Niyazi Mehdi reanimasiyaya yerləşdirildi .....                     “Azərsun Holdinq”də yeni təyinat .....                     “Rusiyadan Bakıdakı agentlərə sifariş verilib ki...” .....                     Həbsdə olan sabiq tabor komandirinin .....                     Rubio Panama üçün YOLA ÇIXDI... .....                     "Haçan ailə qursam, görəcəksiniz" .....                     Suriyanın gələcək portreti: .....                     Alkoqollu içkilər .....                     Qarabağ Qazisinin HAQQI YEYİLİR... .....                     “OPEC+ Trampın təzyiqinə tab gətirməyəcək” .....                     Quskadan Prezidentə: Sizə verilən bu məlumat yalandır! .....                     ABŞ qüvvələrinin Ermənistana gələcəyi tarix açıqlandı .....                     Hüquq müdafiəçisi neftçilərin maaş artımı ilə bağlı ÇAĞIRIŞ ETDİ .....                     ABŞ-da qəzaya düşən təyyarədə fiqurlu konkisürmə üzrə rusiyalı dünya çempionları da olub .....                     Türkiyə şirkəti Azərbaycanda ləğv olunur .....                     Ötən ilin avqustunda həbs edilmişdilər .....                     Arvadını öldürən kişi ilə bağlı ŞOK FAKTLAR: .....                     ƏÜO-da “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib .....                     Məqsəd İrəvanın xarici siyasətinin Bakıdan asılı olmasıdır .....                     Paşinyan sevinərdi ki, bunları da... .....                     “Əsaslı Tikinti və Təchizat” MMC-nin “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə ŞÜBHƏLİ İŞBİRLİYİ .....                     Barat Yusubovun bazara çevirdiyi Yeni Klinika... .....                     Şvabenin cəhdləri mənasızdır: .....                     Gömrük Komitəsində 3 aydır gecikən maaşlar VERİLDİ .....                     Əliyevin həmləsi durumu kökündən dəyişdi .....                     Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı .....                     AZNEFT rəhbəri bu məsələdə mövqe ortaya qoymazsa... .....                     7 ölkədən xəbərdarlıq edilir: böyük fəlakətlər olacaq .....                     “Xəstəxanaya yerləşdirəndə sol tərəfi işləmirdi, əsəbdən...” .....                     "Fevralın əvvəlində Paşinyanın Trampla görüşünün baş tutması üçün hər şey edilir..." .....                     Azərbaycanda investisiya şirkətinin rəhbərliyindən biri vəzifəsini tərk edib .....                     6 aydır başçı yoxdur... sakinlər NƏ ETSİN? .....                     Bakı Kremlin demarşını özünə qaytardı: Rusiya bunu etməsə... .....                     Nazir getdi, nazirlik də ləğv olunur? .....                     İşçilərin əməyinin ödənilməsinin hansı sistemi və növləri vardır? .....                     Şakro Molodoy vida mərasimində .....                     14 kiloqram heroin və marixuananın dövriyyə buraxılmasının qarşısı alındı .....                     "İlin günün bu vaxtı işçini ixtisar edərlər?" .....                     “Bu bəyanatların heç iki qəpiklik dəyəri yoxdur” .....                     Siyəzəndə keçmiş məhbus saxlanıldı .....                 

MOSKVADA ANTİ-AZƏRBAYCAN İTTİFAQININ İÇ ÜZÜ
Tarix: 18-04-2013, 11:39 | Çap et
MOSKVADA ANTİ-AZƏRBAYCAN İTTİFAQININ İÇ ÜZÜ
VAQİF HÜSEYNOVUN RATİ-YƏ QOŞULMASINA SÖZARDI

Müxalifət mətbuatının təmtəraqla reklamı ilə məşğul olduğu «Milyarderlər İttifaqı»nın əsl simasının açılması çox çəkmədi. Guya Rusiyadakı soydaşlarımızın hüquqlarının qorunması məqsədilə yaradılan bu qurumun əslində siyasi məqsədlər güddüyü və Kremlin Azərbaycan rəhbərliyinə təzyiq göstərmək üçün ortaya atdığı elə əvvəlcədən məlum idi. Bu qurumda təmsil olunanların hamısı Rusiya rəhbərliyi ilə yaxın əlaqələrə malikdirlər və onların Kremlin icazəsi olmadan bu cür layihələrdə təmsil olunması faktiki olaraq mümkün deyildi. Bütün bunlara baxmayaraq, ilk vaxtlar həm Kremlin yeni Azərbaycan layihəsində təmsil olunanların özləri, həm onların Bakıdakı uzantıları, həm də özlərini Qərbyönümlü demokratik qüvvələr kimi qələmə verənlər «Milyarderlər İttifaqı»nın Rusiyaya bağlı olması barədə versiyaları qəbul etmirlər. Amma bu günlərdə uzun müddət SSRİ təhlükəsizlik orqanlarında çalışan, Bakıdakı 20 Yanvar qırğınlarının təşkilatçısı kimi tanınan, hadisələrdən sonra Rusiyaya qaçan və bu günədək qorunan Vaqif Hüseynovun «Milyarderlər İttifaqı»na üzv olması bütün kartları açmış oldu.
Amma əvvəlcədən onu da qeyd edək ki, Azərbaycanla bağlı planlar təkcə «Milyarderlər İttifaqı»ı ilə yekunlaşmırdı. Bu ittifaqın yaranması ilə paralel olaraq Bakıda bu ittifaqın yaradıcılarından biri olan Rustəm İbrahimbəyovun rəhbərliyi ilə Ziyalılar Forumu adlı serial nümayiş olundu. Həmin vaxt müxalifət mətbuatı bu forumun bütün Azərbaycan ziyalılarının səsini ifadə etdiyini, ölkədəki haqsızlığa qarşı mübarizə apardığını iddia edirdi.

Amma zaman keçdikcə həm «Milyarderlər İttifaqı», həm də Ziyalılar Forumu ilə bağlı baş verənlərə aydınlıq gəlməyə başladı. İlk olaraq forumda təmsil olunan Əkrəm Əylisinin erməni sevgisinə əsaslanan «Daş yuxular» romanı peyda olanda «xoruzun quyruğu» göründü. Çoxları damarlarında azərbaycanlı qanı axan bir yazıçının belə bir əsər qələmə almasının necə mümkün olduğuna inanmağa, bunun məntiqini tapmağa çətinlik çəkirdi. Amma buradakı məntiq çox sadə idi: «Daş yuxular» romanında Rusiyanın Dağlıq Qarabağ münaqişəsi, erməni-azərbaycanlı münasibətləri ilə bağlı yürütdüyü, neçə illərdir davam etdirdiyi bədnam və ədalətsiz siyasətin bədii təsviri verilmişdi. Sanki Əkrəm Əylislinin dili ilə azərbaycanlıları aşağılaya-aşağılaya, təhqir edə-edə təslimçi sülhə hazırlayırdı.

Bunun ardınca onun Ziyalılar Forumundakı dostu Rüstəm İbrahimbəyov işini siyasi tərəflərinə toxunmağa cəsarət etdi. Dağlıq Qarabağın Azərbaycanla Ermənistan arasında mübahisəli ərazi olduğunu dilə gətirməklə ölkəmizin ərazi bütövlüyünü şübhə altına aldıqlarını ifadə etdi.

