ŞAHİN MUSTAFAYEVİN KOBUD SƏHVİ
Tarix: 6-12-2011, 13:59 | Çap et
FƏRHAD ƏLİYEV, HEYDƏR BABAYEV, ŞAHİN MUSTAFAYEV… SIRA KİMİNDİR?
DİA.AZ: - İqtisadi inkişaf naziri postu Azərbaycanda ən oynaq mövqelərdən hesab olunur. Belə ki, Aazərbaycanın ilk iqtisadi inkişaf naziri Fərhad Əliyev kabinetindəcə həbs olundu. Ona qarşı ilk əvvəl «dövlət çevrilişinə cəhd» ittihamı irəli sürülsə də, Fərhad Əliyev korrupsiyaya görə mühakimə olunaraq 11 azadlıqdan məhrum edildi.
Onun yerinə təyin olunan Heydər Babayevin də bu postda bəxti gətirmədi. Bildirək ki, həm Fərhad Əliyev və həm də Heydər Babayev əslində mərhum prezident Heydər Əliyevin etimad göstərdiy, gələcək haimiyyət komandası üçün yetişdirdiyi perspektivli kadrlar kimi qəbul olunurdu. Amma buna baxmayaraq, Fərhad Əliyevin ardından nazir təyin edilən Heydər Babayev mövqelərini uzun müddətə qoruya bilmədi.
Onun vəzifəsindən alınmasının səbəbləri ilə bağlı mətbuatda müxtəlif informasiyalar səsləndi. Onların arasında ən populyar olan iki versiyanı bir daha xatırladırıq. Birinci versiya ondan ibarət idi ki, Heydər Babayev özünün doğum günündə hazırki mənsəbinə yüksəlişi ilə bağlı sağlıq deyib və bu zaman borclu olduğu şəxs kimi həyat yoldaşına təşəkkür edib. Və bu səbəbdən Heydər Babayevin qəzəb hədəfinə çevrildiyi bildirilir. Hətta həmin ərəfədə yayılan məlumatlarda qeyd olunurdu ki, Heydər Babayevin doğum günü mərasimində iştirak edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu şəkildə olan tostun ardıdan məclisi yarımçıq buraxıb. Yəni əslində təşəkkür edilməli ünvan prezident imiş.
İkinci versiya isə bir qədər qeyri-etik məsələlərlə bağlıdır. Belə ki, Heydər Babayevin İngiltərədə yaşayan oğlunun öz həmcinsi ilə bağlı ailə həyatı qurması ilə bağlı məlumatlar dərc olundu. Və bu xəbəri yayan mətbu orqanlar idda edirdilər ki, hətta bu səbəbdən keçmiş nazirə yuxarılar tərəfindən oğlundan imtina da etməsi barədə müraciət olunub. Lakin buna rədd cavabı verildikdən sonra Heydər Babayevin karyerasına son qoyulub.
Hadisənin hansı səbəbdən baş verməsindən asılı olmayaraq artıq Heydər Babayev nazir postunda deyil. Və onun ardından da bir zamanlar vergilər nazirliyində çalışmış Şahin Mustafayev iqtisadi inkişaf naziri postuna gətirildi. Hələ ki, vəzifə başında qalmasına baxmayaraq onun da mövqelərinin oynaq olduğu bildirilir.
Onu da bildirək ki, Şahin Mustafayev Kəmaləddin Heydərovun kadrı hesab olunur. Və elə buna görə də Şahin Mustafayev vəzifə başına keçdikdən sonra iqtsadi inkişaf naziri olaraq daha çox oliqarxların biznes maraqlarının keşikçisi kimi ad çıxardı. Bu gün iqtisadi inkişaf nazirliyinin sahibkarlara qarşı bir cəza mexanizmi rolunu oynadığı, inhisarçı məmurların biznes maraqları yolunda bir alətə çevrildiyi də faktdır.
Amma buna rəğmən hər şeyin bir sonu var. Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasını (diaaz.space) məlumatlandıran Nazirlər Kabinetindəki mötəbər mənbənin sözlərindən belə aydın olur ki, Şahin Mustafayevə gələn ilin may ayına qədər vaxt verilib: «Onun harda və necə səhv buraxdığı ictimailəşdirilmir. Hər halda bu səhv miqyas və əhəmiyyət baxımından ciddi kobudluq kimi qarşılandığından belə bir qərar verilib».
Məlumatlı mənbə onu da bildirir ki, Şahin Mustafayevin yerinə isə daha gənc bir kadrın təyin edilməsi nəzərdə tutulub: «Ola bilsin ki, Dövlət Neft Fondunun strukturlarından İİN-ə kadr transferi baş versin. Hər halda, bu yöndə də tam dəqiqlik mövcud deyil. Amma qəti olanı Şahin Mustafayevin bir yanlışı ucundan görəvindən alınması ilə bağlı verilən qərardır».
Onu da qeyd edək ki, İİN şefi postuna iddialılar arasında Əmlak Məsələləri üzrə Dövlət komitəsinin sədri Kərəm Həsənov da var. Xatırladaq ki, bir zamanlar Fərhad Əliyevin kadrı kimi tanınan və sonradan keçmiş nazirin üzünə duran Kərəm Həsənov bu gün hakim elitada çox ciddi etimad sahibidir və hətta onu da oliqarxlar sırasına aid edirlərö. Yəni Kərəm Həsənov bu gün nazir ola bilməsi üçün yetərincə şişmiş fiqurlardandır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tramp praqmatik və rasional siyasətçidir - BUNA GÖRƏ DƏ...
Bu gün, 07:29 |
|
|
|
• Gizli danışıqlar gedir: Trampla Putin nədə razılaşmır? - İNCƏLƏMƏ
Bu gün, 07:27 |
|
|
|
• "Saloğlu Fərdi Firması" məhkəmə çəkişməsində... - FOTO
Bu gün, 07:05 |
|
|
|
• “İrəvan hökuməti əvvəl-axır dəhliz məsələsinə razılıq verməlidir” - Başqa cür ola da bilməz...
Bu gün, 07:00 |
|
|
|
• BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir - İcazə verin şübhələnək...
Bu gün, 06:50 |
|
|
|
• “Cəmi 2 ay ünvanlı sosial yardım verildi...” - AXI NİYƏ?..
Bu gün, 06:46 |
|
|
|
• Ermənistanda keçmiş komitə sədri saxlanılıb
Bu gün, 06:40 |
|
|
|
• Su Ehtiyatları Agentliyində 4.3 milyonluq tender... - Zaur Mikayılov kimi seçdi?
Bu gün, 06:36 |
|
|
|
• Səfirliyimizə hücum edən terrorçu nə vaxt edam olunacaq? - AKTUAL
Bu gün, 06:32 |
|
|
|
• “Ölənin arxasınca danışmayın, Rəşid Mahmudov kimi sözü üzə deyin”
Bu gün, 06:29 |
|
|
|
• Azərbaycan-Ermənistan sərhədində nə baş verir? – Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 06:25 |
|
|
|
• Şəhidin haqqında sərəncam niyə icra olunmur? - Prezidentin “Azərbaycan Bayrağı” ordeni ilə təltif etdiyi şəhidə aid məhkəmə qərarı HAVADA QALIB
Bu gün, 06:21 |
|
|
|
• Tramp Putinlə dərhal görüşmək istəyini bildirib
Bu gün, 06:14 |
|
|
|
• “Əmək Müfəttişliyində yarıtmaz xidmət...” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 01:23 |
|
|
|
• Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 01:00 |
|
|
|
• Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında - Amerikasız olmaz
Bu gün, 00:56 |
|
|
|
• Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Dünən, 19:39 |
|
|
|
• Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Dünən, 19:17 |
|
|
|
• Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Dünən, 19:14 |
|
|
|
• Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Dünən, 18:59 |
|
|
|
• “Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Dünən, 18:55 |
|
|
|
• Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Dünən, 18:36 |
|
|
|
• Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Dünən, 18:32 |
|
|
|
• Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Dünən, 18:10 |
|
|
|
• “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:07 |
|
|
|
• Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:01 |
|
|
|
• Universitet vergilərini vaxtında ödəməyib
Dünən, 17:58 |
|
|
|
• Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Dünən, 17:55 |
|
|
|
• Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Dünən, 17:53 |
|
|
|
• Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Dünən, 17:49 |
|
|
|
• “Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Dünən, 17:44 |
|
|
|
• Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Dünən, 17:41 |
|
|
|
• Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Dünən, 17:32 |
|
|
|
• Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Dünən, 17:29 |
|
|
|
• “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Dünən, 17:23 |
|
|
|
• Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Dünən, 17:11 |
|
|
|
• Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Dünən, 17:01 |
|
|
|
• Masaj salonlarında işləyən qadınları şantaj edən KİŞİYƏ CƏZA VERİLDİ
Dünən, 16:46 |
|
|
|
• “Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” - Dələduzluq işi
Dünən, 16:38 |
|
|
|
• Bayden heç unudularmı?.. - ŞƏRH
Dünən, 16:36 |
|
|
|
• Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub
Dünən, 16:34 |
|
|
|
• "Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" - vətəndaş ÇARƏSİZ DURUMDA
Dünən, 16:30 |
|
|
|
• "Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." - MÜSAHİBƏ
Dünən, 16:18 |
|
|
|
• Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib
Dünən, 16:16 |
|
|
|
• Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Dünən, 16:13 |
|
|
|
• Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Dünən, 16:11 |
|
|
|
• Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Dünən, 16:08 |
|
|
|
• YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Dünən, 16:06 |
|
|
|
• Kreml Trampın hədəsinə cavab verib
Dünən, 16:03 |
|
|
|
• Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Dünən, 16:01 |
|
|
|
|