya təxribatları: vəziyyət kritikləşir .....                     "Müharibə xəbərdarlığı Ohanyanın başından böyük sayıqlamasıdır" .....                     "Atamın bir əli işləmir" .....                     Geyim mağazası vətəndaşa qarşı dələduzluq etdi .....                 

TÜRKİYƏ ŞİRKƏTİ MASALLIDAN NİYƏ QAÇMALI OLDU?
Tarix: 10-11-2012, 12:04 | Çap et
TÜRKİYƏ ŞİRKƏTİ MASALLIDAN NİYƏ QAÇMALI OLDU?
ŞİRKƏTİN AZƏRBAYCAN NAZİRLİKLƏRİ İLƏ CİDDİ PROBLEMLƏRİ YARANIB

DİA.AZ: - Ölkənin 10-dan artıq rayonunun, o cümlədən Masallı rayonunun da su-kanalizasiya sisteminin qurulmasına bu il start verilib. Bu məqsədlə hər rayonda həmin işlərin görülməsinə 50-100 milyon manat vəsait ayrılıb. Məsələn, Lənkəranda bu məqsədlə görüləcək işlərin məbləği 170 milyon manat, Mingəçevirdə 150 milyon manatdır. Ən az məbləğ ayrılan rayonlardan biri isə Masallıdır – 56 milyon manat.

Bəs bu sahədə işlər necə gedir?

Bu suala cavab verməzdən öncə xatırladaq ki, Masallı rayonu bir dəfə kanalizasiyanın əzablarını yaşayıb. Hələ 25-30 il öncə Masallıya kanalizasiya xətti çəkmək istəyirdilər. Yolları dağım-dağım etdilər, bəzi yerlərdə tramvay xətti kimi dar, qoşa şırımlar çəkdilər, bu məqsədlə yüz min manatlarla pul xərcləndi. Kanalizasiya ərsəyə gəlməsə də, həmin xaraba yolları sahmana salmaq illərlə vaxt apardı. Həmin yeraltı turbalar isə lazımsız əşya kimi torpağın altında qaldı.

İndi yenə də kanalizasiya çəkirlər. Məbləğ daha böyük, məqsəd daha möhtəşəm. Bəs nəticə? Yuxarıdakı “Bəs bu sahədə işlər necə gedir?” sualının cavabına qayıdaq. Masallıda bu işin görülməsi üçün 17 ay vaxt ayrılıb. İşlərə, əsasən, bu ilin fevral ayından start verildiyini nəzərə alsaq, həmin müddətin yarıdan çoxu arxada qalıb. Lakin nəzərdə tutulan işlərin heç 30 faizi də görülməyib. Qarşıda isə qarlı-şaxtalı qış gəlir. Xoş havalarda belə asta-asta işləyənlərin qış aylarında normal fəaliyyət göstərəcəkləri çox şübhəlidir.

Məlumat üçün bildirək ki, bu işi aparan Türkiyənin “Eser” şirkəti rayona 10 milyon dollar dəyərindən artıq texnika gətirib. Burada elə aqreqatlar var ki, dəyəri 1 milyon dollardan artıqdır. Həmin aqreqat daşlı yolu qazır, sonra o daşları xırda-xırda parçalayıb qazılmış və turba atılmış yerin üstünə tökür.

Masallıda su-kanalizasiya işlərini görmək üçün Türkiyə şirkəti yerli işçi qüvvəsindən əlavə Türkiyədən 80 nəfərlik mütəxəssis və fəhlə qüvvəsi gətirib. Redaksiyaya daxil olan məlumata görə, həmin türk mütəxəssis və fəhlələri bu günlərdə işlərini yarımçıq qoyaraq rayonu tərk ediblər. DİA.AZ-a bu barədə rayondakı qaynaqlar xəbər verib.

Səbəb nədir? Mənbənin verdiyi məlumata görə, onların problemi başdan aşır. Belə ki, ilk problem Miqrasiya İdarəsi ilədir. Yəni, onların əcnəbi kimi burada fəaliyyəti lazımınca sənədləşdirilmir və onlara əcnəbi işçi kimi arzu olunan status verilmir. Şirkətin Ekologiya və Təbii Sərvətlər Nazirliyindən tutmuş Fövqəladə Hallar Nazirliyinə, o cümlədən sifarişçi Su Meliorasiya idarəsinə qədər bir çox təşkilatlarla problemləri var. Bu da onunla nəticələnib ki, buradakı işçilər aylarla əmək haqqı ala bilmir, şirkət yanacaqdan tutmuş yemək puluna qədər müvafiq təşkilatlara borcludur.

Şirkətin gördüyü işlər də qüsurludur. Adını açıqlamaq istəməyən mütəxəssisin dediyinə görə, kanalizasiya çəkilən əsas - ana xətdən köməkçi yollara çıxış qoyulmayıb. Bu o deməkdir ki, hər yeni çıxışı açmaq üçün, əsas yol dağıdılmalı, vurulmuş asfalt sökülməlidir.

Rayon icra hakimiyyətinin bu şirkətə təsir imkanları çox aşağıdır. Çünki sifarişçi Azərbaycan Su-Melorasiya Nazirliyidir. Vəsaitin sərəncamçısı da onlardır. Hazırda Masallının əsas küçələri bu qazıntılara görə bərbad vəziyyətdədir. İcra hakimiyyətinin rəsmilərinin bildirdiyinə görə, rayonun bütün əsas küçələrini asfaltlamaq üçün lazımi vəsait var. Lakin su-kanalizasiya sistemi üçün qazılan küçələrdə işlər tamamlanmadığı üçün asfalt döşəmək olmur. Rayon icra hakimiyyətinin iqtisadiyyat məsələləri üzrə müavini Seymur Nuriyev həmin şirkətin rəhbərlərinə istinadən bildirir ki, şirkəti tərk edən türklərin miqrasiya problemi olub. Gedənlər də əsasən sıravi işçilər olub, mütəxəssislər yox. Birləşdirici qurğular da yaxın günlərdə rayona gətiriləcək. İşin sürətləndirilməsi üçün əlavə briqadaların da gələcəyi gözlənilir. Bu günlərdə icra hakimiyyətinin arxasında yeni salınmış küçəyə asfalt döşənəcək. İcra hakimiyyətinin qarşısındakı küçə isə bağlanaraq meydan olacaq. Ən yaxın müddətdə Zərifə Əliyeva, Qarabağ, Azərbaycan küçə və prospektlərinə asfalt döşənməsi planlaşdırılır. Şirkətdən bizə bildiriblər ki, onlar artıq bir sıra borclarını ödəyiblər.

