KEÇMİŞ SEPARATÇI LƏNKƏRANDA AT OYNADIR
Tarix: 13-12-2012, 09:36 | Çap et
ONLARLA VƏTƏNDAŞIN HAQQI NECƏ YEYİLİR?Bu günlərdə mətbuatda "Lənkəranın Cabir Dadaşov problemi" başlıqlı yazı dərc olunub. Həmin yazıda Lənkəran şəhəri, Heydər Əliyev prospekti 313 ünvanda yaşayan 21 ailənin üzləşdiyi müsibətdən yazılmışdı. Söhbət ondan gedir ki, Lənkəran "Meyvə-Tərəvəz Konserv" ASC-nin 64 səhmdarının olmasına baxmayaraq, Lənkəran Ticarət Mərkəzinin keçmiş direktoru Cabir Dadaşov bu obyektin nəyi varsa, hamısını qeyri-qanuni olaraq özəlləşdirib. Həmin 21 nəfər ailənin yaşadığı ev də vaxtilə həmin müəssisədə can qoymuş insanlardır.
Evlər isə Lənkəran "Meyvə-Tərəvəz Konserv" Zavodunun balansında olduğundan Cabir Dadaşov 50 ilə yaxın həmin evlərdə yaşayan ailələri indi çölə atmaq istəyir. Halbuki 1994-cü ildə prezident Heydər Əliyevin sərəncamı ilə dövlət müəssisələrinin balansında ola evlər həmin müəssisələrdə işləyən insanlara özəlləşdirmək üçün verilmişdi. Bu gün C.Dadaşov arxivi yox etdiyindən sakinlərə heç bir arayış vermir ki, evlərini özəlləşdirə bilsinlər. Bu azmış kimi, "Zavodu almışam, evlər də zavodla bir yerdə mənimdir" deyərək Cabir Dadaşov sakinlərə qənim kəsilib.
Həmin yazıda o da qeyd olunmuşdu ki, özəlləşdirmə haqqında araşdırmalar davam edir. Ona görə də sakinlərdən neçə gün əvvəl növbəti şikayət aldıq. Araşdırmaq üçün Lənkəranda oldum, bir çox insanlarla görüşdüm.
Mənzillərin hər biri Cabir Dadaşov tərəfindən 2 “məmmədə" özəlləşdirilib!
Bu görüşlərin nəticəsi olaraq oduqca tükürpədici faktlar əldə etmişik. Ancaq bəzi sənədlərin əlavə araşdırılmasına ehtiyac var və bu yöndə fəaliyyətimiz davam edir. Əldə etdiyimiz sənədləri isə hədsiz dərəcədə sensasiya adlandırmaq olar. İndi təsəvvür edin ki, zavodun sakinlər yaşayan həmin evlərinin hər biri 2001-ci ildə 2,2 min manata, yəni el dili ilə desək, "2 məmmədə" özəlləşdirilib. Burada Cabir Dadaşovun Dövlət Əmlak Komitəsinin yerli qurumları ilə sövdələşməsi və korrupsiya faktları böyük rol oynayıb. Biz növbəti yazılarımızda Dövlət Əmlak Komitəsini təəccübləndirmək üçün yox, dövlət malının necə yeyilməsini göstərmək üçün Lənkəran "Meyvə-Tərəvəz Konserv" ASC-nin icraçı direktoru B.Ə.Axundovun 02 yanvar 2001-ci ildə imzaladığı zavodun əsas vəsaitlərinin siyahısını və onların özəlləşdirmə qiymətlərini təqdim edəcəyik. Onda məlum olacaq ki, 184 adda zavodun əsas vəsaitləri su qiymətinə necə ələ keçirilib və özəlləşdirilib.
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbərliyinin diqqətinə...
Siyahıdan məlum olur ki, o boyda zavodun yarımstansiyasının binası cəmi 6452 manata, yəni 6 “məmməd, iki “qız qalası"na özəlləşdirilib. Təqdim edəcəyimiz həmin o 184 adda vəsaitin özəlləşmə siyahısı yəqin ki, Baş Prokurorluğun korrupsiyaya qarşı mübarizə İdarəsini də maraqlandıracaq. Onu da diqqətə çatdıraq ki, zavodun şəriklərindən olmuş Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı, mərhum Dilruba Camalovanın və onun müavini, mərhum Təhmasib İbrahimovun sağlığında Cabir Dadaşov həmin şəriklərdən biri kimi heç bir qanunsuz əməl törədə bilməyibmiş. Amma hər iki tanınmış şəxs vəfat edəndən sonra şəriklərdən biri kimi meydanda tək qalan Sərraf isə artıq Cabir Dadaşovla bacara bilməyib. Sanki ölkəni yiyəsiz bilən C.Dadaşov bu dəfə məhkəmələrə üz tutub. O, zavodun rəhbərliyinin və digər 62 səhmdarın razılığı olmadan qeyri-qanuni məhkəmə qərarları ilə hər şeyi zəbt edib.
Evi Cabir Dadaşov tərəfindən ələ keçirilən ailələr Prezidentdən kömək istəyir..
Ancaq Lənkəran Ticarət Mərkəzinin sabiq direktoru Cabir Dadaşovun qanunsuz əməlləri bununla yekunlaşmır. Bizə təqdim edilən sənədlərdən və məhkəmə materiallarından aydın olur ki, C.Dadaşov sanki bütün Lənkəranı özəlləşdirib. Şikayətçilər onun Əlikram Hümbətovla ünsiyyətindən də danışdılar. Bu faktları dəqiqləşdiririk. Bundan əlavə, 2005-ci ildə dövlət çevrilişinə cəhd edənlərin arasında Cabir Dadaşovun adının 43-cü olmasını sübut edən siyahını növbəti saylarımızda dərc edəcəyik.
Bildiyimiz odur ki, bu insanın qanunsuz əməllərinə qarşı yeganə mübarizə aparan insan 74 yaşlı Lənkəran şəhəri Nəsirli küçəsi ev 32-də yaşayan Sahib Nəsrullayevdir. Bu ağsaqqalın yeganə bir məqsədi var. Dövlətin qanunlarını tapdalayıb, onun cibinə girən Cabir Dadaşov qanun qarşısında cavab versin.
Bizimlə söhbətində ağsaqqal Sahib kişi çox mətləblərə işıq saldı və dövlətin mənayefinə zərbə vurmuş olan sənədləri bizə təqdim etdi. Bu barədə gələn saylarımızda ətraflə bəhs edəcəyik. Ancaq indi onun söylədiyi bir faktı aidiyyəti qurumların diqqətinə çatdırmaq istəyirik ki, görək, Lənkəranın sahibi kimdir? Lənkəranda müasir qoçu?
Sahib kişi bizimlə söhbətində dəhşət saçan bir faktı açıqladı:
-Lənkəran Ticarət Mərkəzinin sabiq direktoru Cabir Dadaşov bu gün Lənkəranda fəaliyyət göstərən 6500 obyektdən 5000-ni qanunsuz ələ keçirərək Lənkərana sahiblik edir. Görəsən, dövlət hara baxır? Düzdür, belə qanunsuz işlərinə görə Cabir Dadaşov Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 31 oktyabr 2007-ci il tarixli hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum da edilib. Amma... Onun dövlətə məxsus obyektləri qeyri-qanuni olaraq zəbt etməsi faktı təsdiq olunub və bir qismi müsadirə olunaraq dövlətə qaytarılması haqqında qərar çıxarılıb. Bu qərara əsasən Lənkəran şəhəri Füzuli küçəsində yerləşən qarışıq mallar ticarəti idarəsinin balansındakı "Mebel evi", Qala Xiyabanı küçəsində yerləşən mərkəzi univermağı, Lənkəran şəhəri Tofiq İsmayılov küçəsində, düz dənizin içində yerləşən "Yaşıl ada" istirahət mərkəzi dövlətə qaytarılmalıdır. Uzun çək-çevirdən sonra "Mebel evi", "Yaşıl ada" dövlətə qaytarılsa da, Mərkəzi Univermaq və onun ikinci mərtəbəsindəki "Arzu" şadlıq evi hələ də Cabir Dadaşovun istifadəsindədir. Qaytarmır! Qoçunun buynuzu olmur ki! Təəssüfləndirici hal budur ki, bütün bunlar hüquq mühafizə orqanları rəhbərlərinin gözü qarşısında baş verir...
***
Görünür, Cabir Dadaşov Azərbaycan məhkəmələrindən və prokurorluğundan olduqca güclüdür ki, məhkəmənin qərarı olmasına baxmayaraq, Mərkəzi Univermağı və üstündəki "Arzu" şadlıq evini dövlət geri ala bilmir??? Məhkəmənin qərarının 5 ildir niyə icra olunmaması, daha doğrusu, məhkəmə qərarının icra olunması haqqında icra vərəqinin Lənkəran şəhər Məhkəməsinə niyə göndərilməmsi isə yəqin ki, Məhkəmə Hüquq Şurasını mütləq maraqlandıracaq.
Növbəti yazılarımızda Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin 31 oktyabr 2007-ci il, Şirvan Apellyasiya Məhkəməsinin 18 iyul 2008-ci il, 25 may 2009-cu il, Ali Məhkəmənin 30 sentyabr 2009-ci il qərarları ilə sizləri tanış edəcəyik. İndilikdə isə Ali Məhkəmənin 30 sentyabr 2009-ci li tarixli hakim İlham Cəfərovun sədrliyi ilə keçirilən məhkəmə iclasındakı işin hallarından bir bəndi təqdim edirik: "Birinci İnstansiya Məhkəməsinin hökmü ilə Dadaşov Cabir Qubad oğlu təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərməklə təkrarən özgənin külli miqdarda əmlakını və əmlaka olan hüquqlarını tələb etmiş, öz qulluq mövqeyindən istifadə edərək özgə əmlakını xeyli və külli miqdarda təkrarən israf etməklə talamış, torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozaraq torpaq sahəsini özbaşına tutmuşdur".
Bütün məhkəmə materialları Cabir Dadaşov haqqında bu kimi ittihamlarla doludur. Bəs görəsən belə olan surətdə Cabir Dadaşov 11 illik məhkumluq həyatını necə 4 ilə endirib?
Lənkəran şəhər sakini Sahib Nəsrullayevin, Cabir Dadaşovun bu kimi qanunsuz əməllərinin qarşısını almaq üçün bütün dövlət orqanlarına torbalarla müraciətinin və aldığı cavabların bir qismini, Lənkəran prokurorunun, Lənkəran polis şöbəsi rəisinin, yerli dövlət qurumlarının, MTN-in Lənkəran şəhər şöbəsi rəisinin Cabir Dadaşov qarşısında acizliyinin səbəbləri və digər sensasiyalı sənədlər növbəti yazılarımızda açıqlanacaq.
-Lənkəran şəhər prokuroru vətəndaşların şikayətinə niyə baxmır?
-Lənkəran şəhər mikrorayonunda yerləşən, "Gülüstan" şadlıq sarayına qarşı qoyulmuş həbs qərarı niyə və kimin təsiri və tapşırığı ilə sonradan dəyişdirildi?
- C.Dadaşov həbsdən çıxan kimi məhkəmə prosesində ona məxsus olmadığını bildirdiyi həmin şadlıq evini nəvəsinin adına necə özəlləşdirdi?
(Davamı var)
Elçin MƏMMƏDLİ
Bakı-Lənkəran-Bakı
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:41 |
|
|
|
• Ətin qiyməti niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:36 |
|
|
|
• Avropa Birləşmiş Ştatları... - Bu, mövcud problemlərin həlli deyil
Bu gün, 10:30 |
|
|
|
• İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:11 |
|
|
|
• Araikin Bakıda etirafı Paşinyanı qorxutdu - Görünəni odur ki...
Bu gün, 09:06 |
|
|
|
• Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır - NPR
Bu gün, 09:03 |
|
|
|
• “Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” - GƏLİŞMƏ
Bu gün, 07:45 |
|
|
|
• 'Milli şura'nın Rusiya Prezidentinə gizli məktubu üzə çıxdı - ŞOK MƏTN...
Bu gün, 07:41 |
|
|
|
• "Şagirdlərdə əlavə stres yaradır..." - NƏ ETMƏLİ?
Bu gün, 07:30 |
|
|
|
• Moskvanın qorxduğunu Bakı etdi: Daha iki yalan ortaya çıxdı... - skandal böyüyür
Bu gün, 07:24 |
|
|
|
• Beyləqanda Şəhid ailəsinin iztirabları... - AXI NİYƏ?..
Bu gün, 07:19 |
|
|
|
• İcra Hakimiyyətinin sabiq işçisi niyə güllələnib? - Adamöldürmə, zorlama, dava, fırıldaq....
Bu gün, 07:12 |
|
|
|
• "ABB-də bundan da biabırçı hallar var imiş..." - İTTİHAM
Bu gün, 06:44 |
|
|
|
• İşçisi də Heydərov kimi ov ovlamağı sevirmiş... - TƏFƏRRÜAT
Bu gün, 06:38 |
|
|
|
• Taleh Qaraşovun “Arifqızı” planı necə pozuldu? - İLGİNC
Bu gün, 06:33 |
|
|
|
• Paşinyandan Türkiyəyə reverans: görünən və görünməyən məqamlar - İNCƏLƏMƏ
Bu gün, 06:24 |
|
|
|
• “Şəfiqə Axundovanı da, oğlu Talehi də məhv etdilər, paxıllığını çəkirdilər”
Bu gün, 06:20 |
|
|
|
• Özəlləşdirmə çekləri: ziddiyyət, haqsızlıq və qanunun tələbi - ARAŞDIRMA
Bu gün, 00:30 |
|
|
|
• DSMF-dən ŞİKAYƏT: 250 nəfərin pensiyası nəyə görə dayandırıldı? - BU NƏDİ BELƏ?
Bu gün, 00:24 |
|
|
|
• Sabiq nazirdən Vasif Talıbovla bağlı ŞOK AÇIQLAMA - VİDEO
Bu gün, 00:19 |
|
|
|
• "Getdiyiniz yerləri araşdırın, maraqlanın..." - ÇAĞIRIŞ
Bu gün, 00:10 |
|
|
|
• Baş həkim İlyas İsmayılovun səhhətindən danışdı - "Onun səhhətində..."
Bu gün, 00:07 |
|
|
|
• Daşaltı əməliyyatından 33 il ötür - UNUTMARIQ!
Bu gün, 00:04 |
|
|
|
• Metroda SÜNİ QİYMƏT ARTIMI: - “Milyonlarla rüşvət aldığı və...”
Dünən, 18:00 |
|
|
|
• “10 il vaxt, nə qədər də istəyirsiniz silah verin, əsla bizə çata bilməyəcəklər” - deputat
Dünən, 16:46 |
|
|
|
• "Musa küsəyəndir, çantası da qapının ağzındadır" - Təranə
Dünən, 16:44 |
|
|
|
• Suriya türkmənləri yeni hakimiyyətlə görüşəcək - AÇIQLAMA
Dünən, 16:37 |
|
|
|
• AZAL-ın sabiq prezidenti yeni məqamları açdı - “Rusiya məsələni boynundan tam atmaq üçün həyasızlıq edir”
Dünən, 16:33 |
|
|
|
• Gürcüstan XİN başçısı Ermənistana səfər planlaşdırır
Dünən, 16:23 |
|
|
|
• “Dövlət qurumlarının, nazirliklərin də 150 illik yubileylə bağlı həssaslıq göstərməsini gözləyirik” - ÇAĞIRIŞ
Dünən, 16:20 |
|
|
|
• Çin İrəvana "sarı işıq" yandırıb - Manasaryan
Dünən, 16:18 |
|
|
|
• Vasif Xatirədən incidiyini etiraf etdi
Dünən, 16:16 |
|
|
|
• Əli Əhmədov HƏBS OLUNDU - BUNA GÖRƏ...
Dünən, 16:10 |
|
|
|
• Qonşularımız pisdir, AMMA... - GƏLİŞMƏ
Dünən, 16:08 |
|
|
|
• 1 milyonluq dələduzluqdan bəraət almışdı - 10 illik həbs edildi
Dünən, 16:06 |
|
|
|
• Azərbaycan-İran münasibətlərində BU AMİL nəzərə alınmırsa... - YA ALLAH...
Dünən, 16:04 |
|
|
|
• Rusiyanın nəinki Yaxın Şərqdə, heç Cənubi Qafqazda da əvvəlki kimi gücü qalmayıb - RƏY
Dünən, 14:00 |
|
|
|
• USAİD-in bütün dünya üzrə yardımları dayandırıldı – Yoxlamalar başladı
Dünən, 13:09 |
|
|
|
• Ağayevin baltası Mənsimovun əmisi qızına dəyibmiş
Dünən, 13:06 |
|
|
|
• İran ÖZÜNƏ YIĞIŞMADI - Bakıdan qəzəb reaksiyası
Dünən, 12:21 |
|
|
|
• Bu amilin özü də Tramp üçün əhəmiyyətlidir... - ŞƏRH
Dünən, 12:05 |
|
|
|
• Paşinyandan Moskvaya qarşı NATO "oyun"u - İLGİNC...
Dünən, 12:00 |
|
|
|
• Xırdalan sakinləri təcili yardımın qəbuluna niyə düşə bilmir? - PROBLEM VAR...
Dünən, 11:32 |
|
|
|
• “Toplum TV” işi üzrə ilkin istintaq bitdi - Məhkəmə başlayır
Dünən, 11:29 |
|
|
|
• Putin Trampla görüşə razılıq verdi
Dünən, 11:27 |
|
|
|
• “Qərb maliyyəni kəsən kimi, Ermənistan yanımıza qayıdacaq” - Rusiyalı politoloq
Dünən, 11:26 |
|
|
|
• "Qara qutu"nun deşifrə olması... - AÇIQLAMA
Dünən, 11:20 |
|
|
|
• “Köçəryan və Sarqsyanı da Bakı məhkəməsinə çıxarmaq lazımdır” – ALEKSANYAN
Dünən, 11:15 |
|
|
|
• “Pilot Residence”-in rəhbərliyindən Prezidentə şikayət - "Sizdən artıq dərəcədə xahiş edirik..."
Dünən, 11:00 |
|
|
|
• Kreml Yaponiyanın Rusiyaya qarşı mövqeyini qeyri-dost hesab edir - TASS
Dünən, 10:51 |
|
|
|
|