211 KORRUPSİONER HƏBS OLUNUB
Tarix: 2-12-2011, 15:10 | Çap et
FIRILDAÇI İNŞAAT FİRMALARI İFŞA EDİLİB
Bu il Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən 211 şəxs barəsində 128 cinayət işinin istintaqı tamamlanıb. Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiyanın, vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının alınması dövlətimizin diqqət mərkəzində olmaqla bu sahədə prokurorluq orqanları tərəfindən ardıcıl, sistemli tədbirlər davam etdirilir. 2011-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən 211 şəxs barəsində 128 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Bu cinayətlər əsasən rüşvət alma (passiv rüşvətxorluq), vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri), vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, talama, dələduzluq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma və sair faktlarla əlaqədar olub. Belə ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən 3-cü Bakı su kəmərinin Xaçmaz rayonu ərazisindən keçən hissəsinin “Sumqayıt Tikinti Quraşdırma-2” Açıq Səhmdar Cəmiyyətin və “Vaqif-Metal” Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxsləri tərəfindən demontaj olunaraq naməlum istiqamətdə aparılmasına dair toplanmış material üzrə cinayət işi başlanılıb istintaq aparılıb.
İstintaqla müəyyən edilib ki, “Vaqif Metal” MMC-nin icraçı direktoru Namiq Qasımov və “Sumqayıt Tikinti Quraşdırma-2” ASC-nin sədri Hüseyn Qasımov qabaqcadan əlbir olub qulluq mövqelərindən istifadə etməklə guya “Sumqayıt Tikinti Quraşdırma-2” ASC-nin mülkiyyətində olan Ağçay, Qaraçay və Zaqacuq çaylarının üzərindən keçən dükerlərin metal konstruksiyalarının çıxarılması, kəsilməsi, yüklənməsi, daşınması və satılması barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş rəsmi sənəd olan podrat müqaviləsi bağlayaraq, eləcə də həmin müqaviləyə əsaslanaraq digər rəsmi sənədlər tərtib etməklə vəzifə saxtakarlığı edib. Onlar həmin saxta sənədlərdən istifadə edib, 2011-ci ilin mart-may aylarında 3-cü Bakı su kəmərinin Xaçmaz rayonu ərazisində Ağçay üzərindən keçən açıq sahədə yerləşən dükerin ümumi çəkisi 140 ton 103 kiloqram olan metal konstruksiyaları ağır texnika və xüsusi avadanlıqdan istifadə etməklə yerindən söküb çıxararaq, qara metal kimi orta bazar dəyəri 9.8 min manat təşkil edən külli miqdarda əmlakı aldatma yolu ilə ələ keçirməklə dələduzluq ediblər.
Namiq Qasımov və Hüseyn Qasımov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bundan başqa, poçt xidmətlərindən əldə olunan vəsaitlərin talanması faktına görə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda özgə əmlakını mənimsəmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb. İstintaqla müəyyən edilib ki, Faxrəddin Bağırov Gəncə Regional Poçt Filialının Müştəri xidmətləri şöbəsinin rəisi vəzifəsində işləyərkən özgə əmlakını talama məqsədilə öz qulluq mövqeyindən istifadə etməklə gündəlik poçt xidmətlərindən əldə olunan ümumilikdə 6.9 min manat məbləğində pulu aylıq hesabatlara az mədaxil etməklə, həmçinin 31 dekabr 2010-cu il tarixdə limitdən artıq valyuta kimi kompüterlə elektron variantda Müştəri Xidmətləri şöbəsində poçt filialının Baş Xəzinəsinə göndərməsinə baxmayaraq Baş Xəzinəyə təhvil vermədiyi 10.8 min ABŞ dollarını, eləcə də Müştəri Xidmətləri şöbəsinin xəzinəsindən 516 ABŞ dollarını, 14.6 min manat nağd pulu, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sınaq imtahan kartları, telefon aparatı, “tale açarı” lotereyası və AZTİT kartlarından ibarət ümumilikdə 3.7 min manat dəyərində digər maddi qiymətliləri götürüb ona etibar edilmiş cəmi 11.4 min ABŞ dolları və 25.2 min manat məbləğində özgə əmlakını mənimsəmə yolu ilə talayıb. Faxrəddin Bağırova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Digər bir cinayət işi “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialında vəsait çatışmazlığı faktına görə başlanıb. İstintaqla müəyyən edilib ki, İbrahim Kərimov “Aqrolizinq” ASC Zaqatala filialının müdiri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək 147.2 min manat dəyərində 1.3 ton azot gübrəsini 50 və 70 faiz güzəştlə, 6.7 min manat dəyərində 39.5 ton mineral superfosfat gübrəsini isə 70 faiz güzəştlə rayon sakinləri və sahibkarlara sataraq külli miqdarda, yəni 33.6 min manat pulu mənimsəmə yolu ilə talayıb. İş üzrə İbrahim Kərimova Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda özgə əmlakını mənimsəmə) maddəsi ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün aidiyyatı üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bundan başqa Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsinin sabiq müstəntiqi Tərlan Əliyevin barəsində Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb. Müəyyən edilib ki, Tərlan Əliyev qeyd edilən vəzifədə işləyərkən icraatında olan cinayət işi üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Sumqayıt şəhər sakini Vaqif Ağayevin qardaşı Mehdi Ağayev ilə əvvəlcədən razılaşaraq, sonuncunun 41 min ABŞ dolları verəcəyi təqdirdə istintaq gedişində Vaqif Ağayevin məsuliyyətini yüngülləşdirməyi, sonradan isə məhkəmədə yüngül cəza verilməklə məhkəmə zalından azad olunmasını vəd edərək bunun üçün Mehdi Ağayevdən 22 min ABŞ dollarını alıb. Lakin onların maddi imkansızlıqları üzündən qalan məbləğin əldə olunmasında çətinlik yarandığına görə həbsdə saxlanılan Vaqif Ağayevin də payı olan Sumqayıt şəhərindəki evin təcili satışını təşkil etmək qərarına gəlib. T.