Səfər Mehdiyev nazir postuna iddialıdırsa... - İTTİHAM VAR
Tarix: 26-10-2016, 08:57 | Çap et
Keçən il iyul ayında Qafqaznews.az-da Dövlət Gömrük Komitəsinin sədr müavini Səfər Mehdiyevlə bağlı silsilə yazılar dərc olunmuşdu. Həmin yazılarda DGK-nın Vergilər Nazirliyi ilə birləşdiriləcəyi barədə yayılan məlumatlara toxunulur və hakimiyyət dəhlizlərində də dolaşan bu söhbətlərin içində Səfər Mehdiyevin adının çəkilməsi də qeyd olunurdu. Həmçinin o da bildirilirdi ki, Səfər Mehdiyev Vergilər Nazirliyində yüksək vəzifə tutan bir neçə məmurla “xüsusi çevrə” formalaşdırıb və cəmiyyətdə “iki qurumun birləşdirilməsi” barədə ideyanın möhkəmlənməsində də məhz bu çevrənin “zəhmət”i istisna deyil.
Maraqlıdır ki, elə Qafqaznews.az-da yazılar dərc olunduğu zamanda, Səfər Mehdiyev vergilər naziri Fazil Məmmədovla qohum oldu. Məlumatı olmayan oxucularımıza bildirək ki, keçən il yay aylarında Səfər Mehdiyevin oğlu nişanlandı. Gəlinin dayısı isə kim olsa, yaxşıdır? Əlbəttə ki, vergilər naziri cənab Fazil Məmmədov…
Məlumata aydınlıq gətirək: Səfər Mehdiyev Binəqədi RİH başçısı Xaləddin İsgəndərovla quda olublar. Əlbəttə ki, “yeni yaradılacaq birgə nazirliyin gələcək başçısı” tipində şayiələrin ayaq açmasında məhz Səfər Mehdiyevin bu “gediş”inin rol oynadığını desək, yanılmarıq. Dövlət Gömrük Komitəsində ən mühüm vəzifələrə öz qohumlarını və həmkəndlilərini yerləşdirən S.Mehdiyevin nazir olmasının “mexanizm”i də mətbuata sızmış və ya yuxarıda qeyd etdiyimiz “xüsusi çevrə”dən sızdırılmışdı. Belə ki, ötən il Fazil Məmmədov baş nazir müavini vəzifəsinə təyin olunacağı barədə məlumatlar da mətbuatda geniş yayılmışdı.
Hazırda da, vitse-prezidentliyə namizədlər sırasında Fazil Məmmədovun da adı hallandırılır ki, bunun “cəmiyyətdə toxum səpilməsi” olub-olmadığı da suallar doğura bilər. Hər halda, bu xeyir işdən sonra Səfər Mehdiyevin mövqeləri xeyli möhkəmlənib və o, Fazil Məmmədovun daha da yüksələcəyi halda özünü “nazirin varisi” hesab edə bilər. Olsun, biz heç kimin vəzifəyə təyin olunmağının paxıllığını çəkmirik. Əlbəttə ki, Səfər Mehdiyevin müxtəlif vasitələrlə milyardlar toplaması və hətta xarici ölkələrdə mülklər alması barədə də iddialar da mətbuatda az yayılmayıb. Lakin bu iddia və məlumatlara toxunmadan, oxucuların diqqətini başqa məqama çəkmək istəyirik.
Bir neçə gün öncə Qafqaz Xəbər Agentliyinə Səfər Mehdiyevin bacanağı oğlu ilə bağlı şikayət ərizəsi daxil olmuşdu. Şikayətdə xüsusi olaraq qeyd olunurdu ki, Rəfael Niftəliyev Səfər Mehdiyevlə qohumluq əlaqələrindən istifadə edərək, sahibkarları incidir, onların gətirdiyi malların gömrükdən keçirilməsinə maneəçilik törədir. Bir sözlə, bu şəxslər vətəndaşları hökumətə qarşı qaldırmaq niyyətində olduqları öz təsdiqini tapır.
Cənab Prezident özü dəfələrlə vurğulayıb ki, sahibkarları incitmək, dövlətdən küsdürmək olmaz. Həmçinin, sahibkarların rahatlığı vətəndaşların da rahatlığı deməkdir. Sahibkarı incidilməyən ölkədə ucuzluq olar, yeni iş yerləri açılar və cəmiyyətdə hökumətə qarşı nəinki gərginlik, hətta ümummilli bir simpatiya, qopmaz bağ yaranar. Sahibkarı da, sadə vətəndaşı da hökumətdən küsdürən məmurlar isə “dövlət qulluqçusu” adına xələl gətirirlər…
Digər tərəfdən isə Səfər Mehdiyevin qudası Xaləddin İsgəndərov son günlər mətbuatın manşetlərini işğal edib. Bir neçə gün şəhərə yağan yağışlardan sonra Binəqədi rayonu M.Rəsulzadə qəsəbəsinə dolan sulardan nəticə çıxarmayan Xaləddin İsgəndərov, öz laqeydliyi ilə M.Rəsulzadə qəsəbəsinin sakinlərində dövlət qurumlarına qarşı gərginlik yaradır.bineqedi Öz qohumluq əlaqələrindən istifadə edərək, sərvət toplamağa və daha da “yüksəlməyə” çalışan məmurlar bir anlıq öz ambissiyalarına “dur” desələr… Və düşünsələr ki, bu dövlət pilləkənində çox məmurlar kəllə-mayallaq olub, tappıltıyla ən yuxarı pillələrdən aşağı yuvarlanıb… Bəlkə də, qəfildən vicdana gələr… Daha vətəndaşları incitməzdilər. Necə deyərlər, hər şey vicdanın olub-olmamasından asılıdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tanınmış alim Qüdrət İsaqov vəfat edib
Bu gün, 14:58 |
|
|
|
• Türkiyədə fitrənin məbləği açıqlandı: - Bəs, Azərbaycanda?
Bu gün, 14:56 |
|
|
|
• “Səni sevdiyimi sən bil, bəsimdir” - Cavidan Novruz bu sözləri kimə dedi?
Bu gün, 14:47 |
|
|
|
• “TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
Bu gün, 14:00 |
|
|
|
• Maliyyə Nazirliyini təmizləyəcək şirkət - MƏLUM OLDU
Bu gün, 13:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yeni addım - İranın niyyəti bəlli olur
Bu gün, 13:08 |
|
|
|
• "Demokratikləşmə" korrupsionerləri... - Bahəddin Həzi yazır...
Bu gün, 13:05 |
|
|
|
• “Özəl televiziyalar arvad davası və həkim reklamı ilə dolanırlar” - Aqil Abbas
Bu gün, 13:02 |
|
|
|
• “Üç badam bir qoz” oxuyanlara sənətkar “tərifi”: - Nə məcburdur, qiymətə mindirirsiniz?
Bu gün, 12:58 |
|
|
|
• ADY Ayan Nəcəfə "yox" dedi - BUNA GÖRƏ...
Bu gün, 12:56 |
|
|
|
• Hikmət Hacıyev İranda hansı məsələləri müzakirə edib? - “Tehranm Times”
Bu gün, 12:53 |
|
|
|
• Panama geri çəkildi, Çinin layihəsindən imtina edir
Bu gün, 12:49 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• Sabiri "şalvarsız" qoyan Trendyol: Şəbəkə insanları bu yolla aldadır - ŞOK FAKTLAR
Bu gün, 12:37 |
|
|
|
• Erməni əsilli kriminal avtoriteti Moskvada niyə partladblar...
Bu gün, 12:36 |
|
|
|
• Azərbaycanda həkim reklamı qadağan olunsun - ÇAĞIRIŞ
Bu gün, 12:30 |
|
|
|
• Azərbaycanlı müğənninin villasında paylaşdığı FOTOLAR
Bu gün, 12:25 |
|
|
|
• Mətin Mirzəyə İrandakı səfirlikdə yeni vəzifə VERİLİB
Bu gün, 12:22 |
|
|
|
• Parlamentdə Amnistiya Aktının hazırlanması təklif edilib - "Sonradan səhvə yol verən insanlar var..."
Bu gün, 12:15 |
|
|
|
• “AFB Bank”ın Müşahidə Şurasına yeni sədr təyin edilir - BUNDAN SONRA...
