MAHİR ABDULLAYEVİ NİYƏ OĞURLAYIBLAR?
Tarix: 15-04-2013, 11:34 | Çap et
HÜQUQ EKSPERTİNDƏN İLGİNC İDDİALARDİA.AZ olaraq müstəqil yazar, hüquq eksperti Adil Nəzərlinin “Təzadlar”a göndərdiyi aşağıdakı yazısını maraqlılığını nəzərə alaraq təqdim edirik:
...Belə başa düşürəm ki, Mahir Abdullayev müəmması sona yaxınlaşmaqdadır. Çünki mətbuatdan da izləyib-oxumuşam ki, Elşad Abdullayev Gülər Əhmədovaya qarşı 1 milyonluq iddiasının təmin edilməsi şərti ilə ona qarşı şikayətindən əl çəkəcək... Necə ki, baş nazirin müavini Elçin Əfəndiyevin köməkçisi olmuş Vaqif Hüseynov Elşad Abdullayevdən aldığı 1 milyon dollar pulun onun oğlunun Kiprdəki restoranının və Xaçmazda, Bakıda və digər ərazilərdəki tikinti mülkləri ilə əvəzlənməsindən, qalıq məbləğin isə nəğd alınmasından sonra ona qarşı da iddiasından çoxdan əl çəkdiyini deyir...
Dava yorğan davası imişmi?
Və onun nəhayət, iş adamı Arzu Kazımova qarşı daha bir pul iddiası qalıb. Çünki o, Baş Prokurorluqda verdiyi ifadəsində göstərir ki, qardaşı Mahir Abdullayevin tapılması üçün Arzu Kazımovun vasitəsi ilə keçmiş DİN nazirinin müavini Zahid Dünyamalıyevə 3 milyon dollar pul verib. Deməli, əgər bu iddia da təmin olunsa, yəni onun 3 milyonu qayıtsaymış, Elşad Abdullayev heç Fransaya gedib bu qədər əziyyətlər çəkməz, “kino-studiya”sında istehsal etdiyi gizli video-klipləri yaymazmış, hakimiyyəti rüsvay etməzmiş, özünün və qohumlarının əmlaklarına, bank hesablarına istintaq tərəfindən həbs qoyulmazmış... Belə çıxır ki, Elşad Abdullayevin davası Mahir Abdullayevin tapılması yox, hansısa məqsədləsə, Məşədi İbad kimi, ona-buna payladığı pulların geri qaytarılması imiş. Bunu mən demirəm, onun özünün və sözçüsü kimi təqdim edilən Elnur Məcidlinin, vəkili Adil İsmayılovun açıqlamaları təsdiq edir.
Məndə E.Abdullayevin indiyədək yazılı KİV-lərdə və elektron mediada, sosial şəbəkələrdə yaydığı bütün müsahibə və açıqlamalarının, yaydığı videoların, səs yazılarının tam külliyatı var. Təhlil etmişəm, elə bir açıqlama yoxdur ki, orada pul davası olmasın. Hamısında deyir ki, filankəs məndən bu qədər pul aldı, sonra qaytarmadı... Yalnuz bundan sonra bu pulun Mahirə görə verildiyini deyir.
Elşad Abdullayev 2009-cu ildə istintaqa verdiyi sonuncu ifadəsində yazır: “...Əlacsız qalıb yenə də pul əldə etmək üçün qohumlarımdan - bibim Tamella, Məryəm xalamın yoldaşı Canbaba, Şükufə xalamın yoldaşı Kamal, qardaşım arvadı Zemfira ilə görüşərək Mahirin qaytarılması üçün mənə pul lazım olduğunu başa saldım... Bibim Tamelladan 400.000, Canbabadan 300.000, Kamaldan 400.000, Zemfiradan 100.000 dolları 2 ay müddətinə, yəni cəmi 1.200.000 dollar toplayaraq 200.000 dolları evimdə saxlayıb 1 milyon dolları 05 mart 2004-cü ildə Arzuya vermək üçün onunla əlaqə saxladım... Borc olaraq topladığım 3 milyon pulu Arzu və Zahid Dünyamalıyevə verdim...”.
Təsəvvür edirsinizmi, “Bibim Tamelladan 400.000, Canbabadan 300.000, Kamaldan 400.000, Zemfiradan 100.000 dolları 2 ay müddətinə, yəni cəmi 1.200.000 dollar toplayaraq...” deyir. Vallah, mən böyük bir şirkətin hüquqşünasıyam və qohum-əqrabalarımın hamısı ali təhsillidirlər, müxtəlif vəzifədədirlər, amma mən əminliklə deyirəm ki, bibimi-cicimi və ya dayımı qurdalasam, onların evindən nəinki 400 min dollar, heç 4 min dollar da çıxası deyil...
Nə isə... Üst-üstə götürəndə, belə məlum olur ki, onun özünün dediyi kimi, 10 il ərzində apardığı mübarizənin mahiyyətində verdiyi 5 miyon dollar pulun qaytarılması durur: 1 milyon-Vaqif Hüseynovda, 1 milyon Gülər Əhmədovada, 3 milyon isə Zahid Dünyamalıyevdə... Mən qəzetlərin birində, səhv etmirəmsə, vəkil Ramiz Zeynalovun müsahibəsində oxumuşdum ki, E.Abdullayev ABU-da təkcə ildə 500 saxta diplom olmaqla, hər bir tələbənin valideynindən 10 min dollar olmaq şərti ilə, 10 ildə 50 milyon dollar pul topalaımış olub. Hələ semestr imtahanları və digər rüşvətləri demirəm. Bu boyda rəqəmin yanında 5 milyon nə imiş ki, o, özünün başına bu qədər bəla açıb. Özü bir yana, bütün qohum-qardaşın sakit həyatını zəhərləyib?
Təhlillərim göstərir ki, E.Abdullayev demək olar bütün açıqlamalarında, sanki candərdi üçün Mahirin adını çəkir, sonra əsas vurğu verdiyi (bunlardan yalnız Vaqif Hüseynov təsdiq edir ki, ondan 1 milyon alıb, sonra da qaytarıb) pulların üzərindədir. Bəlkə də E.Abdullayev belə məsələlərə çox baş qoşduğundan bəzi nüasları və məqsədləri dəyişik salıb, amma kənardan hər şey aydın görünür. Görünən budur ki, bu adam qardaşının axtarılması adı altında hansısa biznes maraqları ilə kimlərəsə verdiyi pulların qaytarılmasının davasını çəkir... Bu mənim subyektiv düşüncəmdir, Elşad Abdullayevin niyyətləri və məqsədləri ilə üst-üstə düşməyə bilər.
Mahir nə üçün və nəyin üstündə oğurlanıb?
Bütün bunların fövqündə məni həmişə bir sual maraqlandırıb: E.Abdullayevin açıqlamalarından və rəsmi ifadələrindən, onun yaydığı məlum “kriminal cədvəldən” bəlli olur ki, o, indiyədək DİN-nin, MTN-nin, Baş Prokurorluğun, məhkəmə sisteminin 30-dan çox general və polkovniklərinin, yüksək rütbəli şəxslərin, hətta PA rəhbəri Ramiz Mehdiyevin, iş adamlarının, “vor zakon”ların, nəhayət, çoxsaylı digər tanınmışların, falçıların... yanında olub... Və qardaşı Mahir Abdullayevi axtarıb.
Mən həmkarım olan E.Abdullayevə bir yersiz sual vermək istəyirəm: adətən, ev oğurluğu ilə bağlı polisə müraciət edəndə şikayətçi-zərərçəkən ərizə yazır və ərizəsində oğurluğun motivini, baş vermə şəraitini, ən vacibi, baş verən oğurluğun nə səbəbdən olduğunu qeyd edir. E.Abdullayev qardaşının oğurlandığını deyir. Şübhəsiz ki, şəxsiyyət əleyhinə ağır cinayət əməli olduğundan zərərçəkən ərizəsində qeyd etməlidir ki, onun qardaşı nəyin üstündə oğurlanıb? Səbəb nə olub? Adam oğurluğu nəyin üstündə baş verib? Axı buna səbəb olmalıdır və qardaşının axtarılması üçün indiyədək yüzlərlə ünvana və adamlara baş çəkən Elşad Abdullayev onlara doğrudanmı qardaşının oğurlanması səbəbini deməyib? Deyibsə, bu səbəb hansıdır? Niyə o, ən azından 2009-cu ildə Baş Prokurorluqda ifadə verəndə bu səbəbi göstərməyib?
Mən həmin ifadəni mətbuatdan oxumuşam, orada bir cümlə belə Mahir Abdullayevin oğurlanmasının əsil səbəbi göstərilməyib. Axı ola bilməz ki, bu oğurluğun (əgər bu varsa) səbəbi olmasın? Təkrarən sual verməli oluram: Elşad müəllim, on ildir qardaşınız Mahir Abdullayevi axtarırsınız, özünüzə də, qohum-əqrabaya da ciddi narahatlıq yaradılıb. Mahir Abdullayevi nəyin üstündə oğurlayıblar? Əgər bunun ABU-nun ələ keçirilməsi məqsədi ilə olduğunu deyəcəksinizsə, mən sizinlə razı deyiləm. Əvvəla, o boyda Ayaz Mütəllibovun, Əbülfəz Elçibəyin... prezidentliyini, neçə-neçə nazirlərimizin nazir vəzifəsini əlindən alıblar ki! Məgər onların qohumlarını və ya qardaşlarını oğurlamışdılar? Hansı ki, bu məsələ siyasi məsələ idi... ABU-nu ələ keçirmək üçün Mahiri oğurlamağa nə ehtiyac, elə sizi beş-on saxta diploma görə içəri salıb bircə ay “Bayıl”da saxlamaq yetərli idi.
Beləliklə, məncə, nə vaxta qədər ki, E.Abdullayev Mahir Abdullayevin nə səbəbdən oğurlandığını söyləməyəcək, bu məsələdə orta məxrəci axtarmaq da mənasız işdir. Bunu Elşad Abdullayev də bilməmiş deyil. Necə ola bilər ki, o, qardaşının oğurlanması ilə onun yanına gələnlərə pullar verir, amma pul alanlardan soruşmur ki, qardaşı nəyə görə oğurlanıb?
İkincisi və bəlkə də ən vacibi, bəlkə də hansısa qüvvələr bunu bilə-bilə Elşad Abdullayevə ölkədə siyasi və ictimai gərginliyi qəsdən narahat səviyyədə saxlanmasına xidmət edən belə dolaşıq açıqlama və tələblərin üzərində dayanmasını istəyirlər, buna görə də onun məlum açıqlamaları verməsinə məcbur edirlər! Deyə bilmərəm. Amma bildiyim odur ki, E.Abdullayev Fransaya gedəndən qardaş axtarışını siyasi şouya çevirib. Onun ayrı-ayrı adamların istefasını tələb etməsi, hərdən “OMON”çuları tərifləyib göyə qaldırması, son zamanlar isə hakimiyyəti yıxıb-sürüməsi, vaxtilə müxalifətin namizədinə qalib gəlmək üçün onu necə aşağılaması və s. bunu təsdiqləyir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rubio Panama üçün YOLA ÇIXDI... - NƏ BAŞ VERİR?
Bu gün, 12:24 |
|
|
|
• "Haçan ailə qursam, görəcəksiniz"
Bu gün, 12:15 |
|
|
|
• Suriyanın gələcək portreti: - Tehran onu çəkən “rəssamlar” arasında yoxdur
Bu gün, 12:12 |
|
|
|
• Alkoqollu içkilər BAHALAŞACAQ
Bu gün, 12:11 |
|
|
|
• Qarabağ Qazisinin HAQQI YEYİLİR... - AXI NİYƏ?..
Bu gün, 12:08 |
|
|
|
• “OPEC+ Trampın təzyiqinə tab gətirməyəcək” - Bloomberg
Bu gün, 11:58 |
|
|
|
• Quskadan Prezidentə: Sizə verilən bu məlumat yalandır! - TƏFƏRRÜAT
Bu gün, 11:51 |
|
|
|
• ABŞ qüvvələrinin Ermənistana gələcəyi tarix açıqlandı - “Hraparak”
Bu gün, 11:50 |
|
|
|
• Hüquq müdafiəçisi neftçilərin maaş artımı ilə bağlı ÇAĞIRIŞ ETDİ - "İnsafınız olsun..."
Bu gün, 11:45 |
|
|
|
• ABŞ-da qəzaya düşən təyyarədə fiqurlu konkisürmə üzrə rusiyalı dünya çempionları da olub - TASS
Bu gün, 11:39 |
|
|
|
• Türkiyə şirkəti Azərbaycanda ləğv olunur
Bu gün, 11:23 |
|
|
|
• Ötən ilin avqustunda həbs edilmişdilər - İNDİ İSƏ...
Bu gün, 11:21 |
|
|
|
• Arvadını öldürən kişi ilə bağlı ŞOK FAKTLAR: - "Qulaq kəsmişdi, məhkəmə həbs etməyib"
Bu gün, 11:18 |
|
|
|
• ƏÜO-da “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib - VİDEO
Bu gün, 11:16 |
|
|
|
• Məqsəd İrəvanın xarici siyasətinin Bakıdan asılı olmasıdır - İskəndəryan
Bu gün, 11:15 |
|
|
|
• Paşinyan sevinərdi ki, bunları da... - RƏY
Bu gün, 11:11 |
|
|
|
• “Əsaslı Tikinti və Təchizat” MMC-nin “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə ŞÜBHƏLİ İŞBİRLİYİ - İLGİNC FAKTLAR
Bu gün, 11:00 |
|
|
|
• Barat Yusubovun bazara çevirdiyi Yeni Klinika... - vətəndaş süründürməçiliyi ifşa etdi
Bu gün, 10:57 |
|
|
|
• Şvabenin cəhdləri mənasızdır: - Bakı mövqeyindən bir addım da olsun geri çəkilməyib
Bu gün, 10:48 |
|
|
|
• Gömrük Komitəsində 3 aydır gecikən maaşlar VERİLDİ - AÇIQLAMA
Bu gün, 10:30 |
|
|
|
• Əliyevin həmləsi durumu kökündən dəyişdi – “Artıq Putin də...”