Əliyev cinayət işinin 24 fevral 2010-cu il tarixdə baxılması üçün məhkəməyə göndərilməsinə və həmin tarixdən təqsirləndirilən şəxs Vaqif Ağayevin məhkəmənin hesabına keçirilməsinə baxmayaraq, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, Bakı şəhər 7 saylı Dövlət Notariat kontorunun notariusunu notariat əməliyyatı aparılmasından ötrü təcridxanaya buraxılmasına dair məktub hazırlayıb notariusun İstintaq Təcridxanasına buraxılmasını təşkil edib. Etibarnamə əsasında Sumqayıt şəhərindəki evin satışından əldə olunmuş 19 min ABŞ dollarını Mehdi Ağayevdən almış, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 20 may 2010-cu il tarixli hökmü ilə Vaqif Ağayev Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azaldıqdan məhrum etmə cəzasına məhkum olunub. Bundan sonra Mehdi Ağayevin tələbi ilə aldığı pulun 20 min ABŞ dollarını qaytarıb, 21 min ABŞ dollarını aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurub.
Tərlan Əliyevə Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün aidiyyatı üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən müxtəlif sahələr üzrə korrupsiya hüquqpozmaları ilə əlaqədar 83 cinayət işinin istintaqı davam etdirilir. Həmin cinayət işlərinin nəticəsinə dair ictimaiyyətə mütəmadi olaraq məlumatın verilməsi təmin ediləcəkdir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Əmək Müfəttişliyində yarıtmaz xidmət...” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 01:23 |
|
|
|
• Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 01:00 |
|
|
|
• Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında - Amerikasız olmaz
Bu gün, 00:56 |
|
|
|
• Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Dünən, 19:39 |
|
|
|
• Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Dünən, 19:17 |
|
|
|
• Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Dünən, 19:14 |
|
|
|
• Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Dünən, 18:59 |
|
|
|
• “Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Dünən, 18:55 |
|
|
|
• Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Dünən, 18:36 |
|
|
|
• Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Dünən, 18:32 |
|
|
|
• Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Dünən, 18:10 |
|
|
|
• “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:07 |
|
|
|
• Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:01 |
|
|
|
• Universitet vergilərini vaxtında ödəməyib
Dünən, 17:58 |
|
|
|
• Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Dünən, 17:55 |
|
|
|
• Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Dünən, 17:53 |
|
|
|
• Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Dünən, 17:49 |
|
|
|
• “Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Dünən, 17:44 |
|
|
|
• Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Dünən, 17:41 |
|
|
|
• Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Dünən, 17:32 |
|
|
|
• Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Dünən, 17:29 |
|
|
|
• “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Dünən, 17:23 |
|
|
|
• Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Dünən, 17:11 |
|
|
|
• Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Dünən, 17:01 |
|
|
|
• Masaj salonlarında işləyən qadınları şantaj edən KİŞİYƏ CƏZA VERİLDİ
Dünən, 16:46 |
|
|
|
• “Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” - Dələduzluq işi
Dünən, 16:38 |
|
|
|
• Bayden heç unudularmı?.. - ŞƏRH
Dünən, 16:36 |
|
|
|
• Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub
Dünən, 16:34 |
|
|
|
• "Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" - vətəndaş ÇARƏSİZ DURUMDA
Dünən, 16:30 |
|
|
|
• "Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." - MÜSAHİBƏ
Dünən, 16:18 |
|
|
|
• Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib
Dünən, 16:16 |
|
|
|
• Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Dünən, 16:13 |
|
|
|
• Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Dünən, 16:11 |
|
|
|
• Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Dünən, 16:08 |
|
|
|
• YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Dünən, 16:06 |
|
|
|
• Kreml Trampın hədəsinə cavab verib
Dünən, 16:03 |
|
|
|
• Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Dünən, 16:01 |
|
|
|
• Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Dünən, 16:00 |
|
|
|
• Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Dünən, 15:57 |
|
|
|
• İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Dünən, 15:38 |
|
|
|
• Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Dünən, 15:33 |
|
|
|
• “Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Dünən, 15:32 |
|
|
|
• Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Dünən, 15:28 |
|
|
|
• “Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - Armen Qriqoryan
Dünən, 15:27 |
|
|
|
• Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı - ƏMR
Dünən, 15:22 |
|
|
|
• Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... - TƏFƏRRÜAT
Dünən, 15:20 |
|
|
|
• Samir Şərifova yeni vəzifə həvalə edilib - QƏRAR
Dünən, 15:18 |
|
|
|
• Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
Dünən, 14:42 |
|
|
|
• İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• “Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Dünən, 13:58 |
|
|
|
|