Bu gün, 12:12 |
|
|
|
• Məhkəmə Bəhruz Hacıyevə bəraət verdi
Bu gün, 12:08 |
|
|
|
• “İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 12:03 |
|
|
|
• Qusar meşələrində böyük əməliyyatla tutulanları - Hansı cəza gözləyir?
Bu gün, 12:00 |
|
|
|
• Ermənistan sülh müqaviləsinin imzalanmasını 2027-ci ilə qədər yubatmaq istəyir - Elman Nəsirov
Bu gün, 11:57 |
|
|
|
• Ağsuda məktəb direktorunun həbsi ilə bağlı AÇIQLAMA
Bu gün, 11:56 |
|
|
|
• AZAL Rusiyaya doğru daha bir istiqamət üzrə uçuşları DAYANDIRDI - qeyri-müəyyən müddətə...
Bu gün, 11:53 |
|
|
|
• Aİ-nin baş diplomatı Tiflisdəki həbslərə reaksiya verdi
Bu gün, 11:43 |
|
|
|
• “Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
Bu gün, 11:40 |
|
|
|
• “Küçədən keçənlərə fəxri adlar verirlər...” - ETİRAZ
Bu gün, 11:36 |
|
|
|
• "Biz Sovet hökuməti deyilik ey, gedənin arxasınca danışaq, gələni tərifləyək" - deputat
Bu gün, 11:33 |
|
|
|
• Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
Bu gün, 11:30 |
|
|
|
• Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib - ƏMR
Bu gün, 11:20 |
|
|
|
• Deputatlar Eldəniz Səlimovla görüşəcək? - AÇIQLAMA
Bu gün, 11:19 |
|
|
|
• Belçika Bakıya baxanda niyə kar və kor olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15 |
|
|
|
• Naxçıvanda əhali AÇIQ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... - "...bu məhsullara yaşıl işıq yandırılır"
Bu gün, 11:13 |
|
|
|
• Tramp Bakının həmləsindən sonra hərəkətə keçdi – Sürpriz plan açıqlandı
Bu gün, 11:09 |
|
|
|
• Nazirlər Kabinetinin üç Qərarı LƏĞV OLUNDU
Bu gün, 11:07 |
|
|
|
• Ottava Bakıya qarşı yalan və böhtan həddini keçdi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:04 |
|
|
|
• Ermənistan-İran sərhədindən Rusiya bayraqları yığışdırılıb
Bu gün, 11:02 |
|
|
|
• Azərbaycanda hotel şirkətinə sədr seçilir - TOPLANTI
Bu gün, 11:00 |
|
|
|
• Ərəbləri Qəzzadan köçürmək: Tramp nə danışır və nə düşünür? - AKTUAL
Bu gün, 10:53 |
|
|
|
• "Özünə gəlib, danışa bilir.... - Hələ xəstəxanadadır..."
Bu gün, 10:50 |
|
|
|
• Məktəb direktoru həbs olundu - BUNA GÖRƏ...
Bu gün, 10:47 |
|
|
|
• Qarabağ havasının HAVALANDIRDIĞI İrəvan... - NƏ BAŞ VERİR?
Bu gün, 10:44 |
|
|
|
• DTX Qusarda terrorçulara qarşı əməliyyat keçirib, 8 nəfər zərərsizləşdirilib, 6 nəfər həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 10:41 |
|
|
|
• USAID rəsmiləri DOGE ilə münaqişədən sonra məzuniyyətə göndəriliblər
Bu gün, 10:22 |
|
|
|
• Ukraynada gey-batalyonlar yaradılıb: - Görün nə işlə məşğuldurlar
Bu gün, 10:21 |
|
|
|
• "Ya narkomana, ya da ki, 24 saat çayxanalarda nərd atan bir insana çevrilir..." - deputat
Bu gün, 10:19 |
|
|
|
• “Artıq bu mövzuda Lavrovun yalanları, Peskovun özünü bilməzliyə vurması keçərli deyil...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:13 |
|
|
|
• Paşinyan Əliyevin tələbini qəbul etdi, məsələ tam bağlanır - Vardanyan
Bu gün, 10:12 |
|
|
|
|