RAFİQ TAĞININ QƏTLİNDƏ İRAN İZİ TƏSDİQLƏNİR
Tarix: 4-12-2011, 16:52 | Çap et
YAXINLIQDAKI “İRAN” MAĞAZASININ ŞNURLARINI KİM VƏ NİYƏ KƏSİB?
«Yazıçı Rafiq Tağının qətlinə görə, adi bir islam fanatını tutsalar heç təəccüblənmərəm». Noyabrın 19-da bıçaqlanmış yazıçı-publisist Rafiq Tağının qətlini araşdıran Jurnalist Təhqiqat Qrupunun üzvü Eynulla Fətullayev AzadlıqRadisouna belə deyib. Onun sözlərinə görə, qrupun üzvləri yazıçının bıçaqlandığı ərazidə yerləşən dükanlardakı kameraların yaddaşlarına baxıblar. Və bu zaman maraqlı faktlarla üzləşiblər. - Rafiq Tağının qətlə yetirildiyi küçədə bir İran mağazası var. Həmin mağazadakı kameranın müşahidə imkanları daha böyükdür. Əfsuslar olsun ki, onun «şnur»ları kəsilib. Mən həmin dükanın sahibindən soruşdum ki, bu hadisə nə zaman baş verib. Cavabında dedi ki, noyabrın 5-də. Çox maraqlıdır, qətldən təqribən iki həftə öncə. Amma mənə aydın izahat verilmədi ki, kameranın işinə niyə müdaxilə edilib? Hesab edirəm ki, bu, vacib məqamdır. Çünki qətl həmin mağazadan cəmi 4-5 metr aralıda baş verib. Amma başqa kameranın yaddaşında biz bir nəfəri gördük. Rafiq Tağının qətlindən bir neçə dəqiqə öncə bir nəfər əlində bükülü tələsik addımlarla həmin yerə irəliləyir. Nə 15 dəqiqə öncə, nə 15 dəqiqə sonra – biz kameranın yaddaşına saat 22.40-a qədər baxıb təhlil etmişik – ordan heç kim keçmir. Başqa maraqlı məqam nədir. İstintaq orqanları həmin kameraların yaddaşına baxsalar da, götürməyiblər. Bizim qrupun üzvləri baxdıqdan sonra həmin kameranın yaddaşı hüquq-mühafizə orqanları tərəfindən aparılıb. - Həmin kadrda əlində bükülü keçən şəxsin üzünü görmək mümkündürmü? - Mümkün deyil. Amma yəqin xüsusi avadanlıqla görmək olar. Bir də... Axı orda hüquq-mühafizə orqanlarının da yerləşdirdiyi kameralar var. Şəhərdəki işıqforlarda da xüsusi kameralar quraşdırılıb. Bizim həmin kameralara çıxışımız yoxdur. Amma düşünürəm ki, o kameraların yaddaşında çox şey var. İkincisi, həmin ərazidə «Unibank»ın da kamerası da var. Biz banka da sorğu göndərəcəyik. Yadınızdadırsa, Rafiq Tağı deyirdi ki, qatil arxaya qaçdı, yəqin orda onu maşın gözləyib. Əgər onu orda maşın gözləyibsə, bu da «Unibank»ın kamerasına düşməliydi. Çünki bankın kamerası həmin yolu, həmin perimetri müşahidə edir... Çox təəccüblüdür ki, niyə istintaqın bu günədək gəldiyi konkret nəticə yoxdur. Bu qədər kameralar olub həmin ərazidə. Özü də sui-qəsd Bakı şəhər Baş Polis İdarəsinin yaxınlığında baş verib. Həmin ərazidə yəqin bizim polisin agentur şəbəkəsi var və ondan da istifadə edə bilər. «Bu gün dekabrın 4-dür, bu günədək qətlin üstü açılmayıbsa, həmin şəxs yaxalanmayıbsa, qatilin yaxalanmasına ümidlər gün-gündən azalır. Belə qətllər isti izlərlə açıla bilər. Kameralar, agentur şəbəkə var və s... Bundan başqa, billinglər yada düşmür. Elmar Hüseynovun qətlini mobil telefonlarla açdılar. Birmənalı deyə bilərəm ki, Rafiq Tağı izlənib. Bu qətldə azı iki nəfər iştirak edib. Azı bir nəfər onu güdüb. Çünki qatil onu üzü bağlı güdə bilməzdi. Rafiq Tağı avtobusdan düşəndə yəqin ki, qatilə siqnal verilib, o da hərəkətə keçib. Ona görə billinqlər yardıma gələ bilər». - Sizin konkret versiyanız varmı, qətli kim törədib? - Mənim ehtimalım var. Ancaq açıqlamaq istəmirəm. Bu subyektiv görünə bilər. Amma sizə deyim ki, məni narahat edən bir məqam var. Sanki ictimai rəy ancaq bir versiyaya yönəldilir – İran versiyasına. Mən bununla razı deyiləm. Düzdür, Rafiq Tağı ilə bağlı 2007-ci ildə fitva verilmişdi. Salman Rüşdi ilə bağlı fitva isə 1988-ci ildə verilib, özü də İmam Xomeyni tərəfindən. Amma o hələ də sağ-salamatdır. Baxın, Salman Rüşdi haqda İmam Xomeyni fitva verib, İranın rəhbəri, Rafiq Tağı haqda fitvanı sıravi ayətullah verib. Necə olur ki, 5 ildə heç nə olmur, bu məsələ gündəmdən düşəndən, unudulandan sonra Rafiq Tağı yada düşür? Əsas kimi Rafiq Tağının noyabrın 11-də yazdığı məqalə götürülür. Amma yazının çıxdığı «Kulis.az» saytına baxanda orda İran haqda elə yazılar var ki, Rafiq Tağının məqaləsi məxməri tənqiddir. İkincisi, tutalım 11 noyabr yazısı ayətullahların diqqətini cəlb etdi. Texniki baxımdan 5 günə qətl təşkil etmək mümkün deyil. Niyə axı Rafiq Tağının başqa yazıları da götürülmür? Onun avqustda həmin saytda bir yazısı da çıxıb. - Həmin yazıda söhbət nədən gedirdi? - Mən hələlik ictimai fikri hər hansı versiyaya yönləndirmək istəmirəm. Amma məncə, bu məsələdə İran versiyası ən az inandırıcıdır. Bu versiyanı istisna etmirəm, amma ən az inandırıcıdır. Hadisənin baş verdiyi küçə demək olar ki, İran dükanlarından ibarətdir. Bu qədərmi qeyri-peşəkardılar, bu qədərmi ağılsızdırlar? Onu da deyim ki, mən Təhqiqat Qrupunun üzvü kimi 3 gün İran səfirliyinin əməkdaşları ilə görüşmək istədim. Amma onlarla mənimlə görüşdən qaçdılar. Qorxurlar. Bu da həmin kampaniyanın nəticəsidir. - Təhqiqat Qrupunun üzvü Mehman Əliyev AzadlıqRadiosuna demişdi ki, Rafiq Tağının ölümü hakimiyyət dairələrinə, azad sözü boğmaq istəyənlərə bağlıdır... - Məsələ bundadır ki, çoxları həmin versiyanı səsləndirməyə qorxur. Rafiq Tağının hakimiyyətə qarşı yazıları da olub axı. Bir məqama da diqqət edək, hökumət rəsmisi Əli Həsənovun həmin qətllə bağlı şərhinə. O deyir ki, Rafiq Tağının Azərbaycan hökuməti ilə heç vaxt problemi olmayıb. Belə çıxır ki, problemi olan jurnalistlər öldürülməlidir? - Sizin versiyanız Mehman Əliyevin dedikləriylə üst-üstə düşürmü? - Rafiq Tağının qətli yazarlar, jurnalistlər arasında qorxunu, xofu gücləndirib. Dünən təsadüfən bir şey öyrəndim, adını çəkməyəcəyim bir yazıçı naşirə zəng vurur ki, başıma bir iş gələrmi görəsən?.. Amma bir neçə günə adi bir islam fanatı tapıb həbs etsələr, mən buna heç təəəccüblənmərəm. Hrant Dinkin işində olduğu kimi. Bununla da qətlin sifarişçisi də, icracısı da kənarda qala bilər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Əmək Müfəttişliyində yarıtmaz xidmət...” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 01:23 |
|
|
|
• Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 01:00 |
|
|
|
• Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında - Amerikasız olmaz
Bu gün, 00:56 |
|
|
|
• Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Dünən, 19:39 |
|
|
|
• Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Dünən, 19:17 |
|
|
|
• Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Dünən, 19:14 |
|
|
|
• Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Dünən, 18:59 |
|
|
|
• “Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Dünən, 18:55 |
|
|
|
• Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Dünən, 18:36 |
|
|
|
• Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Dünən, 18:32 |
|
|
|
• Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Dünən, 18:10 |
|
|
|
• “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:07 |
|
|
|
• Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:01 |
|
|
|
• Universitet vergilərini vaxtında ödəməyib
Dünən, 17:58 |
|
|
|
• Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Dünən, 17:55 |
|
|
|
• Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Dünən, 17:53 |
|
|
|
• Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Dünən, 17:49 |
|
|
|
• “Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Dünən, 17:44 |
|
|
|
• Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Dünən, 17:41 |
|
|
|
• Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Dünən, 17:32 |
|
|
|
• Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Dünən, 17:29 |
|
|
|
• “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Dünən, 17:23 |
|
|
|
• Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Dünən, 17:11 |
|
|
|
• Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Dünən, 17:01 |
|
|
|
• Masaj salonlarında işləyən qadınları şantaj edən KİŞİYƏ CƏZA VERİLDİ
Dünən, 16:46 |
|
|
|
• “Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” - Dələduzluq işi
Dünən, 16:38 |
|
|
|
• Bayden heç unudularmı?.. - ŞƏRH
Dünən, 16:36 |
|
|
|
• Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub
Dünən, 16:34 |
|
|
|
• "Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" - vətəndaş ÇARƏSİZ DURUMDA
Dünən, 16:30 |
|
|
|
• "Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." - MÜSAHİBƏ
Dünən, 16:18 |
|
|
|
• Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib
Dünən, 16:16 |
|
|
|
• Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Dünən, 16:13 |
|
|
|
• Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Dünən, 16:11 |
|
|
|
• Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Dünən, 16:08 |
|
|
|
• YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Dünən, 16:06 |
|
|
|
• Kreml Trampın hədəsinə cavab verib
Dünən, 16:03 |
|
|
|
• Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Dünən, 16:01 |
|
|
|
• Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Dünən, 16:00 |
|
|
|
• Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Dünən, 15:57 |
|
|
|
• İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Dünən, 15:38 |
|
|
|
• Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Dünən, 15:33 |
|
|
|
• “Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Dünən, 15:32 |
|
|
|
• Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Dünən, 15:28 |
|
|
|
• “Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - Armen Qriqoryan
Dünən, 15:27 |
|
|
|
• Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı - ƏMR
Dünən, 15:22 |
|
|
|
• Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... - TƏFƏRRÜAT
Dünən, 15:20 |
|
|
|
• Samir Şərifova yeni vəzifə həvalə edilib - QƏRAR
Dünən, 15:18 |
|
|
|
• Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
Dünən, 14:42 |
|
|
|
• İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• “Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Dünən, 13:58 |
|
|
|
|