Oxuculara onu da xatırladaq ki, Masallıda su-kanalizasiya sisteminin qurulması üçün tikinti işlərinin təməlqoyma mərasimində ölkə başçısı İlham Əliyev də iştirak edib. Lakin mart ayının ortalarında təntənə ilə qeyd olunan təməlqoyma mərasimindən 7 ay ötsə də, ( Musaküçə dairəsindən Hüseynhacılı kəndinə gedən yolun şimal tərəfi) nəinki burada əlavə işlər görülməyib, az qala tənzimləyici qurğunun olan-qalan qurğuları da dağıdılıb. Qısası, Masallıda 56 milyonluq su-kanalizasiya sisteminin quraşdırılmasında bir sıra məsələlər ciddi sual altındadır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Barat Yusubovun bazara çevirdiyi Yeni Klinika... - vətəndaş süründürməçiliyi ifşa etdi
Bu gün, 10:57
Şvabenin cəhdləri mənasızdır: - Bakı mövqeyindən bir addım da olsun geri çəkilməyib
Bu gün, 10:48
Gömrük Komitəsində 3 aydır gecikən maaşlar VERİLDİ - AÇIQLAMA
Bu gün, 10:30
Əliyevin həmləsi durumu kökündən dəyişdi – “Artıq Putin də...”
Bu gün, 10:26
Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı - FOTO
Bu gün, 10:23
AZNEFT rəhbəri bu məsələdə mövqe ortaya qoymazsa... - "Siyəzənneft"lə bağlı planlar NƏDİR?
Bu gün, 10:19
7 ölkədən xəbərdarlıq edilir: böyük fəlakətlər olacaq – Ovannisyan
Bu gün, 10:07
“Xəstəxanaya yerləşdirəndə sol tərəfi işləmirdi, əsəbdən...” - AÇIQLAMA
Bu gün, 10:02
"Fevralın əvvəlində Paşinyanın Trampla görüşünün baş tutması üçün hər şey edilir..." - “Hraparak”
Bu gün, 10:01
Azərbaycanda investisiya şirkətinin rəhbərliyindən biri vəzifəsini tərk edib - Onun yerinə isə...
Bu gün, 09:59
6 aydır başçı yoxdur... sakinlər NƏ ETSİN? - MÜRACİƏT
Bu gün, 09:56
Bakı Kremlin demarşını özünə qaytardı: Rusiya bunu etməsə... - NƏ BAŞ VERİR?
Bu gün, 09:50
Nazir getdi, nazirlik də ləğv olunur? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:47
İşçilərin əməyinin ödənilməsinin hansı sistemi və növləri vardır? - Ekspert danışır...
Bu gün, 09:43
Şakro Molodoy vida mərasimində - Hamı bu VİDEODAN danışır
Bu gün, 09:38
14 kiloqram heroin və marixuananın dövriyyə buraxılmasının qarşısı alındı - Sumqayıtda polisin narkotik əməliyyatı
Bu gün, 09:36
"İlin günün bu vaxtı işçini ixtisar edərlər?" - NARAZILIQ VAR...
Bu gün, 09:31
“Bu bəyanatların heç iki qəpiklik dəyəri yoxdur” - Çingiz Qənizadə
Bu gün, 09:16
Siyəzəndə keçmiş məhbus saxlanıldı - FOTO
Bu gün, 09:13
"Haram pulları necə yeyirsiniz?!!" - ETİRAZ VAR...
Bu gün, 09:11
Ermənistan könüllü etməsə, İrəvanı buna necə məcbur edə bilərik? - Əliyev nöqtə qoydu...
Bu gün, 09:08
Nərimanovda yenə də süpürgəçi maaşları QAYÇILANIR... - AXI NİYƏ?..
Bu gün, 09:05
Ana Vətən Partiyası seçkinin nəticələrini tanıdı - AÇIQLAMA
Bu gün, 08:56
Sərhəddə hər an təxribat TƏXRİBAT törədilə bilə - Bakı XƏBƏRDARLIQ etdi
Bu gün, 08:53
Qonşu ölkədə Azərbaycana qarşı 300 atəş nöqtəsi yaradılıb – Bakı müharibəyə cəlb edilir
Bu gün, 08:52
Əliyev 10 il öncəkindən qat-qat güclüdür, çünki… - İsgəndəryan
Bu gün, 08:50
Dövlət qurumlarında maaş problemi - ajiotajı kim və niyə yaradır
Bu gün, 08:49
Zaur Mikayılovun işçisi MEYDAN SULADI - AY MAŞALLAH...
Bu gün, 08:48
Ərəbləri Azərbaycana dadandıranlar ÖZBAŞINA QALIB? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:42
Biz gənclərimizlə fəxr edirik - MƏQALƏ
Bu gün, 08:31
Ronald Reyqan deyərdi ki... - ŞƏRH
Bu gün, 08:30
Vaşinqtonda sərnişin təyyarəsi ilə helikopter toqquşub - “CNN“
Bu gün, 08:25
Azərbaycan gənci qalib ölkənin vətəndaşıdır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:21
Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:02
Generallar toplandı: Ordumuz bu ölkədə əməliyyat keçirə bilər – İlk dəfə
Bu gün, 06:24
Amerika arzusu kabusa çevrilir: Azərbaycanlı miqrantları nə gözləyir? - ARAŞDIRMA
Bu gün, 06:20
Baltikyanıda Rusiya təxribatları: vəziyyət kritikləşir - NƏ BAŞ VERİR?
Bu gün, 02:41
"Müharibə xəbərdarlığı Ohanyanın başından böyük sayıqlamasıdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 02:39
"Atamın bir əli işləmir" - Ənvər Həsənovun qızı
Bu gün, 02:36
Geyim mağazası vətəndaşa qarşı dələduzluq etdi - İDDİA
Bu gün, 02:33
Rusiya Azərbaycanla münasibətləri korlamaq yerinə... - AKTUAL
Bu gün, 02:30
Gömrük komitəsində NƏLƏR BAŞ VERİR? - İLGİNC İDDİALAR
Bu gün, 01:50
Ermənipərəst Menendes 11 il müddətinə azadlıqdan məhrum edilib - KİV
Bu gün, 01:43
Türkiyə şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 00:05
Azərbaycanda şirkət nizamnamə kapitalını - 1,5 MLN. MANAT AZALTDI
Bu gün, 00:02
Zəngəzur dəhlizində “Sülh kəsişməsi” - Yenə də erməni məntiqsizliyi
Dünən, 19:00
Azərbaycanın iradəsi olmadan... bölgədə heç bir layihə reallaşa bilməz!
Dünən, 18:58
Bələdiyyə seçkilərində namizədlərin 50 faizi gənclərdir, bu, keyfiyyətin yüksəlməsində mühüm rol oynayacaq
Dünən, 18:07
Eks-nazir Paşinyanı devirməyə çağırdı
Dünən, 18:05
Ermənistan hərbi ritorikanı artırdı – Paşinyan orduya göstəriş verdi
Dünən, 18:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru