FHN 205 minlik tenderi simsar şirkətə verdi: .....                     “Atamla anam aktrisa olmağıma dəstək verdilər, kaşki...” .....                     Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər .....                     “Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” .....                     ŞUŞANIN AZAD OLUNMASI UĞRUNDA DÖYÜŞÜB, MEDAL VERMƏYİBLƏR... .....                     "İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır" .....                     Trampın Ağ Evdəki ilk 10 günü .....                     "Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır" .....                     "BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" .....                     "Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır .....                     Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: .....                     Rusiyadan Azərbaycana müsbət cavab .....                     Ermənistanda hərbi hərəkətlənmə: .....                     AŞPA-ya ETİRAZ: .....                     Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək .....                     Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? .....                     ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR .....                     Trampdan ilham almış rus tarixçisi: .....                     Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? .....                     16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, .....                     Saxta plastik cərrahlar üçün SON GÜN .....                     Tramp və Paşinyanın sirli fotosu .....                     Paşinyan sülh layihəsindən danışdı .....                     Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı .....                     Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? .....                     “Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” .....                     Tramp təyyarə qəzasını sabotaj hesab edir .....                     Suraxanı RİH bu Hövsan sakinlərini palçıqdan çıxarmır .....                     DTX-dan xüsusi əməliyyat: .....                     Ermənistan qulağa xoş gələn avazlar oxumaq əvəzinə konkret addımlar atmalıdır .....                     Azərbaycan banklarına hücum Rusiyadan təşkil olunub? .....                     Tehran və Moskvanın narahatlığı bəlli oldu .....                     Pulu daşdan çıxan qadın 63 yaşında sosial şəbəkədə fenomen oldu: .....                     Jurnalistə bu universitetdə .....                     "Nədən canı ağrıyan insanlar bu qədər əziyyətə məcbur edilir?" .....                     Azərbaycanlı milyarderi `batırmaq` istəyən iş adamı saxlanıldı .....                     Kürdəmirdə bir məktəbi 100 şagird tərk edib? .....                     “BİZİ ÖZ EVİMİZƏ HƏBS EDİBLƏR" .....                     Ölkədən pul çıxaran “ASCO Logistics”lə bağlı sabah qərar veriləcək .....                     Azərbaycanda bank faizləri çox yüksəkdir... .....                 

ŞOK: “UNİBANK”IN MƏHV ETDİYİ BİR AİLƏNİN FACİƏSİ
Tarix: 17-01-2013, 09:23 | Çap et
ŞOK: “UNİBANK”IN MƏHV ETDİYİ BİR AİLƏNİN FACİƏSİ
50 FAİZ SƏLƏMİ SIRIYAN BANK CƏLİLABAD SAKİNİNƏ MÜSİBƏTLƏR YAŞADIB

Unibanka görə anam özünü öldürüb, atam isə özünə qəsd edib.

Unibank 43 min dollara qarşı 64 min pul tələb edir – 21 min dollar sələm!

Unibank əhalinin evlərini yarı qiymətinə əllərindən alır

Eşidirsənmi, Elman Rüstəmov, sənin ölkəyə doldurduğun bankirlər əhaliyə reketsayağı sayğac qoşurlar

Unibank insanların avamlığından istifadə edərək onlara min cür kombinasiyalar qurur ki, tələyə salsın və əmlakı vətəndaşların əlindən alsın...



DİA.AZ: - Redaksiyamıza daha bir kredit qurbanının faciəli hekayətini anladan şikayət məktubu daxil olub. Cəlilabad şəhəri, Tomrus küçəsi, ev 17 ünvanında yaşayan Adıgözəlova Gülşən Məktub qızı DİA.AZ-a başına gələn oyunları yazır:

“2008-ci ildə ərim Unibankdan kreditlə maşın almışdı. Mersedes markalı maşının qiyməti servisdə 35 min manat idi. Həmin maşın Unibankda girov qoyuldu, pulun 25 minini bank verdi, 10 minini isə nağd öz cibimizdən servisə ödədik. Ayda 800 manatdan 3 il müddətində bu başkəsənlərə pul ödəməliydik. Məsələ burasındadır ki, bu 25 minin əvəzinə bunlara 32 min manat pull qaytarmalıydıq, ödəyə bilməyəcəyimiz təqdirdə isə maşınımızı bank əlimizdən alacaqdı. Şərt belə qoyulmuşdu. Sağ olsun Milli Məclisdəki deputatlarımız ki, bu cür ağır şərtlərlə qan soran bankları ölkəmizə buraxıblar! Sağ olsun Elman Rüstəmov ki xalqın avamlığından istifadə edib sələmçi başkəsənlərə qanımızı içməyə imkan verib! Hətta pulun yarısını da aybaay vaxtında ödəsəydik və daha imkanımız olmasaydı ödəməyə, vəssalam, Unibank yenə də maşınımızı əlimizdən alacaqdı və ödədiyimiz artıq pulları da geri qaytarmayacaqdı! Bu necə bankçılıqdır?! Bunlar Azərbaycanı nə hesab edirlər? Amerikada nə qədər murdar sistem var hamısını gətirib doldururlar Azərbaycana! Bir də ayılmışıq ki, minlərlə, on minlərlə insanın bu yolla əmlakını əllərindən alıblar.