İndi də qayıdaq Vaqif Hüseynovun personaısna diqqət edək. Bu şəxs SSRİ-nin son illərində, Azərbaycanda xalq hərəkatının genişləndiyi dövrdə Əbürrəhman Vəzirovun Mərkəzi Komitəyə rəhbərlik etdiyi vaxtlar Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri olub, general rütbəsi alıb. Həmin vaxtlar o milli fəallara qarşı repressiyaların təşkilində, müxtəlif iyrənc oyunların qurulmasında iştirak edib. 1988-ci ildə Sumqayıtda SSRİ DTK-sının planı əsasında törədilən təxribat hadisələri də onun təhlükəsizlik orqanlarında çalışdığı zamanlarda baş verib. Bakıda sovet qoşunları tərəfindən 1990-cı il yanvarın 20-də törədilmiş qırğına dair qaldırılmış cinayət işində də əsas fiqurlardan biri kimi məhz onun adı çəkilir. Sovet qoşunlarını Bakıdakı nümayişlərə müdaxilə etməyə çağıran və bu məqsədlə Moskvaya müraciət edənlərdən biri də o idi. Məhz bu səbəbdəndir ki, 20 yanvar hadisələrindən dərhal sonra Vaqif Hüseynov Azərbaycandan qaçaraq Moskvaya sığınmışdı. Başqa sözlə desək, o, Moskvadan gələn tapşırıq əsasında öz xalqına qarşı qırğının həyata keçirilməsində təşkilatçı kimi çıxış edib, sonradan canını qurtarmaq üçün ağalarına sığınmışdı. Haqqında cinayət işi açılsa, axtarışı verilsə də, Rusiya onu bu günə kimi qoruyub saxlamağı bacarıb. Moskva onun tutulub Bakıya təhvil verilməsinə dair sorğuları heç vaxt cavablandırmayıb. Rüstəm İbrahimbəyovun uşaqlıq dostu oldğunu deyən DTK generalına nəhayət 2013-cü ildə boy göstərməyə icazə verdilər.
İndi belə bir şəxsin təmsil olunduğu təşkilat müstəqil Azərbaycanın xoşbəxt gələcəyi üçün çalışa bilərmi? Bu fakt «Milyarderlər İttifaqı» ilə yanaşı, bu ittifaqdan «qidalanaraq» Azərbaycanın daxili siyasətinə müdaxilə etmək istəyən, özünün milli qüvvə kimi qələmə verməyə çalışan Ziyalılar Forumu və «EL» hərəkatı ilə bağlı da müəyyən nəticələr çıxarmağa əsas verir. Artıq əminliklə demək olar ki, Əkrəm Əylisli də, Rüstəm İbrahimbəyov da, onların prezidentliyə namizəd kimi bizə sırımağa çalışdıqları Eldar Namazov da Rusiyanın adamlarıdır. Onların yaratdıqları, idarə etdikləri təşkilatlara da Rusiyanın buradakı uzantıları kimi baxılmalıdır. Bunu artıq bütün cəmiyyət bilməlidir. Bilinməlidir ki, onların maliyyəsi, sifarişləri haradan gəlir. Bu insanların Azərbaycanın gələcəyi ilə bağlı hansı müsbət planları ola bilər axı? Bir adam ki, başqa bir dövlətin sifarişi ilə öz dövlətinə qarşı iş apara, təşkilat qura, düşmən dəyirmanına su tökə, ondan nəsə ummağa dəyərmi? Əkrəm Əylislinin, Rüstəm İbrahimbəyovun nümunələri gözümüzün qabağında deyilmi? Onların bizə gətirdikləri ancaq yeni boyunduruqlar ola bilər. Onların istədikləri bizim Qarabağ işğalını unudaraq yenidən ermənilərlə yaxın qonşu, qardaş kimi yaşamağımızdır. Torpaqlar işğaldan azad edilməyincə bu xəyanəti kimsə qəbul edə bilərmi? Əlbəttə ki, yox. Hətta arxasında Rusiyanın durması belə bu insanlara heç bir şans vermir. Azərbaycan 25 ildən çoxdur ki, işğal faktı ilə razılaşmır. Vaxtilə səngərlərdə Rusiyanın erməni adı altında gizlənən silahlıları ilə qəhrəmancasına mübarizə aparılıb. Sonrakı illərdə danışıqlar prosesi zamanı Azərbaycan rəhbərliyi heç bir güzəştə getməyib. Prezident İlham Əliyev nəinki belə arzuların çin olmasına imkan verməyib, hətta ABŞ rəhbərliyinin Ermənistanla münasibətlərin normallaşmasını nəzərdə tutan təşəbbüslərinə qarşı çıxmağı da bacarıb. Məhz prezidentin bu cür cəsarətli addımı nəticəsində Turkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı başladılmış proses yarımçıq dayandırıldı. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana bu tipli təzyiqlərin nəticə vermədiyini görən qüvvələr bu dəfə daxildəki rıçaqlarını işə salıblar. Milli maraqlar naminə bu cür riskləri getməyə tərəddüd etməyən Azərbaycan rəhbərliyinin «EL» hərəkatının fəaliyyəti ilə mövqe dəyişəcəyinəmi ümid edirlər?

Özlərini demokratik qüvvələr kimi qələmə verənlər də bu reallığı dərk etməli və fəaliyyətləri ilə bağlı nəticə çıxarmalıdırlar. Başa düşməlidir ki, ilk press-relizini rus dilində yazan, maliyyəsini şimaldan alan «EL» hərəkatının yaradıcılarının növbəti layihəsi olan Milli Şura ideyası da bu layihənin növbəti addımıdır.

Bütün bunlar bir reallığı da gündəmə gətirmiş oldu. İndi «cidanı çuvalda gizlətmək» elə də asan deyil. Kimin kim olduğunu, tapşırıqları haradan aldığını müəyyənləşdirmək üçün çox gözləməyə ehtiyac olmur. Hətta ən yüksək səviyyədə edilən pərdələmə cəhdləri də həqiqətləri gizlətmək üçün yetərli olmur. «Milyarderlər İttifaqı», Ziyalılar Formu və «EL» Hərəkatı ilə bağlı baş verənlər kimi…
\ kaspi.az \









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Niyazi Mehdi reanimasiyaya yerləşdirildi - "10 gündür səhhətində ciddi problem var"
Bu gün, 12:38
“Azərsun Holdinq”də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 12:36
“Rusiyadan Bakıdakı agentlərə sifariş verilib ki...” – Sabiq nazirdən ŞOK AÇIQLAMA
Bu gün, 12:31
Həbsdə olan sabiq tabor komandirinin şikayətinə baxılacaq
Bu gün, 12:26
Rubio Panama üçün YOLA ÇIXDI... - NƏ BAŞ VERİR?
Bu gün, 12:24
"Haçan ailə qursam, görəcəksiniz"
Bu gün, 12:15
Suriyanın gələcək portreti: - Tehran onu çəkən “rəssamlar” arasında yoxdur
Bu gün, 12:12
Alkoqollu içkilər BAHALAŞACAQ
Bu gün, 12:11
Qarabağ Qazisinin HAQQI YEYİLİR... - AXI NİYƏ?..
Bu gün, 12:08
“OPEC+ Trampın təzyiqinə tab gətirməyəcək” - Bloomberg
Bu gün, 11:58
Quskadan Prezidentə: Sizə verilən bu məlumat yalandır! - TƏFƏRRÜAT
Bu gün, 11:51
ABŞ qüvvələrinin Ermənistana gələcəyi tarix açıqlandı - “Hraparak”
Bu gün, 11:50
Hüquq müdafiəçisi neftçilərin maaş artımı ilə bağlı ÇAĞIRIŞ ETDİ - "İnsafınız olsun..."
Bu gün, 11:45
ABŞ-da qəzaya düşən təyyarədə fiqurlu konkisürmə üzrə rusiyalı dünya çempionları da olub - TASS
Bu gün, 11:39
Türkiyə şirkəti Azərbaycanda ləğv olunur
Bu gün, 11:23
Ötən ilin avqustunda həbs edilmişdilər - İNDİ İSƏ...
Bu gün, 11:21
Arvadını öldürən kişi ilə bağlı ŞOK FAKTLAR: - "Qulaq kəsmişdi, məhkəmə həbs etməyib"
Bu gün, 11:18
ƏÜO-da “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib - VİDEO
Bu gün, 11:16
Məqsəd İrəvanın xarici siyasətinin Bakıdan asılı olmasıdır - İskəndəryan
Bu gün, 11:15
Paşinyan sevinərdi ki, bunları da... - RƏY
Bu gün, 11:11
“Əsaslı Tikinti və Təchizat” MMC-nin “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə ŞÜBHƏLİ İŞBİRLİYİ - İLGİNC FAKTLAR
Bu gün, 11:00
Barat Yusubovun bazara çevirdiyi Yeni Klinika... - vətəndaş süründürməçiliyi ifşa etdi
Bu gün, 10:57
Şvabenin cəhdləri mənasızdır: - Bakı mövqeyindən bir addım da olsun geri çəkilməyib
Bu gün, 10:48
Gömrük Komitəsində 3 aydır gecikən maaşlar VERİLDİ - AÇIQLAMA
Bu gün, 10:30
Əliyevin həmləsi durumu kökündən dəyişdi – “Artıq Putin də...”
Bu gün, 10:26
Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı - FOTO
Bu gün, 10:23
AZNEFT rəhbəri bu məsələdə mövqe ortaya qoymazsa... - "Siyəzənneft"lə bağlı planlar NƏDİR?
Bu gün, 10:19
7 ölkədən xəbərdarlıq edilir: böyük fəlakətlər olacaq – Ovannisyan
Bu gün, 10:07
“Xəstəxanaya yerləşdirəndə sol tərəfi işləmirdi, əsəbdən...” - AÇIQLAMA
Bu gün, 10:02
"Fevralın əvvəlində Paşinyanın Trampla görüşünün baş tutması üçün hər şey edilir..." - “Hraparak”
Bu gün, 10:01
Azərbaycanda investisiya şirkətinin rəhbərliyindən biri vəzifəsini tərk edib - Onun yerinə isə...
Bu gün, 09:59
6 aydır başçı yoxdur... sakinlər NƏ ETSİN? - MÜRACİƏT
Bu gün, 09:56
Bakı Kremlin demarşını özünə qaytardı: Rusiya bunu etməsə... - NƏ BAŞ VERİR?
Bu gün, 09:50
Nazir getdi, nazirlik də ləğv olunur? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:47
İşçilərin əməyinin ödənilməsinin hansı sistemi və növləri vardır? - Ekspert danışır...
Bu gün, 09:43
Şakro Molodoy vida mərasimində - Hamı bu VİDEODAN danışır
Bu gün, 09:38
14 kiloqram heroin və marixuananın dövriyyə buraxılmasının qarşısı alındı - Sumqayıtda polisin narkotik əməliyyatı
Bu gün, 09:36
"İlin günün bu vaxtı işçini ixtisar edərlər?" - NARAZILIQ VAR...
Bu gün, 09:31
“Bu bəyanatların heç iki qəpiklik dəyəri yoxdur” - Çingiz Qənizadə
Bu gün, 09:16
Siyəzəndə keçmiş məhbus saxlanıldı - FOTO
Bu gün, 09:13
"Haram pulları necə yeyirsiniz?!!" - ETİRAZ VAR...
Bu gün, 09:11
Ermənistan könüllü etməsə, İrəvanı buna necə məcbur edə bilərik? - Əliyev nöqtə qoydu...
Bu gün, 09:08
Nərimanovda yenə də süpürgəçi maaşları QAYÇILANIR... - AXI NİYƏ?..
Bu gün, 09:05
Ana Vətən Partiyası seçkinin nəticələrini tanıdı - AÇIQLAMA
Bu gün, 08:56
Sərhəddə hər an təxribat TƏXRİBAT törədilə bilə - Bakı XƏBƏRDARLIQ etdi
Bu gün, 08:53
Qonşu ölkədə Azərbaycana qarşı 300 atəş nöqtəsi yaradılıb – Bakı müharibəyə cəlb edilir
Bu gün, 08:52
Əliyev 10 il öncəkindən qat-qat güclüdür, çünki… - İsgəndəryan
Bu gün, 08:50
Dövlət qurumlarında maaş problemi - ajiotajı kim və niyə yaradır
Bu gün, 08:49
Zaur Mikayılovun işçisi MEYDAN SULADI - AY MAŞALLAH...
Bu gün, 08:48
Ərəbləri Azərbaycana dadandıranlar ÖZBAŞINA QALIB? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru