BAKI MERİYASININ HAVAYA SOVURDUĞU MİLYONLAR
Tarix: 9-04-2013, 09:24 | Çap et
PARKLAR BU GÜN ZİBİLXANAYA ÇEVRİLİBSon günlər havalar xoş keçdiyindən Bakının park və bağlarında gəzintiyə çıxanların sayı artır. Buna paralel olaraq, paytaxtdakı park və bağlarda abadlıq işləri, yaşıllıqlara qulluq sahəsində də canlanma müşahidə olunur. Başqa sözlə, yay mövsümünün başlanması ilə Bakının park və bağlarında, yolqırağı ərazilərdəki yaşıllıq zolaqlarına diqqət xeyli artıb. Görəsən, bu canlanma Bakının bütün park və bağlarında müşahidə olunurmu? Son bir neçə ildə paytaxtda yenicə salınmış və tikintisinə böyük məbləğdə dövlət vəsaitlərinin xərcləndiyi istirahət parkları yay mövsümünə hazırdırmı? Bu sahədəki gerçək vəziyyəti öyrənmək üçün Bakının mərkəzi ərazilərində yerləşən bir neçə istirahət parkına baş çəkdik. Nəsimi rayonundakı «Koroğlu parkı»nda bir fəhlə heykəli su ilə yuyaraq təmizəyir, digəri ətrafdakı yaşıl çəmənliyi suvarırdı. Parkda gəzintiyə gələnlərin sayı az idi. Həmsöhbət olduğumuz ziyarətçilər deyirlər ki, əvvəllər bu parkda ətrafa kölgəlik salan hündür və qollu-budaqlı ağaclar vardı. Amma ötən il burada xalq qəhrəmanı Koroğlunun Qırat üzərində heykəli qoyulan zaman ağacların bir hissəsi kökündən çıxarılıb. Oturacaqlar Günəş şüalarının düşdüyü yerlərdə qurulub. Ona görə də bu parkda ya səhərlər, ya da axşam Günəş batdıqdan sonra istirahət etmək mümkündür. Parkda suvarılma işləri aparan Bakı Şəhər Yaşıllaşdırma Departamentinin fəhlələri də ziyarətçilərin iradlarını qəbul edirlər. Onlar problemin hələ bir neçə il davamlana biləcəyini vurğulayırlar. Çünki «Koroğlu parkı»nda əkilmiş körpə tinglərin boy atıb şaxələnməsi, kölgəlik salması yalnız bir neçə ilə başa gələcək.
«Məmmədyar bağı»nın adı var, özü yox…
Elə həmin ərazi ilə həmsərhəd olan «Məmmədyar bağı»nda doğranmış ağaclara, ətrafa atılmış daş-çınqıla, yolunmuş yaşıl otlara və digər tullantılara rast gəldik. Baxımsızlıqdan ərazidəki ağaclardan bəziləri tamam qurumuş, bir qisminin isə qol-budağı kortəbii doğranaraq ətrafa atılmışdı. Oradakı bəzi ağaclar və otlar kortəbii böyümüşdü. Burada bir neçə il öncəyə qədər fəaliyyət göstərmiş məşhur «Vışka» kinoteatrının binasının kirəmit hissələri yararsız hala düşüb. Onun divarlarındakı suvaqlar və mərmər üzlük daşlar uçub-dağılıb. Vaxtilə kinoteatr binasının kassa və administratorun kabinetlərinə açılan pəncərələrin çərçivələri də sökülüb. Ətrafı işıqlandırmaq üçün binanın hər tərəfinə düzülmüş elektrik fənərləri sındırılıb, onların elektrik xətləri isə kəsilərək doğranıb. «Vışka»nın girişindəki daş və mərmər pilləkənin sütunlarının üzlük daşları da tamam dağılıb. Bağdakı oturacaqlardan bəziləri sındırılıb, bəziləri isə yağış, qar və küləyin təsirindən yararsız hala düşüb. Bağdakı «Timsah-ilan» abidəsinin ətrafında salınmış fəvvarədə vaxtilə fəaliyyət göstərən fontan kompleksindən yalnız biri salamat qalıb. Lakin həmin qurğu işləmədiyindən pas atıb. Bu, azmış kimi, yaxınlıqdakı su kəmərinə birləşdirilmiş plastik borudan fəvvarənin hovuzuna su axır. Hovuzun içərisi isə natəmizdir, burada hətta məişət tullantılarına da rast gəlmək olur. Fəvvarəni əhatələyən beton sədlərin bir neçə yerindəki üzlük daşları da dağılıb. Burada qara mərməri dağıdıldığından istismara yararsız süni çeşməyə də rast gəldik. Çeşmənin arxa tərəfində kortəbii inkişaf edən çəmənlik, oraya qoyulmuş zibildaşıyan maşın və ekskavator, kənardan daşınaraq gətirilmiş torpaq topası da vardı.
“Yuyunmağa su tapmırıq”
«Məmmədyar bağı»nda gəzintiyə çıxmış ağsaqqallarla həmsöhbət olduq. Arif Məmmədov adlı sakin deyir ki, asudə vaxtını səmərəli keçirmək üçün bu istirahət parkındakı çayxanaya tez-tez gəlir. Amma buradakı antisanitariya, zibillik, «Timsah-ilan» fəvvarəsinin üfunət qoxuyan mənzərəsi onun əhvalını xeyli korlayır: “Yaşlı adamam, uzaqdakı parklara gedə bilmirəm. Yaxınlıqdakı binada yaşayan və mənim kimi yaşlı adamların əksəriyyəti buraya gəlir. Gərək aidiyyəti qurumlar bu barədə ciddi düşünsünlər, mənim kimi ağsaqqalların xoş istirahətlərinin qeydinə qalsınlar». Zəngilan rayonundan məcburi köçkün Mustafa dayı isə asudə vaxtını səmərəli keçirmək üçün Bakının nisbətən abad parklarına gedir: «Bu günədək demək olar ki, paytaxtın bütün istirahət mərkəzlərində olmuşam. Amma hələ də özümə münasib bir park və bağ tapmamışam ki, istirahətimi xoş keçirmək üçün daim ora gedim. Məni ən çox narahat edən odur ki, yayın qızmar günlərində park və bağlarda əl-üzümüzü yumağa su tapmırıq. Süni bulaqlar, yaxud çeşmələr yoxdur. Olanları da ya işləmir. Buradakı süni bulaq da dağılıb».
Baxımsız qalan bağlar
Bakı Şəhər Yaşıllaşdırma Departamentinin Rəşxan adlı ağsaqqal əməkdaşı isə qeyd edir ki, bir müddət əvvəl «Məmmədyar bağı»nın əsaslı təmiri nəzərdə tutulmuşdu. Amma «Koroğlu parkı» plana salındığından əsaslı təmir təxirə salınıb. Sakinlərin iradlarını səmimi qəbul edən həmsöhbətimiz nəzarətsizlik və baxımsızlıq üzündən təkcə «Məmmədyar bağı»nın deyil, bəzi park və bağların da xaraba qaldığını deyir: «Son zamanlar həmin istirahət mərkəzləri bizim departamentin balansına verilib. Amma baxımsız qalan parların əsaslı təmiri üçün kifayət qədər maliyyə vəsaiti lazımdır». Parklarda bulaqların olmamasına gəlincə, Rəşxan dayı bu məsələdə günahı park və bağların yenidənqurulması ilə məşğul olan təşkilatları qınayır. Onun sözlərinə görə, bəzi istirahət mərkəzlərinin layihəsində bu məsələyə yer ayrılmır. Hətta bəzi yerlərdə belə çeşmə və bulaqlar olsa da, fəaliyyət göstərmir. «Elmlər Akademiyası bağı»nda da yabanı otlar və ağacların qol-budaqları kortəbii boy atıb. Amma son günlər bura da da yabanı otların biçilməsinə, yaşıllıqların suvarılmasına, ağaclara qulluq göstərməyə başlayıblar. Bakı Şəhər Yaşıllaşdırma Departamentinin aqronomu Vaqif Abutalıbov «Elmlər Akademiyası bağı»nda mövsümə hazırlıq tədbirlərinə hələ ötən ayın əvvəlindən başlandığını deyir: «Kənardan baxanlar elə bilirlər ki, abadlaşdırma və yaşıllaşdırılma işlərinin icrası gecikib. Amma hər şey qrafik üzrə gedir. Bağdakı fəvvarə də işlək vəziyyətə gətirilib. Burada təzə lalələr və süsənlər əkilib. Yaxın zamanlarda «Elmlər Akademiyası bağı» öz simasını tamamilə dəyişəcək».
Təbriz Vəfalı
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərsun Holdinq”də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 12:36 |
|
|
|
• “Rusiyadan Bakıdakı agentlərə sifariş verilib ki...” – Sabiq nazirdən ŞOK AÇIQLAMA
Bu gün, 12:31 |
|
|
|
• Həbsdə olan sabiq tabor komandirinin şikayətinə baxılacaq
Bu gün, 12:26 |
|
|
|
• Rubio Panama üçün YOLA ÇIXDI... - NƏ BAŞ VERİR?
Bu gün, 12:24 |
|
|
|
• "Haçan ailə qursam, görəcəksiniz"
Bu gün, 12:15 |
|
|
|
• Suriyanın gələcək portreti: - Tehran onu çəkən “rəssamlar” arasında yoxdur
Bu gün, 12:12 |
|
|
|
• Alkoqollu içkilər BAHALAŞACAQ
Bu gün, 12:11 |
|
|
|
• Qarabağ Qazisinin HAQQI YEYİLİR... - AXI NİYƏ?..
Bu gün, 12:08 |
|
|
|
• “OPEC+ Trampın təzyiqinə tab gətirməyəcək” - Bloomberg
Bu gün, 11:58 |
|
|
|
• Quskadan Prezidentə: Sizə verilən bu məlumat yalandır! - TƏFƏRRÜAT
Bu gün, 11:51 |
|
|
|
• ABŞ qüvvələrinin Ermənistana gələcəyi tarix açıqlandı - “Hraparak”
Bu gün, 11:50 |
|
|
|
• Hüquq müdafiəçisi neftçilərin maaş artımı ilə bağlı ÇAĞIRIŞ ETDİ - "İnsafınız olsun..."
Bu gün, 11:45 |
|
|
|
• ABŞ-da qəzaya düşən təyyarədə fiqurlu konkisürmə üzrə rusiyalı dünya çempionları da olub - TASS
Bu gün, 11:39 |
|
|
|
• Türkiyə şirkəti Azərbaycanda ləğv olunur
Bu gün, 11:23 |
|
|
|
• Ötən ilin avqustunda həbs edilmişdilər - İNDİ İSƏ...
Bu gün, 11:21 |
|
|
|
• Arvadını öldürən kişi ilə bağlı ŞOK FAKTLAR: - "Qulaq kəsmişdi, məhkəmə həbs etməyib"
Bu gün, 11:18 |
|
|
|
• ƏÜO-da “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib - VİDEO
Bu gün, 11:16 |
|
|
|
• Məqsəd İrəvanın xarici siyasətinin Bakıdan asılı olmasıdır - İskəndəryan
Bu gün, 11:15 |
|
|
|
• Paşinyan sevinərdi ki, bunları da... - RƏY
Bu gün, 11:11 |
|
|
|
• “Əsaslı Tikinti və Təchizat” MMC-nin “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə ŞÜBHƏLİ İŞBİRLİYİ - İLGİNC FAKTLAR
Bu gün, 11:00 |
|
|
|
• Barat Yusubovun bazara çevirdiyi Yeni Klinika... - vətəndaş süründürməçiliyi ifşa etdi
Bu gün, 10:57 |
|
|
|
• Şvabenin cəhdləri mənasızdır: - Bakı mövqeyindən bir addım da olsun geri çəkilməyib
Bu gün, 10:48 |
|
|
|
• Gömrük Komitəsində 3 aydır gecikən maaşlar VERİLDİ - AÇIQLAMA
Bu gün, 10:30 |
|
|
|
• Əliyevin həmləsi durumu kökündən dəyişdi – “Artıq Putin də...”
Bu gün, 10:26 |
|
|
|
• Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı - FOTO
Bu gün, 10:23 |
|
|
|
• AZNEFT rəhbəri bu məsələdə mövqe ortaya qoymazsa... - "Siyəzənneft"lə bağlı planlar NƏDİR?
Bu gün, 10:19 |
|
|
|
• 7 ölkədən xəbərdarlıq edilir: böyük fəlakətlər olacaq – Ovannisyan
Bu gün, 10:07 |
|
|
|
• “Xəstəxanaya yerləşdirəndə sol tərəfi işləmirdi, əsəbdən...” - AÇIQLAMA
Bu gün, 10:02 |
|
|
|
• "Fevralın əvvəlində Paşinyanın Trampla görüşünün baş tutması üçün hər şey edilir..." - “Hraparak”
Bu gün, 10:01 |
|
|
|
• Azərbaycanda investisiya şirkətinin rəhbərliyindən biri vəzifəsini tərk edib - Onun yerinə isə...
Bu gün, 09:59 |
|
|
|
• 6 aydır başçı yoxdur... sakinlər NƏ ETSİN? - MÜRACİƏT
Bu gün, 09:56 |
|
|
|
• Bakı Kremlin demarşını özünə qaytardı: Rusiya bunu etməsə... - NƏ BAŞ VERİR?
Bu gün, 09:50 |
|
|
|
• Nazir getdi, nazirlik də ləğv olunur? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:47 |
|
|
|
• İşçilərin əməyinin ödənilməsinin hansı sistemi və növləri vardır? - Ekspert danışır...
Bu gün, 09:43 |
|
|
|
• Şakro Molodoy vida mərasimində - Hamı bu VİDEODAN danışır
Bu gün, 09:38 |
|
|
|
• 14 kiloqram heroin və marixuananın dövriyyə buraxılmasının qarşısı alındı - Sumqayıtda polisin narkotik əməliyyatı
Bu gün, 09:36 |
|
|
|
• "İlin günün bu vaxtı işçini ixtisar edərlər?" - NARAZILIQ VAR...
Bu gün, 09:31 |
|
|
|
• “Bu bəyanatların heç iki qəpiklik dəyəri yoxdur” - Çingiz Qənizadə
Bu gün, 09:16 |
|
|
|
• Siyəzəndə keçmiş məhbus saxlanıldı - FOTO
Bu gün, 09:13 |
|
|
|
• "Haram pulları necə yeyirsiniz?!!" - ETİRAZ VAR...
Bu gün, 09:11 |
|
|
|
• Ermənistan könüllü etməsə, İrəvanı buna necə məcbur edə bilərik? - Əliyev nöqtə qoydu...
Bu gün, 09:08 |
|
|
|
• Nərimanovda yenə də süpürgəçi maaşları QAYÇILANIR... - AXI NİYƏ?..
Bu gün, 09:05 |
|
|
|
• Ana Vətən Partiyası seçkinin nəticələrini tanıdı - AÇIQLAMA
Bu gün, 08:56 |
|
|
|
• Sərhəddə hər an təxribat TƏXRİBAT törədilə bilə - Bakı XƏBƏRDARLIQ etdi
Bu gün, 08:53 |
|
|
|
• Qonşu ölkədə Azərbaycana qarşı 300 atəş nöqtəsi yaradılıb – Bakı müharibəyə cəlb edilir
Bu gün, 08:52 |
|
|
|
• Əliyev 10 il öncəkindən qat-qat güclüdür, çünki… - İsgəndəryan
Bu gün, 08:50 |
|
|
|
• Dövlət qurumlarında maaş problemi - ajiotajı kim və niyə yaradır
Bu gün, 08:49 |
|
|
|
• Zaur Mikayılovun işçisi MEYDAN SULADI - AY MAŞALLAH...
Bu gün, 08:48 |
|
|
|
• Ərəbləri Azərbaycana dadandıranlar ÖZBAŞINA QALIB? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:42 |
|
|
|
• Biz gənclərimizlə fəxr edirik - MƏQALƏ
Bu gün, 08:31 |
|
|
|
|