Bu gün, 10:26 |
|
|
|
• Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı - FOTO
Bu gün, 10:23 |
|
|
|
• AZNEFT rəhbəri bu məsələdə mövqe ortaya qoymazsa... - "Siyəzənneft"lə bağlı planlar NƏDİR?
Bu gün, 10:19 |
|
|
|
• 7 ölkədən xəbərdarlıq edilir: böyük fəlakətlər olacaq – Ovannisyan
Bu gün, 10:07 |
|
|
|
• “Xəstəxanaya yerləşdirəndə sol tərəfi işləmirdi, əsəbdən...” - AÇIQLAMA
Bu gün, 10:02 |
|
|
|
• "Fevralın əvvəlində Paşinyanın Trampla görüşünün baş tutması üçün hər şey edilir..." - “Hraparak”
Bu gün, 10:01 |
|
|
|
• Azərbaycanda investisiya şirkətinin rəhbərliyindən biri vəzifəsini tərk edib - Onun yerinə isə...
Bu gün, 09:59 |
|
|
|
• 6 aydır başçı yoxdur... sakinlər NƏ ETSİN? - MÜRACİƏT
Bu gün, 09:56 |
|
|
|
• Bakı Kremlin demarşını özünə qaytardı: Rusiya bunu etməsə... - NƏ BAŞ VERİR?
Bu gün, 09:50 |
|
|
|
• Nazir getdi, nazirlik də ləğv olunur? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:47 |
|
|
|
• İşçilərin əməyinin ödənilməsinin hansı sistemi və növləri vardır? - Ekspert danışır...
Bu gün, 09:43 |
|
|
|
• Şakro Molodoy vida mərasimində - Hamı bu VİDEODAN danışır
Bu gün, 09:38 |
|
|
|
• 14 kiloqram heroin və marixuananın dövriyyə buraxılmasının qarşısı alındı - Sumqayıtda polisin narkotik əməliyyatı
Bu gün, 09:36 |
|
|
|
• "İlin günün bu vaxtı işçini ixtisar edərlər?" - NARAZILIQ VAR...
Bu gün, 09:31 |
|
|
|
• “Bu bəyanatların heç iki qəpiklik dəyəri yoxdur” - Çingiz Qənizadə
Bu gün, 09:16 |
|
|
|
• Siyəzəndə keçmiş məhbus saxlanıldı - FOTO
Bu gün, 09:13 |
|
|
|
• "Haram pulları necə yeyirsiniz?!!" - ETİRAZ VAR...
Bu gün, 09:11 |
|
|
|
• Ermənistan könüllü etməsə, İrəvanı buna necə məcbur edə bilərik? - Əliyev nöqtə qoydu...
Bu gün, 09:08 |
|
|
|
• Nərimanovda yenə də süpürgəçi maaşları QAYÇILANIR... - AXI NİYƏ?..
Bu gün, 09:05 |
|
|
|
• Ana Vətən Partiyası seçkinin nəticələrini tanıdı - AÇIQLAMA
Bu gün, 08:56 |
|
|
|
• Sərhəddə hər an təxribat TƏXRİBAT törədilə bilə - Bakı XƏBƏRDARLIQ etdi
Bu gün, 08:53 |
|
|
|
• Qonşu ölkədə Azərbaycana qarşı 300 atəş nöqtəsi yaradılıb – Bakı müharibəyə cəlb edilir
Bu gün, 08:52 |
|
|
|
• Əliyev 10 il öncəkindən qat-qat güclüdür, çünki… - İsgəndəryan
Bu gün, 08:50 |
|
|
|
• Dövlət qurumlarında maaş problemi - ajiotajı kim və niyə yaradır
Bu gün, 08:49 |
|
|
|
• Zaur Mikayılovun işçisi MEYDAN SULADI - AY MAŞALLAH...
Bu gün, 08:48 |
|
|
|
• Ərəbləri Azərbaycana dadandıranlar ÖZBAŞINA QALIB? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:42 |
|
|
|
• Biz gənclərimizlə fəxr edirik - MƏQALƏ
Bu gün, 08:31 |
|
|
|
• Ronald Reyqan deyərdi ki... - ŞƏRH
Bu gün, 08:30 |
|
|
|
• Vaşinqtonda sərnişin təyyarəsi ilə helikopter toqquşub - “CNN“
Bu gün, 08:25 |
|
|
|
• Azərbaycan gənci qalib ölkənin vətəndaşıdır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:21 |
|
|
|
|