“Azərsun Holdinq”də yeni təyinat .....                     “Rusiyadan Bakıdakı agentlərə sifariş verilib ki...” .....                     Həbsdə olan sabiq tabor komandirinin .....                     Rubio Panama üçün YOLA ÇIXDI... .....                     "Haçan ailə qursam, görəcəksiniz" .....                     Suriyanın gələcək portreti: .....                     Alkoqollu içkilər .....                     Qarabağ Qazisinin HAQQI YEYİLİR... .....                     “OPEC+ Trampın təzyiqinə tab gətirməyəcək” .....                     Quskadan Prezidentə: Sizə verilən bu məlumat yalandır! .....                     ABŞ qüvvələrinin Ermənistana gələcəyi tarix açıqlandı .....                     Hüquq müdafiəçisi neftçilərin maaş artımı ilə bağlı ÇAĞIRIŞ ETDİ .....                     ABŞ-da qəzaya düşən təyyarədə fiqurlu konkisürmə üzrə rusiyalı dünya çempionları da olub .....                     Türkiyə şirkəti Azərbaycanda ləğv olunur .....                     Ötən ilin avqustunda həbs edilmişdilər .....                     Arvadını öldürən kişi ilə bağlı ŞOK FAKTLAR: .....                     ƏÜO-da “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib .....                     Məqsəd İrəvanın xarici siyasətinin Bakıdan asılı olmasıdır .....                     Paşinyan sevinərdi ki, bunları da... .....                     “Əsaslı Tikinti və Təchizat” MMC-nin “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə ŞÜBHƏLİ İŞBİRLİYİ .....                     Barat Yusubovun bazara çevirdiyi Yeni Klinika... .....                     Şvabenin cəhdləri mənasızdır: .....                     Gömrük Komitəsində 3 aydır gecikən maaşlar VERİLDİ .....                     Əliyevin həmləsi durumu kökündən dəyişdi .....                     Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı .....                     AZNEFT rəhbəri bu məsələdə mövqe ortaya qoymazsa... .....                     7 ölkədən xəbərdarlıq edilir: böyük fəlakətlər olacaq .....                     “Xəstəxanaya yerləşdirəndə sol tərəfi işləmirdi, əsəbdən...” .....                     "Fevralın əvvəlində Paşinyanın Trampla görüşünün baş tutması üçün hər şey edilir..." .....                     Azərbaycanda investisiya şirkətinin rəhbərliyindən biri vəzifəsini tərk edib .....                     6 aydır başçı yoxdur... sakinlər NƏ ETSİN? .....                     Bakı Kremlin demarşını özünə qaytardı: Rusiya bunu etməsə... .....                     Nazir getdi, nazirlik də ləğv olunur? .....                     İşçilərin əməyinin ödənilməsinin hansı sistemi və növləri vardır? .....                     Şakro Molodoy vida mərasimində .....                     14 kiloqram heroin və marixuananın dövriyyə buraxılmasının qarşısı alındı .....                     "İlin günün bu vaxtı işçini ixtisar edərlər?" .....                     “Bu bəyanatların heç iki qəpiklik dəyəri yoxdur” .....                     Siyəzəndə keçmiş məhbus saxlanıldı .....                     "Haram pulları necə yeyirsiniz?!!" .....                 

"MƏNƏ XƏYANƏT ETMƏDİYİNİ DEYİRDİ"...
Tarix: 2-04-2013, 11:15 | Çap et
"MƏNƏ XƏYANƏT ETMƏDİYİNİ DEYİRDİ"...
QISQANDIĞI ARVADINI ÖLDÜRDÜ

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan İbadov Şərafət Hidayət oğlunun məhkəmə istintaqı yekunlaşıb. Təqsirləndirilən şəxs qəsdən adam öldürməkdə ittiham olunurdu. Məhkəmə yolu ilə müəyyən edilib ki, Şərafət İbadov şəxsi münasibətlər zəminində arvadı İbadova Cəmalə Nəcməddin qızını qətlə yetirib. Belə ki, o, arvadı Cəmalə İbadovanın ona xəyanət etməsindən şübhələnərək qəsdən öldürmək qərarına gəlib. Bu məqsədlə də 5 noyabr 2009-cu ildə arvadının evdə tək olduğunu bilən Şərafət ona yaxınlaşıb "Sən mənə xəyanət edirsən" deyib sifətinə yumruqla bir-neçə zərbə vurub. Zərbənin təsirindən qadın yerə yıxılıb. Şərafət əvvəlcədən gətirib evdə saxladığı dəmir armatur parçasını götürərək arvadının baş nahiyəsinə var-gücü ilə zərbələr endirib. Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

MÜTTƏHİM HAQDA QISA ARAYIŞ:

İbadov Şərafət Hidayət oğlu - 1976-cı ildə İsmayıllı rayonunun Vaşa kəndində anadan olub. Əvvəllər məhkum edilməyib. Ailəlidir. Orta təhsillidir. Himayəsində üç yetkinlik yaşına çatmayan uşağı var. İsmayıllı rayonunun Talıstan kəndində yaşayır. AR CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinir.

MƏHKƏMƏ PROSESİNDƏN:

"Toy gecəsindən arvadımdan şübhələnmişdim"

Təqsirləndirilən şəxs qismində dindirilən Şərafət İbadov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində 2000-ci ildə İsmayıllı rayonunun Vaşa kənd sakini İbadova Cəmalə Nəcməddin qızı ilə evləndiyini göstərib: "Toy gecəsi arvadımın bakirə olmadığından şübhələnmişdim. Bu şübhə heç vaxt məni rahat buraxmırdı. Ailə qurduğumuz ilk günlərdən Cəmalə ilə xasiyyətimiz düz gəlmirdi. Ona görə də ər-arvad kimi münasibətlərimiz o qədər də yaxşı deyildi.

Xırda məişət məsələlərində belə razılığa gəlməyib tez-tez mübahisə edirdik.

"Mənə xəyanət etmədiyini deyirdi"

Son beş-altı ayda tez-tez ailədaxili münaqişələrimiz düşürdü. Aramızda soyuqluq yaranmışdı. Buna səbəb isə arvadımın başqa kişilərlə intim münasibətlərdə olub mənə xəyanət etməsindən şübhələnməyim idi. Bu barədə Cəmalənin özündən soruşsam da, o, hər dəfə cavabında mənə xəyanət etmədiyini deyirdi. Qısqanclıq zəminində aramızda yaranan narazılıqlar, mübahisələr zamanı Cəmalə bir-neçə dəfə acıq edib uşaqları da özü ilə götürərək atası evinə getmişdi.

"Onu öldürmək qərarına gəldim"

Sonuncu dəfə Cəmalə 2009-cu ilin sentyabrın əvvəllərində yenə də acıq edərək atası evinə getmişdi. Oktyabr ayının 10-da mən gedib Cəmaləni və uşaqları evə gətirdim. Lakin bundan sonra da Cəmalə ilə aramızdakı mübahisə və söz-söhbətlər yenə səngimədi. Arvadımın mənə xəyanət etməsinə tam əmin oldum və onu öldürmək qərarına gəldim.

"Sən mənə xəyanət edirsən"

5 noyabr 2009-cu ildə saat 7 radələrində yuxudan oyandım. Böyük qızım Səbinə məktəbə, atam Hidayət isə qoyunları otarmağa getdi. Səhər yeməyimi yeyib uşaqlarım Nurcan və Qamətlə birlikdə həyətə düşdüm. Həmin vaxt Cəmalənin evdə tək olduğuna əmin olub onu öldürmək məqsədilə həyətdən armatur parçası götürüb giriş qapısının küncünə qoyub evə keçdim. Evdə Cəmalədən başqa heç kim yox idi. Ona yaxınlaşıb "sən mənə xəyanət edirsən", - deyib yumruqla sifətinə zərbələr vurdum. Cəmalə müqavimət göstərsə də, vurduğum yumruq zərbələrindən yerə yıxıldı.

"Armatur parçası ilə başına zərbə endirdim"

Armatur parçasını əlimə götürüb Cəmaləyə yaxınlaşaraq onun başına bir-neçə dəfə zərbə endirdim. Cəmalənin tərpənmədiyini görüb öldüyünə əmin oldum. Ona görə daha zərbə endirməyib armatur parçasını döşəməyə sərilmiş kovralitin altına qoydum. Hadisə baş verən otağın qapısını örtdüm və evin qapısını açarla bağlayıb həyətə düşdüm. Həyətdə oynayan uşaqları özümlə götürüb yaxınlıqda yaşayan xalam oğlu Rəfailgilə apardım. Rəfailin arvadı Ramilədən uşaqları bacım Simuzərgilə aparmağı xahiş etdim. Oradan birbaşa rayon polis şöbəsinə yollandım. Yolda qardaşım Səmədin arvadı Fərruxla rastlaşdım. Ona Cəmaləni evdə döydüyümü, qardaşımı da götürüb bizə getmələrini tapşırdım. Evin açarlarını Fərruxa verib ondan aralandım. Rayon mərkəzi bazarına gəldim. Qardaşımın qayınatasından da bizə getməsini xahiş etdim. Bu sözü deyib oradan rayon polis şöbəsinə yollandım. Növbətçi hissəyə yaxınlaşıb baş vermiş hadisə barədə məlumat verdim".

"Hiss edirdim ki, qızım məndən nəsə gizlədir"

Zərərçəkmiş şəxs qismində dindirilən Sonaxanım Abdulova ifadəsində qızı Cəmalənin heç vaxt ona ərindən şikayət etmədiyini göstərib: "Qızımla kürəkənim arasında narazılıq və münaqişə olması barədə Cəmalə mənə heç bir şikayət etməyib. Amma mən özüm hiss etmişdim ki, Cəmalə sözlü, dərdli adama oxşayır, məndən nəyisə gizlədir. 2009-cu ilin avqust ayının 21-də Şərafət Cəmaləni və uşaqları gətirib bizdə qoydu. Evdən çıxıb gedəndə mənə "Axşam qayıdaram, söhbət edərik", - dedi. Qızımdan əri ilə aralarında nə baş verdiyini soruşdum. Cəmalə mənə dedi ki, Şərafət onu hər şeyə görə qısqandığından evdə mübahisə yaranır, onu küçəyə-bayıra çıxmağa qoymur, hətta həyətə yad adamlar gəlməsindən şübhələnir.

"Hər şeydən bezdiyini, bir daha evə qayıtmayacağını dedi"

Axşamtərəfi Şərafət qardaşı Səmədlə bizə gələrək Cəmaləni və uşaqları da götürüb evə apardı. 2009-cu ilin sentyabr ayında Cəmalə uşaqları ilə birlikdə bizə gəldi. Ondan əri ilə yenə aralarında nə baş verməsini soruşanda qızım "Şərafət qısqanclıq üstündə mübahisə, söz-söhbət yaradır, mənim ona xəyanət etməyimdən şübhələnir", - dedi. Söhbət əsnasında Cəmalə bu söz-söhbətlərdən bezdiyini, bir daha o evə qayıtmayacağını bildirdi.

"Tövbə edib yoluna qayıtsın"

Bir neçə gündən sonra Cəmalənin qayınatası Hidayət evimizə gəlib uşaqlarsız qala bilmədiyini, gəlinindən nəvələrini də götürüb evə qayıtmağı xahiş etdi. Cəmalə evə getməyəcəyini bildirdiyindən Hidayət kişi çıxıb getdi. Oktyabr ayının əvvəllərində Hidayət qızı Sənubərlə birgə yenə bizə gəldi və Cəmalədən evə qayıtmağı xahiş etdi. Qızım qayınatasına, "Şərafət tövbə edib yoluna qayıtmasa, mən o evə gedəsi deyiləm", - deyə cavab verdi.

10 oktyabr 2009-cu ildə Şərafət bizə gəlib Cəmalə ilə bir qədər söhbət etdikdən sonra mənə zənbilləri hazırlamağı tapşırdı, Şərafəti özü ilə aparacağını dedi.

"Başını aşağı sal, ərinlə dolan"

Bir ana kimi qızıma nəsihət verdim ki, heç olmasa üç uşağının xətrinə başını aşağı salıb birtəhər onunla dolansın. Mənim bu sözlərimdən sonra Cəmalə uşaqları ilə birgə ər evinə qayıtdı. 5 noyabr 2009-cu ildə qızım Şahnabat mənə Şərafətin Cəmaləyə nə isə etdiyini dedi. Dərhal Cəmaləgilə getdim. Ora gəldikdə Cəmaləni əri tərəfindən qətlə yetirildiyini öyrəndim".

"Arvadından şübhələnməyə heç bir əsas yoxdur"

Şahid qismində dindirilən Hidayət İbadov ifadəsində oğlu ilə gəlini arasında xırda məsələlər üstündə tez-tez söz-söhbətlər olduğunu göstərib: "Aralarında arabir söz-söhbət olsa da, Şərafətin Cəmaləyə əl qaldırmasının şahidi olmamışam. Çalışmışam ki, onların arasında olan mübahisə böyüməsin. Ailədaxili münaqişələr zamanı gəlinim acıq edərək bir-neçə dəfə atası evinə getmişdi. Oğlum gəlinimin ona xəyanət etməsindən şübhələnirdi. Hər dəfə onu başa salmağa çalışırdım ki, bizim həyətimizə yad adam gələ bilməz, arvadından şübhələnməyinə heç bir əsas yoxdur.

"Oğluma boşanmağı məsləhət gördüm"

Oğluma məsləhət görmüşdüm ki, əgər Cəmalə ilə münasibətləri bu şəkildə davam edəcəksə, ərizə verib məhkəmə qaydasında ondan ayrılsın. Hadisədən təxminən 10 gün əvvəl Şərafət mənə "Bu həyətə gecə vaxtı kənar adam gəlir, Cəmalənin mənə xəyanət etməsindən şübhələnirəm", - dedi. Ona yenə də "Sənin şübhələnməyin əbəsdir, Cəmalə heç vaxt sənə xəyanət etməz, bu həyətə kənar adam gələ bilməz", - deyə cavab verdim. Hadisə baş verən gün səhər tezdən heyvanları tövlədən çıxarıb otarmağa apardım. Həmin vaxt oğlum Şərafət evdə idi. Onun hərəkətlərində şübhəli bir şey hiss etmədim. Saat 11 radələrində evdə nə isə baş verdiyini eşidib dərhal gəldim. Evin ətrafında polis işçilərinin, eləcə də kənd camaatının toplaşdığını gördüm. Mənə Şərafətin arvadı Cəmaləni öldürdüyünü söylədilər".

QEYD: Məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Orucovun sədrliyi ilə keçirilib. Məhkəmənin hökmü ilə Şərafət İbadov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Son söz əvəzi:

Qısqanclıq sevginin yox, şübhənin əlamətidir, yəni şeytanın...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azərsun Holdinq”də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 12:36
“Rusiyadan Bakıdakı agentlərə sifariş verilib ki...” – Sabiq nazirdən ŞOK AÇIQLAMA
Bu gün, 12:31
Həbsdə olan sabiq tabor komandirinin şikayətinə baxılacaq
Bu gün, 12:26
Rubio Panama üçün YOLA ÇIXDI... - NƏ BAŞ VERİR?
Bu gün, 12:24
"Haçan ailə qursam, görəcəksiniz"
Bu gün, 12:15
Suriyanın gələcək portreti: - Tehran onu çəkən “rəssamlar” arasında yoxdur
Bu gün, 12:12
Alkoqollu içkilər BAHALAŞACAQ
Bu gün, 12:11
Qarabağ Qazisinin HAQQI YEYİLİR... - AXI NİYƏ?..
Bu gün, 12:08
“OPEC+ Trampın təzyiqinə tab gətirməyəcək” - Bloomberg
Bu gün, 11:58
Quskadan Prezidentə: Sizə verilən bu məlumat yalandır! - TƏFƏRRÜAT
Bu gün, 11:51
ABŞ qüvvələrinin Ermənistana gələcəyi tarix açıqlandı - “Hraparak”
Bu gün, 11:50
Hüquq müdafiəçisi neftçilərin maaş artımı ilə bağlı ÇAĞIRIŞ ETDİ - "İnsafınız olsun..."
Bu gün, 11:45
ABŞ-da qəzaya düşən təyyarədə fiqurlu konkisürmə üzrə rusiyalı dünya çempionları da olub - TASS
Bu gün, 11:39
Türkiyə şirkəti Azərbaycanda ləğv olunur
Bu gün, 11:23
Ötən ilin avqustunda həbs edilmişdilər - İNDİ İSƏ...
Bu gün, 11:21
Arvadını öldürən kişi ilə bağlı ŞOK FAKTLAR: - "Qulaq kəsmişdi, məhkəmə həbs etməyib"
Bu gün, 11:18
ƏÜO-da “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib - VİDEO
Bu gün, 11:16
Məqsəd İrəvanın xarici siyasətinin Bakıdan asılı olmasıdır - İskəndəryan
Bu gün, 11:15
Paşinyan sevinərdi ki, bunları da... - RƏY
Bu gün, 11:11
“Əsaslı Tikinti və Təchizat” MMC-nin “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə ŞÜBHƏLİ İŞBİRLİYİ - İLGİNC FAKTLAR
Bu gün, 11:00
Barat Yusubovun bazara çevirdiyi Yeni Klinika... - vətəndaş süründürməçiliyi ifşa etdi
Bu gün, 10:57
Şvabenin cəhdləri mənasızdır: - Bakı mövqeyindən bir addım da olsun geri çəkilməyib
Bu gün, 10:48
Gömrük Komitəsində 3 aydır gecikən maaşlar VERİLDİ - AÇIQLAMA
Bu gün, 10:30
Əliyevin həmləsi durumu kökündən dəyişdi – “Artıq Putin də...”
Bu gün, 10:26
Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı - FOTO
Bu gün, 10:23
AZNEFT rəhbəri bu məsələdə mövqe ortaya qoymazsa... - "Siyəzənneft"lə bağlı planlar NƏDİR?
Bu gün, 10:19
7 ölkədən xəbərdarlıq edilir: böyük fəlakətlər olacaq – Ovannisyan
Bu gün, 10:07
“Xəstəxanaya yerləşdirəndə sol tərəfi işləmirdi, əsəbdən...” - AÇIQLAMA
Bu gün, 10:02
"Fevralın əvvəlində Paşinyanın Trampla görüşünün baş tutması üçün hər şey edilir..." - “Hraparak”
Bu gün, 10:01
Azərbaycanda investisiya şirkətinin rəhbərliyindən biri vəzifəsini tərk edib - Onun yerinə isə...
Bu gün, 09:59
6 aydır başçı yoxdur... sakinlər NƏ ETSİN? - MÜRACİƏT
Bu gün, 09:56
Bakı Kremlin demarşını özünə qaytardı: Rusiya bunu etməsə... - NƏ BAŞ VERİR?
Bu gün, 09:50
Nazir getdi, nazirlik də ləğv olunur? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:47
İşçilərin əməyinin ödənilməsinin hansı sistemi və növləri vardır? - Ekspert danışır...
Bu gün, 09:43
Şakro Molodoy vida mərasimində - Hamı bu VİDEODAN danışır
Bu gün, 09:38
14 kiloqram heroin və marixuananın dövriyyə buraxılmasının qarşısı alındı - Sumqayıtda polisin narkotik əməliyyatı
Bu gün, 09:36
"İlin günün bu vaxtı işçini ixtisar edərlər?" - NARAZILIQ VAR...
Bu gün, 09:31
“Bu bəyanatların heç iki qəpiklik dəyəri yoxdur” - Çingiz Qənizadə
Bu gün, 09:16
Siyəzəndə keçmiş məhbus saxlanıldı - FOTO
Bu gün, 09:13
"Haram pulları necə yeyirsiniz?!!" - ETİRAZ VAR...
Bu gün, 09:11
Ermənistan könüllü etməsə, İrəvanı buna necə məcbur edə bilərik? - Əliyev nöqtə qoydu...
Bu gün, 09:08
Nərimanovda yenə də süpürgəçi maaşları QAYÇILANIR... - AXI NİYƏ?..
Bu gün, 09:05
Ana Vətən Partiyası seçkinin nəticələrini tanıdı - AÇIQLAMA
Bu gün, 08:56
Sərhəddə hər an təxribat TƏXRİBAT törədilə bilə - Bakı XƏBƏRDARLIQ etdi
Bu gün, 08:53
Qonşu ölkədə Azərbaycana qarşı 300 atəş nöqtəsi yaradılıb – Bakı müharibəyə cəlb edilir
Bu gün, 08:52
Əliyev 10 il öncəkindən qat-qat güclüdür, çünki… - İsgəndəryan
Bu gün, 08:50
Dövlət qurumlarında maaş problemi - ajiotajı kim və niyə yaradır
Bu gün, 08:49
Zaur Mikayılovun işçisi MEYDAN SULADI - AY MAŞALLAH...
Bu gün, 08:48
Ərəbləri Azərbaycana dadandıranlar ÖZBAŞINA QALIB? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:42
Biz gənclərimizlə fəxr edirik - MƏQALƏ
Bu gün, 08:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru