AVTOBUS QƏZALARI NİYƏ ARTIR?
Tarix: 23-04-2013, 09:52 | Çap et
Ötən günlər Bakıda bir neçə ağır avtobus qəzası ilə yadda qaldı. Aprelin 17-də axşam metronun “Koroğlu” stansiyası yaxınlığındakı avtomobil dairəsindən Sabunçu rayonu istiqamətində hərəkətdə olan sərnişin avtobusunun iştirakı ilə ağır yol qəza hadisəsi baş verib. Zəncirvari yol qəzası nəticəsində 189 saylı marşrut üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu, “Kamaz” markalı yük maşını, iki “Mercedes” və bir “VAZ 21015” markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində 6 nəfər ağır yaralanıb.
İkinci hadisə srağagün günorta saatlarında Bayıl qəsəbəsində qeydə alınıb. 88 və 147 saylı xətt avtobuslarının toqquşması nəticəsində 10 nəfər xəsarət alıb, onlardan 7 nəfərin vəziyyəti ağırdır. Nəhayət, həmin gün saat 17:00 radələrində Bakı Dairəvi Yolunda 3-cü qəza hadisəsi qeydə alınıb. “Sədərək” ticarət mərkəzi istiqamətində hərəkət edən 211 saylı xətt avtobusu idarəetməni itirərək aşıb. Nəticədə avtobusda olan sərnişinlərdən 15 nəfər xəsarət alıb. Beləliklə, təkcə 2 gün ərzində baş verən avtobus qəzalarında 31 nəfər xəsarət alıb.
Bakıda ictimai nəqliyyatdan istifadə edən sərnişinlər qorxu içindədirlər. Sərnişin avtobuslarının tez-tez qəza törətmələri əhalinin haqlı narazılığına səbəb olur. Artıq sərnişinlərdə belə bir fikir formalaşıb ki, ictimai nəqliyyatdan nə qədər az istifadə etsək, o qədər yaxşıdır. Bəs son günlər sərnişin daşıyan avtobusların törətdiyi qəzaların sayının artmasının səbəbi nədir? Bu sualla Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədova müraciət etdik.
Qəzaya hava şəraiti səbəb olub
V.Əsədov qəzetimizə bildirdi ki, son günlər avtobus qəzalarının artmasının səbəbi hava şəraitinin kəskin dəyişməsidir: “Sonuncu qəza hadisələri sürücülər tərəfindən əsasən yol və metereoloji şəraitin nəzərə alınmaması səbəbindən baş verib. Hazırda Bakı şəhər Dövlət Yol Polisi bu istiqamətdə avtobus sürücüləri arasında nizam-intizamın yaradılması məqsədilə təcili tədbirlərə başlayır. Avtobus sürücüləri tərəfindən törədilən hər bir qəza hadisəsi polis əməkdaşları tərəfindən araşdırılır, sənədləşdirilir və aidiyyatı qurumlar üzrə işlər aparılır”.
V.Əsədov vurğuladı ki, törədilən hər bir qəzaya görə sürücü məsuliyyətə cəlb edilir: “Ümumiyyətlə, ictimai nəqliyyatda qəzalar əsasən sürücülərin avtobusları dayanacaqdan kənarda saxlamaları nəticəsində baş verir. Hər hansı bir sürücü avtomobili dayanacaqdan kənarda saxlayıb sərnişinlərin endirilməsini təşkil etdikdə, həmin sürücüyə cərimə balı verilir və situasiyaya uyğun böyük məbləğdə pulla cərimələnir. Bu hadisə 4 dəfə təkrarlanarsa, həmin sürücünün sürücülük hüququ əlindən alınır”.
Dəhşətli statistika
Məsələyə münasibət bildirən Nəqliyyatçıların Hüquqi Problemlərinin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Məzahir Rüstəmovun məlumatına görə, bu ilin son 3 ayı ərzində, avtobusların iştirakı ilə 30-a yaxın qəza baş verib və bu qəzalar nəticəsində 18 insan həyatını dəyişib: “Bu, çox dəhşətli statistikadır. Bu səbəbdən də, bu gün sərnişin avtobusları insanlar üçün qorxulu nəqliyyat vasitəsinə çevrilib. Bunun qarşısının alınması üçün təbii ki, Nəqliyyat Nazirliyi, Dövlət Yol Polisi və yolların inşası ilə məşğul olan mütəxəssislər ciddi fikirləşməlidirlər. Hər bir hadisəyə fərdi formada yanaşılmalı, hadisənin baş vermə səbəbi dəqiq araşdırılmalıdır. Məsələyə “Bu, yol hadisəsidir, nəqliyyatda baş verməlidir” və yaxud “Bütün hadisələrdə sürücü günahkardır” kimi fikirlərlə yanaşmaq düzgün deyil. Sərnişin nəqliyyatında belə halların ümumiyyətlə, minimum səviyyəyə endirilməsi haqqında fikirlər yürüdülməli və bu sahədə maksimum tədbirlərdən istifadə edilməlidir”.
Sürücülər maaş sisteminə keçməlidir
M.Rüstəmov bizimlə söhbətində bildirdi ki, bu gün ictimai nəqliyyatda qəzaların əsas səbəblərindən biri də sürücülərin gəlirlərinin qənaətbəxş olmaması ilə bağlıdır. Onun sözlərinə görə, sürücülərin sosial vəziyyətləri normal deyil və onlar ehtiyac içində olduqları üçün işlərinə tam məsuliyyətlə yanaşmırlar: “Aldığı əmək haqqı sürücünü qane etmədiyi üçün o, yollarda tələskənliyə yol verir, çünki sərnişini ünvanına daha tez daşımağa meyillidir ki, müəyyən vaxt ərzində planı tez doldurub əlavə işlərlə məşğul olsun. Sürücülərə işləyərkən fikir versək, görərik ki, bu gün onlar təhlükəsizlik barədə yox, nə qədər pul qazanacaqları barədə düşünürlər. Yəni faktiki olaraq sürücü bilmir ki, ayın axırı nə alacaq və ailəsini necə dolandıracaq. Bundan əlavə, sürücülər işə götürülərkən onların sağlamlığı nəzərə alınmır, psixoloji vəziyyəti yoxlanılmır və bütün bunlar belə qəzaların yaranmasına təkan verir. Kiçicik bir ehtiyatsızlıq fəlakətlə sonlanır”.
Mütəxəssis vurğuladı ki, sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün avtobus sürücüləri maaş sisteminə keçirilməlidir: “Sürücülər gün ərzində yüzlərlə insanın həyatına cavabdehdir. Belə məsuliyyəti üzərinə götürən insanı seçim qarşısında qoymaq olmaz ki, alacağın pul nə qədər işləməyinə bağlıdır. Sürücüyə maksimum həddə əməkhaqqı təyin olunmalıdır ki, öz sənətinə şərəfli bir sənət kimi yanaşsın. İctimai nəqliyyatdan istifadə edən insanların həyatını risk altında qoymamaq üçün, sərnişinlərin rahat gediş-gəlişini tənzimləmək üçün düşünürəm ki, avtobus sürücülərinin iş şəraiti yaxşılaşdırılmalı, onlara yüksək əmək haqqı verilməli və növbəli iş rejiminə keçilməlidir. Düşünürəm ki, bu detallar nəzərə alınarsa, sürücü işinə məsuliyyətlə yanaşar və avtobus qəzalarının qarşısı alınar”. \ kaspi \
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Fransa kimi əldəqayırma bir dövlətdə... " - partiya sədri
Bu gün, 06:34 |
|
|
|
• Paşinyandan müharibə bəyanatı: Bu, gözlənilən idi - AKTUAL
Bu gün, 06:28 |
|
|
|
• Təyyarəmizin raketlə vurulmasından Putinin xəbəri olub - BU FAKTDIR!
Bu gün, 06:25 |
|
|
|
• Bakı tələb etdi, İrəvan razılaşmadı... - Müqavilədəki o bənd pozulur
Bu gün, 06:22 |
|
|
|
• FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
Bu gün, 02:05 |
|
|
|
• “Atamla anam aktrisa olmağıma dəstək verdilər, kaşki...”
Bu gün, 01:59 |
|
|
|
• Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər - TƏFƏRRÜAT
Bu gün, 01:56 |
|
|
|
• “Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” - İDDİA+ŞİKAYƏT
Bu gün, 01:53 |
|
|
|
• ŞUŞANIN AZAD OLUNMASI UĞRUNDA DÖYÜŞÜB, MEDAL VERMƏYİBLƏR... – “Elçin Babayev dedi ki, Vətən üçün etmisiniz”
Bu gün, 01:45 |
|
|
|
• "İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır"
Bu gün, 00:11 |
|
|
|
• Trampın Ağ Evdəki ilk 10 günü - “Öncə Amerika”, Ukrayna, miqrantlar və...
Bu gün, 00:06 |
|
|
|
• "Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır" - FAKT BUDUR!
Bu gün, 00:02 |
|
|
|
• "BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" - Sabiq icra başçısı elə iddia irəli sürdü ki...
Bu gün, 00:00 |
|
|
|
• "Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır - ŞƏRH
Dünən, 21:02 |
|
|
|
• Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: - durbinlə baxır, kofe içir…
Dünən, 20:57 |
|
|
|
• Rusiyadan Azərbaycana müsbət cavab – “Əgər razılaşsaq…”
Dünən, 19:06 |
|
|
|
• Ermənistanda hərbi hərəkətlənmə: - “Azərbaycan qabaqlayıcı tədbir görməlidir”
Dünən, 19:02 |
|
|
|
• AŞPA-ya ETİRAZ: - “Bəs onda niyə danışmırdılar?”
Dünən, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? - AÇIQLAMA
Dünən, 18:03 |
|
|
|
• ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR - Əmlak sahəsində geniş islahatlara start verilir
Dünən, 18:01 |
|
|
|
• Trampdan ilham almış rus tarixçisi: - “Fin körfəzinin adı dəyişməlidir”
Dünən, 17:56 |
|
|
|
• Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:48 |
|
|
|
• 16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, ana kömək istəyir
Dünən, 17:45 |
|
|
|
• Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
Dünən, 17:36 |
|
|
|
• Tramp və Paşinyanın sirli fotosu – “Bunun üçün hər yola əl atılır”
Dünən, 17:28 |
|
|
|
• Paşinyan sülh layihəsindən danışdı – “Konkret faydalar verə bilər”
Dünən, 17:26 |
|
|
|
• Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı - Elçin Alıoğlu yazır...
Dünən, 17:23 |
|
|
|
• Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? - TƏFƏRRÜAT
Dünən, 17:09 |
|
|
|
• “Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” - Niyazi Mehdinin xanımı
Dünən, 17:01 |
|
|
|
• Tramp təyyarə qəzasını sabotaj hesab edir
Dünən, 16:42 |
|
|
|
• Suraxanı RİH bu Hövsan sakinlərini palçıqdan çıxarmır – “Biz hansı dövrdə yaşayırıq” (VİDEO)
Dünən, 16:39 |
|
|
|
• DTX-dan xüsusi əməliyyat: - 500 min dollara casusluq edən Validə generallar haqda nə deyib?
Dünən, 16:37 |
|
|
|
• Ermənistan qulağa xoş gələn avazlar oxumaq əvəzinə konkret addımlar atmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:35 |
|
|
|
• Azərbaycan banklarına hücum Rusiyadan təşkil olunub? – Mühüm detal
Dünən, 16:28 |
|
|
|
• Tehran və Moskvanın narahatlığı bəlli oldu - Zəngəzur dəhlizinə nəzarət dəyişir
Dünən, 16:26 |
|
|
|
• Pulu daşdan çıxan qadın 63 yaşında sosial şəbəkədə fenomen oldu: - “Deyirlər övladı haradadır?!”
Dünən, 16:23 |
|
|
|
• Jurnalistə bu universitetdə VƏZİFƏ VERİLDİ
Dünən, 16:16 |
|
|
|
• "Nədən canı ağrıyan insanlar bu qədər əziyyətə məcbur edilir?" - NARAZILIQ VAR...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanlı milyarderi `batırmaq` istəyən iş adamı saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 15:59 |
|
|
|
• Kürdəmirdə bir məktəbi 100 şagird tərk edib? - BU NƏDİ BELƏ?..
Dünən, 15:57 |
|
|
|
• “BİZİ ÖZ EVİMİZƏ HƏBS EDİBLƏR" - GİLEY
Dünən, 15:54 |
|
|
|
• Ölkədən pul çıxaran “ASCO Logistics”lə bağlı sabah qərar veriləcək - DETALLAR
Dünən, 15:33 |
|
|
|
• Azərbaycanda bank faizləri çox yüksəkdir... - BƏS NƏ EDƏK?..
Dünən, 15:30 |
|
|
|
• 20-dən çox sərnişin Krasnoyarsk-Bakı reysi ilə uçmaqdan imtina edib - SƏBƏB
Dünən, 15:25 |
|
|
|
• Bakı, Tiflis və İrəvan arasında nə baş verir? – Badalyan
Dünən, 15:24 |
|
|
|
• Yaxın vaxtlarda AŞ ilə Gürcüstanın əlaqələrinin normallaşması gözlənilmir
Dünən, 15:22 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - FAİZ FAİZ ÜSTÜNƏ GƏLİR...
Dünən, 15:17 |
|
|
|
• Azərbaycanda tanınmış ekspert HƏBS EDİLDİ - BUNA GÖRƏ...
Dünən, 15:15 |
|
|
|
• Abşeron icra hakimiyyətinin iki idarəsinin 280 min borcu var
Dünən, 15:13 |
|
|
|
|