8 aya yaxın stabil olaraq bu banka 800 manat hər ay pul ödədik. Ailə vəziyyətimizin çətin olmasına baxmayaraq. Qoca valideynlərimin pensiyasını toplayır, qalan pulu isə ərim maşınla qazanırdı. Sonra maşın qəzaya düşdü, əzilib yararsız hala düşdü. Avariyadan sonra artıq banka pul ödəmək imkanımız məhdudlaşdı. MBASK adlı elə bu şirkətin rəhbərliyinə məxsus olan Sığorta Şirkəti bizdən 1500 sığorta üçün pul almışdı, lakin maşınımız əziləndə bir qəpik də pul vermədi. MBASK müxtəlif bəhanələr gətirərək maşını düzəltdirməkdən imtina etdi. Bizi tora salmaq üçün əllərindən gələni etdilər. Xahiş edirəm ki, müraciət etdiyim hüquq-mühafizə orqanları MBASK adlı fırıldaqçı sığorta şirkəti ilə də maraqlansınlar. Bu təşkilatın əslində nə işlə məşğul olduğu, kimlərə, nə vaxt və nə qədər sığorta ödədiyi üzə çıxarılsın. Havadan şirkət yaradıblar və milyonlar qazanırlar. Heç kimə heç nə vermirlər və yalnız yığım işinə baxırlar. Həmin sığorta şirkətinin oyunlarına son vermək, aferalarını dayandırmaq lazımdır.

Maşın əziləndən sonra bank bizdən pulu tələb etməyə başladı. Onlar bizə təzyiqlər edir, tez-tez idmançı görkəmli adamları evimizə göndərirdilər. Anam hər dəfə onların gəlişindən stress keçirirdi. Bankın işçiləri bizi məhkəməyə verməkləri ilə hədələyir, evimizi banka girov qoymağımızı istəyirdilər. Biz təzyiqlərdən, onların evimizə gəliş-gedişindən, yaratdıqları stresslərdən bezib, məcbur qalaraq təklif etdik ki, evimizi onlara girov qoyub pul götürək. Onlar bizə dedilər ki, evi girov qoyduğunuza görə sizə pul versək, onda maşından qalmış 15 min manat qalıq borcunuzu da cıxacağıq. Məcbur qalıb razılaşdıq. Bu məsələni də xahiş edirəm araşdırın. Mən evimi onlara girov qoyub pul götürrəmsə, niyə maşının pulunu çıxmalıydılar? Və yerdə qalan kiçik məbləğlə nə iş görməliydim ki, bunlara hər ay külli-miqdarda sələm ödəyim? Unibank insanların avamlığından istifadə edərək onlara min cür kombinasiyalar qurur ki, tələyə salsın və əmlakını əlindən alsın.

Daha bir maraqlı cəhət ondadır ki, Unibank satış qiyməti 75 min manat olan evimizə cəmi 43 min manat qiymət qoydu, bu da 34 min manat eləyir. Yəni məlumatınız olsun ki, Unibank əhalinin evlərini yarı qiymətinə əlindən alır. Baş Prokurorluqdan xahiş edirik ki, Unibankın ev maxinasiyaları ilə bağlı bütün talançılıq, soyğunçuluq aktlarını araşdırsın, bütün mühasibat kağızları geniş şəkildə yoxlasın. Bu gün sadə Azərbaycan vətəndaşları böyük bir cinayət cindikatı ilə üz-üzə qalıb. Dövlət öz vətəndaşlarını qorumalıdır, sələmçi reketləri yox!

Biz o vaxt evimizi rahat şəkildə 75 min manata sata bilərdik, amma bizi tələyə salıb evimizi 43 min dollara (34 min manata) girov götürdülər. Bizə isə cəmi 19 min manat verdilər, dediyim kimi 15 min manatı maşının köhnə borcuna çıxdılar. Lakin... bizə kağız verdilər ki, Unibanka nə az nə çox, 64 min dollar pul ödəməlisiniz. 43 minə qarşı 64 min! Götürdüyümüz pulun üstündə bunlara 21 min dollar sələm ödəməliydik. Təxminən 50 faiz! Eşidirsinizmi, hörmətli Azərbaycanımızın dövlət rəhbərləri, idarəçi cənabları! Unibank 50 faizlik kredit paylayır. Verdiyi 43 min dolların üstündə 21 min dollar sələm alır! Əhsən belə yaşayışa! Azərbaycan sələm sahəsində günü-gündən iri addımlarla irəliləyir! Tezliklə Bakıda Unibankın ələ keçirdiyi evlər sayəsində böyük mikrorayonlar əmələ gələcək.

Aya nə az nə çox, 1779 dollar Unibanka pul ödəməliydik. Əlbəttə ki bu Azərbaycan standartları üçün real deyil. Yəqin özünüz də bilirsiniz ki, Unibank kimi sələmçi banklar hansı oyunlardan çıxır, hansı kombinasiyaları qurur, tələlər yaradırlar ki, son nəticədə əhalinin əmlakına sahib çıxsınlar. Bütün bunlar dəfələrlə deyilib, mətbuatda yazılıb, dövlət orqanlarına çoxlu şikayətlər olunub, amma nədənsə dövlət sələm genosidini dayandırmağa tələsmir.

Elə birinci aydan bizim ödənişlə bağlı problemlərimiz yarandı. Özünüz də bilirsiniz ki, 1779 dollar heç Azərbaycanda nazirlər maaş almır. O pulu götürəndən sonra çətinliklə birinci ay 1779 dollar, sonrakı aylar 1240 dollar, 2000 dollar pul ödəmişik, lakin maraqlıdır ki, Unibank o pulları da hesaba almır, gecikdirdiyimizə görə faizə çıxır. 5000 dollarımız da belə getdi! Eşidirsənmi, Elman Rüstəmov, sənin ölkəyə doldurduğun bankirlər əhaliyə reketsayağı sayğac qoşurlar. Əlimizdə olanları son qəpiyinə kimi tutub alır, hələ özümüzü də borclu çıxardırlar. 5000 dollar ödədiyimiz pulun çekləri olduğu halda Unibankın reketləri onu da faizə çıxıblar. Deməli pullarımız havaya uçub.

Bundan sonra Unibank bizi məhkəməyə verdi. Məhkəmə bizim evdən çıxmağımız haqda qərar qəbul etdi. Bu qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verdim. 3 dəfə məhkəmə iclası keçirildi, lakin Unibankın işçisi həmin məhkəmə iclaslarının heç birinə gəlmədi. Xahiş edirəm bu qanun pozuntusuna da hüquqi qiymət verəsiniz. Demək belə çıxır ki, mən ağ bayraq qaldırmalı, özüm öz əllərimlə gətirib evimin açarını Unibanka təhvil verməliydim. Qanun müstəvisində olan məsələlər isə Unibankı maraqlandırmır, onlar öz imkanlarından, əlaqələrindən istifadə edərək qanunçuluğa da məhəl qoymur, acgözlüklə talana rəvac verirlər. Mənim şikayət məktublarımdan sonra Dövlət orqanlarına yazdıqları cavabda bildirirlər ki, guya mən Apellyasiya məhkəməsinə sayğısızlıq göstərmişəm, halbuki 3 dəfə iclas çağırılıb, heç birində onlar tərəfdən gəlməli olan nümayəndə iştirak etməyib. O necə olur ki, 75 min manatlıq evi əlimizdən alırlar, amma məhkəmə iclasına gəlmirlər. Xahiş edirəm ki, bu məsələyə də diqqət edəsiniz, cinayət işi açıb araşdırasınız. Unibank bu cür iyrənc metodlardan, oyunlardan istifadə edərək avam camaatın evini yıxır. Xahiş edirəm məni başa düşün, anam bu ağrı-acılara, onların təzyiqlərinə tab gətirməyib vəfat edib, atam isə özünə qəsd edib. Bu cinayətkar ünsürləri dövlətimiz cəzasız qoymamalıdır.

Apellyasiya Məhkəməsi 3 ay bizə toxunmamaq haqda qərar çıxardı ki, biz özümüzü toplayaq, ödənişləri edək. 3 aydan sonra Unibankın reketləri evimizə yenidən xaç yürüşlərinə başladılar. Milli Təhlükəsizlik Nazirliyindən xahiş edirəm ki, Unibankın Problemli Məsələlər üzrə Şöbəsinin fəaliyyətinin gizli yönlərini araşdırsın. Bu şöbələrdə işləyənlərin hərəsinin 5-10 evi, 5-10 xarici maşını var. Unibankın Problemli Məsələlər Şöbəsinin işçiləri əslində reket və soyğunçuluqla məşğul olurlar. Həmin işçilər hər 3 aydan bir evimizə təşrif buyurur, hədə-qorxu gəlir, hər dəfə 500 manat, 1000 manat alıb gedirdilər. Deyirdilər ki, bu pula 3 ay da sizin vaxtınızı uzadacayıq, elə edəcəyik ki, bank sizə toxunmasın. Üst-üstə həmin işçilərə 2500 manat pul vermişik, o pullar heç bir yerdə qeydiyyata alınmayıb. Həmin pulları Unibankın Problemli Məsələlər üzrə Şöbəsinin reket işçiləri alıb öz ciblərinə qoymuşlar. Onlar bankın ev məsələlərində həmişə bu üsullardan istifadə edir, çoxlu qanunsuz pullar qazanır, eləcə də girovda olan evi, ya maşını əldən-ələ oformit edərək özləri sahib çıxır, dəyər-dəyməzinə öz əllərinə keçirib sonradan baha qiymətə satıb varlanırlar. Camaatın taleyi bunlarçün oyuncağa çevrilib. Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovdan bu məsələlərin tam araşdırılmasını xahiş edirəm.

Hal-hazırda evimiz qanunsuz olaraq Unibankın əlindədir. Bizim razılığımız olmadan evə 2 bahalı oxrana, gözətçi qoyublar. Onlara aylıq 700 (!) manat maaş sənədləşdiriblər. Biz etiraz edib bu qiymətlə razılaşmadıq, ucuz oxrana tutulmasını istədik. Lakin dedilər ki, hər şey bizim əlimizdədir, nə qədər istəyirik o qədər də hesablayacayıq. O pulu da bizim hesabımıza yazırlar ki, siz ödəməlisiniz. Qəribədir, bizim razılığımız olmadan, bizim hesabımıza öz işçilərinə 700 manat pul yazırlar, bu yolla da çoxlu mənimsəmə ilə məşğul olurlar. Respublikanın güc strukturlarından xahiş edirik ki, bu məsələ ilə də məşğul olsunlar. Biz 1 ildir evdən çıxmışıq. İndi belə çıxır ki, bir maşının pulunu da Unibankın oxranasına ödəməliyik.
Unibankdakı reket yoldaşlar heç bir hüquqi kağız olmadan evimizə sahib çıxmaq istəyirlər, lakin alınmır. Onlar əlaqədar instansiyalardan tələb edirlər ki, qanunsuz olaraq bizi öz evimizdən qeydiyyatdan silsinlər. Xahiş edirəm ki, buna imkan verməyin. Hakimiyyətdəki tanışlarından, öz şirnikləndirici imkanlarından istifadə etməklə əhalinin evlərinə beləcə yiyələnirlər. Bir müddət nə qədər təkid etdiksə, nə evimizi satmağa qoydular, nə də özləri satdılar. Mən ailəmiz adından tələb edirəm ki, Unibanka qarşı cinayət işi açılsın, bu sələmçi təşkilatın əlində olan evimiz özümüzə qaytarılsın. Xahiş edirik ki, bizə köməklik edin və xalqı qaniçən yırtıcıların əlindən qurtarın”.

Qarşı tərəfi də dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
Bu gün, 02:05
“Atamla anam aktrisa olmağıma dəstək verdilər, kaşki...”
Bu gün, 01:59
Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər - TƏFƏRRÜAT
Bu gün, 01:56
“Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” - İDDİA+ŞİKAYƏT
Bu gün, 01:53
ŞUŞANIN AZAD OLUNMASI UĞRUNDA DÖYÜŞÜB, MEDAL VERMƏYİBLƏR... – “Elçin Babayev dedi ki, Vətən üçün etmisiniz”
Bu gün, 01:45
"İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır"
Bu gün, 00:11
Trampın Ağ Evdəki ilk 10 günü - “Öncə Amerika”, Ukrayna, miqrantlar və...
Bu gün, 00:06
"Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır" - FAKT BUDUR!
Bu gün, 00:02
"BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" - Sabiq icra başçısı elə iddia irəli sürdü ki...
Bu gün, 00:00
"Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır - ŞƏRH
Dünən, 21:02
Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: - durbinlə baxır, kofe içir…
Dünən, 20:57
Rusiyadan Azərbaycana müsbət cavab – “Əgər razılaşsaq…”
Dünən, 19:06
Ermənistanda hərbi hərəkətlənmə: - “Azərbaycan qabaqlayıcı tədbir görməlidir”
Dünən, 19:02
AŞPA-ya ETİRAZ: - “Bəs onda niyə danışmırdılar?”
Dünən, 19:00
Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək - ŞƏRH
Dünən, 18:58
Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? - AÇIQLAMA
Dünən, 18:03
ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR - Əmlak sahəsində geniş islahatlara start verilir
Dünən, 18:01
Trampdan ilham almış rus tarixçisi: - “Fin körfəzinin adı dəyişməlidir”
Dünən, 17:56
Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:48
16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, ana kömək istəyir
Dünən, 17:45
Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
Dünən, 17:36
Tramp və Paşinyanın sirli fotosu – “Bunun üçün hər yola əl atılır”
Dünən, 17:28
Paşinyan sülh layihəsindən danışdı – “Konkret faydalar verə bilər”
Dünən, 17:26
Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı - Elçin Alıoğlu yazır...
Dünən, 17:23
Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? - TƏFƏRRÜAT
Dünən, 17:09
“Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” - Niyazi Mehdinin xanımı
Dünən, 17:01
Tramp təyyarə qəzasını sabotaj hesab edir
Dünən, 16:42
Suraxanı RİH bu Hövsan sakinlərini palçıqdan çıxarmır – “Biz hansı dövrdə yaşayırıq” (VİDEO)
Dünən, 16:39
DTX-dan xüsusi əməliyyat: - 500 min dollara casusluq edən Validə generallar haqda nə deyib?
Dünən, 16:37
Ermənistan qulağa xoş gələn avazlar oxumaq əvəzinə konkret addımlar atmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:35
Azərbaycan banklarına hücum Rusiyadan təşkil olunub? – Mühüm detal
Dünən, 16:28
Tehran və Moskvanın narahatlığı bəlli oldu - Zəngəzur dəhlizinə nəzarət dəyişir
Dünən, 16:26
Pulu daşdan çıxan qadın 63 yaşında sosial şəbəkədə fenomen oldu: - “Deyirlər övladı haradadır?!”
Dünən, 16:23
Jurnalistə bu universitetdə VƏZİFƏ VERİLDİ
Dünən, 16:16
"Nədən canı ağrıyan insanlar bu qədər əziyyətə məcbur edilir?" - NARAZILIQ VAR...
Dünən, 16:06
Azərbaycanlı milyarderi `batırmaq` istəyən iş adamı saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 15:59
Kürdəmirdə bir məktəbi 100 şagird tərk edib? - BU NƏDİ BELƏ?..
Dünən, 15:57
“BİZİ ÖZ EVİMİZƏ HƏBS EDİBLƏR" - GİLEY
Dünən, 15:54
Ölkədən pul çıxaran “ASCO Logistics”lə bağlı sabah qərar veriləcək - DETALLAR
Dünən, 15:33
Azərbaycanda bank faizləri çox yüksəkdir... - BƏS NƏ EDƏK?..
Dünən, 15:30
20-dən çox sərnişin Krasnoyarsk-Bakı reysi ilə uçmaqdan imtina edib - SƏBƏB
Dünən, 15:25
Bakı, Tiflis və İrəvan arasında nə baş verir? – Badalyan
Dünən, 15:24
Yaxın vaxtlarda AŞ ilə Gürcüstanın əlaqələrinin normallaşması gözlənilmir
Dünən, 15:22
Əhalinin banklara nə qədər kredit borcu var? - FAİZ FAİZ ÜSTÜNƏ GƏLİR...
Dünən, 15:17
Azərbaycanda tanınmış ekspert HƏBS EDİLDİ - BUNA GÖRƏ...
Dünən, 15:15
Abşeron icra hakimiyyətinin iki idarəsinin 280 min borcu var
Dünən, 15:13
Naxçıvanda gizli hüquqi islahatlara start verildi: Hədəf isə... - referenduma getmədən muxtar səlahiyyətləri ləğv etməkdir...
Dünən, 15:02
Azərbaycanda karqo şirkəti - LƏĞV EDİLİR
Dünən, 14:58
Bakıda avtoritetlərin "sxodka"sı ilə gündəmə gələn şadlıq saraylarının sahibi həbs edildi - FOTO
Dünən, 14:54
Sabiq general cəzası ilə bağlı apellyasiya şikayəti verib
Dünən, 14:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru