AZAD RƏHİMOVUN "FUTBOL QUMARI"
Tarix: 21-11-2011, 18:04 | Çap et
BAŞ NAZİRİN BELƏ MƏĞLUB OLDUĞU "TOTALİZATOR BİZNESİ"
DİA.AZ: - Uzun müddətdir ki, ölkə həyatında ciddi gəlir mənbələrindən biri də qeyri-rəsmi şəkildə fəaliyyət göstərən futbol qumarxanaları hesab edilirdi. Artıq uzun müddətdir ki, idman mərc oyunları rəsmi nəzarətə keçib. Gənclər və İdman Nazirliyi bu sahəni tam şəkildə öz inhisarına götürüb və indi hər kəs totalizator fəaliyyətini Azad Rəhimovun biznes sahəsi hesab edir.
Qeyd edək ki, mərc oyunları indiyədək ölkədə qadağan idi. Azart oyunlarına qadağa 1998-ci ildə məlum qalmaqaldan sonra tətbiq edilib. Həmin vaxt ölkədə bütün kazinolar bağlanıb. Bu, Türkiyə KİV-ləri İlham Əliyevin İstanbul kazinolarına olan həvəsi barədə məlumat yaydıqdan sonra baş verib. Sonradan illər keçdikcə, bu məsələ də gündəmdən düşdü və qumarxanalar geniş miqyas almağa başladı. Maraqlıdır ki, ölkə qanunvericiliyi bu kimi halların baş verməsini birmənalı şəkildə qadağan edir. Məsələ burasındadır ki, İnzibati Xətalar Məcəlləsinin 309-cu maddəsində göstərilib ki, pul və başqa sərvətlərlə qumar oynamağa görə məsuliyyət nəzərdə tutulub. Həmin maddənin izahına əsasən deyə bilərik ki, bu şəxslər qumar oynamış hesab edilirlər. Belə halda oyuna qoyulmuş sərvətlər müsadirə edilməklə və ya edilməməklə 15 manatdan 20 manatadək cərimə nəzərdə tutulur. Bu, 1961-ci ildə qəbul olunan məcəllədə cinayət hesab edilirdi, 1999-cu ildə qəbul olunan Cinayət Məcəlləsində isə inzibati xəta kimi nəzərdə tutulub. Amma bu fəaliyyət növü leqallaşdırılsa, İnzibati Xətalar Məcəlləsinin 309-cu maddəsinə dəyişikliklər edilməlidir. Azad Rəhimov isə bu tələbi yerinə yetirmədən qumar fəaliyyətinə start vermək üzrədir. Əslində burada təəccüblü bir iş yoxdur, Azərbaycan məmurlarının pulu, sərvəti görüncə qanunlara tüpürməsinə, hüququ oyuncağa çevirməsinə artıq ənənə halını alıb.
Azərbaycan gənclər və idman naziri Azad Rəhimovun bu biznesə əl qoyması da maraqlı bir proses keçib. Hələn ötən il mərc oyunları leqallaşdırılan vaxt idman qumarının qara bazarından danışan nazir hamını təəccübləndirəcək açıqlama ilə çıxış etmişdi: "Mənim bir vətəndaş kimi xəbərim yox idi ki, Azərbaycanda belə qara bazar var. Bu iş başlanan kimi biz həqiqətən də öyrəndik ki, Bakı, Gəncə kimi böyük şəhərlərdə, müxtəlif yerlərdə "qara bukmeyker" nöqtələri, kafeləri fəaliyyət göstərir". Rəhimov futbol qumarının qara bazardan dövlətin əlinə keçməsini böyük sevinclə təqdim edirdi. Əslində, gənclər və idman nazirinin "mənim bir vətəndaş kimi xəbərim yox idi ki, Azərbaycanda belə "qara bazar" var" sözləri səmimiyyətdən çox uzaqdır, çünki ölkədə qeyri-qanuni bukmeker fəaliyyəti ilə bağlı az qala hər gün telekanallar göstərir, qəzetlər yazırdılar. Bu məsələ xeyli böyümüşdü, ortada kifayət qədər iri pulların dövr etdiyi meydana çıxmışdı və Azad müəllim fürsəti fövtə verməyib, ölkədə futbol qumarının leqallaşmasına baş vurmuş, sonucda istəyinə çatmışdı. Onu da bildirək ki, idman qumarına ilk sahib çıxmaq istəyən AFFA prezidenti Rövnəq Abdullayev olmuşdu. Amma cənab Rəhimovun hakim ailəyə yaxınlığı onun üstünlük əldə etməsinə şərait yaratdı və bu gün artıq totalizator biznesi tam şəkildə A.Rəhimovun əlindədir.
Gənclər və idman nazirliyinin idman mərc oyunlarının rəsmiləşdirilməsi haqda qaydalarına əsasən Azərbaycanda bukmeker kontorunun açılışına lisenziya alınması üçün ödəniş tələb olunmur. Mərc oyunları açmaq istəyənlər istənilən vaxt vəsaiti geri qaytara və ala biləcəkləri sadəcə 3000 manat dəyərində post-terminal almalıdırlar. Prosesə nəzarət üçün nazirlik Türkiyənin "İnteltex" şirkəti ilə birgə mərc oyunlarının fəaliyyətinin idarəsini həyata keçirəcək "Azəridmanservis" şöbəsi yaradıb. Bu sistem əsasında ölkədə bukmeker kantorlarının sayının 300-ə çatdırılması nəzərdə tutulub.
Onu da bildirək ki, Avropa ölkələrində bukmeykerlər fərqli qaydalar əsasında fəaliyyət göstərir. Oyunlara pul qoyuluşunu təşkil edən qurum rəsmi dövlət qeydiyyatından keçir və qazandığı vəsaitin müqabilində vergi ödəyir. Paralel olaraq müştərilər üçün güzəştlər də tətbiq edilir. Nəhəng bukmeyker kontorları futbol klublarına müəyyən vəsait ödəyir. Şübhəsiz ki, bütün ödəmələr plastik kartlar vasitəsilə həyata keçirilir. Bizdə isə bütün prosesi bir dövlət qurumu öz inhisarına götürüb. Hələ ötən ilin dekabrında nazir A.Rəhimov öz biznesinin kənar çıxarlarını həll etmək üçün müəyyən qabaqlayıcı tədbirlər görməyə başladı. Nazir sistem qurmaq üçün ilk öncə vergi məsələləri, o cümlədən udan insanların vergidən azad olunması məsələləri həll edilməli olduğunu bildirmişdi. Bu biznesin vergidən azad edilməsi haqda fikirlər nə qədər anormal olsa da Rəhimovun bu istəyi də həyata keçdi. İdman mərc oyunlarının operatorları 6% mənfəət vergisi ödəyəcək. Bu oyunlarda operatorların agentləri komissiya həcmindən 4% ödəyəcək. Bu qərarı Azərbaycan Respublikası Nazirlər Kabineti 29 dekabr 2010-cu ildə qəbul edib.
İdman mərc oyunlarında mənfəətdən vahid vergi və sadələşdirlimiş verginin fərqi ondadır ki, bu zaman mənfəəti müəyyən etmək çətindir. Başqa fəaliyyət növləri üzrə vergi dərəcəsi 20%-dir. Vergi qaydalarına əsasən, hesab edilir ki, mərc oyunlarının təşkilatçıları 30% mənfəət əldə edir. Azərbaycanda mərc oyunları ƏDV-dən azaddır, çünki mal və ya xidmət göstərilməsi ilə bağlı deyil. Bu yaxınlarda isə Gənclər və İdman Nazirliyi məlumat yaydı ki, idman mərc oyunlarının təşkili başa çatmaqdadır. Əgər Rəhimov Artur Rəsizadə səviyyəsində öz xeyrinə qərar əldə edibsə onun bu biznesdə yeni biznes nailiyyətlərinə də imza atacağı şübhəsizdir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Əmək Müfəttişliyində yarıtmaz xidmət...” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 01:23 |
|
|
|
• Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 01:00 |
|
|
|
• Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında - Amerikasız olmaz
Bu gün, 00:56 |
|
|
|
• Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Dünən, 19:39 |
|
|
|
• Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Dünən, 19:17 |
|
|
|
• Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Dünən, 19:14 |
|
|
|
• Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Dünən, 18:59 |
|
|
|
• “Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Dünən, 18:55 |
|
|
|
• Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Dünən, 18:36 |
|
|
|
• Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Dünən, 18:32 |
|
|
|
• Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Dünən, 18:10 |
|
|
|
• “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:07 |
|
|
|
• Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:01 |
|
|
|
• Universitet vergilərini vaxtında ödəməyib
Dünən, 17:58 |
|
|
|
• Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Dünən, 17:55 |
|
|
|
• Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Dünən, 17:53 |
|
|
|
• Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Dünən, 17:49 |
|
|
|
• “Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Dünən, 17:44 |
|
|
|
• Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Dünən, 17:41 |
|
|
|
• Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Dünən, 17:32 |
|
|
|
• Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Dünən, 17:29 |
|
|
|
• “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Dünən, 17:23 |
|
|
|
• Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Dünən, 17:11 |
|
|
|
• Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Dünən, 17:01 |
|
|
|
• Masaj salonlarında işləyən qadınları şantaj edən KİŞİYƏ CƏZA VERİLDİ
Dünən, 16:46 |
|
|
|
• “Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” - Dələduzluq işi
Dünən, 16:38 |
|
|
|
• Bayden heç unudularmı?.. - ŞƏRH
Dünən, 16:36 |
|
|
|
• Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub
Dünən, 16:34 |
|
|
|
• "Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" - vətəndaş ÇARƏSİZ DURUMDA
Dünən, 16:30 |
|
|
|
• "Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." - MÜSAHİBƏ
Dünən, 16:18 |
|
|
|
• Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib
Dünən, 16:16 |
|
|
|
• Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Dünən, 16:13 |
|
|
|
• Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Dünən, 16:11 |
|
|
|
• Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Dünən, 16:08 |
|
|
|
• YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Dünən, 16:06 |
|
|
|
• Kreml Trampın hədəsinə cavab verib
Dünən, 16:03 |
|
|
|
• Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Dünən, 16:01 |
|
|
|
• Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Dünən, 16:00 |
|
|
|
• Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Dünən, 15:57 |
|
|
|
• İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Dünən, 15:38 |
|
|
|
• Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Dünən, 15:33 |
|
|
|
• “Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Dünən, 15:32 |
|
|
|
• Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Dünən, 15:28 |
|
|
|
• “Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - Armen Qriqoryan
Dünən, 15:27 |
|
|
|
• Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı - ƏMR
Dünən, 15:22 |
|
|
|
• Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... - TƏFƏRRÜAT
Dünən, 15:20 |
|
|
|
• Samir Şərifova yeni vəzifə həvalə edilib - QƏRAR
Dünən, 15:18 |
|
|
|
• Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
Dünən, 14:42 |
|
|
|
• İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• “Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Dünən, 13:58 |
|
|
|
|