RƏSUL QULİYEVİN OĞLU HAKİMİYYƏTİ TƏNQİD ETDİ
Tarix: 3-12-2011, 14:16 | Çap et
“İQTİSADİYYATIN KORRUPSİYA ÜZƏRİNDƏ QURULMASI ƏHALİYƏ ÇƏTİNLİKLƏR YARADIR”
ABŞ-da mühacirətdə olan Rəsul Quliyevin (parlamentin sabiq sədri) oğlu Pərvin Quliyev Teleqraf.az-a Azərbaycandakı durum, ölkənin ictimai-siyasi və iqtisadi həyatına dair fikirlərini açıqlayıb.
Əvvəlcə Amerikadan Azərbaycanın necə görünməsinədn danışan Pərvin Quliyev hesab edir ki, Azərbaycandakı insanların həyatına təsir edən hadisələrə baxış heç vaxt tam mənada obyektiv ola bilməz: : “Hətta mən Amerikada yaşasam da Nyu-York şəhərində baş verən “Uoll Striti Zəbt Elə” (Uoll Strit Nyu Yorkun ənənəvi maliyyə rayonun adıdır) hərakatındakı insanların etirazları ilə yaxından tanış olanda tamamilə fərqli fikirlər yarana bilər. 1988-91-ci illərdəki Azadlıq meydanında cərəyan edən xalq hərakatının, mitinqlərinin özüm şahidi olmasaydım, bəlkə də bu olaylar yaddaşımda istənilən səviyyədə həkk olunmazdı. 21-ci əsrin ikinci on illiyinə qədəm qoyduğumuz dövrdə sosial şəbəkələrin verdiyi imkanlardan istifadə edərək öz subyektiv fikirlərimizi bölüşə, mövqeyimizi arqumentləşdirə və dəlillərə istinad edə bilərik. Öz növbəmdə, Amerikada və digər ölkələrdə mənim kimi yaşayanları Azərbaycan barədə məlumatlandıran cəsarətli jurnalistlərə və ictimaiyyət nümayəndələrinə təşəkkürümü bildirirəm”.
P.Quliyev deyib ki, Azərbaycandakı durum onun üçün ancaq insan həyatının dəyəri və qiymətləndirilməsi bucağından acınacaqlı və məşəqqətli görsənir: “Mən Azərbaycana hər hansı cansız materiya kimi yanaşmaq istəmirəm. Azərbaycana həyat verən onun şəxsiyyətlərdən ibarət olan orqanizmi, yəni cəmiyyətidir. Əgər cəmiyyət xəstədirsə və onun sağlam fərdləri ailələrinin gələcəyi üçün ölkəni tərk edirsə, bunun nələrə gətirib çıxaracağını təsəvvür etmək çətin deyil. Qərb siyasətçi və ziyalıları Azərbaycan xalqının taleyi ilə bağlı müxtəlif mülahizələr irəli sürə bilərlər. Amma o adamlar bizim xalqımızın azad cəmiyyət şəraitində nələrə nail ola biləcəyini heç vaxt qabaqcadan təxmin edə bilməzlər. Azərbaycan xalqının övladlarının Vətəndən didərgin düşüb yad ölkələrdə yeni vətəndaş hüquqlarından bəhrələnərək şəxsiyyət kimi formalaşması və nailiyyətlər əldə etməsi maraqları toqquşduran və mürəkkəb izahatları geridə qoyur. Bəli, hər bir proses zaman tələb edir, amma insanların həyatında vaxt məhdudiyyəti olduğu üçün onların açıq cəmiyyətdə yaşamaqdan məhrum olması istedad və məharət təşəbbüskarlığının üzə çıxmasını da mümkünsüz edir”.
P.Quliyev ölkə əhalisinin iqtisadi durumunun agir oldugu bir vaxta qiymət artimının baş verməsi faktına da münasibətinmi açıqlayıb. Aazad bazar mühitində də qiymət artımı insanlar tərəfindən mənfi qəbul olunduğunu deyən P.Quliyev hesab edir ki, Azərbaycanda normal bazar mühitinin olmaması, iqtisadiyyatın korrupsiya üzərində qurulması əhaliyə əlavə çətinliklər yaradır: “ Ona görə də qiymətlərin süni surətdə bu cür artırılması xalqın onsuz da yaxşı olmayan iqtisadi durumunu bir qədər də ağırlaşdırır. Eyni zamnda, qeyri-qanuni yollarla varlananlar daha böyük vəsaitlərə çıxış imkanı əldə edib cəmiyyətin real vəziyyətindən uzaqlaşırlar. Bu isə dilənçi halına salınmış xalqın əvvəl-axır qəzəbini doğuracaq. Hakimiyyət tərəfindən nəzarət olunan ictimai xidmət sahələrində maliyyə şəffaflığının olmaması və məmurların vətəndaşlar qarşısında yox, daha çox talanan pulun yuxarılarla vaxtında bölüşdürülməsinə cavabdehlik daşıması insanların hakimiyyətə olan nifrətini daha da artırır”.
Ölkənin neft-qaz sənayesindən asılı olduğunu vurğulayan P.Quliyevin fikrincə təbii sərvətlərin istehsalı və satışından əldə olunan maliyyənin artıq əvvəlki səviyyədə olmaması, digər sahələrin az qala mövcudsuzluğu ilə yanaşı manatın da bahalaşması əvvəki illərdə yaşanmış neft axını eyforiyasının nəticəsidir: “Biz indi təsəvvür edə bilərik ki, neft və qaz sənayesindən asılı olub ziyalı potensialını itirən xalqın qiymətlərin artmasını dövlət siyasəti kimi qəbul etməsi nə dərəcədə sadəlövhlükdür. Rəqabətə hazır olmayan xalqın təbii sərvətlər tükənəndən sonra hansı durumda olacağı heç də çətin təsəvvür olunmur. Bu xüsusda beynəlxalq aləmdə də artıq həyəcan siqnalı çalınır”.
P.Quliyev mövcud vəziyyətin tələb etdiyi etiraz formalarından da danışıb. Onun qənaətincə vətəndaşların indiki rejimə qarşı etirazı hazırda dinc forma daşıyır və bu tipli aksiyaların keçirilməsi başqa xarakterli aksiyalardan daha praktik ola bilər: “Amma hakimiyyətin hələ də nəticə çıxarmaması göstərir ki, hətta dinc etiraz vasitələrində də yeniləşmə olmalıdır. Əgər islahatların yuxarıdan getməsi mümkün deyilsə, sadə insanların yerlərdə, hətta kiçik məişət səviyyəsində etirazını biruzə verməsi vacibdir. Sadə insanlar çox vaxt anlamırlar ki, hakimiyyətin dəyışməsi və bu məqsədə hesablanan siyasi mübarizə onların düçar olduğu ağır vəziyyətə çarə ola bilər. İndiki hakim rejimin əslində heç bir siyasi ideologiyası yoxdur. Düşünürəm ki, korrupsiya və rüşvətin dövlət idarəçiliyində əsas götürülməsinə qarşı mübarizə siyasi olmaya da bilər. Təsəvvür edin ki, hansısa məkanda bir dəstə quldur xeyli insanı girov götürüb və onların hüquqlarını pozaraq istismar edir. Bunun qarşlığında isə imsanlara zülm edədənlərə qarşı siyasi mübarizə elan olunur. Azərbaycanda da insanlara qarşı eyni qəddarlıq hakimiyyəti zəbt eləməklə “qanuniləşdirilib”. Tunisdəki Azadlıq inqilabına qığılcım verəm Məhəmməd Buazzizin özünün haqqının tapdanması və alçaldılmasına qarşı Azadlıq məşəlinə dönməsi oldu. Onun bu tarixi addımı heç də siyasi mübarizə üçün addım atmaq məqsədi daşımırdı. Azərbaycan xalqının da bu günkü istirabları əsasən məişət xarakterlidir. Biz kimisə özünü qurban verməsini istəməsək də, vətəndaş itaətsizliyinin sosial ədalətsizliklərə qarşı kəsərli şəkildə təşkil olunması mühümdür. Rüşvətlə özünə vəzifə almış məmurların gəlir mənbəyi xalqın onların təklif etdiyi xidmətlərdən həmrəylik göstərərək imtina etməsilə qapana bilər. Aşağıdan yuxarı gedən rüşvət damarı tutulandan sonra isə korrupsioner rejim dayaqlarını itirib uçacaq”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tovuzda yeniyetmə qızı qaçıran mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:30 |
|
|
|
• Xəstəlik vərəqəsi verən həkimlər də diqqətli olmalıdır... - Ekspert danışır...
Bu gün, 09:25 |
|
|
|
• Zurabişvili Amerikada Saakaşvilini niyə əfv etməməsinə aydınlıq gətirdi... - "Newsgeorgia"
Bu gün, 09:19 |
|
|
|
• Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• İran və Ermənistan çətin vəziyyətdə: şərtləri Bakı diktə edir - GƏLİŞMƏ
Bu gün, 09:08 |
|
|
|
• Fars-molla rejimi bizə münasibətində SƏMİMİDİRMİ? - ÇARƏSİZDİR, HƏM DƏ...
Bu gün, 08:56 |
|
|
|
• Azərbaycan İran üçün SON QURTULUŞ ŞANSIDIR... - AKTUAL
Bu gün, 08:54 |
|
|
|
• Paşinyan axır ki, ABŞ-a gedir, amma rəsmi görüşə yox… - KİV
Bu gün, 08:52 |
|
|
|
• Referendum keçiriləcəyi xəbəri təsdiqlənir - konstitusiyada dəyişməsi gözlənilən məsələlər hansılardır?
Bu gün, 08:45 |
|
|
|
• Özünü şirkət rəhbəri kimi təqdim edərək kiberdələduzluq edən şəxsi polis saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 08:37 |
|
|
|
• “Xətai Park Servis”in NÖVBƏTİ NAŞILIĞI... - "Heç sənədləri əməlli-başlı saxtalaşdıra da bilmirlər..."
Bu gün, 08:35 |
|
|
|
• Rusiya Ermənistanı buna məcbur etdi - Simonyan
Bu gün, 08:31 |
|
|
|
• Bölgədə yeni təhdidlərə qarşı Azərbaycan-İsrail müttəfiqliyi? - NƏ ETMƏLİ?
Bu gün, 08:29 |
|
|
|
• Elektron imtahana keçid: Test üsulu ləğv edilir? - ARAŞDIRMA
Bu gün, 08:27 |
|
|
|
• 3 minə yaxın şikayət məktubu yazıb... - AMMA...
Bu gün, 08:25 |
|
|
|
• Tramp praqmatik və rasional siyasətçidir - BUNA GÖRƏ DƏ...
Bu gün, 07:29 |
|
|
|
• Gizli danışıqlar gedir: Trampla Putin nədə razılaşmır? - İNCƏLƏMƏ
Bu gün, 07:27 |
|
|
|
• "Saloğlu Fərdi Firması" məhkəmə çəkişməsində... - FOTO
Bu gün, 07:05 |
|
|
|
• “İrəvan hökuməti əvvəl-axır dəhliz məsələsinə razılıq verməlidir” - Başqa cür ola da bilməz...
Bu gün, 07:00 |
|
|
|
• BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir - İcazə verin şübhələnək...
Bu gün, 06:50 |
|
|
|
• “Cəmi 2 ay ünvanlı sosial yardım verildi...” - AXI NİYƏ?..
Bu gün, 06:46 |
|
|
|
• Ermənistanda keçmiş komitə sədri saxlanılıb
Bu gün, 06:40 |
|
|
|
• Su Ehtiyatları Agentliyində 4.3 milyonluq tender... - Zaur Mikayılov kimi seçdi?
Bu gün, 06:36 |
|
|
|
• Səfirliyimizə hücum edən terrorçu nə vaxt edam olunacaq? - AKTUAL
Bu gün, 06:32 |
|
|
|
• “Ölənin arxasınca danışmayın, Rəşid Mahmudov kimi sözü üzə deyin”
Bu gün, 06:29 |
|
|
|
• Azərbaycan-Ermənistan sərhədində nə baş verir? – Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 06:25 |
|
|
|
• Şəhidin haqqında sərəncam niyə icra olunmur? - Prezidentin “Azərbaycan Bayrağı” ordeni ilə təltif etdiyi şəhidə aid məhkəmə qərarı HAVADA QALIB
Bu gün, 06:21 |
|
|
|
• Tramp Putinlə dərhal görüşmək istəyini bildirib
Bu gün, 06:14 |
|
|
|
• “Əmək Müfəttişliyində yarıtmaz xidmət...” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 01:23 |
|
|
|
• Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 01:00 |
|
|
|
• Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında - Amerikasız olmaz
Bu gün, 00:56 |
|
|
|
• Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Dünən, 19:39 |
|
|
|
• Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Dünən, 19:17 |
|
|
|
• Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Dünən, 19:14 |
|
|
|
• Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Dünən, 18:59 |
|
|
|
• “Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Dünən, 18:55 |
|
|
|
• Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Dünən, 18:36 |
|
|
|
• Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Dünən, 18:32 |
|
|
|
• Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Dünən, 18:10 |
|
|
|
• “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:07 |
|
|
|
• Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:01 |
|
|
|
• Universitet vergilərini vaxtında ödəməyib
Dünən, 17:58 |
|
|
|
• Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Dünən, 17:55 |
|
|
|
• Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Dünən, 17:53 |
|
|
|
• Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Dünən, 17:49 |
|
|
|
• “Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Dünən, 17:44 |
|
|
|
• Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Dünən, 17:41 |
|
|
|
• Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Dünən, 17:32 |
|
|
|
• Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Dünən, 17:29 |
|
|
|
• “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Dünən, 17:23 |
|
|
|
|